Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

 
68 
olduqda onu «zəbt edir» ) İnsan bu gün ilə,reallıqla yaşamalıdır.Özünü nə 
keçmişin  problemləri  ilə  üzmək,nə  də  gələcəyin  gözlənilən  problemləri  ilə 
yükləmək, yaxud gözəl gələcək haqqında xəyallarla, xüsusən, fantaziyalarla 
yaşamaq  lazım  deyil.  Arzu  –  stimuldur,  onsuz  yaşamaq  mümkün  deyil. 
Lakin  xəyallara  alüdə  olmaq,  real  həyatı  unutmaq  bu  günün  enerjisini 
havayı  sərf  etməkdir.  Ona  görə  də  bu  cür  adamlar  həyatda  nəyə  isə  nail 
olmaqda  gücsüz  olurlar  –  bunun  üçün  cəhd  etməsələr  belə.  Daim  keçmiş 
saf–çürük edənlər və ya keçmişin xoş xəyalı ilə yaşayanlar da  («nostalgiya» 
xəstəliyi)  həmçinin.  Bu  günün  enerjisini  qorumaq,  yersiz  sərf  etməmək 
üçün müxtəlif meditativ texnikalar düşünülmüşdür.  
Meditasiya  zamanı  insan,  bir  növ,  öz    hüdudlarından  kənara,  daxili 
aləmdən  xarici  aləmə  çıxır  (özünə  qapılmanın  ,alüdəçiliyin  əksi),  şüurlar 
aləminə (şüur enerjiləri qatına) qovuşur.Lakin bu, «naməlum» aləmdir. Bu  
«nəməlum»  olana  «xidmət»  etməkdənsə,  hər  şeyi  bəxş  etməyə  qadir  olan 
Böyük  Qüvvədən  güc  almaq  –  ibadət  daha  doğru  yoldur.  İbadət  zamanı 
insan  şüur  üçün  mümkün  olan  ən  yüksək  səviyyəyə  qalxır,  tənha 
olmadığını  bilavasitə  və  daha  real  hiss  edir.  Nəticədə,onun  özünə 
qapılmasına  və  ya  nəyə  isə  alüdə  olmasına  ehtiyac  qalmır.  Doğurdan  da, 
dini ayinlər, ibadət insanın özünə nəzarət etməsinə, özünü unutmamasına, 
fikirlərin  yığcamlığına,  tənha  olmadığını  hiss  etməsinə  xidmət  edir.  Lakin 
müasir  insan  vaxtını  ibadə  deyil,  məsələn,  televizora  baxmağa  sərf  edir 
(bəziləri  üçün  o,  əsas  ünsiyyət  vasitəsi  və  tənhalığa  qarşı  «dərman»dır). 
Bununla  çox  zaman  reallıqdan  uzaqlaşır,  özgə  (məsələn,  teleserial 
qəhrəmanlarının) həyatını yaşayır, bununla da öz enerjisini  «onlar üçün» 
sərf edir. 
Energetik  və  qoloqrafik  sahələrdən  sonra  gələn,  əlavə  qidaya 
ehtiyacı olmayan  daha incə  sahələri ali hisslər  möhkəmləndirir.  Ali 
hissləri  bəxş  edən  isə  yenə  ibadətdir.  Müasir  insan  üçün  yad  olan, 
yumşaq  desək,  «özünəməxsus»  həyat  tərzi  kimi  başa  düşdüyü 
ibadət, əslində, insanın düzgün yaşamasını təmin edən bir vasitədir. 
Sağlamlığımız  üçün,  eləcə  də  kamilliyimiz  üçün  nə  lazımdırsa, 
ibadət bizi ona «məcbur edir». Məsələn, ali hissləri yalnız bilavasitə 


 
69 
ibadət  zamanı  –  ruhun  konkret  vəziyyəti  hesabına,  yəni  ən  incə 
sahələri  «qidalandırmaqla»  qazanmırıq.  Bu  hisslərə  malik  olmaq 
üçün  əvvəlki  sahələrin,  həmçinin,  fiziki  bədənin  qidası  təmiz,  saf 
olmalıdır.  Qoloqrafik  sahə  misalında  bu  haqda  bir  qədər  ətraflı 
danışdıq.    Lakin  ən  «kobud»  enerjini  verən  yediyimiz  qida  belə  bu 
baxımdan  əhəmiyyət  kəsb  edir.  Axı,  qida  da  özündə  informasiya 
daşıyır və bu «informasiya» şüuraltı üçün «ürəkaçan», yaxud «xoşa 
gəlməyən»  ola  bilər.  Beləliklə,  təmiz,  saf,  təbii  qidalarla  qidalanma 
təkcə fiziki baxımdan, yəni fiziki bədən üçün deyil, həm də insanın 
incə  sahələri  üçün  əhəmiyyətlidir.  Ümumiyyətlə,  sahələrin  işi  bir-
biri  ilə  bağlı  olduğundan,  hər  bir  sahənin  qidalanmasının  digərinə 
təsiri  vardır.  Aydın  olur  ki,  ali  hisslərə  malik  olmaq  yalnız  insanın 
qidası, fikir və düşüncələri saf olduqda mümkündür və məhz ibadət, 
istər  bilavasitə  –  ruhun,  düşüncənin  müvafiq  halını  yaratmaqla, 
istərsə də digər tələbləri ilə – qidanın, fikirlərin saflığını təmin etmək 
yolu ilə insana ali hisslər bəxş etməyə qadirdir. 
Fiziki  bədənə  gəlincə,  aydındır  ki,  ayrı-ayrı  energetik  sahələrin 
möhkəmlənməsi fiziki bədəni də mükəmməlləşdirəcəkdir. Güclü su 
axını  çayın  dibində  olan  tör-töküntünü  yuyub  apardığı  kimi, 
energetik  bədənin  möhkəmlənməsi  nəticəsində  güclənən  enerji 
dövranı  da  orqanizmdəki    «tör-töküntünü»  «yuyub  aparacaqdır». 
Bu  əksinə,  fiziki  bədəni  möhkəmləndirməklə,  energetik  sistem  də 
möhkəmlənir. Rasional qidalanmanın, fiziki məşqlərin, qaçışın və s. 
əhəmiyyəti elə bununla bağlıdır. 
Energetik  sistemdə  enerjinin  toplandığı  yerlər  vardır.  Sanskritdə 
bu,  cakra  adlanır,  mən  isə  sadəcə,  mərkəz  adlandıracağam. 
Mərkəzlərdə  enerji  daim  konusvari  spiral  şəklində  saat  əqrəbi 
istiqamətində  fırlanaraq,  meridian  adlanan  energetik  kanallar 
vasitəsilə bütün orqanizmə ötürülür.                                                        
 
Mərkəzlərdə enerjinin ötürülməsini aydın təsəvvür etmək üçün 
burulğanı  xatırlamaq  kifayətdir.  Dənizin  burulğan  hissəsində  də 
qeyri-adi  heçnə  yoxdur,  yəni  orada  da  sudur,  lakin  axın  başqadır. 


 
70 
Mərkəzlər  energetik  sistemin  yerdə  qalan  hissələrinə  enerjini 
paylayan  əsas  özüldür.  Onlar  onurğa  boyunca  yerləşir  və  sinir 
kələflərinə  
«uyğundur». 
 
Hər  bir  mərkəz  müəyyən  bir  (və  ya  bir  neçə)  üzvü  enerji  ilə 
təmin  etməklə  yanaşı,  konkret,  özünəməxsus  funksiya  da  daşıyır, 
insanın fəaliyyətinin müəyyən bir sferasında nəzarət edir. (Cədvəl).  
     Göründüyü  kimi  mərkəzlər  energetik  sistemin  daxilində 
yaşamaq  instinktindən  tutmuş,  dərin  dərk  etməyə  qədər  müxtəlif  
spektrli  təsirlərin  müvazinatını  yaradır.  Hər  bir  insanın  psixoloji 
xüsusiyyətləri  ayrı-ayrı  mərkəzlərin  inkişaf  dərəcəsinə  uyğundur. 
Ona görə də öz düşüncələrimizi,meyllərimizi, əqidə və istəklərimizi, 
hərəkətlərimizi  götür-qoy  edərək,  özümüzdə  hansı  mərkəzlərin 
fəaliyyəti  nin  üstün  olduğunu  və  fəaliyyətdən  qalan  mərkəzi 
gücləndirmək üçün hansı yolu seçmək lazım olduğunu müəyyən 
edə bilərik!                                                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə