16 dekabr 2016-cı il
http://www.amu.edu.az
3
Tədbiri giriş nitqiylə açan Azərbaycan
Tibb Universitetinin rektoru, profes-
sor Gəray Gəraybəyli xatirəsi ürəklərdə
əbədi yaşayan böyük alimin keçdiyi
şərəfli həyat yolundan və fədakar əmək
fəaliyyətindən danışdı. Görkəmli alimin
bu ali təhsil ocağı ilə bağlı fəaliyyətindən
söhbət açan rektor bildirdi ki, universite-
tin formalaşmasında bu cür alimlərin, o
cümlədən Aqil Əliyevin əməyi danılmaz-
dır: “Elə insanlar var ki, öz dövrünü yaşa-
yaraq nə insanların qəlbində, nə tarixdə
heç bir iz qoya bilmirlər. Eyni zamanda
da elə insanlar var ki, onların əməlləri,
addımları, fərdi xüsusiyyətləri, əvəz siz
xidmətləri nəticəsində həm tarix də, həm
də insanların qəlbində çox dərin iz qo-
yub. Belə tarixi ziyalılarımızın sırasında
akademik Aqil Əlirza oğlu Əliyevin öz
yeri var”.
Aqil Əliyevin həyatı haqqında qısa
məlumat verən rektor xatırlatdı ki, o,
gənc yaşlarından öz taleyini iqtisad el-
minin inkişafına həsr edərək 1953-cü
ildən etibarən həyatının sonuna qədər
Tibb Universitetində çalışıb: “Aqil Əliyev
ATU-da müəllim, dosent, professor kimi
vəzifələrdə işləmiş və peşakar ali peda-
qoq titulunu qazanmışdır. O, həyatının
sonuna qədər ATU-nun iqtisadi nəzəriyyə
və hüququn əsasları kafedrasının müdiri
vəzifəsini sevərək icra edib”.
Rektor vurğuladı ki, professor Aqil
Əliyevin elmi araşdırmaları həm so-
vet, həm də dünya iqtisadiyyatının in-
kişafına böyk töhfə olub. Onun əsərləri
ölkəmizdə bazar münasibətlərinin for-
malaşmasına ciddi təsir edib. Akademik
Aqil Əliyevin Azərbaycan elmi qarşısın-
dakı xidmətləri dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilib.
Sonra Aqil Əliyevin həyat və fəaliy yə-
tindən bəhs edən video çarx nümayiş
olunub.
ATU-nun ictimai fənlər kafedrasının
müdiri, professor Qoşqar Əliyev tədbir
iştirakçılarına akademik Aqil Əliyevin
elmi, pedaqoji və ictimai fəaliyyəti haq-
qında ətraflı məlumat verdi.
Məruzəçi bildirdi ki, Aqil Əlirza oğlu
Əliyev 1926-cı il dekabrın 10-da Nax-
çıvan şəhərində anadan olmuşdur.
O, Naxçıvan şəhərində orta məktəbi
bitirdikdən sonra 1946-cı ildə Bakı
Dövlət Universitetinə daxil olmuş və
1951-ci ildə oranı bitirmişdir. 1953-cü
ilə qədər Azərbaycan EA-nın tarix insti-
tutunda elmi işçi vəzifəsində çalışmışdır.
İqtisad elminə böyük marağı olduğun-
dan 1953-cü ilin may ayında Azərbaycan
Tibb İnstitutunun siyasi - iqtisad kafed-
rasında işə başlamış və ömrünün sonuna
qədər burada çalışmışdır. A.Əliyev 1970-
cı ildə iqtisad elmləri namizədi, 1983-
cü ildə iqtisad elmləri doktoru alimlik
dərəcəsinə, 1973-cü ildə dosent, 1979-cı
ildə professor elmi adlarına layiq görül-
müşdür. 2001-ci ildə AMEA-nın müxbir
üzvü seçilmişdir.
Sözünə davam edən natiq dedi ki,
A.Əliyevin elmi-pedaqoji fəaliyyəti ay-
rı-ayrı dövr lərdə dövlətimiz tərəfindən
layiqincə dəyərləndirilmişdir. O, əməkdar
elm xadimi fəxri adına, “Şöhrət” və “Qır-
mızı Əmək Bayrağı” ordenlərinə və s.
medal, fəxri fərman və təltiflərə layiq
görülmüşdür.
