Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 
85 
Bu  işdə  texnikanın  da  rolu  böyükdür.  Belə  ki,  texniki  tyərəqqinin 
məhsulu  olan  müxtəlif  elektrik  sahələri,  nəhəng  energetik  sistem 
adlandırdığım  Fəzada  anormal  axınlar  yaradır.  Bu  cür  axınların, 
anormal elektrik hadisələrin toplandığı yerlər geopatogen sahələrin 
adlanır.  Texnikanın  nəticəsi  olan  bu  cür  geopatogen  sahələrdən 
başqa,  təbii  geopatogen  sahələrdə  mövcuddur.  Bu  sahələr 
Kosmosdan,  müxtəlif  planetlərdən  gələn  enerji  axınlarının 
«toqquşması»  nəticəsində  yaranır.  Yerin  geoloji  (və  başqa) 
xüsusiyyətlərindən  asılı  olaraq,  bu  axın  və  toqquşmalar  faydalı, 
neytral və zərərli (patogen) sahələr yaradır. 
Geopatogen  sahələrdə  yaşamaq  insanın  sağlamlığına  böyük 
zərbə vurur. Yaşayış yerləri bu cür sahələrdən kənarda salınmalıdır. 
Nisbətən böyük  ərazini əhatə edən geopatogen  sahələrdən kənarda 
da, yəni Yer kerəsinin istənilən yeri bu baxımdan zərərli və faydalı 
(və  ya  heç  olmasa,  zərərsiz)  ola  bilər.  Məsələn,  hər  bir  evdə 
geopatogenlik cəhətdən yararlı və yararsız bucaqlar vardır. Çarpayı, 
yazı  stolu,  mətbəx  stolu  qoyulan  yerlər,  yəni  insanın  daha  çox 
olduğu  məkan  geopatogen  sahədə  olmamalıdır.  (Geopatogen 
sahələri aşkar etmək üçün xüsusi indikatorlar vardır). 
Bəli,  Kainatın  sirrləri  tükənməzdir.  Harada  yaşamağın  da 
insana  təsiri  böyükdür.  Özü  də  təkcə  patogenlik  baxımından  yox. 
Hansı  torpaqda  doğulmağın  da  insana,  onun  xasiyyətinə, 
psixalogiyasına və bütövlükdə şüuruna təsiri vardır və Ana torpaq, 
Ana dili kimi bayağılaşdırılmış sözlər daha dərin məna daşıyır. Hər 
bir  müqəddəs  hiss  kimi  bu  haqda  da  çox  danışmağı  düzgün  hesab 
etmirəm.  Bunu  hiss  etmək  olar,  hər  bir  insan  bunu  özündə  hiss 
etməlidir. Bunu nə təlqin etmək olar, nə aşılamaq, ancaq hiss etmək 
olar!  Öz  ANA  dilində  danışmayan,  ANA  torpaqda  gəzməyən 
insanın  dünyası  boşdur.  Bu  cür  insanlar  nə  dilində  danışdıqları 
millətə bənzəyirlər, nə də mənsub olduqları.   
Adətən,  bu  cür  söhbətləri  millətçiliklə  bağlayırlar  Lakin  mən 
ÖZÜMDƏN danışmıram. Hər kəsin ana dili, ana torpağı vardır. Və 


 
86 
öz  ANA  dilinə,  torpağına  yabancı  olan  insan  nə  ətə,  nə  balığa 
bənzəməz.  Hər  bir  millətin  dili  onun  «boyuna  biçilib»,  yəni  hər  bir 
insanın  ANA  dili  onun  informasion  –  energetik  sahəsində  bir 
informasiya  kimi  «yazılmışdır».  Başqa  dilləri  bilmək  olar  və 
lazımdır.  Ancaq  başqa  xalqa  «çevrilmək»  üçün  yox,  əksinə:  «Əgər 
bacarırsansa,  hər  bir  dilə  aşina  ol,  özünə  və  xalqına  lazım  olar» 
(M.Nəvvab).  Yad  dildə  daim  danışmaq  –  hisslərini  ifadə  etmək, 
düşünmək(!),  yəni  onu  ana  dili  kimi  işlətmək  qoyulmuş 
informasiyanın ziddinə getməkdir. 
Ana  dili  ilə  yanaşı  başqa  dilləri  bilmək  –  öyrənmək  (təbii  ki  
sürətləndirilmiş  kurslarda  yox  ),  yəni  qoyulmuş  informasiyanı,  ilkin, 
başlanğıc  qoyuluşu  pozmadan  yeni  informasiya  qazanmaq  insana  yeni 
qapılar  açır.  «Dəbdə»  olmasa  da  K.Marksın  sözlərini  xatırlamaq  istədim: 
«Əgər bir dil bilirsənsə – bir insansan, iki dil bilirsənsə – iki». (Gözəl fikir 
həmişə  gözəldir,  zamandan,  insanların  qurduğu  quruluşdan  («evcik»dən) 
asılı olmayaraq). Yeni bir dil öyrənməklə insan yeni bir şey (əşya, hadisə və 
s.) öyrənmir, amma sanki artır, dəyişir. 
Bir  neçə  dil  bilən  insan  üçün  xarici  dil  öyrənmək  olduqca  asanlaşır. 
Çünki həmin insan ilə Fövqəlşüurun dil «xəzinəsi» arasında əlaqə yaranır 
–  yol  açılır.  Başqa  sözlə  özünü  bu  işə  həsr  etdiyindən,  o,  bir  növ, 
mükafatlandırılır. Ümumiyyətlə, insan sədaqətlə qulluq etdiyi hər şeyə nail 
olur. Haqq yolunu tutun və haqqa çatın.  
Təəssüf  ki  dilin  mahiyyəti,  mənası  düzgün  anlaşılmır,  daha 
doğrusu,  kiçildilir,  ona  yalnız  insanlar  arasında  ünsiyyət  vasitəsi 
kimi  baxılır.  Halbuki  nitq,  bəlkə  də,  bizim  qavrayış  dairəmizə 
sığmayan bir mahiyyət kəsb edir. Artıq bilirik ki, irsiyyətin daşıyıcısı 
olan  xromosomlarda  informasiya,  insanın  həyat  proqramı  söz 
şəklində  verilmişdir.  (Mahiyyət  etibarı  ilə  biz  sözdən  ibarətik). 
Orqanizm məhz həmin sözü oxuyaraq, orada yazıldığı kimi inkişaf 
edir,  yaşayır.  Bu,  elmi  tədqiqatların  nəticəsidir.  Bəs  ona  qədər 
məlum olan  («qeyri-elmi») nə idi?  


 
87 
Bütün Kainat Allah-təalanın «Ol!» sözü ilə yaranmışdır. Belə 
olan  halda,  onun  (Kainatın)  bir  parçası  olan  insanın  dünyaya 
gəlişinin  sözlə  bağlı  olması,  bir  az  dərinə  getsək,  sözdən  ibarət 
olmasıheç təəccüblü də deyil. (Can sözdür, əgər bilirsə insan, Sözdür 
ki deyərlər: özgədir can. N. Gəncəvi) 
Peyğəmbərimizə  (s)  yetişən  ilk  nida  –  «Oxu!».  Bəli,  hər  şey 
yazılanı  oxumaqdan  başlanır,  çünki  hər  şey  onda  –  nitqdədir.  Və 
Allah-təala  onu  «özünün  yer  üzündə  xəlifəsi»  (Bəqərə  sürəsi,  30-сu 
ayə)  olaraq  yaratdığı,  «yaratdığı  məxluqatın  çoxundan  xeyli  üstün 
etdiyi» (İsra sürəsi, 70-ci ayə) insana da bəxş etmişdir.  
Amerika  astronavtı  Kosmosda  geniş  fəzanı  gözdən  keçirərkən 
onun  sonsuzluğunu  duyaraq  demişdir:  «Ey  böyük  Allah!  İnsan 
nədir?  O,  kainatın  cüzi  bir  hissəsidir...  Amma  sən  ona  belə  məna 
vermisən...»  Zənnimcə,  bunu,  Kosmosa  uçmadan  da  anlamaq 
mümkündür. Elə nitqin nə demək olduğunu dərk etməklə. Bəli, nitq, 
o  cümlədən  də  yazı  («O  Rəbbin  ki  qələmlə  yazmağı  öyrətdi»  Ələq 
sürəsi,  4-cü  ayə),  heç  də  Homo  Sapiensin,  təkamülün  müəyyən 
mərhələsində qazandığı qabiliyyət deyil. 
İnsan sözə, nitqə, yazıya müqəddəs bir şey kimi yanaşmalı, onu 
qorumalı  və  qədrini  bilməlidir.  Halbuki  əksinə,  getdikcə  sözün 
dəyəri  itməkdədir.  Hazırda  bütün  dillərdə  kasıblaşma  gedir,  bu 
onların  «müasirləşməsi»  ilə  bağlıdır.  Bundan  başqa,  bütün  dillər 
üçün  «beynəlmilləşmək»  problemi  vardır,  onlar  müxtəlif  xarici 
dillərin qarışığına çevrilməkdədir. Mənim ana dilimin isə başqa bir 
problemi də vardır: əlifba. Bu haqda Ə.Əhmədovun «Ərəb əlifbası» 
kitabında oxuduqlarım ürəyimdən xəbər verdi. 
Lakin xəlqi öz keçmişinə qaytarmaq  əvəzinə bugünki bəzi «ziyalılar» 
onu  yenidən  bədbəxtliyə  və  savadsızlığa  sürükləyirlər.  Xəlqin  50  il 
müddətində  işlətdiyi  əlifbanı  yenidən  dəyişdirib,  milləti  tamam  savadsız 
hala salmaq istəyirlər. Əgər əlifbanı dəyişmək lazımsa, onda öz əlifbamıza – 
ərəb  əlifbasına,  müsəlman  əlifbasına  qayıtmalı  idik:  çünki  on  dörd  əsrlik 
mədəniyyətimiz  o  əlifba  ilə  yazılmışdır.  Bu  gün  isə  xəlqə  əcayib  bir  əlifba 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə