Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

 
82 
azalmasının nəticəsi hesab edilir və müvafiq olaraq, in-sindrom və ya 
yan-sindrom  adlanır.  12  əsas  meridianın    da  6-sı  yan,  6-sı  isə  in-dir. 
Yan-meridianlar yan üzvlərə (qidanı qəbul və həzm edən, orqanizmə 
enerji  verən  üzvlərlə),  in-meridianlar  isə  in-üzvlərlə  (maddi  olanı 
toplayan,  saxlayan)  əlaqədardır.  Xəstəlik  hallarına  gəldikdə  isə 
normaya nisbətən artıqlıqla müşahidə edilən  fiziki və  psixiki  hallar 
yan-hal  (vəziyyət),  çatmazlıqla  müşahidə  edilən  hallar  isə  in-hal  
(vəziyyət) kimi qəbul edilir. Hər iki halda in-yan tarazlığı pozulmuş 
olur.  Bu  isə  orqanizmdə  harmoniyanın  pozulması  deməkdir. 
Harmoniya  –  sağlamlıq,  onun  pozulması  isə  xəstəlikdir.  Çin 
təbabətinə  görə  orqanizmdə  in  və  yan  arasında  tarazlıq 
mövcuddursa,  insan  sağlamdır,  bu  tarazlıq  pozulmuşdursa,  insan 
xəstədir.  Müalicədə    bu  tarazlığı  –  harmoniyanı  bərpa  etmək 
məqsədi  daşıyır  ki,  ənənəvi  təbabət  nöqteyi-nəzərindən  bu, 
homeostazın  bərpası,  müdafiə  qüvvələrinin  və  orqanizmin 
reaktivliyinin gücləndirilməsidir. 
 
İn-yan 
tarazlığının 
saxlanılmasında 
qidalanmanın 
rolu 
böyükdür. Qidalar öz təbiətlərinə görə bu və ya digər dərəcədə in və 
yaxud  yan  olurlar.  Hansı  qidalarla  qidalanmadan  asılı  olaraq, 
orqanizmdəki  in-yan  tarazlığını  qoruyub  saxlamaq  (əlbəttə,  söhbət 
dinamik  tarazlıqdan  gedir)  və  ya  istər  artma,  istərsə  də  azalma 
istiqamətində pozmaq olar. Aydındır ki, təkcə qidalanma yox, in və 
yanı müəyyən edən nə varsa, hamısı (yəni hər şey)  bu tarazlığa təsir 
etməlidir. 
Kişilər öz təbiətlərinə görə yan-dır və əgər onlarda yan az olarsa 
(bu zaman in artıq olur), bu, onların həddən artıq yumşaq xasiyyətli 
olmasına  səbəb  olar.  Yan  həddən  artıq  olduqda  isə  onlar  olduqca 
aqressiv olurlar. Qadınlar in təbiətlidirlər. Əgər qadın, məsələn yan-
qidalarla  çox  qidalanarsa,  yan  üstünlük  təşkil  edə  bilər.  Kişilər 
özlərinə yan-təbiətin, qadınlar isə in-təbiətin möhkəmlənməsinə nail 
olmalıdırlar. Yalnız bu halda xoşbəxt ola bilərlər.  


 
83 
Qədim  Şərq  fəlsəfəsinə  görə  7  yaşına  çatmış  oğlan  və  qızların 
bir  yerdə  oynaması,  oxuması,  ümumiyyətlə,  bir  yerdə  çox  olması 
qadağandır. 
Bu, 
oğlanların 
yan, 
qızların 
in 
təbiətini 
möhkəmlətməyin ən təbii yoludur. Biz isə oğlan və qızların ayrı-ayrı 
məktəblərdə  təhsil  almasına  avamlılıq  kimi  baxmışıq,  onları  bir 
parta  arxasında  (bir  qız  –  bir  oğlan) oturmağı  «kəşf  etmişik». Bəlkə 
elə  bunun  nəticəsidir  ki,  bu  gün  oğlanlar  qız  xislətli,  qızlar  isə  kişi 
xasiyyətlidir.  Yəqin  elə  bununla  əlaqədardır  ki,  ən  qəddar  kişi 
ürəyini  belə  riqqətə  gətirən  qadın  göz  yaşları,  indi  kişiləri 
hiddətləndirir.  Çünki  kişi  qadına  artıq  özünün  eyni  kimi  baxır.  Bu 
da  sirr  deyil  ki,  dövrümüz  az  qala  formaca  patriarxal,  mahiyyətcə 
matriarxaldır. 
Məqsədim 
qadın-kişi 
bərabərliyinin 
eybəcər 
nəticələrini  sadalamaq  deyil,  onların  bioloji  və  fizioloji  səbəblərini 
«araşdırmaq» istəyirəm.  
Ana  bətnində  dölün  zahiri  cinsi  əlamətləri  meydana  çıxarkən 
(3-aydan  başlayaraq)  energetik  sistemdə  də  dəyişiklik  baş  verir. 
Qızlarda  energetika  daxilə  (gələcək  analıq  funksiyasına  xidmət 
məqsədi ilə), oğlanlar da isə, əksinə, xaricə yönəlir. Odur ki, kişilər 
güclü  olsalar  da,  onlardan  gücsüz  olan  qadınlara  nisbətən  daha 
dözümsüzdülər.  Kişi  və  qadının  energetik  cəhətdən  fərqlənməsi 
sağlamlıqla  bağlı  problemlərdə    də  özünü  göstərir.  Bəzi  xəstəliklər 
qadınlarda,  bəzisi  isə  kişilərdə  daha  çox  təsadüf  edilir.  Ənənəvi 
təbabətdə    bu,  faizlə  və  yalnız  «maraqlı  fakt»  kimi  qeyd  edilsə  də, 
məni çox düşündürürdü: niyə? Və təkcə bədəni görə bilən tibb elmi 
ilə  bunu  mücərrəd  şəkildə  belə  nəyə  isə  bağlamaq  qeyri-mümkün 
idi.  Yalnız  bioenergetika  haqqında  təsəvvürlərdən  sonra  bu  cür 
sualların cavabını verə bildim.  
İnsan güclü bioenerjiyə malikdir. O, nəhəng energetik sistemin 
–  Kainatın  bir  hissəsidir.  Bu  gün  təbiət  qanunları  ilə  yaşamayan, 
sintetik paltar geyinən, sintetik materiallardan tikilmiş evdə yaşayan, 
suni  qidalarla  qidalanan  insan  özünü  bu  nəhəng  sistemdən  təcrid 
edir.  


 
84 
Hər  bir  orqanizmin  öz  elektrik  yükü  vardır.  Adətən,  ayaqaltı 
mənfi,  baş  isə  müsbət  yüklənmiş  olur,  onlar  arasında  isə  müəyyən 
potensiallar  fərqi  mövcuddur.  Orqanizm  yalnız  bu  vəziyyətdə 
normal  fəaliyyət  göstərə  bilir.  Özünü  təbii  elektrik  hadisələrindən 
təcrid  edən  insanda  orqanizmin  elektrik  göstəriciləri  dəyişdiyindən 
(pozulduğundan),  bioloji  proseslərin  normal  gedişi,  hüceyrələrin, 
onlardakı  fermentlərin  normal  fəaliyyəti  mümkün  deyil.  Məsələn, 
yer  səthindən  yayılan  elektrik  axınları  ayaqlardan  keçərək, 
orqanizmin  enerji  dövranına  kömək  edir,  elektrik  yükünün 
orqanizmdə 
bərabər 
paylanmasını 
təmin 
edir. 
Sintetik 
materiallardan  ayaqqabı,  corab  geyindik  də  bu  proses  pozulur, 
ayaqyalın  gəzdikdə  isə  güclənir.  Nə  vaxtsa  tormboflebit  xəstəliyini 
şehdə ayaqyalın gəzməklə müalicə ediblər. (Bunun ardınca isti, yun 
corab  geyinmək  lazımdır).  Məqsəd  artıq  bioenerjini  torpağa 
ötürməkdən ibarət olub. Müasir insan çoxmu ayaqyalın gəzir? Şəhər 
adamı  təbiət  qoynunda  olarkən  yeyib-içməkdən  və  oturduğu  yeri 
zibilləyib  getməkdən  ibarətdir.  Oturduğun  yer  də  sənsən!  Sən  də 
Təbiətsən! Öz-özünü də zibilləyərlərmi? 
Sintetik  materiallardan  ayaqqabı,  paltar  geyinmək  özünü 
məhkum  etmək  deməkdir.  Sintetik  paltar  orqanizmə  daxil  olmalı 
olan elektrik yükünü «yeyir». Yəni təbii elektrik axınları orqanizmin 
enerji  dövranına  «xidmət  etmək»  əvəzinə,  paltarın  «elektrik 
dövrəsinə»  qoşulur.  Təəssüf  ki,  bu  gün  sintetik  qarışıqsız  paltar 
tapmaq  olduqca  çətindir.  Ucuz  başa  gəldiyi  üçün  istehsalda  geniş 
yer  tutan  sintetik  mallar  insanı  xəstə  edən  amillərdən  biridir. 
Xüsusilə,  hamilə  qadınların  və  uşaqların  sintetik  paltar  geyinməsi 
olduqca təhlükəlidir. 
İnsan nəhəng energetik sistemə qoşularaq, onunla informasiya, 
enerji mübadiləsi apararaq yaşaya bilir. Onu bu sistemdən ayırsan, o, 
bax, bu cür əzgin-üzgün yaşayacaqdır. 
İnsanın  bioenerjisi  təkcə  sintetik  paltar,  əyaqqabı  geyinməklə, 
bu cür tikinti materialları və əşyalardan istifadə etməklə korlanmır. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə