Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 
91 
yaradır. Məhz ona görə də ruhun sağlamlığı birincidir. Təmiz fikir, 
niyyət  və  əməllərimiz  bizi  Böyük  Nizama  qoşur.  Bu  cür  fikirlərlə 
yaşasaq,  biz  onun  bir  hissəsinə  çevrilərək  və  onunla  həmahəng 
yaşaya  bilərik.  Bu  isə  insanın  rahatlığı,  sağlamlığı,  bir  sözlə, 
xoşbəxtliyi deməkdir. 
Lakin insan öz fəaliyyəti ilə sanki bu nizamı pozmağa çalışır və 
nəticədə,  özü  də  «nizamı  pozulmuş»  hala  düşür.  Axı,  Təbiət  bizim 
evimizdir. Biz bu evi texniki və mental zibillərlə doldurmuşuq. Bəli, 
bir  tərəfdən  texniki  tullantılar,  digər  tərəfdən  isə  neqativ  fikirlərin 
yaratdığı neqativ enerji yığınları bizi əhatə edən mühiti korlayıb. O, 
müdafiə, bəlkə də müalicə tələb edir. Təbiətlə eyni olan, ona görə də 
onunla bərabər «nizamı pozulan» insan da müdafiə və hətta müalicə 
tələb  edir.  Bu  gün  hər  birimizin  bu  cür  müalicəyə,  sağlamlaşdırıcı 
tədbirlərə ehtiyacı vardır. Gəlin, bacardığımız qədər bizi əhatə edən 
mühiti və onun ayrılmaz hissəsi olan özümüzü, heç olmasa, müdafiə 
etməyə çalışaq. Hansı yollarla? Bunlardan ən vacibi ilə tanış olaq.     
 
                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
92 
SAĞLAM FİKİR 
 
 
       
 
 
Mənim ən çox diləyim sizlər için-    
         
 
 
Sağlam bədən, sağlam fikir, sağlam beyin. 
                                                                                          H.Cavid 
 
 
                                 Əsəbə qənaət – ömrə qənaət deməkdir. 
                                                                                                   Sədi 
Sağlamlığın  fikir  və  düşüncələrdən,  insanın  emosional 
vəziyyətindən  asılı  olduğu  yəqin  ki  heç  kəs  üçün  sirr  deyil.  Daha 
konkret  yanaşdıqda  isə  məlum  olur  ki,  hətta  bir  xəstəliyin  fiziki 
səbəbi olduğu kimi öz mental səbəbi də vardır. Başqa sözlə, hər bir 
hiss, fikir sanki bədəni müəyyən hissəsinə  və ya  müəyyən bir üzvə 
təsir  edir.  Məsələn,  qəzəb  hissi,  primitiv  emosiyalar  qara  ciyəri 
«hədəf  seçir».  Miqren,  əsasən,  sərbəstliyə  can  atanlarda  olur. 
Qəbizlik  xəsislər  və  lazımsız  əşyaları  atmayıb  saxlayanlar  üçün 
xasdır.  Bu  «maraqlı  siyahını»  uzatmaq  da  olar.  Yəni  hər  bir 
xəstəliyin mental səbəbini axtarıb tapmaq mümkündür. 
Xəstəliyin  mental  səbəbi  onun  kökü  hesab  edilir.  Bu,  insanın 
energetik  sistemində  yerləşən  «sahəcik»dən  başqa  bir  şey  deyildir. 
Artıq bilirik ki, düşüncə, fikir və hisslərimiz bir enerji parçası olaraq 
energetik sistemdə yerləşir, yəni  «sahəcik» yaradır. «Növ»ündən və 
energetik sistemdəki yerindən asılı olaraq o, fiziki bədənin bu və ya 
digər  hissəsinə  təsir  edir  və  beləliklə,  həmin  hissənin  (üzvün) 
zəifləməsinə səbəb olur, bir növ, xəstəlik üçün zəmin yaradır. Məhz 
elə  bu  səbəbdən  də  həmin  «sahəcik»  aradan  qalxmadan  xəstəliyin 
tam  müalicəsindən  söhbət  gedə  bilməz.  Doğrudur,  ekstrasensor 
təsirlə energetik sistemi bütün neqativ enerjilərdən (o cümlədən, öz 
düşüncələrimizdən 
yaranmış 
«sahəcikdən») 
təmizləmək 
mümkündür. Lakin  hiss və həyacanlarımız, onları doğuran  fikir və 


 
93 
düşüncələrimiz  qalmaqda  davam  edirsə,  yenidən  kök  atacaq 
(«sahəcik» yaradacaq) və cücərəcək (xəstəlik doğuracaq). Deməli, bu 
düşüncələrə  son  qoymadan  xəstəliyin  qarşısını  tam  almaq  olmaz. 
Elə  bu  səbəbdən  də  hər  hansı  müalicəyə  başlamazdan  əvvəl  öz 
fikirlərini nizama salmaq lazımdır. 
Təkcə  xəstəlik  yox,  düşdüyümüz  hər  bir  vəziyyət  fikir  və 
düşüncələrimizin 
nəticəsidir. 
Bugünki 
fikirlərimiz 
sabahkı 
mövqeyimizi müəyyən edir. Ona görə də «höküməti və ya havaların 
pis kecməsini» qınamaq əvəzinə öz daxilinə nəzər salmaq lazımdır. 
Ən  yaxşı  halda  qəzəb,  nifrət,  heç  olmasa,  haqsızlığa  (əslində  isə 
dünyaya)  qarşı  barışmazlıq  görəcəyik  orada.  Həsəd,  kin,  paxıllıq, 
riya  ilə  yaşayanlar  öz  yerində.  Bütün  bunların  zərərli  olduğunu 
bilirik,  lakin  necə  dərin  iz  qoyduğunu,  nəinki  sağlamlığımıza, 
bütövlükdə  həyatımıza  necə  zərbə  vurduğunu  çox  zaman 
düşünmürük.  
Əlbəttə, insan robot deyil və hissiz, düşüncəsiz yaşaya bilməz. 
Lakin bu hiss və düşüncələr insanın ömrünə hakim kəsilməməlidir, 
ötəri  olmalıdır. Bunun  üçünsə  dinimizin  buyurduğu kimi  –  qərib və 
yolçu kimi yaşamalıyıq.  Köhnə, adət etdiyimiz fikir və düşüncələrdən 
əl  çəkmək  üçün  dünyaya  baxışımızı  dəyişməliyik.  Yoxsa,  qəzəb, 
nifrət,  hətta  həsəd  və  paxıllığı  belə  «haqlı»,  təbii  hesab  edəcəyik. 
Çünki  bizim  yerüstü  adlanan  qanunlara  əsasən  formalaşmış 
əqidəmiz  bu  cür  hisslər  doğurmağa  qabildir.  Əqidələrimizi  haqlı 
hesab  etdiyimizdən,hisslərimiz  də  bizə  təbii  görünür.  Haqlı 
göründüyümüz  və  həmin  yerüstü  (yazılmış  və  yazılmamış) 
qanunlara  görə  haqlı  olduğumuz  hallarda  belə,  həqiqətdə  haqsız 
olduğumuzu dərk etmək üçün dünyaya baxışımızı dəyişməliyik.  
Bu dünyada qərib və yolçu kimi yaşa.Əks halda onun nemətlərinə 
aludə olacaqsan, onun üstündə əsəcək,onun üçün həyacan keçirəcək, 
ona  qarşı  olan  hər  şeyə  nifrət  edəcəksən.  Maraqlıdır  ki,  bir  çox 
müasir  metodikalar  da  mahiyyət  etibarı  ilə  dini  qanunların  tələb 
üetdiyi  kimi  yaşamağı  təklif  edir:  həyatda  özünü  ekskursant,  sirk 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə