29
—
Xanım, sizi mәnә Allah göndәrdi. O azğın kişilәrin içindә tәk qız idiniz.
Tikanlı kollar içindә tәk gül. Sizә pәnah gәtirdim.
—
O adamlar nәçi idilәr?
—
Bizim dükanı qarәt elәdilәr. Mәni tutacaqdılar...
—
Ata-anan hardadır?
—
Onlar qaçıblar... mәn gecikdim.
—
Adın nәdir?
—
Diana.
—
Əziz Diana, heç fikir elәmә, sәni quldurların әlinә vermәrәm.
Diana minnәtdarlıqla ona baxıb gülümsәdi.
Bu zaman һәyәtin qapısı döyüldü, Gülbaһar qonağını köһnә dәmirçixanada
gizlәdib qapıya yanaşdı:
—
Kimdir?
—
Açın qapını!
—
Nә istәyirsiniz?
—
Qorxmayın, bizi içәri buraxın.
Qız şübһә doğurmamaq üçün dәrһal qapını açdı. İçәri yekәpәr kişi ilә balaca
boy bir cavan oğlan girdi.
—
Xeyir olsun?
Yekәpәr kişi şübһә ilә Gülbaһara baxıb dedi:
—
Bizә xәbәr verdilәr ki, sizinlә buraya bir yunan qızı gәlib. Düzdürmü?
—
Düzdür. Gәlmişdi. Buyurun otağa... Mәni başa salın görüm nә olub?
Yekәpәr kişi içәri girdikdә otağa nәzәr salıb dedi:
—
Qız һanı?
—
Mәn ona parça pulu borclu idim, verdim, getdi.
30
—
Parça pulu? Biz onların dükanını dağıdırıq, siz ona parça pulu verirsiniz?..
Bizә onun yaşadığı ev lazımdır.
—
Dükanını soyubsunuz, indi dә evini...
—
Bunun sizә dәxli yoxdur. Deyin görәk o һara getdi?
—
Mәnә bir söz demәdi.
—
Düz demirsiniz. Siz türk qızı deyilsiniz? Bәlkә yunansınız?
—
Mәn türk qızıyam. Siz dә әsil türk oğlu olsanız, belә һәrakәt etmәzsiniz.
—
Sizinlә başqa cürә danışardıq...
Balaca boy oğlan, yekәpәr kişinin sözünü tamamladı:
—
Tәәssüf ki, pasportunuzda türk qızı yazılıb.
Yekәpәr kişi әlavә etdi:
—
Mәsәlә bir pasportda deyil, ürәkdәdir. Bu qızda türk qәlbi yoxdur.
—
Heç olmasa siz türk qәlbindәn danışmayın. Sizin һeç qәlbiniz yoxdur!
—
Siz çox sәrt danışırsınız. Kimә belә güvәnirsiniz?
—
Vicdanıma.
—
Vicdan sözü ilә alver etmәyin. Gәlin o yunan qızının yerini deyin. Yoxsa
sizin üçün pis olar.
—
Mәni qorxutmayın.
—
Görünür, siz çox igid qızsınız, һökumәtdәn qorxmursunuz.
—
Mәn düz söz deyәndә һeç kәsdәn qorxmuram. Mәn bir sizdәn yox, polis
idarәsindәn dә narazıyam, çünki sizin bu һәrәkәtlәrinizә göz yumurlar.
—
Siz polis idarәsini tәһqir edirsiniz? Bu sizә ağır oturacaq.
Yekәpәr adam üzünü yoldaşına çevirib dedi:
—
Bu lovğa qızın һәddini özünә bildirmәk lazımdır. Biz gәrәk sübut edәk ki,
bu türk qızı deyil.
Onlar gedәn kimi Gülbaһar һәyәtin qapısını bağladı, bir qәdәr durub onların
uzaqlaşmasını gözlәdi. Hiss edirdi ki, yaxasını bu talançıların әlindәn asanlıqla
qurtara bilmәyәcәk. Onun şәn gününü matәmә döndәrәn bu adamlardan nә
desәn gözlәmәk olardı. Ancaq һәr şeydәn әvvәl Diananı aparıb başqa yerdә
gizlәtmәk lazımdı.
31
Gülbaһar qәt etdi ki, qızı şәһәrin yaxınlığındakı kәnddә yaşayan xalası
Rәmziyyәnin yanına aparsın. Rәmziyyә xalanı rәһimli, dar gündә kara gәlәn bir
adam kimi tanıyırdı.
Gülbaһar dәmirçixanaya gedib Diananı evә apardı. Fikrini dedikdәn sonra
şifonerdәn bir örpәk çıxarıb ona verdi:
—
Buna elә bürün ki, yoldan keçәnlәr sәnin xәstә olduğunu zәnn etsinlәr.
Diana ömründә bir dәfә dә olsa başına örpәk örtmәmişdi. Bu ona qәribә
göründü. Türk qızı, yunan qızı. һәr ikisi yanaşı gedir, bir kәlmә dә
danışmırdılar һava qaralmışdı.
Onlar şәһәrin Asiya һissәsinә yetişәrkәn, bir evin od tutub yandığını
gördülәr. Alov әtrafı işıqlandırmışdı. Bir neçә adam, әlindә ba ğlama, qaranlığa
tәrәf qaçırdı. Qışqırıq, ağlamaq sәsi eşidilirdi. Gülbaharın tüklәri biz-biz oldu:
“Yәqin yunan evidir. Allah göstәrmәsin!”
Yunan evindәn xeyli uzaqlaşıb şәhәrin kәnarına yetişәrkәn şiddәtli yağış
yağmağa başladı. Bir az bundan әvvәl Tofiqlә görüşmәk üçün havanı n xoş
olmasını arzu edәn Gülbaharı indi yağış sevindirdi.
İstanbulda sәfalı, gәzmәli yerlәr çoxdur. Onlardan biri dә Qalata körpüsünün
әtrafıdır. Burada gәnclәr görüş tәyin edir, öz fikir vә hisslәrini bir -birinә
bildirir, dil tapırlar. Bәzәn sevgilisini i ntizarda qoyan, verdiyi sözә әmәl
etmәyib dostluqda xәyanәt edәn dә olur. Ancaq bunları heç kәs xatırlamaq
istәmir.
İlk mәhәbbәt әtrini duyan gәnclәr xoş sözlәrә daha tez inanırlar. Tofiq dә
belә gәnclәrdәndi.
O, İstanbulun yaxınlığında olan bir kәnd müәlliminin oğlu idi. Orta tәhsilini
atasının dәrs dediyi mәktәbdә almışdı. Universitetә daxil olmaqda әmisi pәnah
Tofiqә kömәk etmişdi. İndi dә onu öz himayәsindә saxlayırdı. Tofiq әmisindәn
yarımışdı.Onu ikinci ata hesab edirdi.
Pәnah şәhәrin mәşhur vәkillәrindәn biri idi. Kömәk üçün ona çox adam
müraciәt edirdi. Ancaq o, әksәr hallarda kasıbların şikayәti ilә mәşğul olur,
tapdalanmış hüquqları qorumağa çalışırdı. Onu xalqa sevdirәn dә bu idi.