Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

35 
 
etməsin,  lakin  Yusif  ona  qulaq  asmadı.  Qaraca  qız  isə  yürə-
gində  bu  işə  şad  idi;  çünki  Yusifdən  qorxurdu  və  qorxmağa 
da haqqı var idi: Yusifin heybətli sifəti və ələlxüsus qara və 
parlaq  gözləri  nəinki  uşağı,  hətta  böyük  adamı  da  qorxuya 
salırdı.  Yasəmən  ərinin  tamahkarlığını  bilirdi,  ona  görə 
gələcəkdə  Qaraca  qızın  onlara  böyük  mənfəət  verməyini 
söylədi: 
-
 
Bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mah-
nı oxumaq, özüm kibi oynamaq öyrədəcəgəm və o üst başını 
bəzəyib,  kəndlərdə,  şəhərlərdə  oynadacağam.Sənin  üçün  pul 
yığacağam. 
 Bu fikri Yusif bəyənib Qaraca qızın dəstədə qalmasına 
razı  oldu.  Bivətən  qaraçıların  məişətini  Qaraca  qız  çox 
bəyəndi,  bu  gün  burada,  sabah  bir  tazə  yerdə,  çay  qırağında, 
meşə  kənarında  mənzil  edib  çadır  qurma,  ocaq  çatıb  xörək 
bişirmə,  bir  yerdə  mahnı  oxuma,  nağıl  söyləmə,  bunların 
hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vəqtlər Qaraca qız 
Yusifin ayısından qorxurdu, amma sonralar öyrənib, onun ilə 
çox  dost  olmuşdu.    Ayı  da  onun  ilə  oynamağı  sevirdi. 
Yasəmən Qaraca qızı, ərinə söz verdiyi kibi, yaxşı geyindirib, 
oxumaq  və  oynamaq  öyrətmişdi.  Tamaşaçılar  Qaraca  qızın 
gözəl səsinə və oynamağına təəccüb edib heyrətdə qalırdılar. 
Qaraca  qız  balaca  qavalını  açıb  tamaşaçılara  tərəf  dutanda 
dərhal onun üçün pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad 
edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idi-
sə də, yenə hər ikisini xasiyyətinin pisliyindən çox incidərdi.  
Qaraca qızın təbiətində inadcıllıq var idi. Bu xasiyyətinə 
görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən 
əl  götürməyirdi.  Qaraca  qız  ancaq  Yasəmənin  sözündən  heç 
vaxt  çıxmıyordu.  Çünki  Yasəmən  onunla  çox  məhəbbət  və 
mehribanlıq  ilə  dolanıyordu.  Yusif  Qaraca  qızın  tərsliyinə 
təəccüb edib arvadına diyordu: 


36 
 
-
 
Bu  zorbalıqda  ayı  bənim  qamçımın  qorxusundan  hər 
cür  oyun  çıxardır,  amma  bu  balacalıqda  qızın  əlində  aciz 
qalmışam! 
Yasəmən ona böylə cavab veriyordu: 
-
 
Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır!.. 
Heyvan  ilə  edilən  rəftar  insan  ilə  ediləməz.  Heyvana  yoğun 
çubuq lazım isə, insana məhəbbətli rəftar, dadlı və mehriban 
söz lazımdır! 
 
                        Cahanda qafil olmuşam
                        Zəlil, cahil olmuşam
                        Avam qoymuşam səni
                        Bağışla, sevgilim, bəni!.. 
 
Yusif arvadının bu doğru sözünə inanmayıb diyordu: 
-
 
Yox,  bu  bir  səbəb  deyildir,  sən  olmasan,  bən  onu  iki 
günün  ərzində  mum  edərəm!  Ər  ilə  arvadın  arasında  böylə 
söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq 
kötəklərdi. 
Qaraca qız  bu zülmdən xilas olmaq üçün neçə dəfə qaç-
maq  fikrinə  düşmüş  idisə  də,  yenə  axırda  ancaq  Yasəmənin 
xatiri üçün fikrini əmələ gətirməmişdi.  
Bir  ildən  artıq  idi  ki,  Qaraca  qız  qaraçı  dəstəsində 
yaşayıb, mahnı oxumağı və  oynamağı ilə ətrafda məşhur ol-
muşdu. Hər kəs Qaraca qızın oxumaq və oynamasını bəyənib,  
tərif  edərdi.  Yusif  Qaraca  qızı  çox  incidəndə  Yasəmən  onu 
qorxudub diyordu:  
-
 
Bu zavallı qıza nə çox əziyyət verirsən?! Axırda bu qız 
səni  qoyub  qaçar  və  sənin  də  əlin  böylə  böyük  mənfəətdən 
çıxar.  
Bu  sözlər  həmişə  Yusifə  təsir  edib,  Qaraca  qızı  bir 
müddət döyülməkdıən çəkinərdi. 


37 
 
Yayın orta ayı idi. Günün istisində insanlar,  heyvanlar, 
quşlar  cümləsi kölgə  yer  və  sərin su arayırdılar.  Qaraçı dəs-
təsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub, 
mənzil  etmişdi.  Günorta  vaxtı  idi.  Qaraçıların  hamısı  bir  işə 
məşğul  idi.  Yusif  ayısını  götürüb  yavuq  kəndə  getmişdi. 
Yasəmən çayın qırağında su qızdırıb, paltar yuyurdu. Çay dağ 
döşündən  gəldiginə  görə  xeyli  iti  və  səs  ilə  axırdı.  Amma 
suyu  az  olduğundan  Qaraca  qız  üçün  qorxusu  yox  idi. 
Yasəmən paltarı yuyub kolların üstünə sərdi ki, qurusun; özü 
də başını yumaq fikri ilə uzun və qara saçlarını hörükdən açıb 
döşünə  tökdü.  Yasəmən  Qaraca  qızı  səslədi  ki,  gəlib  onun 
başına  su  töksün.  Qaraca  qız  iki  arşın  ucalıqdan  tökülən 
şəlalənin  altında  durub  çimdiginə  görə  Yasəmənin  səsini 
eşitmədi. Bir azdan sonra Yasəmən Qaraca qızı bir də çağırdı, 
bu səfər də cavab almadı. Yasəmən saçlarını döşündən  yığıb 
belinə atdı; bu halda qulağına çay tərəfdən sel gurultusu gəl-
di.  Bunu  eşitcək  Yasəmən  dik  atılıb  çaya  tərəf  yügürdü.  O 
vaxt  Qaraca  qız  hələ  şəlalənin  altındaydı.  Yasəmən  çayın 
yuxarısından  daşları  və  kolları  yumalaya-yumalaya,  gurultu 
və nərilti ilə gələn seli görüb, var gücü ilə qışqırdı: 
-
 
Bacım, tez ol qaç, sel gəlir! 
Qaraca  qız  Yasəmənin  səsini  eşidib,  şəlalənin  altından 
çıxdı,  ancaq  bir  neçə  addım  qoymuşdu  ki,  sel  onun  üstünü 
cəllad  kibi  aldı.    Yasəmən  işi  böylə  gördükdə  alıcı  quş  kibi 
özünü  çaya  atdı.  Yasəmən  özünü  Qaraca  qıza  yetirincə  sel 
qızı götürdü və bir neçə saniyə suda itirdi. Bir az sonra qızın 
başı  göründü.  Yasəmən  özü  də  bir  neçə  dəfə  suya  batıb 
çıxandan  sonra  üzüb  Qaraca  qıza  çatdı  və  saçlarından  dutub 
çiyninə aldı. Hərçənd Yasəmən çox  yüzücü idi, amma bu iti 
axan, daşları, böyük kolları yumalayan seldə üzmək mümkün 
deyil  idi.  Qaraçılar  Yasəmənin  qışqırığını  eşidib  köməyə 
töküldülər;  sel  getdikcə  artırdı.  Axırda  sel  bunları  bir  böyük 
daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstün-


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə