Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə4/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   2   3   4   5   6   7   8   9   ...   43

 

          

 

12 


filov,  N.Vəlixanov,  Ə.Hüseynov,  F.Mehdi,  İ.Ağayev  və 

b.)  dəyərli  monoqrafiyalarda  öz  əksini  tapmışdır.  Mirzə  

Cəlilin  nəsri  sənətkarlıq  baxımından  bütövlükdə  geniş 

təhlil  obyekti  olmasa  da,  bu  sahədə  də  müəyyən  təd qiq-

lər  vardır.  Ə.Məmmədov,  A.Məmmədov,  N.Vəlixanov, 

S.İsmixanova və b. apardıqları tədqiqatlarda ədibin nəsr 

əsərlərini realist yaradıcılıq üslubu, nəsr poetikası, eləcə 

də  dil-üslub,  təsvir-təhkiyə,  süjet-kompozisiya  baxımın-

dan dəyərləndirmişlər. 

Cəlil  Məmmədquluzadənin  zəngin  irsinin  öyrənil-

məsi sahəsində görülmüş böyük və dəyərli işlərə baxma-

yaraq,  onun  nəsrinin  poetikası,  ümumilikdə  kifayət  

qədər  öyrənilməmiş,  ayrıca  sistemli  tədqiqat  mövzusu 

olmamışdır.  Halbuki  Mirzə  Cəlilin  nəsr  əsərləri  təkcə 

dolğun məzmunu ilə yox, həm də kamil poetik strukturu, 

üslub  xüsusiyyətləri  ilə  seçilən  dəyərli  sənət  nümunə lə-

ridir.  Təqdim  etdiyimiz  bu  monoqrafiyada  biz  ədibin 

əsərlərində  fərdi  bədii  forma  axtarışlarında  –  süjet  və 

kompozisiya  vəhdəti,  süjet  xəttində  qabarıq  nəzərə 

çarpan  bədii  detal  və  üslub  əlamətlərini  müəyyənləş-

dirilir.  Tədqiqatda  həmçinin  Cəlil  Məmmədquluzadə 

nəsrinin  sənətkarlıq  məsələləri  sistemli  şəkildə  xüsusi 

tədqiq  edilmiş,  onun  özünəməxsus  cəhətləri  müəyyən 

olunmuşdur.  Süjet  və  kompozisiya  vəhdəti,  sərlövhə, 

epiqraf,  proloq  və  epiloqun  süjet  xəttinin  inkişafında 

mövqeyi,  ideya-estetik  funksiyaları  öyrənilmiş  və  sis-

temə salınmışdır.  Burada:  

-   ədibin  nəsr  yaradıcılığının  poetik  strukturunu,  süjet 

və kompozisiya xüsusiyyətlərini araşdırmaq; 

-

 



süjetin təqdimini müəyyənləşdirmək: 

a)  müxtəlif  hadisə  və  predmetlərin  təsviri  onu 

söyləyənin şahidliyi və iştirakı ilə;  



 

          

 

13 


b) rəvayət şəklində; 

c) yarı şahidlik, yarı rəvayət şəklində; 

-

 

süjet  xəttinin  inkişaf  mərhələlərində  fərdi  poetik 



forma əlamətlərini göstərmək; 

-

 



portretin süjet xəttinin üzvi tərkib hissəsi kimi çıxış 

etməsini vurğulamaq; 

-

 

satirik  və  sarkastik  üslub  xüsusiyyətlərində  vətən-



daş  yanğısını  şərtləndirən    əsas  amilləri  müəyyən-

ləşdirmək; 

-

 

bədii  təsvir  və  ifadə  vasitələrinin  müxtəlif  işlənmə 



diapazonunda:  

a) konkret hissi obrazlılıq;  

b)  bu  və  digər  vasitələrdə  istifadənin  estetik  orijinal-

lığı;  


c) gerçəkliyin dərk edilməsində  müəllifin xüsusi baca-

rığının ifadəsi kimi səciyyələndirmək

-

 

xalq  ədəbiyyatından  qaynaqlanan  ifadə  üslubunda 



daxili  əlaqə,  irsi  rabitə  və  ardıcıllığı  qruplaşdırmaq 

kimi məsələlər mühüm yer tutur. 

Monoqrafiyada  poetik  struktur  və  üslub  fərdiyyəti, 

formaları,  habelə  poetik  strukturda  müəllifin  ideya 

mövqeyinin rolu kimi məsələlər müəyyənləşdirilmişdir.  



 

          

 

14 


I FƏSİL 

 

CƏLİL MƏMMƏDQULUZADƏ NƏSRİNİN  

POETİK STRUKTURU 

 

1.1. Süjet və kompozisiya vəhdəti 

 

Cəlil  Məmmədquluzadə  nəsri  Azərbaycan  ədəbiy-



yatında  öz  məzmunu,  poetik  quruluşu  baxımından  yeni 

bir  səhifə  hesab  olunur.  Cəmiyyətin  sosial-ictimai 

vəziyyətini  əks  etdirən,  insan  psixologiyasının  zahiri  və 

daxili  xüsusiyyətlərinin  cəmini  göstərən  istər  geniş 

süjetli  «Danabaş  kəndinin  əhvalatları»  (psixoloji-

dramatik  povest),  istərsə  də  yığcam  süjetli  əsərlərində 

(hekayə  və  novellalarında)  diqqəti  cəlb  edən  əsas 

xüsusiyyətlərdən  biri  bitkin  süjet  və  kompozisiyaya 

malik  olmasıdır.  Bədii  əsərdə  süjet  və  kompozisiya 

anlayışları  olduqca  mühüm  məsələlərdəndir.  Sənət-

karların  müəyyən  hadisələr  silsiləsindən  hər  hansı 

mövzu  seçməsi  müəyyən  nəzəri  daxili  qaydalar,  prin-

siplər  əsasında  işləndikdən  sonra  sənət  əsəri  kimi 

formalaşır.  C.Məmmədquluzadə  nəsrində  süjet  və  kom-

pozisiya  quruluşunda  vahidlik  prinsipi  müəyyən  ar -

dıcıllıqla  sistemə  salınır.  Burada  kompozisiya  süjetin 

dərk  olunmasına,  əsərin  bədii-estetik    cəhətdən  qüvvət-

lənməsinə xidmət edir. 

Ədib  kompozisiya  ünsürlərini  –  epiqraf,  proloq  və 

epiloqu  süjet  xəttinin  tərkib  hissəsi  kimi  işlətməklə 

əsərlərinin  bədii-estetik  cəhətdən  qüvvətlənməsinə  nail 

olur. 


Epiqraf  ideyanın  açılmasında,  əsərin  mövzusunda 

müəyyən  rol  oynamaqla  bərabər,  həm  də  süjet  xəttinin 




 

          

 

15 


üzvi  tərkib  hissələrindən  biri  kimi  işlədilir.  Belə  ki, 

epiqraf  əsərdə  hadisələr  arasında  məntiqi  bağlılığın 

tənzim olunmasında müəyyən funksiyaya malikdir. Cəlil 

Məmmədquluzadə  nəsrində  əsərlərin  əvvəlində  verilən 

epiqraflar müxtəlif mənbələrdən götürülmüşdür. 

a)  Məşhur  yunan  filosofu  Sokratdan  –  «Danabaş 

kəndinin əhvalatları» 

b)  Şifahi  xalq  ədəbiyyatından  –  «Qurbanəlibəy», 

«Oğru inək» 

c)  Ünvanı  məlum  olmayan  mənbədən  –  «Şeir 

bülbülləri», «Hünərli qadınlar». 

Qədim  yunan  filosofu  Sokratdan  gətirilən  epiqraf 

ədibin ilk nəsr əsəri sayılan «Danabaş kəndinin əhva lat-

ları»  əsərində  verilmişdir.  Bu  epiqraf  Cəlil  Məmməd-

quluzadənin  antik  fəlsəfəyə,  ədəbiyyata  yaxşı  bələd 

olduğunu  təsdiq  edir.  Verilən  kiçik  parçada  əsərin  əsas 

ideyasının,  müəllif  mətləbinin  maraqlı  və  yığcam  şəkil -

də fəlsəfəsi xırdalanır: 

«Qəlbimdən  gələn  səs  mənə  çox  zadlar  öyrədir. 

Həmin  səs  pak  və  təmiz  insafımın  səsidir  ki,  hamıda  o 

insaf  var.  Hər  kəs  guş-huş  ilə  onun  buyurduğuna  qulaq 

asıb,  əmrinə  əməl  eləsə,  çox  sirlərdən  agah  olub  çox 

şeylər bilər» (111, 259).  

 

 



 

 

 



 

 

 

 

 

 

(Sokrat) 

Bu epiqraf əsərin kompozisiya quruluşunda və süjet 

xəttindəki  hadisələrin  özülünü  qoymaq,  həm  də  onların 

gələcək  inkişaf  istiqamətini  müəyyənləşdirmək  ağırlı-

ğını öz üzərində daşıyır. 

«Bir  yüngülvari  müqəddimə»dəki  təqdim  lağlağı 

Sadıq  və  qəzetçi  Xəlilindir.  Hər  ikisi  fərdi  və  ictimai 

keyfiyyətlərə malik insanlardır. Onlar «Danabaşlar» mü-

hitində  yaşasalar  da,  yaxşıya  pis,  pisə  yaxşı  demir.  On-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə