Targeting: what promises do country



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix14.09.2018
ölçüsü0,81 Mb.
#68335
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

19 

 

 



 

(iii)Macarıstan Milli Bankı 

Macarıstan  Milli  Bankının  əməliyyat  hədəfi  3  aylıq  pul  bazarı  faiz  dərəcələridir.  Bankın 

siyasət mövqeyini əks etdirən faiz dərəcəsi isə onun iki həftəlik notları üzrə müəyyən edilən baza 

faizidir.  

Bank  sistemində  uzunmüddətli  izafi  likvidlik  problemi  olduğuna  görə  Bank  müntəzəm 

qaydada  notlardan  istifadə  etməklə  bank  sektorundan  likvidliyi  çəkir.  Lakin  2009-cu  ildən  iki 

həftəlik  notlar  iki  həftəlik  daimi  depozit  imkanı  ilə  əvəz  olumuşdur.  Gün  sonunda  Bankdakı 

balansı  debit  olan  bankların  girovla  kredit  götürmək  imkanı  avtomatik  olaraq  həyata  keçirlir. 

Həmçinin,  banklar  məcburi  ehtiyat  öhdəliklərinin  ödənməsi  üçün  Banka  kredit  üçün  müraciət 

edə  bilərlər.  Beləliklə,  Bankın  daimi  kredit  və  depozit  imkanları  üzrə  faiz  dərəcələri  200  faiz 

bəndlik  faiz  dəhlizini  genişliyini  müəyyənləşdirir.  Bankın  siyasət  faizi  olan  bank  faizi  isə 

dəhlizin ortasında qərar tutur.  

Macarıstan  Milli  Bankında  məcburi  ehtiyatlar  orta  yanaşması  əsasında  hesablanır  və 

ehtiyatların  saxlanma  müddəti  1  ay  təşkil  edir.  2010-cu  ilin  noyabr  ayından  başlayaraq  bank 

sektoruna  2,  3,  4  və  5  faiz  məcburi  ehtiyat  normaları  üzrə  seçim  təklif  olunur.  Buradakı  əsas 

arqument  bank  sektorunun  özü  üçün  optimal  ehtiyat  normasını  aydın  bilməsidir.  2004-cü  ilin 

May ayından məcburi ehtiyatlar bank faizi ilə remunerasiya olunur.  



 

(iv)

 

 İsveç Riksbankı 

1999-cu ilin yanvar ayının 1-dən etibarən İsveç Riksbankına 6 nəfərdən təşkil olunmuş idarə 

heyəti  tərəfindən  siyasət  faizini  müəyyələşdirmək  hüququ  verilmişdir.  Monetar  siyasətin 

əməliyyat  çərçivəsinə  uyğun  olaraq  Riksbank  banklararası  bazarda  gecəlik  faizləri  öz  həftəlik 



repo  faizi  ətrafında  kökləməyə  çalışır.  Bununla  Riksbank,  gecəlik  faizlərin  gəlirlilik  əyrisinin 

uzunmüddət sonluğundakı faizlərin formalaşması üçün istinad nöqtəsinə çevrilməsini təmin edir. 

Həmçinin,  Riksbank  uzunmüddətli  faizlərin  formalaşmasına  birbaşa  təsir  etmək  üçün  gələcək 

repo faizləri ilə bağlı proqnozlarını – repo faizinin gələcək trayetkoriyası üzrə proqnozlarını nəşr 

edir.  Beləliklə,  Riksbank  qısamüddətli  faizləri,  həmçinin  gələcək  dövrdəki  faizlər  üzrə 

gözləntiləri  stabilləşdirməyə  çalışır  və  bazara  müxtəlif  risk  premyumlarını  özündə  ehtiva  edən 

uzunmüddətli faizləri formalaşdırması üçün istiqamət verir. 

Riksbank  RIX  ödəniş  sistemində  iştirak  edən  banklara  zəruri  olduğu  halda  gün  ərzində 

(gündaxili) faizsiz girovlu kredit imkanı təklif edir. Lakin banklar, həmin kreditləri hər gün səhər 

saat  07.00-dən  axşam  saat  17.00-ə  qədər  açıq  olan  RIX  ödəniş  sistemi  bağlanana  kimi  geri 

ödəməlidirlər.  Gün  sonunda  ödəniş  sistemi  (RIX)  üzrə  hesablaşmalar  dayandırıldıqdan  sonra 

bankların  Riksbankdakı  işçi  hesablarındakı  pozitiv  balans  qalıqları  avtomatik  daimi  depozit 

imkanlarına transfer edilir və buna görə repo faizindən 75 faiz bəndi aşağı remunerasiya ödənir. 

Digər  tərəfdən,  əgər  həmin  hesabda  neqativ  məbləğ  mövcuddursa,  onda  bu  avtomatik  olaraq 

Riksbankın kredit imkanlarına transfer edilir və buna görə banklara repo faizindən 75 faiz bəndi 

yüksək  faizlə  kredit  verilmiş  hesab  olunur.  Lakin  ödəniş  sistemləri  üzrə  hesablaşmalar 




20 

 

dayandırıldıqdan sonra Milli Borc Ofisinin (hökumətin) Riksbankdakı hesabındakı qalığı neqativ 



ola  bilməz.  Həmçinin,  onun  pozitiv  hesabı  üçün  də  heç  bir  remunerasiya  ödənmir.  Buna  görə 

Borc  Ofisi  gün  sonunda  balansını  sıfırlayır  və  pozitiv  balanslarını  kommerisya  banklarındakı 

hesablarında saxlayır. 

Gün  ərzində  Riksbank,  gecəlik  faizlərin  onun  həftəlik  repo  faizi  ətrafında  qərar  tutmasını 

təmin  etmək  üçün  kökləmə  əməliyyatlarını  icra  edir.  Bu  əməliyyatlar  ödənişlər  sisteminin 

bağlanmasına  yaxın  vaxtda  saat  16.00-16.40  radələrində  həyata  keçirilir.  Bu  zaman  banklara 

həftəlik  repo  faizindən  10  faiz  bəndi  yuxarı  girovla  gecəlik  kredit  imkanı  və  ya  10  faiz  bəndi 

aşağı gecəlik depozit imkanı təklif edilir.  



 

Şəkil 6. İsveç Riksbankı                                                      Şəkil 7. Avropa Mərkəzi Bankı 

 

 



Mənbə: İsveç Riksbankı                                                      Mənbə: Avropa Mərkəzi Bankı 

 

2008-ci  ilin  oktyabr  ayından  başlayaraq  Riksbank  izafi  likvidliyin  aradan  qaldırılması  üçün 



banklara  repo  faizi  ilə  bir  həftlik  sertifikatlar  (notlar)  da  təklif  edir.  Riksbank  tərəfindən 

sertifikatların  buraxılması  elan  olunduqdan  sonra,  onlar  hərraca  çıxarılır  və  təsbit  olunmuş  faiz 

əsasında  həcmlə  bağlı  təkliflər  qəbul  edilir.  Hərraclar  hər  həftənin  Çərşənbə  günü  səhər  saat 

9.30-da  elan  olunur  və  saat  10.00-ə  qədər  təkliflər  qəbul  olunur.  Nəticələr  səhər  saat  10.15-də 

elan  olunur  və  buraxılış  həcminin  bölüşüdürülməsi  aparılır.  Əgər  gələn  təkliflərin  həcmi 

satılması  nəzərdə  tutulan  buraxılış  həcmini  aşırsa,  həmin  həcm  qaliblər  arasında  proporsional 

qaydada bölüşdürülür. 

2001-ci  ildə  Riksbank  əlindəki  İsveç  qiymətli  kağızlarını  dövlət  xəzinəsinə  transfer  etdi.  O 

zaman düşünülürdü ki, həmin qiymətli kağızlarla əməliyyatlar aparılmadığına görə onlar heç bir 

monetar  funksiyanı  yerinə  yetirmir.  2008-ci  il  maliyyə  krizindən  sonra  inkişaf  etmiş  ölkələrin 

əksər  mərkəzi  bankları  qısamüddətli  faizlər  üzrə  sıfır  minimum  həddi  ilə  üzləşmişdilər.  Belə 

məhdudiyyət  bir  sıra  mərkəzi  bankları  uzunmüddətli  qiymətli  kağızları  alaraq  birbaşa  onların 

gəlirliliyini  aşağı  salmaq  və  nəticədə,  bu  yolla  iqtisadiyyatı  stimullaşdırmaq  siyasəti  aparmağa 

məcbur etdi. Buna görə Riksbank 2012-ci ilin May ayında dövlət qiymətli kağızları üzrə yenidən 

portfel formalaşdırmaq qərarı aldı.    

 

-2.00


-1.00

0.00


1.00

2.00


3.00

4.00


5.00

6.00


ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

ya



n

m

a



y

se

nt



ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

ya



n

m

a



y

se

nt



ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

ya



n

m

a



y

se

nt



ya

n

m



a

y

se



nt

ya

n



m

ay

se



nt

2004


2005

2006


2007

2008


2009

2010


2011

2012


2013

2014


Depozit

Kredit


Repo

g/f dərəcəsi 

-1.00

0.00


1.00

2.00


3.00

4.00


5.00

6.00


ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

ya



n

m

a



y

se

nt



ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

ya



n

m

a



y

se

nt



ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

ya



n

m

a



y

se

nt



ya

n

m



a

y

se



nt

ya

n



m

a

y



se

nt

2004



2005

2006


2007

2008


2009

2010


2011

2012


2013

2014


Depozit

Kredit


y/m ə.ü. f/dərəcəsi 

EONIAi



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə