Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə36/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

 

          

 

129 


qiyamət  eliyib!»  (111,  509-510)  və  s.  kimi  ifadələrdən 

istifadə edir.  

Göstərilən  dastan  kompozisiya  komponentləri 

əhvalatın  üzvi  bir  hissəsi  kimi  daxil  edilmiş  Zeynəb 

arvadın  nağılı  ilə  tamamlanır.  «Ay  xanım,  biri  var  idi, 

biri  yox  idi,  bir  padşah  var  idi  və  bir  də  padşahın  bir 

vəziri  var  idi.  Bu  vəzir  də  çox  qoçaq  vəzirmiş.  Bir  gün 

vəzir  öz  evində  yatmışmış.  Gecə  vaxtı  qapı  döyülür, 

vəzir  ayılır  və  göynəkcək  istəyir  çıxa  qapıya.  Burada 

vəzirin  arvadı  deyir:  –  Ay  vəzir,  elə  köynəkcək  qapıya 

çıxma,  paltarını  geyin,  yaraq-əsbabını  götür.  Yoxsa  ola 

bilər ki, qapıdakı düşmən ola» (111, 514). 

Məhəbbətlə  qələmə  alınan  bu  nağıl  məzmun  və 

ideya cəhətdən  maraqlı olduğu kimi,  dil  və üslub cəhət-

dən  də  xalqa  doğmadır,  onun  ruhuna  və    mənəviyyatına 

yaxındır. 

Ədibin  nəsrində  nağıl  və  dastan  üslubunda  istifadə 

olunan  «dedim  –  dedi»  təhkiyəsi  də  geniş  yer  tutur.  Bu 

formanı  surətlərin  ictimai  səciyyəsində,  xüsusən,  fərdi 

təbiətini  ifadə  edən  dialoqlarda  müşahidə  etmək  müm-

kündür. 

«–Molla  əmi,  bugünkü  xəbəri  sən  eşitmisən?  – 

Dedim: 

–Hansı xəbəri? – Dedi: 



–Bəs  ingilis  hökumətinin  Moskvaya  verdiyi  nota-

sından xəbərin yoxdur? – Dedim: 

–Xeyr,  xəbərim  yoxdu»  («Bəlkə  də  qaytardılar»), 

(111, 524). 

Başqa bir misal: 



 

          

 

130 


«–Nə istəyirsiniz? – Dedim: 

–Doktor  Vasilyev  buradamı  olur?  –  Arvad  cavab 

verdi ki: 

–Bu həyətdə heç həkim olmur. – Dedim: 

–Bəs buranı bizə nişan veriblər. – Dedi: 

–Hansı nömrəni nişan veriblər? – Dedim: 

–Otuz iki nömrəni! – Dedi: 

–Bu  ev  qırx  beş  nömrədi,  siz  gərək  bax,  o  tərəfə 

gedəsiniz» («Hamballar»), (111, 534). 

Öz  yerində  istifadə  olunan  bu  elementlər  dolğun 

məzmunu  bədii  şəkldə  və  yüksək  sənətkarlıqla  təqdim 

etməyə imkan verir. 

Atalar  sözü  və  zərbi-məsəllər  xalqın  həyat  tərzini, 

adət-ənənələrinin  izlərini,  sevinc,  kədər,  məhəbbət  və 

nifrətini  yaşadır,  xalqın  obrazlı  təfəkkürünün,  milli 

ruhunun, ictimai-siyasi və fəlsəfi fikrinin cəmini özündə 

əks etdirir. «Atalar sözü və məsəllərdən istifadə yolu ilə 

az  sözlə  dərin  məna  ifadə  etmək  klassiklərimizin 

yaradıcılığı üçün çox səciyyəvidir. Öz sələflərinin nəcib 

ənənələrini  davam  və  inkişaf  etdirən  Cəlil  Məmməd-

quluzadə xalq dilinin zəngin lüğət ehtiyatına, atalar sözü 

və  məsəllərə  yüksək  qiymət  vermiş,  tez-tez  bu  xəzinəyə 

müraciət  etmişdir.    Odur  ki,  biz  ədibin  hekayələrində 

külli  miqdarda  atalar  sözlərinə,  zərbi-məsəllərə,  həki-

manə  sözlərə  və  müxtəlif  ideomatik  ifadələrə  təsadüf 

edirik.  O,  bunlardan  həm  öz  dilində,  həm  də  surətlərin 

danışığında  tez-tez  və  ustalıqla  istifadə  edir.  Bu  vasitə 

ilə  deyəcəyi  sözün  kəsərini  artırdığı  kimi,  uzun-uzadı 

təsvirlərdən  də  qaçır,  fikrini,  tələblərini  xalq  dilindən 



 

          

 

131 


alınmış atalar sözü, yaxud zərbi-məsəllə tamamlayır. Bu 

da  ədibin  hekayə  dilinin  yığcamlığını  və  obrazlılığını 

gücləndirir (132, 143). 

Məmməd  Məmmədov  Cəlil  Məmmədquluzadə  nəs-

rində  atalar  sözlərinin  və  məsəllərin  bir  neçə  formada 

işləndiyini qeyd edir. Müəllifin fikrincə, birinci işlənmə 

formasında  yazıçı  müəyyən  bir  fikri  tam  şəkildə  başa 

salmaq,  hadisədən  ümumi  əxlaqi  nəticə  çıxarmaq  və  ya 

ibrətli bir söz demək üçün atalar sözü və məsəllərdən əsl 

müstəqim mənasında, ikincisi, fikrin kəskinliyini, sözün 

təsir  qüvvəsini  daha  da  artırmaq  üçün  bəzən  onları 

məcazi mənada işlətmişdir. 

Məna  baxımından  bu  qruplaşmaya  istinad  edərək 

onu  da  qeyd  etmək  lazımdır  ki,  istər  müstəqim,  istərsə 

də  məcazi  mənada  işlənən  atalar  sözləri  və  məsəllərə 

forma  baxımından  bu  təsnifatı  vermək  olar:  a)atalar 

sözü  və  məsəllər  eyniliklə  qalıb  tənqidi  mətləbi  ifadə 

edir; b)dəyişdirilmiş  formada  işlədilib əhvalata və  hadi-

sələrə tənqidi münasibət ifadə edir. 

Cəlil  Məmmədquluzadə  bədii  nəsrində  eyniylə 

qalıb  tənqidi  mətləbi  ifadə  edən  atalar  sözləri  və 

məsəllər  daha  çoxdur.  Ədib  tənqid  obyektinin,  obrazın, 

hadisənin  xarakterinə  uyğun  səciyyəvi  ifadələr  seçə 

bilir,  bu  atalar  sözləri  və  məsəllər  də  tənqidi  mətləbin 

daha  dolğun  ifadəsinə  kömək  edir:  «Qəza  müxbiri» 

hekayəsində  asan  qazanc  məqsədi  ilə  dostunun  yenicə 

doğulmuş  oğluna  sünnət  toyu  çaldırmağı  bəhanə  edən 

Əkbər  Qurbanov  kimi  rüşvətxorlar  təsvir  olunduqdan 

sonra müəllif fikri atalar sözlərinə əsaslanaraq hadisənin 



 

          

 

132 


tənqid  və  ifşasını  qüvvətləndirir:  «Hər  bir  kəsdən  beş 

manat,  on  manat  yığmaq  ilə  ki,  bir  adam  dövlət  sahibi 

olacaq,  nə  eybi  var,  bu  da  iqtisadi  qanunların  bir  növü-

dür. Necə ki, atalar da deyiblər: «Hər kosa saqqaldan bir 

tük çəkib, top saqqala versək, bunun saqqalı daha da top 

olar»  və  genə  atalar  deyiblər  ki:  «hər  lütdən  bir  sap 

çəksən, köynəkli adama artıq bir köynək də çıxar» (111, 

359). 


Ədib  məsəllərdə  də  tənqidi  fikri  obrazlı,  eyhamlı 

məqamda  işlədərək,  hadisənin  ümumi  inkişafı  və  söh-

bətlərin  məntiqi  ilə  bağlılığını  ifadə  edir.  Məsələn, 

«Danabaş  kəndinin  əhvalatları»  əsərində  Zeynəbin 

cavabı Xudayarbəyə budur: «Zeynəb Xudayarbəyin elçi-

sinə  cavab  verdi  ki,  qoy  Xudayarbəy  anqırsın  tayının 

tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər 

də  saxlamaz»  (111,  292).  Zeynəb  Xudayarbəydən  o 

qədər  bezardır  ki,  onun  təklifini  belə  eşitməyi  lazım 

bilmir.  «Qoy  Xudayarbəy anqırsın  tayını tapsın» ifadəsi 

ilə  ədib  Zeynəbin  bəyə  olan  sonsuz  nifrətini  məhz 

vulqar xalq ifadəsi ilə tutarlı şəkildə ifadə etmişdir. 

Yaxud,  «Əvvəl  cavanlıqdan  ta  Kərbəlayı  Heydər 

ölən  günə  kimi  Xudayarbəy  ilə  onun  arasından  qıl 

keçməzdi. Can deyib, can eşidərdilər» (111, 289). Sağlı-

ğında dost olan, dostunun ölümünə kimi aralarından «qıl 

keçməyən»  ifadə  şöhrətli  vəziyyətin,  məqamın  itirilmə-

sinə işarə olunub, mənalı kinayə kimi səslənir. 

Xudayarbəy  övrəti  Şərəfi  döyüb  təhqir  etdikdə 

özünü  yetirən  Qasıməlinin  qadına  verdiyi  nəsihət  və 

məzəmmətində istifadə olunan məsəl əsas fikrin məzmu-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə