16
-
İpək sənayeçilərinin ilk tətil keçirməsi (1912)
-
Xaricdə ali təhsil alan ilk Azərbaycanlılar – XIX əsrin II yarısında Rusiyada Ağa bəy Yadigarov,
Almaniyada Məmmədağa Şahtaxtiniski və.b olmuşdu
- İlk ali təhsil və ilk tibb bacısı ixtisası alan Azərbaycanlı qadın Ə.Şıxlıniskinin həyat yoldaşı Nigar Şıxlıniski olmuşdu
XI SİNİF. İlk (dəfə) :
-
İlk Azərbaycan parlamenti – 1918-ci il, dekabırın 7-də açıldı (İlk sədri isə - Ə.Topçubaşov)
-
İlk Universitet BDU-nun açılması (15.XI.1919)
-
Şərq xalqlarının ilk qurultayının Bakıda keçırilməsi (1920)
-
AK(b)P-in ilk qurultayının keçirilməsi: AK(b)P yaradılması
-
SSSR-nin ilk konistitutsiyasının qəbulu (1921)
-
Azərbaycan SSR-in ilk qurultayının keçirilməsi
-
Azərbaycan SSR-nin ilk konistitutsiyasının qəbulu (1921)
-
SSRİ məkanında ilk dəfə elektirik dəmir yolu xətti Bakıda istifadəyə verildi.
-
1924-cü ildə Suraxanıda ilk turbobur vasitəsilə quyu qazılması
Sənayeləşdirmə dövründə Bakıda şəhərlə neft rayonları arasında
ilk elektirik dəmiryol xətti çəkildi
Sənayeləşdirmə dövründə Azərbaycan SSR - aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi
Şərq dünyasında ilk Konservatoriya 1921-ci ildə Bakıda açılmışdı
1924-cü ildə Bakıda ilk radio qurğusu quraşdırıldı. 1926-cı ildən ilk radiostansiya fəaliyyətə başladı
-
Bakıda ilk ümumdünya Türkoloji qurultayın keçirilməsi (1926)
-
Radionun açılması (1924), 1926-cı ildəsə ilk Radio stansiya açılması
-
Azərbaycanda ilk televiziyayanın açılması (14.II.1956)
-
Ə.Bədəlbəyli “Qız qalası” baleti ilə ilk Azərbaycan baletinin yazılması (1940)
-
İlk Azərbaycan Sovet İttifaqı qənrəmanı adını – İsrafil Məmmədov alması
-
İlk Azərbaycan Sovet İttifaqı şairi adına S.Vurğun layiq görülməsi
-
İkinci dünya müharibəsi zamanı yaradılan ilk “milli diviziya” 416-cı polk idi (1942)
-
İlk dəfə Xəzər dənizində neft-mədən eskadasının qurulması
-
Suraxanıda “turbobur” usulu ilə ilk dəfə quyu qazılması (1924)
-
Dünyada ilk dəfə dəmir yolu İngiltərədə çəkilmişdi (1825). Azərbaycanda isə 1883-cu ildə oldu
-
İlk elektirik dəmir yolunun çəkilməsi (1937)
-
İlk səsli filimimiz “Mavi dəniz sahilində” filmidir (1924-1938)
-
İlk Konservatoriya açılması (1922)
-
II Dünya müharibəsi zamanı Azərbaycanlıların qəhrəmanlıqları haqda ilk xəbər – Brest qalasından gəldi
-
Bakı Metropoliteninin işə başlaması (1967)
-
Milli Ensklopediyaların nəşr olunması (1976-1987)
-
Çoxmandatlı seçki sistemi üzrə deputat seçkilərinin keçırilməsi (1987)
-
İlk qaçqınlar Qafan və Mehri rayonlarından gəldi (1988, yanvar)
-
İlk şəhidləri 1988-ci il fevralın 24-də Əsgəranda verdik
-
SSSR-yə qarşı Bakıda ilk etiraz mitinqləri 1988-ci il fevralın 19-da baş verdi
-
İlk dəfə prezident vəvifəsi 1991-ci ildə təsis edildi
-
İlk dəfə Referendum 1991-ci il, dekabırın 29-da keçirildi
-
Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə,sonra Rumuniya və Pakistan oldu
-
Mustəqil Azərbaycanın qəbul olduğu ilk beynəlxalq təşkilat – İKT idi
-
Mustəqil Azərbaycanın ilk konistitutsyası 1995-ci il, 12 noyabırda qəbul
okundu
-
İlk bələdiyyə seçkiləri 1999-cu il, 12 noyabrda keçirildi
-
Mustəqil Azərbaycanda ilk Parlament seçkiləri keçirildi (1995)
-
Bakıda ilk İdman Olimpiya Kompleksi istifadəyə verildi (2000)
-
Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi (2001-ci il, 9-10 noyabır)
-
İlk özəl orta məktəb olan “Müasir təhsil kompleksinin” fğaliyyətə başlaması (2001)
-
İlham Əliyev Avropa Şurası, PA-nın vitseprezidenti seçilən birinci Azərbaycanlıdır
-
Azərbaycan Gənclərinin I Konfransının keçirilməsi
-
Əsrin Müqaviləsi əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi (1997)
-
Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv edilməsi (1998-ci il, 10 fevral)
Torpaq mülkiyyət formaları
III-VII əsrlərdə Sasanilər dövründə torpaq mülkiyyət formaları
Dastakert – iri feodallara və Zərdüşd dininin kahinlərinə məxsus irsən keçən torpaq mülkiyyəti idi
Xostak - xırda və orta feodallara məxsus şərti torpaq mülkiyyəti idi. Xostaqın əsas sahibi idi
17
VII-IX əsrlərdə Ərəb ağalığı dövründə torpaq mülkiyyət formaları
Dövlət – Xilafətdə feodal torpaq mülkiyyətinin əsas forması olub divan, yaxut sultan (xəlifə) torpaqları adlanırdı
İqta – dövlət tərəfindən orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilən və daha geniş yayılmış
torpaq mülkiyyəti forması idi. İqta divan torpağından verilirdi. Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət
daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi. İqtanın iki forması var idi: a) Bağışlanan iqta - sabihinin şəxsi
mülkiyyətinə çevrilir və nəsildən-nəsilə keçirdi; b) İcarə edilən iqta - hərbçilərə verilir, irsən keçə bilməz, lazım
gəldikdə geri alına bilərdi
Mülk - yerli feodalların mülkiyyətində olan və sahibi malik adlanan torpaqlar idi
Vəqf - müsəlman aləmində müqəddəs yerlər və şəhidlər üçün nəzərdə tutulan və müsəlman dini idarələrinin
ixtiyarında olan torpaqlar idi. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
İcma torpaqları - əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və.s daxil idi
IX-XI əsrlərdə torpaq mülkiyyət formaları
Divan - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
Mülk – Bu dövrdə ən geniş yayılan torpaq mülkiyyət forması olub ayrı- ayrı feodallara məxsus idi. Mülk sahibi
dövlətə torpaq vergisi verirdi
İqta - dövlətə xidmət müqabilində verilən, IX-XI əsrlərdə o qədər də geniş yayılmayan və inkişaf etməkdə olan
şərti torpaq mülkiyyət forması idi. Bu dövrdə onun sahibi olan iqtidarların xüsusi mülkiyyətinə çevrilirdi. İqta
sahibləri təsərrüfatla məşğul olmur və öz iqtidarlarını icarəyə verirdilər
Xalisə - ayrı-ayrı hökmdarların (xəlifələr, sultanlar və b.) və sülalərin mülkiyyətində olan torpaq sahələri idi
Vəqf - ayrı-ayrı ruhanilərə dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Vəqf
torpaqlarında yaşayan kəndlilər vergini vəqf sahibinə verirdilər
İlcə (hami) - Azərbaycan kəndlilərinə məxsus olub, sonradan ərəb feodallarının əlinə keçmiş torpaqlar idi
Camaat (icma) -
dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə
istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi
XIII-XIV əsrlərdə Monqollar dövründə torpaq mülkiyyət formaları
Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil
olan torpaqlar idi
İqta – xidmət müqabavilində verilən torpaqlar idi
Bayrat - istifadəsiz qalıb monqol feodallarının himayəsinə keçən torpaqlar idi
İncu – Elxanilər dövründə meydana gələn və hökmdar, xan nəslinə məxsus torpaqlar idi
XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövründə torpaq mülkiyyət formaları
Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
Xass - ayrı-ayrı hökmdarların və sülalərin mülkiyyətində olan torpaqlar idi
Mülk - yerli feodalların mülkiyyətində olan torpaqlar idi
Vəqf – dini idarələrə məxsus torpaqlar idi
Soyurqal - Qaraqoyunlu və Ağqoyunlu qoşununun dayağı olan hərbi əyanlara müvəqqəti istifadə üçün iqta
əvəzinə verilən və irsən keçən torpaqlar idi
QEYD: İqta ilə soyurqalın ümumi cəhəti
onların
dövlətə xidmət müqavilində verilmələri olsa da, bir-birindən kəskin
fərqlənirdi. Beləki, Soyurqal torpaq mülkü iqtadan fərqli olaraq irsən keçə bilərdi, sahibinin hüquqları daha geniş idi və
vergi toxunulmazlığı hüququ var idi.
XVI – XVII əsrlərdə Səfəvilər dövlətində mövcud oan torpaq mülkiyyət formaları
Divan – dövlətə məxsus torpaqlar idi. Burdan əldə edilmiş bütün gəlirlər dövlət xərclərinin ödənilməsinə sərf
edilirdi
Xass – şah ailəsinə məxsus torpaqlar idi. Burdan əldə olunmuş gəlirlər şaha mənsub olsa da xəzinəyə əlavə edilir
və şahın razılığı
ilə xərclənirdi
Tiyul – feodalların şərti torpaqları idi. Hərbi və mülki xidmət müqabilində verilirdi
Mülk – feodalların şəxsi torpaqları idi
Vəqf
- məscidlərə və ruhanilərə məxsus torpaqlar idi