Professor A.Əliyevin apardığı tədqiqat
işləri çoxsahəli olsa da, onun elmi ya-
radıcılığında əsas yeri sosial iqtisadi
problemlər, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, ərzaq və istehlak prob-
lem lərinin həlli, səhiyyənin iqtisadiyyatı,
əhalinin sağlamlığının sosial-iqtisadi və
demoqrafik inkişaf aspektlərinin tədqiqi
və s. tutur. Bu problemlər onun 190-a
yaxın elmi-tədqiqat əsərində, 13 san-
ballı monoqrafiyada, 6 dərslik və dərs
vəsaitində, 3 tədris-metodik göstəricidə
öz əksini tapmışdır.
Azərbaycanda ilk dəfə olaraq “Şəxsi
istehlakın iqtisadiyyatı və problemləri”,
“Aqrar iqtisadiyyatın aktual problem-
ləri”, “Kənd əhalisinin həyat səviyyəsinin
yüksəldilməsi problemləri”, “Səhiyyədə
iqtisadiyyat, planlaşdırma, idarəetmə,
maliyyələşdirmə və əməyin elmi təşkili”,
“ASK-nın aqrar bölməsində elmi - texniki
tərəqqini sürətləndirmə problemləri” və
sair kimi monoqrafiyaların müəllifidir.
Yalnız bazar iqtisadiyyatına keçid
şəraitində A.Əliyevin 80 elmi əsəri çap
olunmuşdur. Onlardan “Azərbaycanın
sosial - iqtisadi inkişafında islahatların
rolu”, “İpək Yolunun bərpası bəşəriyyətin
tərəqqi yoludur”, “Azərbaycanda bazar
münasibətləri şəraitində əhalinin sosial
problemləri”, “Səhiyyənin iqtisadiyya-
tı”, “Azərbaycanda əhalinin səviyyəsinin
yüksəldilməsinin aktual problemləri”,
“Naxçıvan Muxtar Respublikası: nailiy-
yətlər, problemlər” (I və II cild), “Bazar
iqtisadiyyatına keçid: dövlətin iqtisadi
siyasi”, “Bələdiyyələr. Metodik kömək”,
“Dünya iqtisadiyyatı: müasir dövrün
problemləri”, “Müstəqil Azərbaycan iqti-
sadiyyatının aktual problemləri” və sair
sanballı kitabları yazmışdır.
Çıxışında Ulu öndər Heydər Əliyevin
“Hər bir alim qiymətlidir. Ancaq
nəzəriyyəni təcrübə ilə birləşdirən,
fikirlərini tətbiq edə bilən və onlardan
əməli nəticə götürə bilən, cəmiyyətə,
ölkəyə, xalqa konkret fayda gətirən in-
sanlar alimlərin sırasında xüsusi yer tu-
tur” sözlərindən sitat gətirən Qoşqar
Əliyev Aqil müəllimın bütün zamanlarda
belə alimlərin sırasında olduğunu dedi.
Sonra Milli Məclisin iqtisadi siyasət
komitəsinin sədri, akademik Ziyad
Səmədzadə çıxış edərək Aqil Əliyevin
şərəfli ömür yolu ilə bağlı xatirələrini
tədbir iştirakçılarına çatdırdı.
O, söylədi ki, tarixi faktlar da Azər-
baycanda iqtisad elminin hərtərəfli in-
kifaşında görkəmli iqtisadçıların rolu-
nun olduğunu göstərir. Bu tarixin layiqli
nümayəndələrdən biri də Aqil Əliyevdir.
Onun Azərbaycan iqtisad elmində
rolu ilk növbədə onunla əlaqədardır
ki, ölkəmizdə iqtisad elmində olan
problemlərin həllində keyfiyyətli işlər
ortaya qoyub.
“Aqil Əliyevin tədqiqatlarında iqtisa-
di məsələlərin dərindən araşdırılması
qabarıq şəkildə özünü göstərir. Burada
əsas mahiyyət iqtisadi inkişafla həyat
səviyyəsi arasında əlaqənin nədən ibarət
olduğunun önə çəkilməsidir. Əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılması
onun prioritet kimi qoyduğu məsələlər
sırasına daxil idi.
Aqil Əliyev “səhiyyənin iqtisadiyyatı”
deməklə hökuməti, iqtisadçıları, alim ləri,
cəmiyyətdə nüfuz sahibi olan insanları
bu istiqamətə cəlb edərək bunun iqti-
sadiyyatın bir qolu olduğunu sübut edə
bildi.”
Ziyad Səmədzadə çıxışında bu
kimi məsələ lərdə geridə qaldığımız
istiqamətlərin həllinə böyük miqdar-
da vəsait tələb edildiyini də bildirdi:
“Ulu öndər Heydər Əliyev 70-ci illərdə
ölkəmizə rəh bər lik edəndə Azərbaycanda
səhiyyənin inkişaf etdirilməsi baxımın-
dan xəstə xanaların açılmasına şərait ya-
ratdı. Bu gün də istər Azərbaycanda, istər
digər yerlərdə səhiyyəyə qalıq prinsipi
ilə baxan insanlar, məmurlar var. Dün-
yada bir nömrəli problem isə səhiyyədə
olan axsamaların aradan qaldırılması ol-
malıdı. Bütün bunlar səhiyyəyə ayrılan
vəsaitin hesabına daha təkmil ola bilər”.
Aqil Əliyevlə bağlı xatirələrini bölü şən
I uşaq xəstəlikləri kafedrasının professo-
ru Surxay Musayev bu böyük alimin onu
tanıyanların yaddaşında sadə və səmimi
bir vətəndaş-alim kimi qaldığını diqqətə
çatdırdı. Böyük alim, gözəl insan Aqil
Əliyev barəsində söz deməyin çox böyük
məsuliyyət olduğunu və onun hərtərəfli
bir şəxsiyyət kimi tarixdə silinməz izlər
qoyduğunu söylədi: “Aqil müəllim hər
zaman arxasız, imkansız insanlara ar-
xa-dayaq olub. O, işinin gərgin olma-
sına baxmayaraq daim tələbələrinə çox
böyük diqqət ayırar, onlara təmənnasız
dəstək verərdi.
Mənim o zaman universitetdə məsul
vəzifəyə irəli çəkilməyimdə də Aqil
Əliyev sözünün çox böyük çəkisi ol-
muşdur. Aqil Əliyev Mərkəzi Komitənin I
katibinin qardaşı olsa da, bunu heç za-
man hiss etdirməzdi. Amma buna bax-
mayaraq o, tələbələri ilə daim maraq-
lanır və onların problemlərinə yaxından
köməklik göstərirdi. Onu bu xeyirxah
işləri görməyə heç kim məcbur etmir-
di. Çünki bu böyük insan daim gənclərin
yanında idi, onları unutmurdu. Yenə
deyirəm, bu onun heç kimə xas olma-
yan xarakterindən irəli gəlirdi. O, sözün
əsil mənasında böyük insan, görkəmli
şəxsiyyət olaraq hər birimizin xatirəsində
əbə di yaşayacaq”.
Aqil Əliyev haqqında həzin, kövrək
xatirələrini dilə gətirən S.Musayev
bu böyük alimlə olan yaxın dost-
luq əlaqələrindən söhbət açdı, onun
yüksək insani keyfiyyətlərindən, eləcə
də müəllim- tələbə münasibətlərindən
ürəkdolusu bəhs etdi.
Azərbaycanda
Türkdilli
Xalqların
Əmək daşlıq Mərkəzinin sədri İlham İs-
mayılov çıxışında Aqil Əliyevin hə yatda
özünəməxsus izlər qoyduğunu bildirdi,
onun sadə və təvazökar bir şəxsiyyət
olaraq hər kəsin qəlbində abidə olaraq
qaldığını vurğuladı.
Aqil Əliyevin ailə üzvləri adından çı-
xış edən Zərifə Əliyeva belə mötəbər
tədbirin təşkilinə görə universitetin
rəhbəri professor Gəray Gəraybəyliyə
minnətdarlığını bildirib.
O, diqqətə çatdırıb ki, Əliyevlər yeddi
övlad olaraq daima ölkəsinin, xalqının
yaxşı yaşaması və rifahı naminə böyük
işlər görüblər. Bu gün də möhtərəm Pre-
zidentimiz cənab İlham Əliyevin və onun
xanımının ölkəmizin inkişaf etdirilməsi,
xalqın həyat səviyyəsinin yaxşılaşdı-
rılması ilə bağlı gördükləri işlər göz
önündədir.
Tədbiri
yekunlaşdıran
professor
G.Gəraybəyli belə yubiley tədbirlərinin
keçirilməsini ölkə rəhbərliyinin elm
adamlarına göstərdiyi diqqət və qayğı-
nın təzahürü adlandırdı. Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan və Pre-
zident İlham Əliyevin də davam etdirdiyi
bu xeyirxah ənənəni keçmişimizə böyük
ehtiramı kimi dəyərləndirdi.
Mənsur ƏLƏKBƏRLİ
GÖRKƏMLİ ALİM AQİL ƏLİYEVİN 90
İLLİK YUBİLEYİ QEYD OLUNUB
D
ekabrın 7- də ATU-
nun Tədris Terapevtik
Klinikasında görkəmli alim,
AMEA- nın müxbir üzvü, əməkdar
elm xadimi, iqtisad elmləri
doktoru, professor Aqil Əlirza
oğlu Əliyevin anadan olmasının 90
illik yubileyinə həsr edilmiş geniş
toplantı keçirilmişdir.