138
-
Pəricahan! Qızına yazığın gəlsin, gör yoldaşsızlıq, onu
nə hala salmışdır? Qoy bu qız ilə oynasın, atlansın, qol-
qanadı açılsın, bədəni bərkisin, keyfi açılsın! Bu qız qaraçı
qızı deyildir, və olsa da nə eybi vardır? Xanımın yanında
qarabaşı olmazmı? Mürəbbiyəsi yanında olacaqdır. Bir fəna
iş edərlərsə, tərbiyə edib qoymaz.
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi.
-
Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə
qarışmayacaqsan, indi nə üçün sözündə dəvam etmirsən? Bu
qız buradan gedəsidir! Artıq söz lazım deyil.
-
Xayr. Bu qız burada qalasıdır, - deyə Hüseynqulu
səsini yücaltdı.
-
Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir, yoxsa
mən
burada qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.
Səlim bəy fürsəti fotə verməyib dedi:
-
Onda verin mən aparım.
Hüseynqulu ağa dedi:
-
Səlim bəy! Heç vaxt ona razı olmaram! Necə ki, sizə
demişdim, elə də edəcəgəm. Qaraca qız bağbanım Piri baba-
nın yanında olacaqdır.
Pəricahan xanım dedi:
-
Bu şərtə mən də razıyam, ancaq Ağca xanım ilə bil-
mərrə əlaqəsi olmayacaqdır. Çünki ondan pis xasiyyət götü-
rər.
Bu şərt ilə Qaraca qızı aparıb Piri kişiyə tapşırdılar. Piri
kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. Piri
kişi yetmiş yaşında bir qoca idi. Heç bir kəsi yox idi, özü də
Hüseynqulu ağanın rəiyyəti olub onun atası zamanından bu
bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb işi
düşməsə ağalıq qapısına, gəlməzdi. Xidmətçilər Hüseynqulu
ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsə-
dən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zül-
mündən mühafizə edərdi. Ona görə onu başqa nökərlər