12
2001 12 mart
Türkiyə Cümhuriyyəti ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti,
nəqli və satışı haqqında saziş imzalanması.
2001 noyabr
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibinin Milli sektorlar bölüşdürüləsinə dair
sazişlər imzalanması.
2002 23 aprel
Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair zirvə toplantısı keçirilməsi.
2002 30 aprel
Trabzon zirvə görüşündə “Terrorizmə və cinayətkarlığa qarşı mütəşəkkil mübarizə haqqında”
Azərbaycan, Gürcüstan və Tükiyə arasında saziş imzalanması.
Üsyanlar
e.ə XIII əsr
Assuriya ağalığına qarşı kutilərin üsyan qaldırması.
e.ə 719
Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisinin İranzuya qarşı üsyan qaldırması.
e.ə 522–521
Əhəmənilər dövlətində Qaumatanın üsyan qaldırması.
e.ə IV əsrin 20-ci illəri
İranda İsgəndərə qarşı Barikas üsyanı baş verməsi.
III əsr
İranda Manilik hərəkatının baş verməsi.
481–484
Qafqaz xalqlarının Sasani əsarətinə qarşı üsyan qaldırması.
481–529
İranda Məzdəkilər hərəkatı baş verməsi.
748–752
Ərəb əsarətinə qarşı Beyləqanda Müsafirin başçılığı ilə ilk üsyan baş verməsi.
778
Ərəb əsarətinə qarşı xürrəmilərin ilk üsyanı baş verməsi.
776
Orta asiyada Ərəblərə qarşı Müqənna üsyanı baş verməsi.
808
Xürrəmilərin Ərəblərə qarşı ikinci üsyanının baş verməsi.
816–837
Xürrəmilərin üsyanına Babəkin rəhbərlik etməsi dövrü.
1231
Gəncədə Xarəzimşah Cəlaləddinə qarşı usta Bəndərin üsyan qaldırması.
IX 30-40-cı illəri
Kür-Araz vadisində Əbu-Musanın ərəblərə qarşı üsyan qaldırması.
1318
Xorasanda Hülakülərə qarşı üsyan baş verməsi.
1335
Sultaniyyədə Hülakülərə qarşı üsyan baş verməsi.
1344
Azərbaycanda çobanilər zülmünə - Məlik Əşrəfə qarşı Təbriz əhalisinin üsyan qaldırması.
1484
Ağqoyunlu dövlətində Topal Əhmədin başçılığı ilə kəndli çıxışının baş verməsi.
1537
Şirvanda kələntər Məhəmməd Aminin üsyan qaldırması.
1547
Şirvan bəylərbəyi Əlqas Mirzənin Səfəvilər əleyhinə qiyam qaldırması.
1548
Şirvanda II Xəlilullahın oğlu Bürhan Mirzənin Şirvanda Səfəvilər əleyhinə qiyam qaldırması.
1677
Çuxursəd
bəylərbəyliyində Qacar və Bayat tayfalarının Səfəvilər əleyhinə üsyan qaldırması.
1707–1711
Car-Balakəndə Səfəvi zülmü əleyhinə ilk kütləvi xalq çıxışı baş verməsi.
1709-1715
Soucbulaq və Muğanda Səfəvi zülmü əleyhinə çıxışların baş verməsi.
1719-1721
Şirvanda Hacı Davudun başçılığı ilə Səfəvi zülmü əleyhinə çıxışların baş verməsi.
1734
Nadirə qarşı Astaranın yoxsul kəndlilərinin və Şəkidə üsyan baş verməsi.
1737
Carda Biləcik kəndinin əhalisinin Nadir şaha qarşı üsyan qaldırması.
1743
Şirvanda I Sam Mirzənin başçılığı ilə Nadir şaha qarşı üsyan baş verməsi.
1743
Şirvanda II Sam Mirzənin başçılığı ilə Nadir şaha qarşı üsyan baş verməsi.
1737
Nadir şaha qarşı Carda əhalinin üsyan qaldırması.
1743
Nadir şaha qarşı Təbriz və Ərdəbildə üsyanlar baş verməsi.
1743-1744
Nadir şaha qarşı Şəkidə Hacı Çələbinin üsyan qaldırması.
1743- 1744
Nadir şaha qarşı Şirvan,Təbriz, Xoy və Salmasda üsyanlar baş verməsi.
1747
Təbrizdə III Sam Mirzənin başçılığı ilə Nadir şaha qarşı üsyan baş verməsi.
1783
İrəvan xanlığında üsyan baş verməsi. Üsyan nəticəsində Hüseynəli xanla Məhəmmədhəsən xan
qətlə yetirildi və Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə gəldi.
1783
Hacı bəyin başçılığı ilə Gəncədə xalq üsyanı baş verməsi. Əhalinin Gürcü çarı və Qarabağ
xanlığının buradakı nümayəndələrinə qarşı üsyan qaldırması nəticəsində Gəncə xanlığında
ikihakimiyyətliliyə son qoyuldu.
1806 iyun
Lisaneviçin İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirməsinə cavab olaraq Şəki hakimi Səlim
xanın ruslara qarşı üsyan qaldırması.
1806
Car-Balakəndə Rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi.
1810
Qubada Rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi.
13
1826 27 iyul
Gəncədə Rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi.
1826 dekabr
Şəkidə Hüseyn xanın başçılığı ilə Rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi.
1830
Rus müstəmləkəçiliyinə qarşı Həmzət Bəyin başçılığı ilə Car-Balakəndə üsyan baş verməsi.
1831
Rus müstəmləkəçiliyinə qarşı Mir Həsən xanın başçılığı ilə Lənkəranda üsyan baş verməsi.
1837
Rus müstəmləkəçiliyinə qarşı Hacı Məhəmməd və Yarəlinin başçılığı ilə Qubada üsyan baş
verməsi.
1838
Rus müstəmləkəçiliyinə qarşı Məşədi Məhəmmədin başçılığı ilə Şəkidə üsyanı baş verməsi.
1863 5 iyun
Rusiya əleyhinə Hacı Murtuzun başçılığı ilə Zaqatalada üsyan baş verməsi.
XIX 70-ci illəri
Rusiyada başlanmış fəhlə hərəkatının təsiri ilə Bakı, Nuxa və Gədəbəydə dağınıq tətillərin baş
verməsi.
XIX əsrin sonu
Şimali Azərbaycanda qaçaq hərəkatının başlanması.
1872-1881
Təbriz vilayətinin valisi Sahibi-Divana qarşı Təbriz əhalsinin çıxışları baş verməsi.
1881 aprel
Çar idarələri rəhbərlərinin özbaşnalığına qarşı Bakı fəhlələrinin çıxışı baş verməsi.
1881
Qazax qəzasının Öksüzlü kəndinin kəndlilərinin mülkədar Sultanovlara qarşı mübarizəyə
qalxması.
1890–1896
Qaçaq Nəbinin başçılığı ilə Zəngəzurda qaçaq hərəkatı baş verməsi.
1891-1892
Təbrizdə ingilis kapitalisti Tablota qarşı Tənbəki üsyanı baş verməsi.
1895 avqust
Bakı tütün fabrikinin fəhlələrinin fəhlə hərəkatı tarixində ilk mütəşəkkil tətil keçirməsi.
1898
Təbrizdə taxıl möhtəkirliyinə qarşı üsyan baş verməsi.
1901 yanvar
Bakıda iri tütün, Sabunçuda mexaniki emalatxanın, Balaxanı şosesində mexaniki zavodunun və
Tovuz dəmir yolu stansiyası fəhlələrinin sahibkarlara qarşı tətillər etməsi.
1902
Bakıda fəhlələrin “ilk açıq nümayiş” keçirməsi
1903 2 mart
Bakıda yeni açıq küçə nümayişi keçirilməsi.
1903 1-22 iyul
Bakıda fəhlələrin “ilk ümumi siyasi tətili” keçirməsi.
1904 13 dekabr
Balaxanının neft mədənlərində tətil başlaması.
1905 fevralı
Dəllər və Alabaşlı kəndlərinin kəndlilərinin qolçomaqlara qarşı üsyan
qaldırması.
1905 16 oktyabr
Ağstafa stansiyasında və bütün Cənubi Qafqaz dəmir yollarında fəhlə tətilləri baş verməsi.
1905-1907
Şimali Azərbaycanın hər yerində qaçaq hərəkatının geniş miqyas alması. Bu dövrdə qaçaq
hərəkatının görkəmli rəhbrləri Qaçaq kərəm, Dəli Alı, Məşədi Yusif, Məşədi Qədir, Qandal
Nağı, Qaçaq Zahid və.b idi.
1907 8 fevral
İran inqilabı dövründə Təbrizdə ilk silahlı üsyan baş verməsi.
1910-1911
Bakıda fəhlələrin bir sıra pərakəndə tətillər keçirməsi.
1911-1912
Lənkəran qəzasının Ərus və Butasər kənədlərində mülkədara qarşı çıxışlar baş verməsi.
1912 4 aprel
Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin gülləboran edilməsinin Azərbaycanda tətil
hərakatının yüksəlişinə təkan verməsi.
1912 7 may
Nuxanın ipək sənayesi fəhlələrinin tətilə başlaması.
1917–1921
Cənubi Azərbaycanda mili-azadlıq hərəkatı baş verməsi.
1920 25 may
Bolşevik hakimiyyətinə qarşı Gəncədə üsyan baş verməsi.
1920 iyun
Bolşevik hakimiyyətinə qarşı Nuru Paşanın baçılığı ilə Qarabağda üsyan baş verməsi.
1920 6 iyun
Bolşevik hakimiyyətinə qarşı M.Hafiz və Əhmədəliyevin baçılığı ilə Zaqatalada üsyan baş verməsi.
1920-1924
Lənkəran, Cavanşir, Ordubad, Şərur Qəbələ və Xaçmazda sovet rejiminə qarşı kütləvi çıxışların
baş verməsi.
1920 avqust
Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndli çıxışları baş verməsi.
1920 aprel-iyul
Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə silahlı üsyan baş verməsi.
1930
Şəki-Zaqatala mahalında, Şəmkirin Bitdili kəndində, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı
dairəsinin Ağdərə kəndində, Cəbrayıl qəzasının Sirik kəndində kəndli çıxışları baş verməsi.
1931
Kollektivləşməyə qarşı qaçaq hərəkatı baş verməsi.
1941–1946
Cənubi Azərbaycanda yeni demokratik və milli azadlıq hərəkatı baş verməsi.
1978 18 fevral
Təbrizdə “29 bəhmən” inqilabının başlaması.
1988 17 noyanr
Azərbaycanda xalq hərəkatının başlaması.