T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
70 
yatında  iki  başlanğıc  həmişə  güclü  olmuşdur:  biri  şərqli-
mistik,  digəri  qərbli-pozitiv.  O,  islam  dininin  yüksək  bəşəri 
dəyərlərin daşıyıcısı ola bilməməsini iddia edən rus tənqidçisi 
Mixaylovskinin  fikirlərini  təkzib  etmişdi.  Bu  təkzibdən  sonra 
Mixaylovski  mətbuatda  təkrar  çıxış  edərək  İslam  dinini 
bilmədiyini  etiraf  etməyə  məcbur  olmuşdu.  Həmin  polemika-
larda  söhbət  Maksim  Qorkinin  “Həyatın  dibində”  əsərindəki 
Tatar Həsən surətindən, daha doğrusu, bu epizodik, lakin, çox 
əhəmiyyətli  obrazın  daşıdığı  mənəvi  dəyərlərdən  gedir. 
Məlumdur  ki,  Qorki  əsərində  Tatar  Həsəndəki  daxili  təmkini, 
inamı,  ən  çətin  anlarda  belə  iradə  göstərə  bilməsini,  dözümü 
məhz  İslam  dininin  formalaşdırdığı  keyfiyyətlər  hesab  edirdi. 
Çünki  dözüm,  qarşılıqlı  anlaşma  –  İslam  dininin  bəşəriliyin-
dən,  islam  qanunlarının  universallığından,  İslam  əxlaqının 
möhkəmliyindən  qaynaqlanır.  Tənqidçi  Mixaylovskiyə  görə 
isə,  bu  keyfiyyətləri  Qorki  Tatar  Həsəndə  süni  yaratmışdı, 
çünki,  İslam  dini  kəskin  və  barışmaz  bir  din,  Tatar  Həsən  də 
müsəlman olduğundan, onda bu keyfiyyətlər ola bilməzdi (90). 
F.D.Batyuşkova  3  dekabr  1903-cü  il  tarixli  məktubunda 
Əhməd bəy  Ağaoğlu  yazırdı: “Sizin İslama  və Qurana  müna-
sibətiniz  həm  nəzəri,  həm  də  həyati-təcrübi  mənada  özünü 
doğruldur.  Lakin  min  təəssüflər  ki,  Rusiyada  25  milyonluq 
müsəlman  əhalisinin  yaşamasına  baxmayaraq,  rusların  böyük 
əksəriyyəti  İslam  dini  haqqında  tamamilə  yanlış  fikrə 
malikdirlər  və  onu  nifrət  doğuran  “Od  və  Qılınc”  təlimindən 
başqa  bir  şey  saymırlar.  Avropa  xalqları  arasında  tarixi 
mənşəyə  malik  olan  bu  yanlış  fikir  yalnız  avam  rus  kütlələri 
arasında  deyil,  bütövlükdə  rus  cəmiyyəti  içərisində  də  vətən-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
71 
daşlıq  hüququ  qazanmışdır.  Hətta  cənab  Mixaylovski  kimi 
şəxslər  də  həmin  qüsurlardan  xali  deyillər.  Solovyov  və 
Petrovlar  (müəllif  islama  obyektiv  yanaşan  rus  tarixçilərini 
nəzərdə  tutur  –  T.A.)  isə  tək-tükdürlər.  Bizim  şərqşünaslığa 
gəldikdə  o,  həmin  məsələni  tamamilə  unudub...  Ona  görə  də 
Rusiya  müsəlmanlarının  həyatı  ilə,  onların  maddi  və  mənəvi 
tələbatı  ilə  demək  olar  ki,  heç  kəs  maraqlanmır.  Rus  mətbua-
tında  nadir  hallarda  müsəlmanlar  haqqında  məqalələr  çap 
olunur. Həmin məqalələr isə əksər hallarda tendensiyalı xarak-
ter daşıyır, həqiqəti təhrif edir, müsəlmanları tamam başqa cür 
göstərir” (39, 72). 
Əhməd  bəy  Ağaoğlunun  Renanla  mübahisəsində  də 
məlumdur  ki,  məhz  bu  məqam  –  Qərbin,  Avropanın  İslam 
dinini dərindən bilməməsi məsələsi ön plana çəkilirdi. 
Müasirləri içərisində Əhməd bəy Ağaoğlu qədər, Əhməd 
bəy  Ağaoğlu  səviyyəsində  İslam  dini,  onun  mahiyyəti,  tarixi, 
müasir  dövrdə  müsəlman  xalqlarının  mənəviyyatında  onun 
yeri  və  s.  haqqında  konseptual,  sistemli  şəkildə  mətbuatda  çı-
xış edən ikinci bir ziyalı tapmaq çətindir. Azərbaycanın Qərb-
lə,  Rusiya  ilə  münasibətlərində  onun  İslam  dinini  mühüm 
tənzimləyici  rol  oynayan  bir  amil  kimi  təqdim  etməsi  ilə 
əlaqədar  olaraq  biz  bu  məsələnin  üzərində  xüsusi  dayanmağı 
zəruri  hesab  edirik.  Onun  “İslamın  meydana  gəlməsi”, 
“İslamda  qadın”,  “Panislamizm”,  “Müsəlmanın  arzuları”, 
“Qorki  və  müsəlmanlıq”,  “İran  müsəlmanları”  və  s.  bu  kimi 
dərin  araşdırmaları  öz  elmi-tarixi  əhəmiyyəti,  müasir 
problemləri  əhatə  dairəsi,  dünya  mətbuat  orbitinə  çıxışı 
baxımından son dərəcə qiymətli əsərlər idi. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
72 
Əhməd bəy  Ağaoğlu  yazırdı ki, “bizim üçün  İslam xari-
cində nicat yoxdur. Bunu mazidə bütpərəst, ya atəşpərəst olan 
əcdadımız  idrak  etdikləri  üçün  dini-islamı  qəbul  və  nəşrinə 
müşərrəf olmuşlar idi. Ancaq hikməti-islamiyyəyə vaqif olma-
lıyız  və  bu  hikmətdən  feyzyab  olmamıza,  nuri  ilə  tənəvvül 
etməyimizə  hail  olan  maneələri  ortadan  rəf  etməyə  qeyrət 
etməliyiz,  digər  tərəfdən  aləmi-islamın  hər  nə  səbəbdənsə  bir 
neçə əsrdən bəri haləti-təvəqqüfdə qaldığı, hətta gerilədiyi bir 
müddəti-mədidə  zərfində  Qərb  aləminin  durmayıb,  tənəzzüli-
mədəniyyətdən  nə  cür  tərəqqiyi-mədəniyyətə  nail  olduğunu 
nəzəri-etibar  və  ibrətə  almamız  lazımdır.  Fəqət  bu  cəhətdən 
dəxi zəvahirə aldanmayıb bu mədəniyyətin dini qövmiyyətlərə 
deyil,  bəlkə  ümumi  bəşəriyyətə  aid  əsaslarını  mütaliə  ilə 
əsbabi  –  tərəqqi  və  rifahiyyətlərini  dini  –  islama  tovfiqən 
millətimizin  tərəqqiyatına  tabe  etməliyiz.  Avropa  ülumuna, 
maarifinə,  ədəbiyyatına,  sənaət  və  sənayeinə  kəsbi-vüquf  et-
məyə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yap-
mağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir” (79). 
Əhməd  bəy  Ağaoğlunun  və  onun  bir  çox  məsləkdaş-
larının  XX  əsrin  əvvəllərində  din,  İslam  mövzusuna  qayıt-
maları təsadüfi deyildi. Məsələ burasında idi ki, XIX əsr Azər-
baycanın mədəni həyatında baş vermiş spesifik xüsusiyyətlər-
dən biri bu idi ki, Azərbaycanın şimal hissəsini Rusiyanın işğal 
edərək  öz  tərkibinə  qatdıqdan  sonra  əsrlərlə  birmənalı  şəkildə 
həll olunmuş bəzi məsələlərə, xüsusilə milli dəyərlərə yenidən 
baxılmış,  ziyalıların  bir  qütbünün  milli-mənəvi  ənənələrdən 
kəskin  ayrılığı  yaranmışdı.  Bu  cür  kəskin  dönüş  təkcə  Qərb 
mədəniyyəti ilə tanışlıq nəticəsində, onun təsirilə deyil, həm də 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə