147
N Ə T İ C Ə
XX əsr Azərbaycan ictimai bədii fikrinin parlaq
simalarından olan Cəlil Məmmədquluzadə çoxcəhətli
fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında tənqidi realizmi
yeni və satirik istiqamətli bir mərhələyə çatdırdı.
Novator sənətkarın yaradıcılığı, klassik sənət əsərləri ilə
yanaşı duran bədii nəsri mövzu-ideya, poetik forma
etibarilə kamil sənətkarlıq nümunələridir.
Ədibin milli şüurun oyanmasına ciddi təsir gös-
tərən yaradıcılığı bədii nəsrində də müəllif qayəsinin,
sənətkarın estetik idealının, fəaliyyətinin təcəssümüdür.
Təbiidir ki, ideya nə qədər ali, nə qədər mütərəqqi olsa
da, xalq dilinə, ruhuna yaxın forma və məzmun vəh-
dətində cilalanmasa nə bəyənilə, nə də istənilən şəkildə
qavranıla bilər. Cəlil Məmmədquluzadə sənətkarlığının
ümumi qayəsi də məzmun və formanın poetik baxı-
mından yetkin inkişaf səviyyəsi, ifadə üslubunda zəngin
bədii ifadə vasitələri sisteminin bütövlüyü və rəngarəng-
liyi ilə şərtlənir.
Ədib müəyyən hadisələr silsiləsindən seçdiyi hər
hansı mövzunu müəyyən nəzəri daxili qaydalar, prin-
siplər əsasında işlədikdən sonra ardıcıllıqla sist emə
salmış, mükəmməl süjet və kompozisiya vəhdəti yarat-
mışdır. Burada kompozisiya ünsürləri – sərlövhə, epi-
qraf, proloq və epiloqun süjet xəttinin üzvi tərkib his-
səsi kimi işlədilməsi məsələləri bədii əsərin poetika-
sənətkarlıq elementləri kimi qiymətləndirilir.
Azərbaycan nəsrində ilk dəfə olaraq proloq və
epiloqdan istifadənin ədibin ilk iri həcmli nəsr əsəri
olan «Danabaş kəndinin əhvalatları» povestində üzə
çıxması («Bir yüngülvari müqəddimə», «Xitamə»), bu
148
poetik formanın yığcam süjetli əsərlərinə də aid
edilməsi («Xanın təsbehi», «Təsbeh barəsində bir neçə
söz», «Bəlkə də qaytardılar…», «Axır söz») konkret nü-
munələrin əsasında elmi-nəzəri təhlili C.Məmmədqulu-
zadə nəsrinin yeni sənətkarlıq keyfiyyətlərinin üzə
çıxarılması ilə nəticələnmişdir.
Cəlil Məmmədquluzadə nəsrində süjet xəttinin
quruluşu müxtəlifdir. Bu müxtəliflik ənənəvi süjet
quruluşu və mərhələlərinə əsaslanaraq fərdi formalaş-
manın növbələşməsidir. Demək olar ki, onun əsərlərinin
çoxunun süjet quruluşu və mərhələləri fərqli bir formul
ilə qurulmuşdur. Fərdi üslub xüsusiyyətləri ilə qurulan
süjet mərhələlərinin poetik-struktur modeli də Cəlil
Məmmədquluzadə nəsrinin özgün üslub xüsusiyyətlərini
izah edən, ədibin təsvir obyektinin zənginliyini üzə çı-
xaran, sənətkar fərdiyyətini göstərən mühüm faktlardır.
Cəlil Məmmədquluzadə yaradıcılığının poetik
strukturunda özünü göstərən müxtəlif üsullardan biri də
görkəm ardından mahiyyəti, daxili mənanı bədii obraz-
larda portret detalları vasitəsi ilə süjet xəttinin inkişaf
mərhələlərində tamamlamaqdır. Ədib əsas ideyanı mən-
tiqi süjet fonunda portret detalları ilə inkişaf etdirməyi,
yüksək zirvəyə qaldırmağı və sonda nöqtə qoymağı
sənətkarlıqla bacarmışdır. Burada müxtəlif surətlərin
timsalında növbələşən və bir-biri ilə vəhdətdə götürülən
portret detalları ayrılıqda da hər bir obrazın (əsas
mərkəzi obrazların) konkret vəziyyəti, psixoloji xarakter
və düşüncəsi və s. ardıcıllıqla tamamlanmışdır.
Cəlil Məmmədquluzadə ictimai mətləbləri ifadə
etmək üçün satirik boyalara, satirik üsluba müraciət
edir. Əsas cəhət kimi – a) hüzn, təəssüf, qəzəb; b) sati-
rik və sarkastik intonasiyalar tam müstəqil şəkildə
149
epizodlarda, bəzən də qovuşuq təsvir edilərək bütün
süjet xətti boyunca inkişaf etdirilmişdir.
Ədibin nəsrində bədii təsvir və ifadə vasitələrinin
rolu böyükdür. Konkret hissi obrazlılıq, əsərin ideya-
estetik məna çalarlarını qüvvətləndirən məcazlar siste-
mi, simvolik adlar və s. qüvvətli kinayənin ifadəsi kimi
hekayəçi təhkiyəsinə, personajların xarakterik şəraitə
uyğun fəaliyyətinə, mühit və məkan mövqeyinin ən
yaxşı ifadəsi kimi xüsusi maraq oyadır.
Cəlil Məmmədquluzadə nəsrində xalq deyimlə-
rinin istifadə üsulları mənəvi-əxlaqi dəyərlərinin təsvir,
təbliğ və təlqininə xidmət edir. Burada nağıl və dastan
rəvayətlərinin özgün çərçivələrini öz təhkiyəsinə və üs-
lubuna uyğun səmimi deyim tərzində, irsiyyət və dava-
miyyət fonunda, yəni nağıllarda və dastanlarda əsrlər
boyu sabitləşən ənənəvi forma komponentlərindən
məharətlə istifadə bacarığını aşkar görə bilirik. Ədibin
nəsrində bədii poetik parçaların, şeir nümunələrinin
işlənməsi və ya onların poeziya nümunələri (əsasən
M.Ə.Sabirin satiraları) ilə biri digərini tamamlaması
üsulu da diqqəti cəlb edir. Bundan başqa C.Məmməd-
quluzadə nəsrində sınamaların, alqış, qarğış və andların
əsərlərə xəlqilik, milli kolorit bəxş edilməsində oynadı-
ğı özgünlüyü izah edilmiş, yüksək qiymətləndirilmişdir.
150
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.
Ağayev Ə.M. Sənətkarlıq məsələləri. Bakı: Azərnəşr,
1961.
2.
Ağayev İ.M. «Molla Nəsrəddin»in poetikası. Bakı: Elm,
1985.
3.
Ağayev İ.M. Tarixi yaddaşımızın böyük yadigarı. Bakı:
Elm, 2006.
4.
Axundov N.F. «Molla Nəsrəddin» jurnalının nəşri tarixi.
Bakı: Azərnəşr, 1959.
5.
Allahverdiyeva A. Bədii nəsrimizdə qadın surətləri // Elm
və həyat, 1970, №3.
6.
Aristotel. Poetika. Bakı: Şərq-Qərb, 2006.
7.
Azərbaycan ədəbiyyatşünaslığının aktual məsələləri.
Bakı: APİ, 1988.
8.
Azərbaycan ədəbiyyatının tarixi poetikası. Bakı: Elm,
1989.
9.
Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi
haqqında
Azərbaycan
Respublikası
prezidentinin
fərmanı. «Respublika» qəz., Bakı, 2000, 28 mart.
10.
Azərbaycan nağılları: 5 cilddə, I c., Bakı: Şərq-Qərb,
2005.
11.
Azərbaycan nağılları: 5 cilddə, II c., Bakı: Şərq-Qərb,
2005.
Dostları ilə paylaş: |