Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə33/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 

          

 

118 


Amma Xudayar katda heç kəsə atasının adını da deməz» 

(111,  269).  Zahiri  tərəfkeşlik  və  sirr  saxlama  üsulu  ilə 

ədib  Xudayarbəyin  keçdiyi  həyat  yolunu  təzadlı  fonda 

təsdiqləyərək  tam  orijinal  tənqid  priyomu  seçir.  «Hər 

vaxt  bu  cür  söhbət  düşəndə  Xudayar  katdanın  sözü 

budur: «Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb 

gediblər,  allah  onlara  rəhmət  eləsin.Gəl  özünnən-özü-

müz  danışaq».  Pəs  çünki  keçəcəkdən  danışmağı  Xuda -

yarbəy  dost  tutmur,  heç  mən  də  istəmirəm  onun  qəlbinə 

dəyim.  Onun  keçəcəyinnən  mənim  də  işim  yoxdur» 

(111,  270).  Onun  keçəcəyi  ilə  işi  olmayan  müəllif 

«birisi  ucalıqdan  alçağa  enə,  dövlətçilikdən  kasıblığa 

düşə (Məmməd Həsən əmi), birisi alçaqdan ucaya qalxa, 

kasıbçılıqdan  dövlətə  çata,  əskiklikdən  hörmətə  minə», 

«nə  işin  var  ataynan-anaynan,  özünnən-özümüz  danı-

şaq»  (Xudayarbəy)  təzadlı  ifadələri  ilə  Xudayarbəyin 

keçmişini danışmamaq məharəti ilə təsdiq etmiş olur. 

Yaxud,  Danabaş  kəndində  bir  kəsin  ixtiyarı  yoxdur 

ki,  Xudayarbəy  çubuğu  cibindən  çıxaran  kimi  qov 

yandırıb  onun  qabağına  tutmasın.  Şəhərdə    isə  «Çox 

təəccüb elədi Xudayarbəy erməninin bu tövr rəftarına. O 

haradan  güman  eləyirdi  ki,  Karapet  ağa  od  verməyəcək 

o çubuğunu  yandırsın. Danabaş kəndində o bir adamdan 

bu  cür  tərk-ədəblik  görməmişdi.  Kimin  ixtiyarı  var  Xu-

dayarbəy  çubuğu  cibindən  çıxardan  kimi  qov  yandırıb 

onun  qabağına  tutmasın?!  Amma  nə  eləmək?  Danabaş 

kəndi  qalıb  Danabaş  kəndində.  Burda  ki  şəhərdir.  Şəhər 

gəlib  Danabaş  kəndi  əvəzi  olmaz»  (111,  279).  Kəndli-

lərin  yanında  cəllada  dönən  Xudayarbəy  şəhərdə  qolu 



 

          

 

119 


bağlı  qula  dönür.  Çünki  bura  şəhərdir,  onu  burada 

tanıyan, sayan yoxdur. Ədib «şəhər gəlib Danabaş kəndi 

əvəzi olmaz» ifadəsi ilə qüvvətli təzadlı müqayisə  yara-

daraq satirik surətin eybəcərliyini son həddə çatdırır. 

Həmin  əsərdə  başqa  bir  hissəyə  diqqət  edək:  «İndi 

bu  saat  burada  Xudayar  katda  ləzzətnən  yıxılıb  yatdı. 

Amma  elə  bu  saat  Danabaş  kəndində  üç  yerdə  matəm 

qurulubdur.  Üçünə  də  Xudayarbəy  özü  bais  olubdur. 

Doğrudan  çox  gülməli  əhvalatdır  və  çox  qəşəng  əhva-

latdır.  Ondan  ötrü  qəşəng  əhvalatdır  ki,  adam  gülür, 

ürəyi  açılır.  Yoxsa  nəyə  lazımdır  qəm  və  qüssə  gətirən 

hekayət?!» (111, 287). Təzadlı müqayisə-hadisələrin  bi-

lavasitə  səbəbkarı  ləzzətlə  yatdığı  halda  Danabaş  kən -

dində  üç  yerdə  matəm  qurulmasındadır.  Ədibin  qəm -

qüssə  gətirən  əhvalatla  ziddiyyət  təşkil  edən  qəşəng 

gülməli  əhvalatı  əlaqələndirməsi  təzadın  təsir  gücünü 

daha da qüvvətləndirmişdir.  

Cəlil  Məmmədquluzadənin  nəsr  üslubunda  diqqəti 

cəlb edən cəhətlərdən biri də cümlə daxilində eyni sözün 

işlənməsi  və  ya  qismən  dəyişdirilmiş  tərzdə  təkrar-

lanmasıdır. Ədib təkrir vasitəsi ilə əsərləri mənaca daha 

da genişləndirərək müxtəlif məqamlarda istifadə edir: 

a)  əsərin  adı  və  ya  epiqraf  kimi  işlənən  atalar  sözü 

məzmunla  əlaqədar  əsərin  bir  yerində  sadalanır,  nəticə 

kimi  sonda  da  təkrarlanır;  «Xanın  təsbehi»,  «Saqqallı 

uşaq», «Sarı», «Oğru inək» və s. 

«Sarı»  ədibin  xatirə  üslubu  ilə  qələmə  aldığı  heka-

yədir.  Şuşa  qalasında  olan  müəllifin  hamam  təəssü-

ratlarını  əks  etdirən  hekayə  sərlövhədə  istifadə  olunan 



 

          

 

120 


adın  təkrarı  ilə  mənanın  anlaşılması  arasında  düşün cə-

lərdən  ibarətdir.  Camadardan  adını  soruşan  müəllif 

eşitdiyi adın müqabilində düşünməli olur – «Sarı. 

Mən dinmədim: amma bu adı nədənsə gözləmirdim. 

Doğrudur,  demək  olmaz  ki,  müsəlmanda  Sarı  ad  ola 

bilməz;  amma  söz  burasındadır  ki,  Sarı  erməni  adı  da 

ola  bilər»  (111,  624).  Süjet  xətti  boyu  təkrarlanan  Sarı 

adı  sonda  yeni  təkrarla  mənanı  açıqlayır:  «Mən  elə 

bildim  sən  sabunu  soruşursan.  Mən  elə  bildim  sənin 

xəyalına  gəlir  ki,  torbanın  içindəki  ucuz  paltar  sabunu-

dur. Xeyir, ağa, əsl sarı sabundu, bir abbasılıq sabundu. 

Yoxsa  sizin  tək  cənabların  canına  mən  ucuz-mucuz 

sabun vurmanam» (111, 626). 

Yaxud,  «Oğru  inək»  əsərində  istifadə  olunan  epiq-

raf  atalar  sözü  ilə  ifadə  olunub  əsərin  məzmunu  ilə 

vəhdətdə  götürülür,  sonda  nəticə  kimi  yenidən  təkrar-

lanır:  «Atı  atın  yanına  bağlasan,  ya  halını  götürər,  ya 

xasiyyətini» (111, 573). 

b)  Sözlərin  təkrarlanması  psixoloji  əhval-ruhiyyə 

yaradaraq fikri daha müfəssəl bildirir. 

Bu  məna  daxilində  ədib  bəzən  mətn  təkrarlarına  da 

üstünlük verib keçid  yaradır, kinayəsini  müqayisə üsulu 

ilə  təqdim  edir.  Mətn  təkrarları  üçün  səciyyəvi  bir 

misala  diqqət  edək.  «Qurbanəlibəy»  hekayəsində  naçal-

nikin  gəlmə  səhnəsi  dörd  dəfə  eyni  mətn  təkrarı  ilə  və 

ya qismən dəyişdirilmiş tərzdə verilmişdir. «Birdən qac-

haqaç  düşdü;  dedilər  «naçalnik  gəlir».  Qlavalar  çıxdılar 

qapıya,  xanım  çıxdı  balkona,  tulalar  hücum  çəkdilər 

adamların  üstünə  və  bir  qədər  keçdi  guya  qurbağanın 



 

          

 

121 


gölünə  daş  atdılar:  çünki  bu  gələn  naçalnik  deyilmiş, 

özgə mahalın pristavı imiş» (111, 423). İkinci dəfə yenə 

eyni  mətn  təkrarı  və  «qazaq  böyüyü  bir  əfsərin  gəlişi», 

üçüncü  dəfə  eyni  mətn  təkrarının  bir  qədər  qısaldılmış 

forması  və  Qurbanəlibəyin  gəlməsinin  təsviri,  dördüncü  

dəfə isə üçüncü  mətn təkrarının eyniyyəti ilə naçalnikin 

gəlməsi  səhnəsinin  təsviridir.  Artıq  bu  parça  təkrir  və 

təkrar nümunəsi kimi həm məzmununa, həm də üslubuna 

görə  yeni bir forma  olub, ədibin  sənətkar orijinallığı  ilə 

əlaqədardır. O, psixoloji əhval-ruhiyyə yaradaraq müqa-

yisəli  təkrir  fonunda  şəxsi  münasibətini  məhz  bu  yolla 

daha aydın və qüvvətli ifadə edir. 

Bir çox məqamlarda isə təkrir fiquru mətn daxilində 

aydınlaşdırıcı,  dəqiqləşdirici,  xatırlayıcı  kimi  üslubi 

vəzifələri yerinə yetirərək psixoloji əhval-ruhiyyə məqa-

mında  ifşa  və  ittihamın  əsas  vasitəsinə  çevrilmiş  olur. 

Eyni  əsərdən  başqa  bir  misal:  «Naçalnik  Qurbanəlibəyə 

cavab  verdi  ki,  Kərbəlayı  Qasım  qanmır,  avamdı. 

Qurbanəlibəy qəh-qəh çəkdi və dedi: 

-Necə qanmır? Çox yaxşı qanır.  O məgər qanmır ki, 

çaxır  üzümdən  qayrılır?  Çox  əcəb  qanır.  Ancaq  biqey-

rətdi,  onun  üçün  içmir»  (111,  429).  Qeyrətdən  dəm  vu-

ran  bəyin  dilində  «qanmır-qanır»  ifadələrinin  təkrarlan-

ması  müəllif  mətləbinin  bədii  ifadəsi  üçün  çox  uyğun 

seçilmişdir. 

Yaxud,  qonaqların  Qurbanəlibəyin  sağlığına  içdik -

də  bəyin  şadlığı,  «Mən  lap  əriyib  yerə  girirəm  ki,  bu 

qədər  xanım  mənim  sağlığıma  içdi.  Mən  nəyəm  ki,  bu 

qədər xanım  mənim  sağlığıma  içsin.  Mən bu xanım ların 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə