Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

30 
 
-
 
Qorxma, qızım, həkim gəlib sənə dərman verəcək. Sən də 
sağalacaqsan, uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy 
təpədə basdıracaqsan. 
Hüseynqulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağca xanıma 
baxdıqdan sonra dedi: 
-
 
Ağca  xanımın  heç  bir  qorxusu  yoxdur.  İlanın  zəhəri 
bədəninə yayılmamış rədd etməyə görə ölümdən xilas olunmuşdur. 
Bir qədər hərarəti var. Ona da dərman verərəm, yaxşı olar.  
Bu  xəbərdən  ata  və  ana  çox  şad  oldular.  Sonra  həkim  ilə 
bərabər  Piri  babanın  daxmasına  getdilər.  Qaraca  qızın  qan  ilə 
dolmuş gözləri yumulmuşdu. Həkim ona baxdıqdan sonra dedi: 
-
 
Xəstənin  halı  çox  fənadır,  çünki  soran  zamanı  zəhəri  ud-
muşdur, o qanına qarışıb bədəninə yayılmışdır. Sağalması müşkül-
dür.  
Bu xəbərdən Piri kişi məyus olub dedi: 
-
 
Həkim,  öz  balasını  ölümdən  xilas  etmək  üçün  başqa  bir 
balanı ölümə verən qadına nə deyərlər? 
-
 
Sus,  qoca  köpək,  mənim  qızımı  bir  qaraçı  qızına  taymı 
edirsən, - deyə Hüseynqulu ağa hayqırdı. 
Həkim onları sakit edib gətirdiyi dərmanı Qaraca qıza içdirdi 
və Piri kişiyə tapşırdı ki, bundan xəstəyə tez-tez versin.  
-
 
Baba,  məyus  olma.  Qız  çox  sağlamdır.  Ümidvaram  ki, 
sağalar, - deyə həkim ağalar ilə bərabər getdi. 
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb: 
-
 
Xudaya, böyük ruhun xatirinə müqəssir valideyni əff et! – 
deyə Hüseynqulu ağa dua etdi.  
Bu  xəbər  bir  dəqiqədə  ağalığa  yayıldı  və  cümləni  qəmgin 
etdi.  Pəricahan  xanım  dutduğu  əməldən  peşiman  olub  qız  ilə 
bərabər  yanıqlı-yanıqlı  ağlayırdı.  Qaraca  qızın  vəsiyyətini  əmələ 
gətirdilər: Onu Göytəpədə dəfn etdilər.  
Hüseynqulu  ağa  Qaraca  qızın  qəbrinin  üstündə  böyük  bir 
nişangah  tikdirdi  və  baş  daşının  üstündə  yazını  öz  dostu  Ağca 
xanımın  uğrunda  fəda  etdiyini  yazdırdı  ki,  bu  böyük  fədakarlıq 
baqi qalsın.  
 
 


31 
 
 
 
 


32 
 
 
QARACA QIZ 
(“Məktəb” jurnalı, 1913-cü il, №- 1 - 22) 
 
Axşam  çay  süfrəsində  əyləşən  zaman  Hacı  Səməd  qızı 
Fatimənin başını sığallayıb dedi: 
-
 
Qızım,  söylə  görək  məktəbdən  nə  tazə  xəbər  gətir-
misən? 
Fatimə: 
-
 
Ata, bu gün dərs arasında həyətdə dəstə-dəstə olub qar 
ilə  oynayırdıq.  Gövhər,  Zeynəb  və  Səltənət  bir  dəstə  olub, 
qardan  adam  yapırdıq.  Nabat  da  istədi  biz  ilə  oynasın,  mən 
razı oldum, amma  yoldaşlarım razı olmadı. Nabat çox çirkin 
və gözləri də çəp olmağa görə heç kəs onun ilə dostluq etmi-
yordu;  ələlxüsus  Gövhər  onu  sevmiyordu.  Nabat  kənarda 
durub  bizə  məzlum-məzlum  baxıyordu.  Birdən  Gövhərin 
ayağı  sürüşüb  yerə  yıxıldı  və  başı  daşa  dəyib  qanadı.  Bunu 
görcək  hamıdan  tez  Nabat  Gövhəri  qucaqlayıb  gözləri  yaşlı 
dedi: 
-
 
Ağlama, bacım, qoxma, heç zad olmaz. 
Gövhər bunu görüb dedi: 


33 
 
-
 
Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv 
et!  Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq bizə çox 
artıq təsir etdi.  
Hacı Səməd dedi: 
-
 
Qızım,  insanın  zahirinə  baxma,  batininə  bax!  Türkdə 
bir məsəl var, deyərlər ki, “Ətə baxma, dona baxma, içindəki 
cana  bax!” İndi  Qaraca  qızın hekayəsini söylərəm, özün gö-
rərsən. Atalarından bunu eşitcək bacı və qardaş sevinə-sevinə 
nağıla  müntəzir  dayandılar.  Hacı  Səməd  ruznaməni  yerə 
qoyub çeşməyi gözlərindən çıxartdı və başladı: 
-
 
Qızım, Qafqaz şəhərlərinin birində usta Səttar adlı bir 
sərrac  öz  arvadı  Şərəfnisa  ilə  yaşıyor  idi.  Bunlar  İran  əhli 
idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçməgə görə 
vətənlərini  buraxıb  buraya  gəlmişdilər.  Usta  Səttar  sərraclıq 
edib  külfətini  birtəhər  dolandırırdı.  Usta  Səttarın  övladdan 
yalnız altı  yaşında Tutu adlı bircə qızı var idi. Tutu çox qara 
və  çirkin  idi.  Anası  ona  körpə  vaxtından  “Qaraca  qız”  deyib 
çağırdığına görə əsl adı unudulub, hər kəs onu bu ad ilə çağı-
rırdı. Qaraca qız çox nadinc idi və özü qız taifəsi ikən qızlar 
ilə oynamağı sevməzdi. Həmişə oğlan uşaqları ilə oynayardı. 
Uşaqlar Qaraca qızdan qorxardılar; çünki o, çox cürətli idi və 
yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız 
həmişə zəifin tərəfini dutar idi. Qaraca qızı ata-anası nadinc-
liyi  üçün  nə  qədər  döyərdilərsə  də,  əsla  ağlamazdı.  Anası 
ondan qonşulara şikayət edib deyərdi: 
-
 
Qaraca qızı su batırmaz, od yandırmaz. 
Amma bunun ilə belə Qaraca qız çox rəhimli, səxavətli 
qız idi: hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi.  
Usta  Səttar  sakin  olduğu  şəhərdə  tez-tez  zəlzələ  olardı. 
Bir qış haman şəhərdə böyük zəlzələ olub, çox ev uçurdu. Bir 
dəfə  zəlzələ  gecə  yarısı  xalq  şirin  yatan  zaman  ittifaq  düş-
dügünə  görə  çox  adam  çökmüş  evlərin  altında  qalıb  tələf 
oldu.  Səhər  açıldıqda  ətraf  və  əknafdan  xəlq  tökülüb  şəhərə 


34 
 
köməgə  gəldi.  Adamlar  dəstə-dəstə  əllərində  kürək,  bel,  kü-
lüng, uçuqları qazmağa başladılar. Ata oğulu, oğul atanı, qar-
daş bacını səsləyə-səsləyə daş toprağı ayırırdılar. Bir dəstə də 
usta  Səttar  olan  evi  qazırdı.  əvvəlcə  Şərəfnisanın,  bunun 
dalınca  usta  Səttarın  meyiti  çıxdı.  Bir  az  da  qazandan  sonra 
bir deşik açıldı, buradan bir balaca qız, üst paltarsız sıçrayıb 
çıxdı. Bu qız haman Qaraca qız idi. O, ata-anasının meyitini 
görüb  ağlamağa  başladı.  Hər  kəs  öz  qohum  əqrabasını  ara-
mağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. Zəlzə-
lə  ittifaq  düşəndən  iki  gün  qabaq  bir  dəstə  qaraçı  bu  şəhərin 
kənarında çadır qurub  düşmüşdü. Haman dəstədən bir  qaraçı 
arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada 
ona yemək və paltar verib ocağın qırağında oturtdu. Qaraçılar 
Qaraca  qızın  yetim  qalmağını  və  onun  burada  heç  bir  kəsi 
olmayıb qərib olduğunu bilib öz yanlarında saxlamağa naçar 
qaldılar.  Qaraca  qızı  qızlığa  götürən  qaraçı  arvadı  Yasəmən 
igirmi  yaşında  gözəl  camallı,  yumşaq  təbiətli  şad  yürəkli  bir 
cavana idi. Xasiyyəti cəhətinə Yasəməni hamı sevərdi, amma 
onun  əri  Yusifi  heç  kəs  sevməzdi,  çünki  o,  çox  bədxasiyyət, 
tündməcaz, zalım bir şəxs idi. Yasəmən fala baxmaq ilə qaval 
çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə xeyli mən-
fəət  verərdi.  Yusif  də  ayı  oynadıb  qapı-qapı  gəzərdi. 
Yasəmən  Qaraca  qızı  çadıra  gətirən  zaman  əri  Yusif  orada 
yox idi, çünki dəstənin bir hissəsi onun ilə bərabər sübh tez-
dən buradan çıxıb yola düşmüşdülər. Yerdə qalanları getməyə 
yığışırdı. Yasəmən ərindən çox qorxurdu,  ona görə bilmirdi 
ki,  əri  Qaraca  qızı  qəbul  edəcək,  ya  yox.  Bunun  üçün 
Yasəmən iztirabda idi.  
Qaraçı dəstəsinin yerdə qalnı da yola düşdü. 
Yasəmənin iztirabı bihudə deyil imiş; çünki dalda qalan 
dəstə  gəlib  qabaqdakına  çatdıqda  Yusif  əhvaldan  xəbərdar 
olub çox hirsləndi və bir kəndə çatan kibi Qaraca qızı orada 
atmağına  söz  verdi.  Yasəmən  ərinə  yalvardı  ki,  o,  böylə  işi 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə