Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

129 
 
əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-
cəh  və  nəğməsinə  qarışmışdı.  Qaraca  qızın  sevgili  şəlaləsi 
günün  qırmızı  şöləsindən  parıldayırdı.  Axırda  Yasəmən 
gözlərini  açdı.  Biçarənin  lalə  kibi  yanaqları  solub  zənbəq 
rənginə  dönmüşdü.  Yasəmən  Hüsniyəni  tanıdı.  Zəif  səs  ilə 
ona dedi: 
-
 
Hüsniyə, Yusif haradadır? 
-
 
Bayırdadır, bacım, çağırımmı? 
-
 
Çağır, hamını çağlr... Ölürəm... 
-
 
Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa 
sənin üçün həkim tapıb gətirdəcəyəm! – bunu deyib Hüsniyə 
bayıra  çıxdı  və  bir  azdan  Yusif  başqa  qaraçılar  ilə  barabar 
içəri  girdi.  Qaraçılar  Yasəmənə  yürək  verirdilər,  Yasəmən 
dedi: 
-
 
Yox, əzizlərim, mən ölürəm!.. Yusif, əlini mənə ver!.. 
Vəsiyyətimə  qulaq  as...    Əmələ  gətirməyə  söz  ver!..      Bir  az 
dayanıb, yenə təzədən başladı: 
-
 
Yusif, budur, dört ildir ki, sənə arvadam! Bu vaxta kibi 
səndən  döyüşdən,  söyüşdən  başqa  bir  şey  görmədim.  Cavan 
ömrümü  çürütdün...  Mənə  min  cür  zülm  və  cəfa  etdim, 
bunların  hamısını  bağışlayıram!  Ancaq  sən  də  mənə  söz  ver 
ki,  bundan  sonra  Qaraca  qız  ilə  mehriban  rəftar  edib  onu 
incitməyəcəksən!.... 
Yasəmən səsini kəsdi. Çadırda bir müddət sakitlik oldu. 
Sonra Yusif dedi: 
-
 
Yoldaşlarımın  hüzurunda  vəsiyyətini  əmələ  gətirməgə 
söz verirəm!   
 Yasəmənin  üzündən  şadlıq  zühur  etdi  və  Hüsniyəyə 
dedi: 
-
 
Bacım,  Qaraca  qızı  sənə  tapşırıram.  Ondan  muqayat 
ol!..Ah!  Gözlərimə  qaranlıq  çökür!..  Boğurlar...  Yusif.. 
Hüsniyə... Qaraca qız!... -  deyə Yasəmən sayıqlaya-sayıqlaya 
vəfat etdi. 


130 
 
*** 
Yasəmənin  vəfatından  sonra  Yusif  verdiyi  əhdə  bir 
müddət  vəfa  etdi,  lakin  sonralar  təbiətində  qoyulmuş  fəna 
sifətləri  yenə  aşkar  olmağa  başladı.  Hüsniyə  bacardığı  qədər 
Qaraca  qızı  Yusifin  zülmündən  mühafizə  edirdi.  Ancaq  iş 
orasında idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qız 
ilə  pul  qazanmaq  üçün  hər  gün  səhər  mənzildən  çıxıb  bir  də 
axşam  qayıdırdı.  Hüsniyə  zavallı  yetimin  üzünə  baxanda 
sualsız  da  anlayırdı  ki,  o  biçarə  Yusifdən  nə  zülm  və  əziy-
yətlər çəkir.  
Axır  vaxtlarda  Yusif  bir  fəna  əmələ  də  mürtəkib  ol-
muşdu:  belə  ki,  əlinə  düşən  pulu  içkiyə  verib  tez-tez  məst 
olurdu.  
Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara 
olurdu. Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar 
bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə 
toya gedirdilər. Bunlar Yusifgilə təklif etdilər ki, bir az çalıb 
oxusunlar.  Yusif  razı  oldu.  Qaraca  qızın  oxuyub  oynamağı 
cavanlara  çox  xoş  gəldi.  Onlar  biri-birinin  bəhsinə  Qaraca 
qızın qavalını ağ və qara pul ilə doldurdular. 
-
 
Sağ ol, çox  yaşa,  Qaraca qız!  – deyə cavanlar atlarını 
sürdülər.  
Yusif sevincək  Qaraca qızdan pulları alıb cibinə tökdü 
və dedi: 
-
 
Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən 
də  gedim  o  görünən  kəntdən,  çörək  və  sənin  üçün  də  fındıq 
və kişmiş alım.  


131 
 
Bu 
sözdən 
Qaraca  qız  əsla 
şad  olmadı,  çünki 
bilirdi  ki,  oraya 
içməyə  gedir,  am-
ma  bununla  belə 
bir söz demədi. 
Bunlar yol-
dan kənara çıxıb 
kolluğa tərəf üz 
qoydular.  
Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca 
qıza dedi: 
-Ağıllı qızım,  burada otur! Bu saat gələcəgəm. 
 Yusif  getdi.  Qarca  qız  da  kölgədə  uzandı  və  bir  azdan 
sonra  şirin  yuxuya getdi, ayı bir  müddət sakit uzandı.  Sonra 
durub  zəncirini  dartmağa  başladı.  Kolun  budağı  ayının  gü-
cünə  dəvam  etməyib,    qopdu.  Ayı  özünü  asudə  görüb  bir 
müddət kolluqda gəzdi,sonra üzünü meşəyə tərəf dutub getdi.  
Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız 
yuxudan hələ oyanmamışdı,axırda Yusif məst halında o tərəf 
və bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. Yusif Qaraca qızı 
yatmış görüb və ayını öz yerində tapmayıb ayağı ilə  qızı elə 
bərk vurdu ki, biçarə dik atıldı.  
-
 
De görüm, ayı hanı? Mürtəd qızı, mürtəd! 
Qaraca qızın qorxudan dili dutulub cavab verə bilmədi. 
-
 
Hələ  dayan!  Qoy  ayını  tapım,  Sənin  payını  sonra 
verəcəyəm!  Yusif  kola  diqqət  ilə  baxıb  gördü  ki,  ayını  bağ-
ladığı  budaq  qopubdur  və  özü  də  yoxdur.  Bundan  anladı  ki, 
ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır. 
-
 
Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq! 
Qaraca  qız  titrəyə-titrəyə  yola  düşdü.Yusif  yol  uzunu 
gah Qaraca qızı söyüb  qorxudurdu, gah da özü –özünə danı-


132 
 
şırdı. Bunlar  meşəni xeyli dolandılar, amma ayıdan bir  əsər 
görmədilər.  Birdən  Qaraca  qızın  qulağına  ayının  bağırtısı 
gəldi.  
-
 
Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir! 
-
 
Heç zad eşitməyirəm, yalan deyirsən! 
-
 
Bax! Bax! Yenə bağırır!Bu dəfə Yusifin özü də eşitdi.  
-
 
Doğru deyirsən, bağıran ayıdır! 
Hər ikisi səs gələn tərəfəüz qoydular. Ancaq səs meşəyə 
düşdüyünə  görə  ayının  yeri  yavuq  görünürdü,  amma 
həqiqətdə  xeyli  uzaqda  idi.  Axırda  gəlib  ayını  tapdılar.  Ayı 
zənciri  ilə  ağaca  dolaşıb  dartınırdı  və  bağırırdı.  Yusif  ona 
çatan  kibi  hirsindən  və  acığından  ayını  azad  etmədən  əvvəl 
əlindəki  ağac  ilə  onu  döyməgə  başladı.  Ayının  bağırtısı  me-
şəni başına götürmüşdü. Axırda ayı dartınıb xaltanı başından 
çıxartdı və ildırım kibi özünü Yusifin üstünə atdı. Bir dəqiqə 
keçmədi ki, qızmış ayı sahibini parçaladı. 
 
 
Qaraca  qız bunu gördükdə  dəhşətli bir hal ilə  qaçmağa 
başladı.  Ancaq  qorxudan  özünü  itirib  yol  əvəzinə  meşənin 
ortasına  tərəf  qaçdı.  Bir  azdan  sonra  ayı  Yusifin  meyitini 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə