40
Filippin ölümündən sonra onun məğlub etdiyi xalqların hamısında
makedoniyalıların ağalığını və himayəsini kənara atmaq istəyi yarandı. Lakin
Balkanlarda ciddi iğtişaş meydana gəlmədi. Yunanıstanda isə vəziyyət başqa cür
idi. Şəhərlərin çoxunda polis sisteminin tərəfdarları baş qaldırdı. Filippin ölüm
xəbərini alan kimi Demosfen bayram paltarı geyindi və çıxışında yeni çarı səfeh
adlandırdı. Afinada bayram əhval-ruhiyyəsi hökm sürürdü. İri yunan polislərindən
çoxu Aleksandrı tanımaqdan imtina etdi. Yunanlar yenidən özlərinə xas olan
xüsusiyyətlərinə qayıtdılar – ani əhval-ruhiyyənin təsiri ilə və baş tutmayacaq
planlar quraraq vaxtından əvvəl sevinməyə başladılar. Onlar böyük qonşunun
qüdrətli orduya və təcrübəli sərkərdələrə malik olduğunu unutdular, yeni gənc
çarın hansı qabiliyyətə malik olması barədə onların heç bir təsəvvürü yox idi.
Aleksandr möhkəm əllə ölkəni öz arxasınca aparırdı. Ordu və xalq onun
dəmir iradəsini hiss etməyə başladı. Yeni çar bütün qüvvəsini ordunun
möhkəmlənməsinə
və
silahlandırılmasına,
xeyirxahlıqla,
nəcib
işlərlə
makedoniyalıların ürəyini fəth etməyə yönəltdi. Onun hakimiyyətinin ilk həftələri
ən xoşbəxt günlər idi, çünki bu vaxt çar öz xalqı ilə sıx birlikdə idi. Lakin
Yunanıstandakı hegemonluq təhlükə altında idi. Aleksandr Egidəki elçilərə bildirdi
ki, Korinfdə içilən and təkcə Filippə deyil, Makedoniya taxt-tacında onu əvəz
edənə də aiddir. Bununla o, özünün yunanların qanuni hegemonu olduğunu yada
saldı. Yunanıstandan bir-birinin ardınca pis xəbərlər gələndə Aleksandr başa düşdü
ki, ona qarşı olan ümumyunan müdafiə ittifaqının yaranmasının qarşısını hökmən
almalıdır. O, Fessaliyada ömürlük strateq seçildikdən və Fiva qarşısında düşərgə
saldıqdan sonra Afinaya ultimatum göndərdi. Qorxan yunan şəhərləri çara öz
loyallıqlarını bildirməyə başladılar. O, da yaxşı münasibətini nümayiş etdirmək
üçün Korinfdə sinedrionun iclasını çağırdı. Spartalılardan başqa, Filipp dövründə
olduğu kimi bütün şəhərlərin nümayəndələri yığışdı. Burada heç bir müqavimət
işarəsi olmadan Aleksandr ellinlərin hegemonu kimi tanındı. Onu Filipp kimi
Persiyaya qarşı müharibədə strateq-avtokrat təyin etdilər. Çar müharibəyə
hazırlaşmağa əmr verdi və Makedoniyaya döndü. Hərb sənəti nöqteyi-nəzərindən
də Aleksandrın bu yürüşü gözlənilməzliyinə görə seçildi. Bu Aleksandra rəqibi
41
demoralizə etməyə və hər cür müqaviməti əzməyə imkan verdi. Onun hərəkətləri o
qədər uğurlu idi ki, nə Fessaliya, nə də Fiva ona qarşı çıxış etməyə cəhd də etmədi.
Asiyaya yürüş etmək üçün isə ona öz arxa cəbhəsini möhkəmləndirmək lazım idi.
Qarşısına Persiyada böyük məqsədlər qoyan adama Avropada da öz sərhədlərini
genişləndirmək lazım idi. 335-ci il başlananda o, piyadaların hərbi əməliyyatlarına
kömək göstərmək üçün Dunaya eskadra göndərdi. Makedoniyalılar tribalları
məğlub edib, Dunaya çatdılar. Aleksandr Dunayı üzüb keçməyi qərara aldı. Gecə
ərzində o, üzən vasitələrdən – üfürülmüş kisələrdən, qayıqlardan istifadə edərək öz
qoşunlarının böyük hissəsini nəhəng çaydan keçirdi. Qəflətən ildırım kimi o,
qorxmuş triballara zərbə vurdu və şimallılara öz ordusunun döyüş qüdrətini
göstərdi. Tarixçilər onun bu əməliyyatını Qay Yuli Sezarın Reyn çayının o tərəfinə
keçməsi və Britaniyaya çıxması ilə müqayisə edirlər. Aleksandrın qəfil
hücumundan qorxan triballar təslim olub çara tabe oldular. İndi makedoniyalıların
ağalığı Dunaya çatırdı. Aleksandr döyüşsüz indiki Bolqarıstanın ərazisindən,
Sofiya şəhərinin indi yerləşdiyi yerə qədər gəlmişdi.
Sonra Aleksandr illiriyalılar üzərinə hücum etdi. Düşmənləri öz uğuruna
arxayın olanda, Aleksandr fürsəti ələ keçirib gecə dağa çıxdı və qəflətən onların
üzərinə həmlə etdi, onları əzib doğma yerlərinə qədər təqib etdi. Aleksandrın
İlliriya yürüşü də belə qalibiyyətlə başa çatdı. Yürüşün keçdiyi bu bir neçə ay
ərzində gənc çar özünün necə parlaq sərkərdə istedadına və dahiyanə
improvizasiyalar qabiliyyətinə malik olduğunu göstərdi. Çayları və dağları keçmək
məharəti, faydalı anı seçməsi, nəhayət psixoloji cəhətdən düşməni demoralizə
etmək bacarığı – bütün bunlar ona həqiqi möcüzələr yaratmağa imkan verirdi.
İyirmi bir yaşı olan bu gənc göstərdi ki, ən çətin şəraitlərdə belə o, vəziyyətdən
çıxmağı bacarır və bu vaxt təcrübəli sərkərdələrin köməyi olmadan keçinə bilir.
Axı bu yürüşlər vaxtı Antipatr Makedoniyada qalmışdı, Parmenion isə Kiçik
Asiyada idi.
Aleksandr illiriyalılar üzərində qələbəni bayram edəndə qorxulu xəbər aldı –
Yunanıstan perslərlə ittifaqa girib üsyan qaldırmışdı. Heç bir il deyildi ki, yunanlar
makedoniyalıların qəti hərəkətinə tabe olmuşdular. Qiyam isə Persiyada III
42
Daranın 336-cı ildə hakimiyyətə gəlməsi ilə əlaqədar idi. Yeni çar Aleksandrın
onun üçün necə təhlükə olduğunu o saatca anladı və Makedoniyaya qarşı çıxdı. Bu
uzaqgörən siyasətçi iki məqsəd güdürdü: Makedoniya qoşunlarını Kiçik Asiyadan
qovmaq və qitədə olan yunanları öz tərəfinə çəkmək. Əgər Aleksandrın
hakimiyyəti Balkan torpaqları ilə kifayətlənsə, onun arxasında isə düşmən ellinlər
olsa, heç şübhəsiz o, Şərqdə müharibə aparmaqdan imtina edəcəkdir. Bu planın
birinci hissəsi baş tutdu. Təcrübəli Persiya sərkərdəsi Memnon makedoniyalıları
Kiçik Asiyada sıxışdırdı və axırda onları bu ərazidən qovdu. Bu müvəffəqiyyətlər
perslərin Yunanıstanda apardıqları təbliğatı çox yaxşı möhkəmləndirirdi. Böyük
çar öz məktubunda müraciət edərək Makedoniya qoşunlarına müqavimətə görə
onlara maliyyə yardımı edəcəyini və azadlıqları uğrundakı mübarizədə köməyini
vəd edirdi. Güman ki, elə bu məktubda Persiya çarı Filippə qarşı qəsddə iştirakı və
onun qatilləri ilə əlaqəsinə görə özünü tərifləmişdi. Qeyd etmək lazımdır ki,
Şərqdən əsən güclü külək yunan millətçiliyinin gizlənmiş və közərən odunu
alovlandırırdı. Perslərin vədlərindən onların köhnə nifrəti yaxşı qida tapmışdı.
Afinada Demosfen yenə də Makedoniya əleyhinə təbliğatını davam etdirirdi, hətta
azadlıq uğrunda mübarizə üçün pers qızılını da qəbul etməyi qərara almışdı.
Demosfen Aleksandrın ölməsi xəbərini də yaymışdı.
Fivada yeni qiyam baş verdi, bu Aleksandrın perslərlə böyük müharibə
barədəki ümidlərini dəfn edə bilərdi. Ona görə də bir il əvvəl olduğu kimi o,
yunanlara bu düşmənçilikdən çəkindirmək üçün yeni yürüş başlamağı qərara aldı.
Qoşun qiyam qaldırmış Fivanın divarları qarşısına gəlib çıxdı və Aleksandr
mübahisəni silah işlətməklə həll etməyə məcbur oldu. Oradakı Makedoniya
qarnizonu mühasirədə idi, üstəlik gənc çarın xəbəri olmadan hücuma keçən
Perdikka düşmənin caynağına düşmüşdü. Çar döyüşə yeni qüvvələr saldı və
makedoniyalılar şəhərə girdi. Küçə döyüşü gedirdi. Ümidsiz müdafiə olunan
fivalıların dəhşətli qırğını başlandı. 6 min adam bu qırğının qurbanı oldu. Sonra
Aleksandr bu qırğını dayandırmağı əmr etdi.
Sinedrionda Fivanın taleyi müzakirə olunarkən yunanların özləri qəddar
hökm verdilər: sakinləri qul olmaq üçün satmaq, şəhəri bütünlüklə dağıtmaq,
Dostları ilə paylaş: |