41
-
Otur burada, ağıllı qızım! Bu saət gələcəyəm. Yusif
getdi.
Qarca qız da kölgədə uzandı və bir azdan sonra şirin
yuxuya getdi. Ayı bir müddət sakit uzandı, sonra durub
zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə
davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət
kolluqda gəzdi, sonra yüzünü meşəyə tərəf dutub getdi. Yusif
kəndə getdiyi vəqtdən yarım saət keçmişdi. Qaraca qız yuxu-
dan hələ oyanmamışdı. Axırda Yusif məst halında o tərəf bu
tərəfə yırğalana-yırğalana gəlib çıxdı. Yusif Qaraca qızı
yatmış görüb və ayını öz yerində tapmayıb ayağı ilə Qaraca
qızı
öylə bərk vurdu ki, yazıq qız dik ayıldı.
-
De görüm, ayı hanı, mürtəd qızı, mürtəd?
Qaraca qızın qorxudan dili dutuldu, cavab verə bilmədi.
-
Hələ dayan! Qoy ayını tapım, sənin payını sonra
verəcəgəm!
Yusif kola diqqət ilə baxıb gördü ki, ayını bağladığı bu-
daq qopub və özü də yoxdur. Anladı ki, ayını oğurlamamış-
lar, özü kolu qoparıb meşəyə qaçmışdır. Bu vəqt yüzünü
Qaraca qıza tərəf dutub dedi:
-
Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq!
Qaraca qız titrəyə-titrəyə yola düşdü.Yusif yol uzunu
gələ Qaraca qızı sögüb qorxudurdu, gah da özü-özü ilə danı-
şırdı. Bunlar bir saətə qədərmeşəni dolandılar, amma ayıdan
bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının
bağırtısı gəldi.
-
Eşidirsinizmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir!
-
Heç
zad eşitməyirəm, yalan deyirsən!
-
Bax! Bax! Yenə bağırır!
Bu dəfə Yusifin özü də eşitdi.
-
Doğru
deyirsən, bağıran ayıdır!
Hər ikisi səs gələn tərəfə yüz dutub getdilər; ancaq səs
meşəyə düşməyə görə ayının yeri yavuq görünürdü, amma