Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   27   28   29   30   31   32   33   34   35

 
100 
lazımdır. Ancaq, nədənsə, insanlar daha cox çatmazlıqları görməyə və buna  
görə  özlərindən  başqa  hamını  və  hər  şeyi  qınamağa  meyllidirlər.  Əvvəla, 
kimi  isə  (hətta  özünü) qınamaq  gücsüzlük  ,  acizlik  əlamətidir,  ikincisi,  bu 
çatmazlıqlar  çox  vaxt  bizim  nəzərimizcədir,  əslində  isə  yoxdur.  Biz 
hərtərəfli  təmin  edilmiş  həyat  arzusu  ilə  yaşayır,  bununla  əsl  xoşbəxtliyi 
olduğu yox, başqa yerdə axtarırıq , tapmayanda isə mütəssir oluruq.  
İnamı  olanlar  İslamın  ecazkar  gücü  sayəsində  şükr  etməyi 
unutmasınlar,  olmayanlar  isə  bunun  zəruri  olduğunu  başa  düşməyə 
çalışsınlar. 
Qurani-Kərimin  Ər-Rəhman  sürəsində:  «Rəhman  və  rəhimli 
olan    Allah  öz  Peyğəmbərinə  Quranı  öyrətdi.  İnsanı  yaratdı,  ona 
danışmağı,  fikrini  və  duyğularını  bəyan  etməyi  öyrətdi»  deyilirsə, 
Əl-İsra sürəsi 53- ayədə: «(Ya Məhəmməd) Bəndələrimə de ki, gözəl 
sözlər söyləsinlər» deyilir. Deməli, insan hər cür fikir və duyğularını 
bəyan  etməlidir,  ancaq  gözəl  sözlər  danışmalıdır.  Ümumiyyətlə, 
insan  nə  qədər  az  danışarsa,  onun  xeyrinədir  və  zərurət  olmasa, 
danışmamalıdır, danışarkən isə gözəl sözlər söyləməlidir. 
Lakin bunu həmişəmi bacarırıq? Bəzən istəməsək belə vəziyyət 
bizi başqa cür davranmağa məcbur edir. Deyirlər, iki halda insanın 
özünü  idarə  etməsi  çətin  olur.  Ehtirasa  qapılan  zaman  və  ağılsız 
adamla danışan zaman. Ona görə də aqillər deyir ki, insan axmaqlarla 
söhbət etməməlidir, zira axmaqlarla söhbət etmək ürəyi, bürgülü gündə qoz 
ağacı kölgəsində oturan adamın bədəni kimi alışdırıb yandırır.  
İnsan  onun    həqiqəti  dərk  etməkdən,  Həqqi  hiss  etməkdən, 
kamilliyə  ucalmaqdan  uzaqlaşdıran  hər  bir  şeydən  qaçmalıdır. 
«Axmaq»  deyəndə  məhz  həmin  şeylər  nəzərdə  tutulur.  Çox  ağıllı 
adam da bu mənada «axmaq» ola bilər. Özü də təkcə adamlar yox, 
qəzet, televiziya, kitablar, musiqi, hətta qida belə «axmaq» ola bilər. 
Ehtiraslara  qapılmamaq  da  «axmaqlardan»  qaçmaq  kimi 
insanın  özündən  asılıdır.  İnsanın  zəkası  və  iradəsi  hər  şeyə  qalib 
gəlməyə  qadirdir  və  biz  hər  şeyə,  o  cümlədən,  öz  düşüncələrimizə 
qalib  gələ  bilərik,öz  xasiyyətimizi,  həyata  baxışımızı  dəyişə  bilərik 


 
101 
və  beləliklə,  həmişə  təmiz  fikirlərlə  yaşaya  bilərik.  Elə  niyyəti  və 
fikirləri  təmiz  olan  insan  da  gözəl  sözlər  danışmağa  qabildir. 
Başqalarının eybini faş edən, başqalarını mühakimə edənlər,adətən, 
özlərinin  bu  cür  mənfi  sifətlərdən  xali  olduğuna  əmin  etmək 
istəyənlər, bununla  özlərinə  bəraət qazandırmağa  çalışanlardır. Ola 
bilsin, kiminsə yox, özünün qarşısında. Məsələn, adətən, cavanlıqda 
səhvləri  olanlar  gəncləri  mühakimə  edirlər.  Bunu  düşünərək, 
bilərəkdən,  yəni  qəsdən  etməsələr  də,  hər  şeyi  bilən  və  «yadında 
saxlayan» .şüuraltı insanı buna sövq edir. 
İnsan  şüursuz  olaraq  çox  hərəkətlər  edir  və  bir  halda  ki,  hər 
şeyi  şüursuz  edir,  deməli,  heç  nəyin  fərqinə  varmır.  Məsələn,  guya 
münasibətdə 
mehribanlıq 
bildirən 
«qadan 
alım» 
kəlməsi. 
Kimliyindən asılı olmayaraq, hamıya kəlməbaşı «qadan alım» deyən 
insan  özünün  xəstə  olmasına  təəccüblənməsin.  Qoy  bu  cümləni 
oxuyanlar da onu «qəribə» hesab edib təəccüblənməsinlər. Söz ayıq 
(yəni  şüurlu)  vaxtı  da  hipnozdakına  oxşar  təsir  edir.  Yəni  şüurdan 
«yan  keçib»  alt  şüura  təsir  edir,  ona  əmr  edir.  Sadəcə,  bu  əmrin 
«yerinə  yetirilməsi»  (ayıq  olan  şüurun  maneçiliyi  nəticəsində) 
hipnoza nisbətən milyonlarla dəfə ləng gedir. 
Belə bir fikir mövcuddur ki, hər bir hadisə, hər deyilən söz bizim ona 
verdiyimiz  mənanı  daşıyır.  Bu  fikirlə  müəyyən  qədər  razılaşmaq  olar
Birincisi, o mənada ki, öz-özlüyündə heç nə pis və ya yaxşı deyil, hər 
şeyi  pis  və  yaxşı  edən  insanların  quraşdırdığı  əxlaq  normaları  və  ya 
stereotiplərdir.  Başqa  yönümdən  yanaşdıqda  hər  şey  başqa  cür  görünə 
bilər. İkincisi isə insan düşdüdüyü vəziyyəti, eşitdiyi sözü istədiyi kimi 
yoza  bilər  (və  yozmalıdır  )ki,  onun  ağırlığından  qurtulsun,  əsəblərini 
qorusun. Lakin sözün məhz ona məxsus olan, həqiqi mənasının gücünü də 
inkar etmək olmaz. 
Əgər insan buna layiq ola bilmədiyi halda daim təhqir edilərsə, 
o  bu  təhqirləri  «qəbul  etməsə»  belə,  bir  müddətdən  sonra  həmin 
təhqirlərə  layiq  adama  çevriləcəkdir.  Ona  görə  də  heç  kəsin  sizi 
təhqir etməsinə, ümumiyyətlə, sizə qarşı neqativ münasibətə imkan 


 
102 
verməyin.  Deyilənləri  «eşitməmək»,  mübahisədən  qaçmağa 
çalışaraq  susmaq  kömək  etməyəcəkdir.  Əvvəla,  müdriklik  edərək, 
öz  emosiyalarını  boğan  adam  nə  vaxtsa  aşıb-daşacaq  və  öz 
emosiyalarını  ikiqat-üçqat  qüvvə  ilə  boşaldacaqdır.  (Dolan  bulud 
boşalacaq,  Bu,  hökmüdür  təbiətin.  S.Vurğun).  Digər  tərəfdən,  artıq 
bilirik ki, söz həmişə öz işini görür, bilməyərəkdən desək və ya ona 
əhəmiyyət verməsək, qulaqardına vursaq belə.  
Bunun  əhəmiyyətli  cəhəti  də  vardır.  Məsələn,  insanlara  təsir 
etməkdə  və  öyüd-nəsihət  verməkdə,  hansı  sözləri  seçmək,  «necə 
danlamaq»  az  əhəmiyyət  kəsb  etmir.  Digər  tərəfdən,  təsir  etmək 
istədiyimiz kəs bizə qulaq asmaq istəmirsə və ya ümumiyyətlə, «söz 
başa  düşən»  deyilsə,  yenə  xoş  rəftarımız  və  ağıllı  sözlərimiz  bir 
müddətdən sonra ona təsir edəcəkdir.  
Öz-özünüzə  də  xoş  sözlər  deməyi  unutmayın:  sağlam,  gözəl, 
xoşbəxt olmağınız, hər şeyin yaxşı olacağı barədə. Pis niyyətli sözləri 
isə  nəinki  danışmamaq,  həm  də  eşitməmək  (axmaqlarla  söhbət 
etməmək)  lazımdır.  Etiraf  edək  ki,  sivil  dünyamızda  bu,  olduqca 
çətindir  və  az  qala,  asketcəsinə  yaşamağı  tələb  edir  –  əlbəttə, 
bacardığın qədər.  
Bunun  üçün  öz  dünyamızda  yaşamalıyıq,  heç  olmasa,hərdənbir  ona 
baş  çəkməliyik.  Bax,  onda  insan  onu  həqiqəti  dərk  etməkdən.  Həqqi  hiss 
etməkdən  uzaqlaşdıran  şeylərdən  uzaq  olacaqdır.  İnsanın  təbiət  qoynunda 
olması  (yəni  sivil  dünyadan  kənar  olması)  buna  kömək  edə  bilər.  Şair 
demişkən: 
                            Fikri uzaqlara aparır dəniz, 
 
 
 
Adamı özünə qaytarır dəniz. 
Yəqin  ki  müasir  insan  ucsuz-bucaqsız  dənizi  tənha  seyr  etməkdənsə,  
«modern»  çimərliyə  üstünlük  verər.  (Axı,  o  yalnız  başqalarının  yanında 
«xoşbəxt  ola»  bilir  ).  Təbiətin  əsrarəngiz  gücü  vardır.  Hətta  «bahalı 
kurortların»  faydası  orada  aparılan  müalicə  üsulları  ilə  yox,  insanın 
təbiətlə təması ilə izah edilir. Təbiətlə təmasda olan insan onun gözəlliyini 
duymağa  qadir  deyilsə  belə, alt şüur  səviyyəsində  bu  gözəllikdən  güc  alır. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə