29. TƏLƏBNAMƏ
"Tələbnamə" ərəb mənşəli
tələb (istəmə, tələb etmə) və fars
mənşəli
namə (yazı, məktub) sözlərinin birləşməsindən yaranmışdır.
Bir şeyin tələb edilməsi, bir işin görülməsi, müəyyən şeyin istənilməsi
və ya bir adamın sərəncama göndərilməsi haqqında yazılı rəsmi
xahişdir.
Nümunə:
Bakı şəhər Təhsil İdarəsinin müdiri cənab T. Ə.
İsmayılova Bakı şəhəri 159 saylı məktəbin
direktomndan
Tələbnamə
Məktəbdə bədən tərbiyəsi dərslərini səmərəli keçirmək üçün
aşağıda adlan çəkilən inventarın alınmasına maliyyə vəsaiti
ayrılmasını xahiş edirik;
1.
Futbol topu - 5 ədəd
2.
Güləşmə xalçası - 2 ədəd
3.
Voleybol toru - 1 ədəd
4.
Stolüstü tennis kompleksi - 1 ədəd
Nəsimi rayonu 159 saylı ümumtəhsil orta
məktəbin direktoru: (imza)V.
Xəlilov
6 mart 2010-cu il
210
30. TƏLİQƏ
"Təliqə" ərəb mənşəli
"əlaqə" sözündəndir,
rəsmi məktub
mənasındadır. Bir idarənin başqa bir idarəyə, təşkilata yaxud vəzifəli
bir şəxsə rəsmi xarakterli müraciət formasıdır. Təliqə, adətən,
yüksək
vəzifəli şəxsə, idarəetmə orqanlarının aidiyyatı olan təşkilatın
ünvanına göndərilir. Təli qənin sol küncündə idarənin ştampı,
ştampda idarənin adı, ünvanı, tarix və göndərilmə nömrəsi qeyd
olunur.
Nümunə:
150 saylı orta məktəbin direktoruna
Hörmətli cənab M.Sadixov
İyun ayının 10-da məktəblərdə təlim-tərbiyə işlərinin ümumi
vəziyyəti müzakirə olunacaqdır. Yığıncaqda Sizin və rəhbərlik
etdiyiniz məktəbin tədris işləri üzrə direktor müavininin məlumatı
dinləniləcəkdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı şəhəri Təhsil İdarəsinin müdiri:
(imza)Məmmədov Ə. M.
26 may 2010-cu il
* * *
31.
TƏLİMAT
"Təlimat" ərəb mənşəli olub
"təlim" sözünün cəm
formasındadır. Bir şeyi həyata keçirmək üçün qayda və üsulları
müəyyənləşdirən yazılı rəsmi sənəddir.
Nümunə:
zn
məsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyi-halda şəxs
özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə
üzvləri haqqında da məlumat verir.
Tərcümeyi-hala verilən tələblər:
1.
Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində
ortada yazılır;
2.
Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını,
doğulduğu gün, ay, ili və yeri (şəhər, rayon, kənd) şəxsiyyət
vəsiqəsində olduğu
kimi dəqiq göstərir;
3.
Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və
nailiyyətləri ardıcıl sadalayır.
4.
Ailə üzvləri haqqında qısa məlumat verir;
5.
Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza
qoyulur və altında yazılma
tarixi göstərilir;
Nümunə:
Tərcümeyi-hal
Mən, Əliyev Məmməd Həsən oğlu, 21 dekabr 1992-ci ildə Bakı
şəhərində (İsmayıllı rayonunun Mücü kəndində) anadan olmuşam.
1998-ci ildə Bakı şəhərindəki 150 saylı məktəbin
birinci sinfinə daxil
olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişəm.
Həmin ildə də ali təhsil almaq üçün sənədlərimi Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına vermişəm. Əvvəlcə
test, sonra da qabiliyyət imtahanlanm müvəffəqiyyətlə verib bura
daxil olmuşam. Hazırda "Təkmübarizlik" fakültəsinin ikinci kursunda
oxuyuram.
Ailəmiz dörd nəfərdən ibarətdir:
Atam-Kərim Məmməd oğlu Əliyev 1965-ci ildə İsmayıllı
rayonunda anadan olmuş, 1991-1993-cü illərdə Qarabağ döyüşlərində
iştirak etmiş, yaralanmış, II dərəcəli müharibə veteranıdır. Hazırda
pensiyaçıdır.
Z13