Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   27   28   29   30   31   32   33   34   35

 
106 
tanıyan  hər  bir  kəs  isə  Onun  qanunları  ilə,  Onun  bizə  hazır  şəkildə  bəxş 
etdiyi  müqəddəs  kitab  ilə  –  Quranla  yaşayacaq.  Yerüstö  qanunlar, 
nəzəriyyələr insanı xoşbəxt etməyə qadir deyil.  
Türk  televiziyasının  gözəl  bir  çağırışı  var  idi:  «Ekranlarımızı 
şiddətdən  qoruyalım».  Axı,  bütün  «şiddətlər»  bizə  ağlımıza  belə 
gəlməyən tərzdə təsir edir. Günü-gündən artan aqressiya, haqsızlıq, 
bir sözlə, bütün mənfi əməllər, hətta fikirlər belə bir yerə toplanaraq, 
heç də zəif olmayan bir qüvvə («kabus») əmələ gətirir və şüuraltına 
sirayət  edərək,  insanı  özünə  tabe  edir.  İnsan  özü  də  bilmədən 
aqressiv olur və s. 
Lakin  bu  həqiqətləri  bilmək  hansısa  əməllərimizə  (və 
düşüncələrimizə)  bəraət  qazandırmır.  Nə  də  onlar  bizi  aciz 
olduğumuz  qənaitinə  gətirməməlidir.  İradənin  hər  şeydən  güclü 
olduğunu  unutmayaq.  İradəmizin  gücü  ondadır  ki,  nəyə  meyl 
etməyi,  hansı  fikirlərlə  yaşamağı,  beləliklə  də,  hansı  qüvvələrə 
«qulluq  etməyi»  özümüz  seçə  bilərik.  Hər  hansı  bir  qüvvənin 
təsirinə  düşməməyin  ən  yaxşı  yolu  onunla  (və  onun  hər  hansı 
nümunəsi,  təzahürü  ilə)  təmasda  olmamaqdadır.  «Ekranları 
şiddətdən  qorumaq»  üçün  teleşirkətin  rəhbəri  olmaq  lazım  deyil, 
televizora baxmamaqla da buna nail olmaq – əgər o, «şiddətlidirsə». 
Ekranlar  «şiddət»siz  olduqda  belə,  güclü  neqativ  təsirə  malikdir. 
Bütün elektrik cihazları kimi evlərimizi elektromaqnit şüaları ilə «bəzəyən» 
televizor  (bir  filmdə  deyildiyi  kimi,  bu  lənətə  gəlmiş  qutu)  insanları  bir-
birindən  «ayırır»,  belə  ki,  bir  çoxları  üçün  əsas  ünsiyyət  vasitəsinə 
çevrilmişdir.  İnsanların  həyatına  «kobud  müdaxilə»  edən  televiziya  rejimi 
pozan,  həm  də  hipodinamiyaya  səbəb  olan,  əsas  amillərdən  biridir.  Bütün 
bunları bir kənara qoyduqda belə, təəssüflə demək olar ki, güclü informasiya, 
maarifləndirmə  vasitəsi  ola  biləcək  televiziyadan  məqsədəyönlü 
istifadə edilmir. Bayağı, mənasız və ya «şiddətli» verilişlər bir-birini əvəz 
etməkdədir.  Bütün  bunlar  beynin  «gizli  kameraları»  ilə  çəkilir  və  insanın 
yaddaşında «yer tutur». Digər tərəfdən, özünə tamaşaçı toplamağa çalışan 
hər  bir  veriliş  xüsusi  effektlərdən  istifadə  edərək,  insan  psixikasına 


 
107 
özünəməxsus  tərzdə  təsir  edir,  onu  özünün  «əsrinə»  çevirir.  Reklamların 
mənfi təsiri bu baxımından xüsusilə böyükdür. Xüsusi işıq, rəng, səs seçimi 
və  s.  əksər  hallarda  reklam  edilən  məhsulun  təqdiminə  deyil,  beyinlərə 
sirayət  etməsinə  xidmət  edir.  Söhbət  heç  də  kiminsə  tələsinə  düşməkdən 
keçmir,  söhbət  insanın  şüuruna  müdaxilədən  gedir.  Hər  hansı  belə  
«müdaxilənin» mənfi təsiri isə ölçüyəgəlməzdir. 
Reklamların, ümumiyyətlə, kadrları sürətlə dəyişən ekran əsərlərinin 
(kliplər,  filmlər  və  s.)  başqa  bir  zərəri  isə  insanın  yaddaşını  korlamasıdır. 
Bir-birini  sürətlə  əvəz  edən  qırıq-qırıq  informasiyanın  heç  biri  insanın 
yadında qalmır və insan yaddaşı bu cür işləməyə, bir növ, «adət edir». 
            Təkcə  ekranlarımızı  yox,  fikirlərimizi,  sözlərimizi  də  
«şiddətdən»  qorumalıyıq.  Necə  düşünmək,  hansı  sözləri  danışmaq 
bizim  öz  ixtiyarımızdadır  və  biz  bu  seçim  hüququmuzdan  istifadə 
etməliyik.  Hər  şeyin  fikir  və  düşüncədən  asılı  olması  bizim 
üçüngeniş  imkanlar  açır.  Axı,  fikir  və  düşüncələri  biz  özümüz  
«uydururuq»  və  deməli,  onları  istədiyimiz  vaxt  dəyişə  bilərik. 
Bunun  üçün  nə  vəsait  xərcləmək,  nə  hansısa  vasitələri  əldə  etmək, 
yaxud  hansısa  vaxtın  yetişəcəyini  gözləmək  lazım  deyil.  Elə  bu  an, 
bu  dəqiqə  istədiyimiz  fikri  seçə  bilərik.  Həyat  gözəldir.  Yaşamaq  da 
gözəldir. Şükr, İlahi. Bəlkə indi bunları (və yaxud başqa gözəl fikirləri) 
söyləməyə,  düşünməyə  həvəsiniz  yoxdur.  «Yüyəni  çəkin», 
düşüncələrinizi bu səmtə yönəldin. Əgər bunu bacarsanız, hər şeyin 
bir andaca necə dəyişdiyinin şahidi olacaqsınız. Eyni vəziyyət bizim 
ona  yanaşmamızdan  asılı  olaraq  müxtəlif  cür  görünə  bilər. 
(Tələsərkən  vaxt  tez  keçir,  gözləyərkən  gec.  Halbuki  vaxt  həmişə 
eyni  cür  keçir,  onu  biz  tez  və  ya  gec  kimi  iss  edirik).  İndicə  bizə 
dəhşətli  görünən  bir  vəziyyət  nəyi  isə  kəşf  etməyimizlə  (yeni  fikir 
bizə  hakim  kəsilməklə)  başqa  cür  görünə  bilər.  Deməli,  öz-
özlüyündə  heç  nə  dəhşətli  deyil,  bizim  ona  yanaşmamız  
«dəhşətlidir», yəni onun haqqındakı fikirlərimiz  «dəhşətlidir». Fikri 
isə dəyişmək olar. 


 
108 
Başlanğıcda öz fikirlərini idarə etmək çətin olsa da, öz nitqimizi 
asanlıqla  idarə  edə  bilərik.  Neqativ  fikirləri  əks  etdirən  sözlər 
söyləməkdən birdəfəlik imtina etməliyik. Nəticədə, ifadə edilməyən 
–  çevrilməyən,  «gərəksiz»  qalan  fikirlər  də  yavaş-yavaş  silinib 
gedəcəkdir.  Biz  elə  fikirlərlə  yaşamalıyıq  ki,  onlar  Fəzada    «əks-
kabuslar»  yaratsınlar.  Gözəl  fikirləri,  gözəl  sözləri,  gözəl  niyyət  və 
əməlləri əsirgəməyək. Qoy onlar birləşib dünyanın canına hopsun.  
Haqsızlığı,  təcavüzü,  riyanı  yer  üzündən  tamamilə  silmək 
mümkün  deyil.  Ancaq  onların  qələbəsi,  təntənəsi  yolverilməzdir. 
Lakin  yaxşı  da  pis  də  neqativ  enerji  mənbəyinə  çevrilərsə, 
«kabus»ların hökmranlığı labüddür. Bundan isə hamı – yaxşı da, pis 
də əziyyət çəkir. Əslində, heç kəs, heç nə pis deyil, «kabusun» daha 
çox  sirayət  etdiyi  adamlar  var  –  nizamsız  həyatın  ucbatından.  Dini 
qanunlarla  yaşamağın  əhəmiyyəti  də  məhz  ondadır  ki,  insanın 
həyatı  nizamlanır,  o,  bilməyərəkdən  belə    «özgə»  dəyirmanına  su 
tökmür. Buna səbəb ola biləcək bütün hərəkətlər dində günah hesab 
edilir.  
Lakin dini qanunlarla yaşamaq da cürbəcür olur. Həzrət Əli (ə) 
buyururdu:  «Bir  nara  adamlar  Allaha  savab  üçün  ibadət  edər;  bu 
ibadət  tacirlərin  ibadətidir.  Bir  günlük  də  Allaha  qorxudan  ibadət 
edər;  bu  da  kölələrin  ibadətidir.  Bir  günlük  isə  Allaha  şükr  edəcək 
ibadət edər. Bax, azad insanın ibadəti budur». Mən sizi Azad İnsan 
olmağa çağırıram. Yalnız o zaman həqiqətləri dərk etmək və bunun 
da sayəsində azad, sağlam fikirlərə malik olmaq olar. 
Çox  təəssüf  ki,  dinimizin  mahiyyətini  dəyərincə  bilmirik, 
ibadətə  mövhümatçılıq  kimi  baxırıq.  Gördüklərimiz,  eşitdiklərimiz 
bizi  buna  vadar  edir.  Lakin  hər  şey  bizim  görüb-eşitdiklərimizdən 
ibarət  deyil,  bilmədiklərimiz  –  həqiqətlər  daha  çoxdur.  Bu 
həqiqətləri  bilməyə,  anlamağa  və  dərk  etməyə  çalışaq.  Onda 
ibadətin də nə demək olduğunu anlaya bilərik.  
Əslində,  bütün  dini  qanunlar  insanın  xeyrinə,  fiziki 
baxımından  yanaşdıqda  –  sağlamlığına  xidmət  edir.  Qeyd  etdik  ki, 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə