Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
    Bu səhifədəki naviqasiya:
  • İn Yan

 
79 
 
Beləliklə,  il  hər  biri  72  gün  olmaqla,  beş  bərabər  hissəyə 
bölünmüşdür və onların hər birində müvafiq orqan aktiv olur, yəni 
energetika, bir növ, həmin orqana xidmət edir. Şərq təqvimi ilə yeni 
ilin  əvvəlindən  (Dolça  bürcündə  ayın  təzələnməsi)  başlayaraq,  72 
gün  –  qara  ciyər,  18  gün  –  dalaq,  72  gün  –ürək,  18  gün  –dalaq,  72 
gün – ağ ciyərlər, 18 gün – dalaq,72 gün – böyrəklər və yenə 18 gün 
– dalaq aktiv olur. Hər bir üzv  üçün  sağlamlaşdırıcı tədbirlər onun 
aktivlik  dövründə  və  aktivlik  saatında  aparılmalıdır.  Çünki  həmin 
dövrdə,  həmin  saatda  Təbiət  özü  sanki  həmin  orqan  üçün  çalışır
onu müdafiə edir, ona güc verir.  
 
Beləliklə,  biz  müalicə  prosesində  nəzərə  alınması  vacib  olan  2 
cəhətə toxunduq: insanın konstitusional tipi və bioloji ritmlər. Qeyd 
edim  ki,  konstitusional    tipdən  (üç  ünsürdən  hansının  üstünlük 
təşkil etməsindən) daha çox mahiyyət etibarı ilə onun eyni olan İn-
Yan  konsepsiyasını nəzərə almağa üstünlük verirəm. 
 
  
İn  və  Yan  –  Çin  fəlsəfəsinə  görə  bir-birinə  əks olan, 
lakin  biri  digərini  tamamlayan,bir-birinə  keçən, 
birlikdə  bir  tam  əmələ  gətirən  anlayışlardır. 
Təbiətdə  mövcud  olan  istənilən  əksliklər  cütü  bu 
anlayışlara aid edilə bilər. 
 
İn   
 
 
 
 
Yan 
qadın                                              kişi 
daxili                                              xarici 
yumşaq                                          bərk 
yumşaqlıq                                     aqressivlik 
tünd (qaranlıq)                              açıq (işıqlı) 
gecə                                                 gündüz 
nəm                                                 quru 
soyuq                                              isti 


 
80 
hərəkətsiz                                       dinamik 
passiv                                              aktiv 
mənfi                                                müsbət 
dərk edilməyən                              dərk edilən 
sevgi                                                 iş 
ay                                                      günəş 
yer                                                     göy 
qavrayış (özgə)                                yaradıcılıq (özü) 
maddi                                                energetik 
musiqi                                               küy    
zəif                                                     güclü 
yüngül                                               ağır 
az                                                        çox 
kiçik                                                    böyük 
qısa                                                      uzun 
alçaq                                                    hündür 
qəmli                                                   sevincli 
arıq                                                       kök 
       Bütün bu əksliklər bir-biri ilə vəhdət təşkil edən, eyni zamanda, 
mübarizədə  olan  qüvvələrdir.  Lakin  in  və  yan  bir-biri  ilə  mübarizə 
aparan  rəqiblər  kimi  başa  düşülməməlidir.  Onlar  bir-birindən 
asılıdır  və  biri  digərsiz  mövcud  ola  bilməz  (yuxarı  olmasa,  aşağı  da 
olmazdı və s.). Onlara daimi xüsusiyyətlər kimi baxılmamalıdır, in və 
yan daim dəyişir və bir-birinə keçir. 
 
Gün  ərzində  yan  üstünlük  təşkil  edir:  gündüzlər  işıqlı  və  isti 
olur, fəaliyyət üstünlük təşkil edir. Günorta yan özünün maksimum 
həddinə çatır, in isə minimum həddə enir. Bu zaman insanın enerjisi, 
yan  azalmağa  başlayır,  in  isə  artmağa  başlayır.  Gecə  soyuq  və 
qaranlıqdır.  Bu  zaman  insan  passiv  olur,  dincəlmək  istəyir.  İn-in 
günortadan  sonra  başlayan  artması  davam  edir  və  artıq  gecə 
üstünlük  təşkil  edir.  Gecəyarı  in  maksimuma,  yan  isə  özünün  ən 
aşağı həddinə çatır. Bu andan başlayaraq, in azalır, yan isə artmağa. 


 
81 
Beləliklə,tsikl  yenidən  başlanır.  İn  və  yanın  bir–birinə  keçməsinin 
mövsümi və illik tsiklləri də vardır. 
 
 İn  və  yanın  təbii  artıb-azalması  onlar  arasındakı  tarazlığı 
pozmur. Lakin bəzi daxili və xarici amillərin təsiri istər in, istərsə də 
yan-ın artması və ya azalmasına səbəb ola bilər. Bu artıb-azalma təbii 
olmadığından, disharmoniyaya gətirib çıxarır. Xarici amillərə qeyri-
əlverişli təbii şərait (külək, isti, soyuq,quruluq, nəmişlik və s.), daxili 
amillərə insanın emosional vəziyyəti və qeyri-sağlam həyat tərzinin  
nəticəsi ilə bağlı səbəblər (qəzəb, sevinc, qayğı, fikirlilik, qorxu, çox 
yemək, hipodinamiya və s.) aiddir. Bunların hər birinin davamlı və 
güclü təsirindən in-yan tarazlığı pozulur. 
 
 Qeyd  edilən  amillərdən  hər  biri  insanın  təbii  halı  və  yaxud 
təbiət hadisələridir. Yəni onlardan qaçmaq, heç vaxt onların təsirinə 
məruz  qalmamaq,  demək  olar  ki,  mümkün  deyil.  Lakin  söhbət 
davamlı  və  güclü  təsirdən  gedir.  Təbiət  səsinə  qulaq  asmağın 
vacibliyi bu baxımdan daha qabarıq hiss edilir. Soyuq havada qalın 
geyinmək, quraqlıq zamanı bol su içmək və s. sadə qaydalar insanın 
sağlamlığına xidmət edən vasitələrdir. Təbiətin ziddinə getmək, ona 
«  meydan  oxumaq  »  insanın  yalnız  zərərinədir.  Məsələn,  əgər 
gəzinti  nəzərdə  tutulan  vaxt  hava  yağışlı  və  küləklidirsə,  lakin 
gəzinti təxirə  salınmır və «təbiətin acığına» həyata kecirilirsə, insan 
öz  cavabını  alır  və  soyuqdəymə  ilə  mükafatlandırılır.  Bu  misal  nə 
qədər  sadə  olsa  da,xəstəliklərin  bir  çoxu  məhz  bu  cür,  sadə  şeyləri 
nəzərə  salmaq  nəticəsində  qazanılır.  Eldə  buna  «  xəstəliyi  satın 
almaq» deyirlər. Sağlam olmaq istəyən hər bir kəs in və yan-ın təbii 
dəyişilmələrinə  tabe  olmaqdır.  Əslində,  in-yan  tarazlığına  hər  şey  – 
yeyib-içmək,  iş  belə  təsir  edir.  Yalnız  hər  şeydə  qədəri  gözləmək, 
həddi bilməklə bu tarazlığı öz təbii halında saxlamaq mümkündür.  
 
İn  və  yan  konsepsiyası  təkcə  nəzəri  biliklər  üçün  əsas  deyil. 
Sağlam  həyat  tərzinin  qurulmasında,  habelə,  müayinə  və 
diaqnostikada  da  bu  prinsip  əsas  götürülür.  Müxtəlif  xəstəliklərin 
bütün  tipik  simptomları  in  və  yaxud  yan-ın  artması  və  ya 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə