Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

27 
 
Piri kişi Qaraca qızın başını sığallayıb başladı: 
-
 
Qızım, biri var imiş, biri yox imiş, Bir padşah var imiş. Bu 
padşahın  dünyada  övladsızlıqdan  başqa  bir  qəm  və  qüssəsi  yox 
imiş... 
-
 
Baba, bən ölsəm, ağlarmısan? 
-
 
Allah eləməsin, qızım, öləsən, neyçün öləsən? 
-
 
Baba,  bən  ölsəm,  bəni  o  göy  təpədə  basdırınız!  Oranı  bən 
çox  sevirəm:  Oradan  hər  yer  görünür;  orada  hər  cür  çiçək  bitir. 
İmdi o çiçəklərin hamısı solmuşdur. Biz bu gün orada oynayırdıq. 
-
 
Sən neyçün ölürsən, qızım? Sən yaşayıb, bən qoca babanı o 
dediyin  təpədə  basdıracaqsan;  Sonra  böyükləşib  ora  gedəcəksən, 
uşaqların  olacadır!  Sonra  bənim  kibi  qocalıb  qarı  olacaqsan! 
Nəvələrinə  vəsiyyət  edəcəksən  ki,  bəni  göy  təpədə  Piri  babanın 
yanında basdırınız. İmdi, qulq as. Qızım, nağılın dalını söyləyim! 
Bir  günü  bu  padşah  öz  arvadı  ilə  eyvanda  əyləşdiyi  zaman 
bir dərviş orada hazır olub dedi: 
-
 
Ey  padşahi-dövran!  Bilirəm,  sizi  qəmgin  edən  nədir?  Bu 
əlimdəki almanı görürsünüzmü? Bunu ortasından tən böl,  yarısını 
özün ye və yarısını arvadın! Sizdən bir oğlan dünyaya gələcəkdir. 
Onun  adını  Məlik  Məmməd  qoyarsınız!  O,  bu  alma  parası  kibi, 
yarı  sənə,  yarı  arvadına  oxşayacaqdır!  Bunu  deyib  dərviş  almanı 
padşaha atdı və özü də yox oldu...  
Piri kişi gördü ki, Qaraca qız yuxuya getmişdir, ona görə də 
nağılını kəsdi və özü də yerinə girib rahat oldu. 
“Zərafət”  kitabında  bu  hissə  dəyişdirilərək  finala  əlavə 
edilmişdir: 
Piri kişi Qaraca qızı soyundurub rahət etdi. Ona tez-tez ayran 
verirdi.  Lakin    yaranı  sorduqda  zəhər  tüpürcək  vasitəsilə  Qaraca 
qızın  bədəninə  yerimişdi.  Bununla  belə,  Piri  baba  Qaraca  qızdan 
ümidini  kəsməmişdi.  Lakin  öz  canını  özgə  uğrunda  fəda  etmiş 
qızcığazın vəqti tamam idi. 
-
 
Baba,  mən  ölsəm,  məni  o  bağmızın  yanındakı  göy  təpədə 
basdırınız. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada 
hər cür çiçək var. 


28 
 
-
 
Qorxma, qızım, həkim gəlib sənə dərman verəcək. Sən də 
sağalacaqsan, uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy 
təpədə basdıracaqsan. 
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb: 
“Pəricahan  xanım:  “Qaraca  qızım,  səni  öz  qızımdan  artıq 
sevməyə söz verirəm, Qoyma Ağca ölsün.” 
1927-ci ildə dəyiĢdirilib: 
“Məktəb” jurnalında: 
-
 
Dur gedək, qızım, komamıza, görüm sənə nə çarə edirəm. 
Pəricahan xanım dedi: 
-
 
Baba,  sən  Allah,  öylə  etmə,  qoy  burada  yatsın,  bir  azdan 
Hüseynqulu ağa da həkim ilə gələcək.  
Bu təvəqqeyə Ağca xanım da şərik oldu. 
Piri kişi razı oldu. Qaraca qıza da Ağca xanımın yanında yer 
salıb yatırtdılar. Getdikcə Qaraca qızın əhvalı xarablaşırdı. Piri kişi 
tez-tez ayran qayırıb ona verirdi. Sonra Qaraca qızın yüzü şişməyə 
başladı.  Hüseynqulu  ağa  gəlib  çıxan  zaman  Qaraca  qızın  boğazı 
şişib  nitqdən  kəsilmişdi.  Həkim  hər  iki  azarlıya  baxdıqdan  sonra 
dedi: 
-
 
Ağca  xanımın  heç  bir  qorxusu  yoxdur.  İlanın  zəhərini 
bədənə  yayılmamış  rədd  etməyə  görə  ölümdən  xilas  olmuşdur.  O 
ki qaldı Qaraca qıza, onun əhvalı çox fənadır, çünki ağzında yarası 
olduğu cəhətinə zəhər qana qarışıb bədəninə yayılmışdır.  
Bu xəbər hamını məyus etdi. Pəricahan xanım ağalaya-ağla-
ya dedi: 
-
 
Amandır, qoyma bu qız ölsün, əlindən gələn səyi müzayiqə 
etmə! 
-
 
Xanım,  bu  qızın  dirilməsi  çətindir.  Ümid  bir  Allaha 
qalmışdır.  
Pəricahan xanım dizi üstə çöküb dua etməyə başladı. 
Piri kişi həqir bir nəzərlə ona baxıb dedi: 
-
 
Böylə  olan  surətdə  yazıq  Qaraca  qızımı  komaya  aparım, 
burada qalsa, xanıma əziyyət edər! 
Bu sözlər Pəricahan xanımın yürəyinə ox kibi sancıldı.  
-
 
Yox, qoymaram, qoymaram,  - deyə hönkürtü ilə ağlamağa 
başladı.  


29 
 
Amma  həkim  də  Piri  kişinin  fikrinə  şərik  oldu.  Ona  görə 
Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun sağalmasından 
ümidini kəsmişdi, amma böylə ittifaqlarda lazım gələn köməklərin 
hamısını  əmələ  gətirdi.  Komada  həkimdən  və  Piri  kişidən  başqa 
Hüseynqulu ağa da var idi. 
Bu  rəhmdil  kişi  öz  qızının  bu  qayda  ilə  sağ  qalmasına  razı 
deyil  idi.  Qaraca  qızın  yastığı  yanında  çöküb  səmim  qəlb  ilə 
Allahdan bu qərib yetimin sağalmasını rica edirdi. Lakin öz canını 
özgə uğrunda fəda etmiş Qaraca qızın vəqti tamam idi!... 
Dolmuş  gözlərini  açdı,  günəşin  şüalarına  bir  müddət  baxdı, 
sonra gülümsündü, gözlərini yenə yumdu! Qaraca qız öldü!.. 
-
 
Komamın bülbülü uçub getdi!... – deyə Piri kişi göz yaşını 
tökdü.  
“Zərafət” kitabında: 
“- Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilirəm. Sonra 
üzünü xidmətçilərə tutub dedi: 
-
 
Cəld gedin mənim komamdan qatıq gətirin, ayran edib qıza 
içirdim.  
-
 
Baba, bu saət, - deyə xidmətçilər yürüşdülər.  
-
 
Baba,  sənə  yalvarıram,  Qaraca  qızı  aparma.  Qoy  burada 
yatsın. Teleqram vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gəti-
rəcəkdir. – Bunu deyərək Pəricahan xanım onun qabağını kəsdi. 
-
 
Çəkil, sən imdiyə kibi bu qızı ağalığın ətrafına dolanmağa 
qoymamısan ki, bəyzadə qızına pis xasiyyətləri təsir edər. İmdi də 
bən  onun  bu  zülm  yuvasında  qalmasına  razı  deyiləm.  -  Bunu 
deyərək Piri baba Qaraca qızın əlindən tutub apardı. 
*** 
Piri kişi Qaraca qızı soyundurub rahət etdi. Ona tez-tez ayran 
verirdi.  Lakin    yaranı  sorduqda  zəhər  tüpürcək  vasitəsilə  Qaraca 
qızın  bədəninə  yerimişdi.  Bununla  belə,  Piri  baba  Qaraca  qızdan 
ümidini  kəsməmişdi.  Lakin  öz  canını  özgə  uğrunda  fəda  etmiş 
qızcığazın vəqti tamam idi. 
-
 
Baba,  mən  ölsəm,  məni  o  bağmızın  yanındakı  göy  təpədə 
basdırınız. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada 
hər cür çiçək var. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə