Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

 
88 
təqdim etmək, bu millətə edilən növbəti bir xəyanət, elm və mədəniyyətimiz 
həqqində  böyük  bir  cinayətdir.  Görəsən,  bu  yeni  əlifba  «ixtiraçıları»  bu 
əlifba ilə hansı əsərləri, hansı tarixi sənədləri və ya abidələri oxuyub təqdim 
edəcəklər? Bu xəlqin bu yeni əlifba ilə yazılmış bir vərəq əsərini dünyanın 
hansı kitabxanasında tapmaq olar? 
Bunlar  öz  yerində.  Bəs  «yeni»  əlifbanın  «əcaibliyinə»  nə 
deyəsən.  Axı,  əlifba  hərflərin  təsadüfi  sırası  deyil  (yazı  təsadüf 
olmayıb, böyük məna kəsb edirsə, onu yaratmaq vasitəsi olan əlifba 
necə  təsadüf  ola  bilər?).  Belə  hesab  edilir  ki,  başlanğıc  maddə 
mənasını verən element sözü əlifbanın mərkəzində yerləşən L, M, N 
hərflərinin  adından  (el,  em,  en)  götürülmüşdür.  Bu  və  digər 
cəhətlərə diqqət yetirdikdə «yeni» əlifbanın qondarma olduğu aydın 
olur.  (Əski  –  ərəb  əlifbasına  gəlincə,  onunla  tanış  olarkən,  onu 
bilməyən,  onun  –mübağiləsiz  –  sirrlərinə  bələd  olmayan  insanın 
savadsız  olduğunu  yəqin  etdim).  Ən  dəhşətlisi  isə  odur  ki,  «yeni» 
əlifbanın  gəlişini  orfoqrafik  qaydaları  kobud  sürərdə  pozdu  (bəlkə 
də  ləğv  etdi).  Sanki  orfoqrafiya  dilə  yox,  qrafikaya  aid  imiş.  Bütün 
bunları  bilən  ziyalılarımız  isə  susur.  Halbuki  ziyanın  yarısından 
qayıtmaq da xeyirdir.  
Dil haqqında danışarkən sözün ecazkar gücünü də qeyd etmək 
vacibdir.  Özü  də  bu  ecazkarlıq  təkcə  sözün  daşıdığı  mənaya  görə 
deyil.  Həm  də  onun  səslənməsinə  –  səsinə  görədir.  Belə  ki,  hər  bir 
səsin,  səslənmənin  özünəməxsus  energetikası  vardır  və  o,  Fəzada 
özünə  uyğun  sahə  yaradır  («maddiləşir»),  bu  sahə  isə  məhz  özünə 
uyğun  (yəni  həmcins)  enerjilərqatına  gedib  çıxır  və  onu  yaradan 
mənbə  ilə  əlaqəsi  davam  edir  –  insan  Kosmosdan  məhz  müvafiq 
«növ»  enerji  alır.  Dinimizdə  ibadətin  ərəb  dilində  olmasını  bu 
həqiqəti anlayandan sonra təbii (və zəruri) saydım.  
Sözün və musiqinin köməkliyi ilə müalicə cəhdləri də bununla 
izah  edilir.  Musiqi  terapiyası  adlanan  müalicə  növü  qədim 
zamanlardan  mövcuddur.  Bu,  musiqinin  insanın  emosional 
vəziyyətinə,  beləliklə,  həm  də  müvazinəti  ondan  asılı  olan  fiziki 


 
89 
bədənə  təsiri  ilə  bağlıdır.  Müxtəlif  xəstəliklər  zamanı  müəyyən 
musiqi  alətlərində  çalınan  musiqinin  təsirinə  dair  maraqlı  faktlar 
mövcuddur.  Lakin  mən  onların  üzərində  dayanmayacağam  və 
başqa bir cəhəti qeyd edəcəyəm. Müəyyən edilmişdir ki, musiqi hələ 
ana  bətnində  olan  dölə  belə  təsir  edir.  Özü  də  hər  bir  musiqinin 
özünəməxsus  təsiri  vardır.  Brams  və  Bethovenin  musiqisi  oyadıcı, 
Mosartın  və  Vivaldinin  musiqisi  isə  əksinə,  sakitləşdirici  təsir 
göstərir.  Rok-musiqi  dölün  narahatçılığına  səbəb  olur  və  hətta 
qıcolmaya  gətirib  çıxara  bilir.  Rok-musiqi  böyüklərdə  də  çılğınlıq, 
aqressivlik yaradır, həssaslığı pozur və adətən, artıq bunlara meylli 
olan  adamlar  rok-musiqisini  sevirlər.  Ruhən  təmiz  insanlar  rok- 
musiqiyə qulaq asa bilmirlər. Necə ki narkomanlar klassik musiqiyə. 
Bəli, hər bir musiqi «özünə uyğun» qüvvələrlə «dil tapır». 
Sadədil  delfinlər  də  xüsusi  təcrübələr  zamanı  klassik  musiqi 
səslənən  qəbulediciyə  doğru  üzmüş  və  xoşhal  olmuşlar,  rok 
musiqisi isə onlarda çaxnaşma yaratmış, hətta iflicə səbəb olmuşdur. 
Görəsən,  bu  gün  özü  kimi  bayağı  sözlərə  bəstələnmiş,  istedadı 
musiqinin  və  sözlərin  meyarına  anoloji  olan  ifaşçı  tərəfindən  ifa 
edilən  mahnılara  delfinlər  necə  münasibət  bəsləyərdilər?  Hər  faktı 
hardasa,  nə  vaxtsa  eşitdiyin  «nəyi  isə»  xatırladan  musiqilərin 
müəlliflərin,  heç  olmasa,  Üzeyir  Hacıbəyovun  musiqisindən 
utanaydılar  və  Fəzamızı  bu  cür  «enerji  tullantıları»  ilə 
korlamayaydılar. 
Musiqinin  insana  təsirindən  ifadə  etmək,  könül  rahatlığı 
tapmaq  mümkündür.  Xüsusilə,  hamilə  qadınlar  və  ümumiyyətlə, 
analar  öz  uşaqlarını  musiqi  vasitəsilə  «tərbiyə  edə»  bilərlər.  Axı, 
körpə  uşaq  da,  ana  bətnində  olan  döl  də  eşitdiyi  (və  gördüyü)  hər 
şeyi  ömürlük  yadında  saxlayır  və  bu  gördüyü  və  eşitdiyi  də  onun 
psixikasını kökləyir. 
Mantra-yoqa  –  Yoqa  sisteminin  bir  şaxəsidir.  Burada  xüsusi 
olaraq  seçilmiş  səslərin,  səs  birləşmələrinin  və  ya  ritmik  mətnlərin 
(bunlar  hamısı  mantra  adlanır)  tələffüzündən  alınan  vibrasiyasının 


