50
bən o qız ilə oynaya, danışa bilmərəm? Bən bəy qızı olanda
nə olar? Bəni neyçün şamsız qoydular? Qaraca qız çox
təəccüblü şeylər nəql edirdi. O deyirdi ki, sənə qaval çalmaq,
oynamaq öyrədəcəgəm! Ah, anam bəni nə üçün qoymadı ki,
onunla çoxluca danışım? Ağca xanım yorğanı başına çəkib,
gizlicə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi.
***
Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağa
adət etmişdi. İmdi də tezdən dəstamaz alıb sübh namazını
qıldı, sonra ocağı qaladı; Özü kibi ömrü keçmiş, hisdən qaral-
mış çaydanı su ilə doldurub ocağa qoydu və komadan çıxdı
ki, bağı dolansın. Piri kişi bəslədiyi bağı əla dərəcədə sevərdi.
Buradakı ağacların çoxunu özü öz əlləri ilə əkib pərvəriş ver-
məklə imdiki halına salmışdı. O yerlərdə bitən bir meyvə ağa-
cı yox idi ki, bu bağda olmayaydı. Piri kişi təcrübə edib bu
bağda qələm vasitəsilə təbiətə müğayir öylə peyvənd etmişdi
ki, bu iş cümləni heyrətə gətirirdi; bir əzgil ağacına qələm ilə
alma peyvənd etmək ilə bir ağacda iki cür meyvə bitirirdi.
Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət
qazanmışdı. Hüseynqulu ağaya bir qonaq gələndə cürbəcür
ziraət maşinalarını qoyub qabağına, bağına tamaşa aparardı.
Bağın böylə Cənnət kibi olmasına səbəb yalnız Piri kişi idi;
buna görə də Hüseynqulu ağa onun xatirini çox istəyirdi: hər
nə istəsə idi, dərhal əmələ gətirirdi. Piri kişi isə ondan ancaq
bircə şey təvəqqe edirdi: Ağalardan başğa kimsə bağa girmə-
sin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi. Ancaq mey-
və dərilən vaxt Piri kişi özünə köməkçi çağırırdı. Başqa vaxt-
larda isə heç kəsi bağa qoymayırdı. Bağı oğrudan qorumağa
Piri kişinin bircə köməkçisi var idi. O da Qaraca qızı mağa-
radan çəkib çıxardan Qara köpək idi. Qara köpək qayət hey-
bətli və hünərli bir köpək idi. Onun qorxusundan heç kəs ba-
ğa dolana bilməyirdi. Bu köpəkdə bir qəribə hal var idi: Hər
51
kəs ki Piri kişiyə bədxah idi, Qara köpək onu sevməyib-
yavuğa qoymayırdı. Piri kişi bir tazə şəxs ilə tanış olanda
Qara köpək o adama quyruq bulayıb yavuqlaşsa idi, onu özü-
nə xeyirxah hesab edirdi və hərgah o adama əvvəldən dişləri-
ni ağardıb mırıldasa idi, onu özünə bədxah bilərdi. Qara
köpəyin bu hissini Piri kişi kərrat ilə imtəhan etməyi üçün de-
yirdi: Dost və düşmənimi Qara köpək ilə tanıyırım. Piri kişi
Qara köpəyi heç vaxt zəncirləməyirdi. Gecə və gündüz Qara
köpək asudə idi. Bunun ilə böylə Qara köpək bağdan heç bir
yerə getməz idi. Ancaq bəzi vəqt Hüseynqulu ağa ava gedən-
də o da həvəslənib av tulalarına qoşulardı; bu vəqt onu geri
qaytarmaq üçün gərək Piri kişi özü gələ idi, yoxsa heç kəsə
qulaq asmazdı.
Bir dəfə Piri kişi komadan çıxanda yadından çıxıb
qapını açıq qoymuşdu.
Bu halda Qara köpək içəri keçib evdə bir kəsi yatmış
gördü, Qulaqlarını şəklədib heybətli bir halət ilə o tərəfə
yönəldi.
Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gə-
lib yanında uzandı; sonra da Qaraca qızın əlini yalamağa baş-
ladı.
Bu vəqt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu
üçün Qara köpəyi tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi
cəld içəri girib dedi:
-
Qızım, neyçün qışqırdın? Kimdən qorxdun?
-
Baba, burada ayı var!
-
Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə
işi var?!
Sonra Qara köpəyə:
-
Çəkil! – deyib onu bayıra çıxardı.
-
Yat, qızım, hələ tezdir!
-
Yox, baba. Daha yuxum gəlməyir. Bən həmişə tez
dururam!
52
-
Çox yaxşı edirsən, adam gərək səhər tezdən dura ki,
canı da səlamət ola. – bunu deyib Piri kişi çaydana çay atdı.
Qaraca qız paltarını geyib dedi:
-
Baba, əl-yüzümü harada yuyum?
Piri kişi dedi:
-
Budur, komamızın yanında su axır, qızım, get orada
yu!
Qaraca qız yüzünü yumağa getdi. Piri kişi də süfrəni
salıb pənir, çörək və yağ qoydu; sonra da çaydandan iki fin-
can çay töküb süfrəyə qoydu. Və özü də əyləşdi. Bu vəqt
Qaraca qız yüzünü yuyub içəri girdi.
-
Al, qızım, yüzünü sil, əyləş çay içək.
Piri kişi Qaraca qıza yüzsilən verdi. Qaraca qız əl-yüzü-
nü qurudub süfrəyə oturdu. Hər ikisi yeyib-içməyə məşğul
oldu.
Çaydan sonra Piri kişi Qaraca qıza dedi:
-
Dur, qızım, gün çıxmamış həm bağımızı gəzək, həm
də ağalar üçün meyvə dərək. Piri kişi özü bir səbət götürdü və
Qaraca qıza da bir cəvərən (ipli balaca səbət) verdi. Evdən
bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu
bulaya-bulaya Qaraca qıza yanaşdı. Qaraca qız onun başını
sığallayıb cəvərəni boynundan asdı. Qara köpək başını bula-
yıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna ke-
çirtdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı.
Piri kişi dedi:
-
Zəhmət çəkmə, qızım, Qara köpək azadlığa öyrənmiş-
dir, o, təlimə yatmaz.
-
Yox, baba, yatar: bir gör onu necə öyrədəcəgəm! –
bunu deyib Qaraca qız Qara köpəyin qabağında çömbəldi və
onun gözlərinə baxarkən cəvərəni yenə boynuna saldı.
-
Qara köpəyim, ağıllı köpəyim, cəvərəni götür, köpə-
yim!
Dostları ilə paylaş: |