FUAD QASIMZADƏ, akademik
QƏDİM ŞƏHƏR
8
Qədim Bakı Xəzər dənizinin qərb sahilində, Şimal küləklərinin daim
döyəclədiyi, cənub və qərb tərəfdən hündür çılpaq təpələrlə əhatə edilmiŞ çökəkdə
salınmıŞdır. İimal küləkləri (buna xəzri deyirlər) qopduğu zaman öz yolunda BaŞ
Qafqaz silsilə dağlarına toxunur və bütün gücü ilə silsilənin ətrafına yayılır, çılpaq
boz təpələrin sinəsindən toz-torpağı qopararaq, burula-burula Şəhərin üzərinə
hücum çəkir.
1826-cı ildə Bakıda olmuŞ görkəmli səyyah Zeynalabdin İirvani yazırdı:
"Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə
güclü əsir ki, Şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə burada
evlərin özülünü yonulmuŞ daŞlardan qoyur, həyətləri və damları qırla örtürlər".
Dostları ilə paylaş: |