 
90 
gücündən  istifadə  edilir.  Müxtəlif  səslərin  orqanizmin  psixiki  və 
fiziki  strukturlarına  müxtəlif  cür  təsir  etdiyini  bilən  yoqlar  bundan 
həyati  vacib  proseslərin  müvazinatı  üçün  istifadə  edirlər.  Ayrı-ayrı 
səs  birləşmələrini  tələffüz  etməklə,  diqqəti  xəyalən  müəyyən  orqan 
və  ya  energetik  mərkəzdə  cəmləyərək  müəyyən  səsləri  uzatmaqla 
onlar  istədikləri  fiziki  və  ya  psixiki  vəziyyəti  əldə  edə  bilirlər. Eyni 
işə xidmət edən bir sira müasir metodikalar davardır. Onlar səsdən 
çox  sözün  daşıdığı  mənaya  əsaslanır.  Müxtəlif  «qəribə»  mətnlər 
(təlqinlər, affirmasiyalar) bu cür meydana çıxır.    
Bütün  bu  hallarda  insanlar  sözün,  səsin  sehrindən  – 
enerjisindən,  gücündən  istifadə  etməyə  çalışırlar.  Lakin  sözləri  də, 
səslənməsi  də  ecazkar  olan  ilahi  mətnlər  insanın  yaratdığı,  düzüb-
qoşduğu  bu  mətnlərdən  daha  düzgün,  həm  də  daha  təsirlidir. 
Kəlmeyi-şahadətin,  duaların,şükr  etməyin  əsrarəngiz  gücünü  hiss 
edib başa düşənlər xoşbəxtdirlər. 
Musiqidən fərqli olaraq, söz təkcə deyimi (səslənməsi) ilə deyil, 
həm də  daşıdığı  mənaya görə əhəmiyyət kəsb edir. Deyilən hər bir 
söz,  ifadə  bizim  təsəvvür  etdiyimizdən  daha  böyük  gücə  malikdir. 
Əgər  biz  deyilən  sözə  əhəmiyyət  vermirik  və  ya  inanmırıqsa  belə, 
həmin  söz  yenə  «öz  işini  görür».  Yəni  şüurumuz  qəbul  etmədiyi 
sözü  də  şüuraltı  «eşidir»  və  qəbul  edir.  Sonra  isə  o,  bizim 
davranışımızı  müəyyən  edir.  Özünətəlqin  insan  psixikasının  bu 
xüsusiyyətinə əsaslanır. 
Təkcə  söz,  yəni  ifadə  edilmiş  fikir  yox,  ifadə  edilməmiş 
fikirlərimiz  –  niyyət  də  Fəzada  sahə  yaratmağa,  yəni,  bir  növ, 
maddiləşməyə  qadirdir.  Məhz  elə  buna  görə  də  niyyət  əməldən 
önəmli 
sayılır. 
Öz 
fikirlərimiz 
və 
düşüncələrimizlə 
biz 
Kainatınmövcud  nizamının  ziddinə  də  gedə  bilərik,  qoşula  da 
bilərik. Doğru deyirlər ki, həyatda düşündüyümüz hər bir vəziyyət 
nə  bizə  verilən  mükafat,  nə  də  tənbeh  deyil,  sadəcə, 
düşüncələrimizin  nəticəsidir.  Təbiətin  nizamına  uyğun  və  yaxud 
zidd  olan  hər  bir  söz,  niyyət  və  əməl  Fəzada  müvafiq  rezonans 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə