A
ZAD BAZAR MƏNƏVI XARAKTERI KORLAYIR
?
Thirteen views on the question
Əksinə...
Caqdiş Baqvati
O asılıdır…
Con Qrey
Bəli, amma…
Harri Kasparov
Yox...
Qinqlian Hi
Əlbəttə, korlayır…
Maykl Valzer
Yox! Və həm də, bəli…
Maykl Novak
Əlbəttə. Yaxud korlayırmı?..
Bernard Henri Lyvy
Bəli, lap çox...
Key S. Hymovitz
Yox, balans var…
Tayler Koven
Biz bunu bilməsək, daha yaxşı olardı…
Robert B. Reyx
Bir azacıq...
Ayaan
Hirsi Əli
Bütün bunlar asılıdır…
Con C. Boqle
Yox…
Rik Santorum
TEMPLETON FONDU
Böyük suallara elmi-investisiya dəstəyi
TEMPLETON FONDUNUN MÜZAKİRƏLƏRİ
Azad bazar mənəvi xarakteri korlayır?
Bir sual haqqında on üç fərqli yanaşma
Payız 2008-ci il
on
Onlayn variantı- www.templeton.org/market
Bu nəşr Con Templeton Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Məqalələrdə əks olunan fikirlər
müəlliflərə məxsusdur və heç bir halda Con Templeton Fondunun mövqeyini əks etdirmir.
GİRİŞ
Con Templeton Fondu alim və filosofların Böyük Suallar adlandırdığı məsələlərin tədqiqatı üçün
filantrop katalizator(yardımçı dəstək) rolunu oynayır. Biz nəzəri fizika, kosmologiya, təkamül
biologiyası, koqnitivistika və sevgi, bağışlamaq, yaradıcılıq, məqsəd, dini inancın təbiəti və mənşəyi
ilə əlaqədar olan sosial sahələrdə dünyanın yüksək universitetlərinin işini dəstəkləyirik.
Biz öz ixtisas sahələrində köklü məsələlərlə məşğul olan alim və teoloqlar(din alimləri) arasında
biliklərə əsaslanan, açıq görüşlü dialoqu həvəsləndiririk. Biz həmçinin inkişaf edən
dünyada sərvət
yaradılması, məktəblərdə və universitetlərdə xarakterin tərbiyəsini və qabiliyyətli uşaqların istedadının
inkişafını nəzərdə tutan proqramlarda yeni düşüncələri stimullaşdırmağa can atırıq.
Bu səhifələrdə qoyulan Böyük Suallar açıq şəkildə günün tələblərindən irəli gəlir. Keçmiş onillik
boyunca akademik dairələrdə, populyar kitablarda və ciddi mətbuatda köklü adətlərə, inanclara və
institutlara bazar iqtisadiyyatı və qloballaşmanın effektləri ən çox müzakirə edilən məsələ olmuşdur.
Amerika və beynəlxalq maliyyə institutlarındakı son böhranlar bu müzakirələrin təxirəsalınmazlığını
da gündəmə gətirmişdir. Con Templeton Fondunda biz xüsusilə bu iqtisadi inkişaf istiqamətlərinin
etikaya və mənəviyyata- onun tam mənada xarakterə münasibətini tədqiq etməklə maraqlanırıq. Bəs
azad bazar hansı yollarla şəxsi ləyaqəti gücləndirir və ya sarsıdır və başqaları üçün narahatlıq doğurur?
Bu kitabça yığcam şəkildə bizim Fondun bütün maraq sahələrindən ortaya çıxan Böyük Suallara
seçdiyimiz yanaşmanı əks etdirir. Fondun dəstəkçiləri tanınmış alimlər və ictimai xadimlərdir ki, onlar
daim gündəmdə olan və ən çox mübahisə doğuran mövzulara müraciət edir, müxtəlif perspektivlər
diapazonunda sivil, gözəl nəsr yazılarından istifadə edirlər.
Bu "müzakirə" qrupunu toplamaq və ictimaiyyəti ora qoşulmağa dəvət etməklə, biz diskussiyanı
alovlandırmaq niyyətindəyik. Məqsəd belə müzakirələrdə ortaya qoyulan tanış mövqelərdən daha da
irəli getməkdir. Biz Böyük suallar əsasında aparılan müzakirəni daha düşünülmüş, müəyyənləşmiş
istiqamətə yönəltməyə can atırıq.
Biz ümid edirik ki, bu kitabça tələbələr, müəllimlər, valideynlər, siyasi liderlər, iş adamları, ruhanilər
və insan təbiəti və məqsədi ilə bağlı mühüm məsələlərlə məşğul olan şəxslər (xüsusilə onlar müasir
həyatın mürəkkəb quruluşlarına aid olduqlarına görə) üçün uzunmüddətli material olacaq.
Kitabçanın əlavə nüsxələri bigquestions@templeton.org-da sifariş verilə bilər.
Ümid edirik, Fondun mandatının əsasında dayanan Böyük Suallar əsasında aparılmış üç əvvəlki
müzakirə də oxucuların marağına səbəb olacaq. Onlar onlayn şəklində aşağıdakı ünvanlarda əldə edilə
bilər:
Kainatın məqsədi nədir?
www.templeton.org/purpose
Pul Afrikanın inkişaf problemlərini həll edəcəkmi?
www.templeton.org/africa
Elm Tanrıya inamı mütləqləşdirir?
www.templeton.org/belief