Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

17 
əhəmiyyətli ən vacib xalq təsərrüfatı məsələləri səviyyəsinə qaldı-
rılaraq, dövlətin aqrar siyasəti sahəsindəki baş  xətdə  ən  əhə-
miyyətli yerlərdən birini tutur. 
Ölkəmizdə suvarılan torpaqlardan, əsasən pambıq, şəkər çuğun-
duru, bir sıra texniki bitkilər istehsalı, taxıl, düyü, qarğıdalı, dənli-
paxlalı, yonca, digər yem bitkiləri, çoxillik bitkilər, yüksək tərəvəz 
məhsulu və həmçinin çoxillik meyvə bağları əkini altında yüksək 
və sabit miqdarda məhsul alınmasında istifadə edilir. 
Respublikamızda suvarma əkinçiliyində  tətbiq edilən tədbirlər 
suvarılan torpaqların münbitliyini, kənd təsərrüfatı bitkilərinin və 
əməyin məhsuldarlığının artırılmasını  təmin edir.Suvarma ilə 
torpaqda süni olaraq su, hava, istilik və qida rejimi nizama salınır, 
torpaqda olan qida elementləri həll olunaraq bitkilərin mənimsəyə 
biləcəyi hala çevrilir. 
Suvarma əkinçiliyi ərazidə paylaşdırıcı və suvarma kanallarının 
olması ilə fərqlənir. Hazırda istifadə olunan və gləcəkdə tikilməsi 
nəzərdə tutulan suvarma sistemlərinin həcmi, yeni ehtiyyat su 
mənbələri yaradılması kimi çox vacib və mühüm bir məsələni 
qarşıya qoyur.Respublikamızda suvarma üçün əlavə ehtiyat su 
mənbəyi kimi əsasən Kür və Araz çaylarından istifadə edilir. 
Ölkəmizdə torpaqların meliorativ yolla yuyulub əkin üçün 
yararlı hala salınıb istifadə edilməsinin artırılması daim diqqət 
mərkəzində olmuşdur. Torpaqların meliorasiyası və onlardan kənd 
təsərrüfatı üçün istifadə məsələləri kompleks qaydada həll edilməsi 
qarşıya məqsəd qoyulmuşdur.Bunun üçün suvarılan və qurudulan 
torpaqların istifadə səmərəliliyi yüksəldilməli, su təsərrüfatı tikinti-
sinin texniki səviyyəsi və keyfiyyəti yaxşılaşdırılmalıdır.Suyu qə-
naətlə  işlədən suvarma texnologiyalarına keçməli, su ehtiyat-
larından və yararlı torpaq sahələrindən səmərəli istifadə etmək 
üçün tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.Hazırda ölkə-
mizdə suvarma əkinçiliyində çox zəhmət tələb edən işləri mexa-
nikləşdirmək, avtomatlaşdırmaq, əməyin məhsuldarlığını artırmaq 
üçün yeni kənd təsərrüfatı maşınları sistemi yaradılmaqdadır. 
 
 
 


18 
III. Suvarma əkinçiliyinin bioloji və aqrotexniki əsasları 
 
3.1. Suvarma şəraitində əkinçilik qanunlarının təsiri 
 
Əkinçilik qanunları dedikdə - əkinçilik proseslərində özünü əks 
etdirən təbiət qanunlarının qismən ifadəsi kimi anlaşılır.Onlar xa-
rici mühitlə əlaqədar şəraitdə, inkişaf etməkdə olan bitkinin qanu-
nauyğunluq bağlılığını aşkar edirlər.Eyni zamanda onlar tərəfindən 
əkinçilik qanunlarının tələblərinə ciddi surətdə riayət etməklə 
mühüm bir sahə olan, kənd təsərrüfatı istehsalının inkişafı üçün 
yeni müasir yollar müəyyən edilir. 
Amillərin qarşılıqlı  təsir qanunu – bunlar arasında ən əhəmiy-
yətli yerlərdən birini kəsb edir. O, bütün təbiəti əhatə edən qarışılıqlı 
əlaqə  və onun yaranması üçün qarışılıqlı  şərait kimi geniş qanu-
nauyğunluqları özündə əks etdirir.Bu qanun qüvvəsi ilə hər hansı bir 
bitkinin effektiv məhsuldarlığı bitkinin özünün digər həyat şəraitləri 
ilə  təmin olunmasından da asılıdır. Buna görə  də bitkinin xarici 
mühitdən öz həyatı üçün lazım olan təlabatı tam ödənilərsə, bir o 
qədər də hər bir faktorun effektivliyidə yüksək olur.Məhz faktorların 
qarşılıqlı təsir qanununun məzmunu ifadəsi də bundan ibarətdir. 
Bitkilərin həyat amillərinin qarşılıqlı  təsir qanunu haqqında 
Y.Libix yazmışdır: tam iştirak etməyən və lazımı miqdarda olma-
yan elementlər başqa qida maddələri birləşmələrinin effektivliyinə 
mane olur və onların qidalılıq təsirini azaldır. 
Suvarma əkinçiliyin nəzəri və praktikasında suvarma ilə gübrə-
ləmənin bir-birinə qarşılıqlı  təsiri  əsas yerlərdən birini tutur. 
Bitkilərin məhsuldarlığının artımına qida maddələrinə nisbətən 
suvarma daha yaxşı təsir göstərir. 
Bunu Nikolayevski təcrübə stansiyasında 3 il ərzində aparılmış 
təcrübələrin nəticələrindən (1 saylı cədvəl) daha aydın görmək olar. 
Göründüyü kimi gübrələnməyən sahə fonuna nisbətən, suvarma 
hesabına hər hektardan əlavə olaraq 23,9 sentner məhsul, ancaq 
yüksək normada gübrə tətbiq olunduqda isə 61,9 s/ha əlavə məhsul 
götürməyə nail olunmuşdur. Buradan da məlum olur ki, gübrə 
suvarmanın effektliyini 3 dəfəyə kimi artıra bilmişdir. 


19 
Cədvəl 1 
Suvarma və gübrənin qarğıdalının dən məhsuldarlığına təsiri 
(V.P.Kriçenkonun məlumatına görə) 
 
Gübrə 
Suvarıl-
mayan 
sahədən 
Torpağın TTS tu-
tumunun 80%-i 
nəmliyində 
suvarma 
Suvarma 
hesabına 
göürülmüş 
əlavə məhsul
I.Gübrəsiz 
23, 8 
47, 7 
23, 9 
II.Peyin 20 t/ha+N
80
P
80
28, 2 
71, 6 
43, 4 
III.Peyin 40 t/ha+N
160
P
160
 
28, 8 
90, 7 
61, 9 
Gübrə normasının artırılması 
hesabına götürülmüş əlavə məhsul 
5, 0 
43, 0 

 
Gübrə norması ikiqat artırılmış sahədə suvarılmayan variantda hər 
hektarda məhsuldarlıq yalnız 5 sentner, ancaq suvarılan sahədə isə 
məhsuldarlıq 43,0 s/ha-ya bərabər olmuşdur. Gübrəyə nisbətən su-
varmanın məhsuldarlıq effektliyinə təsiri 8 dəfədən çox olmuşdur. 
İki  əsas amil - suvarma və gübrə  məhsuldarlığı artıraraq bitkiyə 
eyni istiqamətdə təsir göstərirlər.Hər bir amil digər amillərin təsirini 
qüvvətləndirir. Onların qarşılıqlı effektliyi əlavə məhsuldarlıqla ifadə 
olunur. Suvarma ilə gübrənin qarşılıqlı əlaqəsi nəticəsində alınan tam 
effektliyi aşağıdakı hesablama yolu ilə müəyyən etmək olar.Gübrə 
hesabına  əlavə  məhsuldarlıq (suvarılmayan sahədən) 5,0 s/ha; 
Suvarma hesabına  əlavə  məhsuldarlıq (gübrəsiz sahədən) 23,9 s/ha; 
amillərin ayrı-ayrılıqda təsiri nəticəsində həmin əlavə məhsuldarlığın 
cəmi 5,0s/ha+23.9 s/ha=28,9s/ha-ya bərabər olacaqdır. Suvarma ilə 
gübrənin birlikdə təsiri nəticəsində alınan əlavə məhsuldarlıq isə hər 
hektardan 90,7-23,8=66,9 sentnerə  bərabər olacaqdır. Yüksək gübrə 
fonunda suvarma hesabına alınan əlavə məhsuldarlıqdan (61,9 s/ha) 
gübrə verilməmiş variantın məhsuldarlığını  çıxdıqdan sonra (23,9 
s/ha-ya bərabər) yenə həmin nəticəyə nail oluruq.  
Göründüyü kimi amilləri qarşılıqlı təsir qanunundan düzgün is-
tifadə edərək, suvarma hesabına xeyli əlavə  məhsul götürmək 
mümkündür. 
Amillərin qarşılıqlı  təsirinə tabe olan qanunları.  Əkinçilik 
elminə hələ keçmişdən məlum olan məşhur qanunları arasında elə 
amillər vardır ki, o, yalnız qarşılıqlı  təsir amillərinin meydana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə