359
seçdi, Rona vadisi ilə gedən yol isə asan olmaqla uzun idi. Onun qayıtması xəbəri
Parisdə martın 5-nə qədər, Vyanada isə 7-nə qədər məlum deyildi. Heç kəs
əhvalatın belə mühüm əhəmiyyətli olması ilə razılaşmırdı. Bu birdən baş verdi,
lakin bir ovuc adamın XVIII Luinin ordusuna uğurlu qaydada qarşı duracağına
inanılası deyildi. Buna baxmayaraq, hər şey onun xeyrinə davam edirdi: heyrət,
populyar hərarətli münasibət, göstərişlərinin yavaş-yavaş verilməsi, onun
nitqlərindən qalxan emosiyalar. Kral öz müdafiəsini Lionda təşkil etməyə cəhd
etdi, lakin qoşunlar özünü orada nümayiş etdirməsinə baxmayaraq, bir tüfəng atəşi
də açılmadan o, şəhərə girdi. Qrenoblda ona qarşı göndərilən qarnizon onu
gördükdən və çıxışını dinlədikdən sonra onun tərəfinə keçdi. “Uzurpatoru dəmir
qəfəsdə gətirməyi” vəd edən Ney Şaloda ona qoşuldu. O, keçdiyi yolun üstündə
ruh yüksəkliyini qaldırırdı və hər yerdə görünməmiş alqışlarla qarşılanırdı.
Parisdə, Tyulri sarayında bu əhvalatlar ümumi qaydada “hər kəs özü üçün”
prinsipinə tabe edildi. XVIII Lui 19 mart gecəsi qaçdı. Panika elə güclü idi ki,
onlar hətta Prussiya və Rusiya əleyhinə imzaladıqları gizli sazişi də yaddan
çıxarmışdılar. Martın 20-də Napoleon Parisə daxil oldu.
Napoleonun birinci vəzifəsi ordunu yığmaq oldu, çünki onun ümid etdiyinin
əksinə olaraq müttəfiq dövlətlər onun sülh barədəki təkliflərini rədd etdilər və
martın 13-də onu “qanundan kənar” elan etdilər. Bir tərəfdən əsgər toplamaq
barədə tələsik dekretin elan olunması xalqın entuziazmını qaldırmaq üçün kifayət
idi, buna onun çox ehtiyacı var idi. Digər tərəfdən o, ümid edirdi ki, konstitusiyanı
demokratik qaydada modifikasiya etdikdə, onlar bunu bəyənəcəklər. Bu iş plebistit
vasitəsilə həyata keçiriləcəkdi. Əslində bu sənəd XVIII Luinin vəd etdiyi
konstitusiyadan azacıq fərqlənirdi və müqayisəli qaydada az adam referendumda
iştirak etdi. Bu yolla ictimai rəy 1 iyun 1815-ci ildə imperatora sədaqət andı içdi.
Yeni müharibənin zəruri olduğu fakt səviyyəsinə gəldikdə xalqın rəğbəti
nəzərə çarpan dərəcədə azaldı və silahlanma çağırışı gözlənilən nəticəni vermədi.
Bir sıra əyalətlər heç cavab vermədilər. 1815-ci ildə artıq bütün Avropa birləşib
Napoleona qarşı hücuma keçmişdi. Onun generallarının çoxu Napoleonun tezliklə
360
darmadağın olunmasını istəyirdi, belə əhval-ruhiyyədə isə heç bir qələbədən söhbət
gedə bilməzdi.
Buna baxmayaraq, mövcud təlim görmüş ordu ona dərin məftunluq hiss
edirdi, onun da çox hissəsi XVIII Luinin yeni rejimi tərəfindən tərksilah edilmiş
adamlar idi. Myurat özü də Napoleona qoşuldu, lakin o, o qədər də tələsik hərəkət
etmirdi. Neapoldan o, Roma, Florensiya və Bolonyanı tutduqdan sonra
yarımadanın şimalına yollandı, lakin mayın 3-də Tolentinoda məğlub edildi,
Fransada sığınacaq axtardı. Beləliklə, Napoleonu ikinci cəbhə imkanından məhrum
etdi və bu ərazilər avstriyalılar tərəfindən işğal edildi. Napoleonun yeganə ümidi
öz əfsanəvi sürətli manevr etməsindən istifadə etməsi idi, bu ona qarşı Blyüxerin
və Vellinqtonun təşkil etdiyi proseslərdə onların ordularını məğlub etməyə imkan
verərdi. Vellinqton öz qüvvələrini Qentdən başlayıb Mona qədər uzanan cəbhədə
yerləşdirmişdi. Blyüxer isə Şarluadan Lyejə qədər olan Me vadisinə nəzarət edirdi.
Əks qüvvələrin cəmləşməsinin qarşısını almaq üçün Napoleon 12 iyunda Parisi
tərk etdi ki, öz ordusuna qoşulsun və onu düşmənin Mon və Şarlua arasında olan
mövqelərini ağuşunda sıxmağa aparsın. O, müttəfiqləri heyrətə gətirən sürətlə
hərəkət edirdi. Fransızlar 15 iyunda Şarluanı işğal etdilər.
16-da Vellinqton və Blyüxer Liqnidə görüşdülər, burada Prussiya ordusunun
bir hissəsi toplanmışdı və onlar ehtiyac yarandıqda bir-birinə qarşılıqlı kömək
edəcəklərini vəd etdilər. Vellinqton sonra öz qoşunlarını Kater-Brada yenidən
birləşdirdi. Günorta hücumlar iki nöqtədən eyni vaxtda başladı. Fransızlar
Napoleonun əmri əsasında prussiyalıları Liqnidə məğlub edirdilər, bu vaxt Ney
böyük çətinliklə ingilis-holland qüvvələrini öz müttəfiqlərinin köməyinə
tələsməsinin qarşısını alırdı və onları Kater-Brada dayandırdı.
Sabahısı günü Vellinqton Brüsselə tərəf daha da şimala çəkildi. Blyüxer
prussiyalıları Vavrda yenidən qruplaşdırırdı. Marşal Qruşi 30 min adamın başında
və süvari dəstəsinin bir hissəsi ilə prussiyalıları təqib etməyə göndərilmişdi. O,
onların Vellinqtonla birləşməsinin hər cür cəhdinin qarşısını almalı idi. Vellinqton
isə, Ney Napoleona qoşulduqdan sonra axırıncı ilə vuruşacaqdı.
361
17-sinin axşamı güclü tufan zəifləyəndə Napoleon və Vellinqton Vaterloo
yaxınlığında görüşdülər. Britaniya ordusu Mon-Sen-Jan təpəsində mövqe tutmuşdu
və fransızlar düzənlikdə yerləşmişdilər. Bu vaxt Blyüxer generallar Byulovun və
Tielmanın komandanlığı altında əlavə qüvvə köməyi aldı və Vellinqton dedi ki,
mümkün qədər tezliklə ona qoşulacaqdır. Qruşi isə baş verənlər barədə tam və
dəqiq məlumat göndərmirdi və sonrakı günü o, Vavra tərəf öz izləməsini davam
etdirirdi, baxmayaraq ki, Prussiya ordusunun başlıca hissəsi artıq Brüsselə tərəf
irəliləyirdi (bu həm də Vaterlooya tərəf idi). 17-nin gecəsi ərzində Napoleon
sabahısı günü Mon-Sen-Jana hücum etməyi qərara aldı. Bu bazar günü, 18 iyunda
səhər saat 9-da baş verməli idi. Torpaq yağan yağışdan islanmışdı, ona görə də
hücumu bir saat geri çəkmək lazım gəldi.
Saat 11-də Neyin komandanlığı altında fransızlar şotlandlara və ingilis
qoşunlarına qarşı birinci həmləni başladılar. Onlar təpəni müdafiə edirdilər və
artilleriya ilə hücum edənlərin cərgəsini seyrəldirdilər. Fransızlar günortaya qədər
həmlələrini davam etdirdilər, lakin Britaniya piyadaları tərəfindən hər dəfə geri
oturdulurdular. Hər iki tərəf ağır itkilər verirdi. Vellinqton Blyüxeri gözləyirdi,
onun müdaxiləsi həlledici əhəmiyyət kəsb edəcəkdi. Sonra fon Byulovun
komandanlığı altındakı ilk kontingentin şərqdən irəlilədiyi göründükdə Napoleon
Lobanı onlara mane olmağa göndərdi və Qruşi ilə nə baş verməsi məlum oldu.
Axırıncı döyüş səsini eşitsə də, Vavr tərəfə hərəkətini davam etdirirdi və yolun
üstündə prussiyalıların dəstəsi tərəfindən zərbəyə məruz qalsa da, daha çox əmin
olmuşdu ki, Blyüxerin başçılığı altındakı Prussiya qoşunlarının dəstəsi hələ də
şəhərdədir. O, günorta şəhərə gəlib çıxanda heç kəsi tapmadı və orada özünə
mövqe tutdu, daha nə etməli olduğunu bilmirdi. Nə olursa olsun, artıq çox gec idi!
Lobanın müdaxiləsi Byulovun tam müəyyən qədər saxlamaq üçün uğurlu
oldu, axşam saat 7-ə yaxın Neyin və Kellermanın başçılığı altında təkrar olunan
hücumlar Britaniyanın müqavimətini qırmağa müvəffəq oldu. Fon Byulov isə
Lobana qalib gəldi. Digər Prussiya kontingenti general Tsietsenin komandanlığı
altında özünü odun içinə atmaq üçün gəlib çıxdı. Napoleon qvardiyasını işə saldı,
lakin bu faydasız idi. İmperator qvardiyasının komandanı general Kambron bu vaxt
362
demişdi ki, “Qvardiya ölür, lakin təslim olmur”. Blyüxer Vellinqtonun gözlədiyi
vaxtdan azacıq sonra gəlib çıxdı, lakin bu olduqca yaxşı vaxt idi. Fransız ordusu
darmadağın oldu. Bir çox birləşmələrin igidlik göstərməsinə baxmayaraq, ordu
detsimatsiya edilmiş və dağıdılmışdı. Napoleonu az qala ingilis snayperi
öldürmüşdü. Onu xilas edən Vellinqton olmuşdu. Onun üçün qaçmaqdan başqa bir
yol qalmırdı. O, öz qaçan ordusunun daşqını ilə birlikdə əvvəlcə at belində, sonra
isə karetada Sambra qaçdı. Bu vaxt Vellinqton və Blyüxer la Bell-Alyans
yaxınlığındakı qələbə çölündə bir-birini təbrik edirdi. Dəmir hersoq buna öz
lakonik icmalını verdi: “Napoleon şərəf çevrilişini aldı. İndi təkcə onu tutmaq
qalır” (“Napoleon has received the coup de grace! İt only remains to catch him!”).
İmperator taqətdən düşmüş halda iyunun 21-də axşam saat 8-də Parisə gəlib çatdı.
Nümayəndələr Palatası tezcənə toplaşıb onu istefaya getməyə çağırdı,
baxmayaraq ki, xalq hələ də “Vive l`Empereur!”- “Yaşasın imperator!” deyə
qışqırırdı və müdaxiləçilərə silahlı müqavimət göstərməyi tələb edirdi.
Blyüxerin qoşunları nisbətən az döyüş təcrübəsinə malik idi, onlar
Vellinqtonun arxasınca Parisə yürüş etdilər. 22-si ilə 25 iyun arasında Avstriya,
Bavariya və Vittemberq orduları qayıdıb Fransaya girdilər.
22 iyunda Napoleon ikinci dəfə Roma kralı olan oğlunun xeyrinə istefaya
göndərildi. Ona öz xidmətlərini təklif etməyə qayıdan Fuşe heç bir maneə olmadan
Burbonlarla onun əlaqəsinin istənilən yolu ilə bu qərarın qəbul edilməsi üçün çox
iş gördü. Napoleon əvvəlcə yeni ümumi səfərbərlik haqqında düşünürdü ki, yaxşı
sonluq naminə müharibəni davam etdirsin. Lakin iki daha aydın düşünən və uzağı
görən adam – onun məsləhətçiləri Fuşe və Taleyran ona çox loyal olmasalar da,
onu bütünlüklə istefaya getməyə inandırdılar.
XVIII Lui Vellinqtonun ardınca yenidən Parisə daxil oldu. O, bununla
iğtişaşlardan və anarxiyadan qaçmaq istəyirdi. Bunun nəticəsi isə Blyüxerin
planının həyata keçməsi ola bilərdi – Napoleon əsir götürülüb, güllələnərdi. 29
iyunda imperator bir daha Malmizonda oldu. Fuşe onu Roşfora qaçmağa sövq
edirdi, burada o, Birləşmiş Ştatlara gedən freqata otura bilərdi. 3 iyulda fransız
ordusu qeyd-şərtsiz təslim oldu və Luaranın arxasına çəkildi.
363
İyulun 7-də müttəfiqlər Parisə daxil oldu, sabahısı günü palataların razılığı
ilə XVIII Lui taxt-taca qalxdı. Sonra bu Palatalar çətinliklə özlərinin
buraxıldıqlarını elan etdilər.
Yüz günün effekti, – Napoleonun Elbadan dönüşündən sonrakı hakimiyyət
epizodu belə adlanırdı, - inqilab və təcavüz qorxusunu yenidən təzələmişdi.
Napoleon Vaterloo döyüşünü udmuş olsaydı böyük ehtimalla ona qarşı duran
müttəfiqləri məğlub edərdi. Onun qayıdışı qalib dövlətləri daha sıx birləşdirdi.
Britaniya, Rusiya, Avstriya və Prussiya 1815-ci ilin yanvarında bir-birinə qarşı az
qala müharibə vəziyyətində idisə, yenidən qüvvələri birləşdirdilər və həmin ilin
noyabrında artıq onlar Dördtərəfli Şamon Alyansını təntənəli qaydada yenidən
təsbit etdilər ki, Bonapart bir daha Fransanı idarə edə bilməsin. Həm də
Napoleonun taleyində bədbəxtliklər dönüşü başlanmışdı, ona inam düşündüyü
kimi o qədər də əzəmətli deyildi. Orduya son çağırışlarının birində planlaşdıran
300 min əvəzinə 63 min əsgər yığıldı. İmperatorun nüfuzu tamam düşmüşdü.
Napoleon Roşfora 3 iyulda gəldi, lakin o, çox gözləməli olmadı, limanın
britaniyalılar tərəfindən mühasirəyə alındığını gördü. Hər şeydən çox o, Britaniya
dəniz qüvvələri başçılarından mühafizə sənədi xahiş etdi. İyulun 7-də o, Fuşedən
məlumat aldı. Fuşe ona yoluna davam etməyi, təhlükəsizlik naminə “Sal”
freqatının göyərtəsində üzməyi xahiş edirdi.
10-da Napoleon bu vaxta qədər ona loyal olan Savarini və Las Kaz ingilis
gəmisi “Bellerefont”un göyərtəsinə göndərdi ki, kapitan Meytlenddən özü barədə
mühafizə sənədi alsın. Meytlend admiral Hothamdan məsləhət istədi və 14 iyulda
Napoleona çatdırıldı ki, o, İngiltərəyə təhlükəsiz getmək üçün ona qarantiya verir.
Lakin ingilis torpağına qədəm qoyanda, onunla necə davranılacağı barədə yolda
ona heç bir vəd verilmədi.
15-də Napoleon “Bellerefont” gəmisinə mindi, bu gəmi Torbeyə gedirdi və
bura 24 iyulda çatdı, buradan isə Plimuta yola düşdü. İyulun 31-də ona rəsmi
qaydada onun gələcəyi barədə nə planlaşdırıldığı deyildi. Ona çatan şayiələrin
əksinə olaraq gəmidə üzən vaxtı o, bu barədə düşünməkdən imtina edirdi. Onun
kiçik Müqəddəs Yelena adasında yaşaması qərara alınmışdı. O, etiraz etdi, lakin 7
364
avqustda “Nortumberlend” gəmisində həmin adaya aparıldı və iki ay yarımdan
sonra o, üfüqdə öz sürgün yerinin konturlarını gördü.
Onun yaxın silahdaşlarının aqibəti imperatorunkundan daha faciəli idi. 1804-
cü ildən Fransa marşalı olan Napoleonun bacısının əri, görkəmli süvari sərkərdəsi
İoaxim Myurat 2-3 may 1815-ci ildəki Tolentino döyüşündə Avstriya ordusu
tərəfindən məğlub edilmiş, əsir götürülərək edam edilmişdi. Digər marşal Mişel
Ney imperatorun həmyaşıdı idi, o, Austerlits, Yena qələbələrinin fəal
təşkilatçılarından biri olmaqla Rusiyaya yürüşdə xüsusi igidlik göstərmişdi. “100
gün” biabırçılıqla başa çatdıqdan sonra Ney Burbonlar tərəfindən güllələndi.
Müqəddəs Yelena adası ekvatordan cənubda Afrika ilə Cənubi Amerikanın
arasında yerləşirdi. Perimetri 35 kilometr olan bu adada 5 min adam yaşayırdı.
Əsas məskunlaşdırılan yer Ceymstaun idi. Napoleonun iqamətgahı Klonqvudda
idi, burada Britaniya hökumətinin xərci hesabına onu əhatə edən sədaqətli
ardıcılları yaşayırdı, onların arasında Las Kaz və onun oğlu, general Qurqod və
onun şəxsi həkimi doktor O`Mera var idi. Bertran və onun arvadı və ev nökərləri
kiçik birləşdirilmiş evdə yaşayırdılar. Birlikdə onlar 51 adam idi.
İmperator öz taleyini qubernator Hadson Lounun gəlişinə qədər sakitliklə
qəbul edirdi, baxmayaraq ki, adanın rütubətli və sağlam olmayan iqlimindən
yaranan rahatsızlıqdan əziyyət çəkirdi və siçovulların və həşəratların dözülməz,
daimi mövcudluğu sakinləri cana doydururdu. Onların bir-birindən xoşu gəlmirdi
və bu, onun bütün ümidlərini mülayim modus vivendi ilə razılaşmasına gətirib
çıxarırdı. Bu dəqiq məlumdur ki, Lou Napoleonun burada qalmasını bir qədər xoş
etmək üçün heç bir cəhd göstərməmişdi. Sədaqətli silahdaşı Las Kaza diqtə etdiyi
“Memorial”ında Napoleon onu bir işgəncə verən kimi təsvir edir. Adada keçirdiyi
altı il müddətində Napoleon həyatın özünə marağını itirdi və hər kiçik söz-söhbət
onun üçün dözülməz idi. O, baş ağrısından, dizenteriyadan, qusmaqdan, baş
gicəllənməsindən, çox güman ki, mədə xərçəngindən əziyyət çəkirdi. Sonra bütün
bunların davamı kimi 1820-ci ildə o, naşı həkim Antommarçinin əlinə düşdü. Bu
həkimi ona onun dayısı, kardinal Fess zəmanət vermişdi. Məşhur xəstəsinin
365
əzablarını yüngülləşdirmək istiqamətindəki onun cəhdləri fayda vermirdi. 1821-ci
ilin ilk aylarında o, öz sonunun çatdığını hiss etdi və öz vəsiyyətini hazırladı.
Aprelin 26-da o, o qədər xəstə idi ki, ilk dəfə olaraq etiraz etmədən həkimin
müdaxiləsini qəbul etdi. 3 mayda o, priçastiye edilməsini xahiş etdi. Napoleon
1821-ci il mayın 5-də axşam saat 5
49
-da 52 yaşında “...ordunun başında” sözlərini
mızıldayaraq öldü. Həyatdan tarixin ən şərəfli sərkərdələrindən biri getdi,
Şatabrianın sözləri ilə deyilsə, dünyada ən böyük nəfəs susdu. Onu adada dəfn
etdilər, baş daşında heç yazı da yox idi. Özü isə vəsiyyət etmişdi onu Sena
sahilində, çox sevdiyi Fransada dəfn etsinlər.
5 dekabr 1840-cı ildə Napoleonun cəsədini Müqəddəs Yelena adasından
gətirib, Parisdəki Əlillər evində dəfn etdilər. Napoleon həmin gün öz evinə qayıtdı.
Napoleonun obrazını intellektuallar arasında deyil, xalq arasında axtarmaq
lazımdır. Xalq onu daha böyük sayırdı. Fransızlar həm də mənəvi bir dərs aldılar.
Onun əməlləri ağlasığmaz qaydada böyük idi. Napoleonun təsiri ilə Avropanın bir
çox ölkələrində dövlət quruluşunda böyük dəyişikliklər baş verdi.
Bəs Napoleon ailəsinin taleyi necə oldu? Onun ən çox sevdiyi qadın olan
Jozefina ərindən boşandıqdan sonra uzun müddət yaşaya bilmədi və 1815-ci ildə
elə əri hələ sağ ikən həyatdan getdi. Jozefina ərinə sədaqətsizlik göstərsə də, onu
daim qızğın məhəbbətlə sevmiş, nikahın pozulmasını ağır faciə kimi qarşılamışdı.
Napoleonun Mariya-Luizadan olan qanuni oğlu Jozef Fransua Şarl Bonapart atası
Müqəddəs Yelena adasında sürgünə yollananda 4 yaşlı uşaq idi. Lakin artıq
imperator ilk dəfə taxt-tacdan düşürüldükdə o, anası ilə birlikdə babası Avstriya
imperatoru I Fransın sarayında yaşamışdı. Napoleonun istəklərinə baxmayaraq
Mariya-Luiza nə Elbada, nə də sonrakı 100 gün müddətində onunla görüşmək
istəməmişdi. Onların oğlu yeddi yaşlı uşaq olarkən Reyxştadt hersoqu tituluna
layiq görülmüşdü. Lakin atasından fərqli olaraq həyatda heç nə ilə fərqlənməmiş,
çox gənc, 21 yaşında dünyadan köçmüşdür. Mariya-Luiza isə oğlunun ölümündən
də 15 il sonra vəfat etmiş, ərindən bir qədər çox yaşamış, 56 yaşında həyatdan
getmişdir.
366
Napoleonun Mariya Valevskayadan olan oğlu Aleksandr Florian Jozef
Kolona Valevski əvvəllər fransız ordusunda xidmət etmiş, sonra Florensiyada və
Neapolda Fransanın elçisi, İspaniyada və Böyük Britaniyada səfir olmuşdur.
Ömrünün nisbətən orta dövründə o, xeyli müddət senator və deputat olmuş, 1855-
ci ildə Fransanın xarici işlər naziri təyin edilmiş, beş il bu vəzifəni icra etdikdən
sonra qanunverici orqanın prezidenti olmuşdur. Napoleonun bu qanunsuz oğlu da
58 yaşında vəfat etmişdir. Napoleonun anası Mariya Letitsiya Romalino uzun ömür
sürmüş, məşhur oğlunun vəfatından 15 il sonra, 86 yaşında ölmüşdür. O, cavan
yaşında dünyadan gedən əri Karlo Bonapartdan 51 il artıq ömür sürmüşdür.
Napoleonun böyük qardaşı Jozef də elə həmin dövrdə hərbi və siyasi
fəaliyyətlə məşğul olmuş, imperiya dövründə əvvəlcə Neapol kralı, sonrakı altı il
ərzində isə İspaniya kralı olmuşdur. O, Napoleon devrildikdən sonra 17 il ərzində
Birləşmiş Ştatlarda yaşamış, 1844-cü ildə 76 yaşında vəfat etmişdir.
Napoleonun kiçik qardaşı Lüsyen 500-lər Şurasının sədri olanda onun
hakimiyyəti ələ keçirməsinə köməklik göstərmiş, nikah barədə onun iradəsi
əleyhinə getdiyinə görə sürgün edilmiş, Birləşmiş Ştatlara yollanarkən 1810-cu
ildə ingilislər tərəfindən əsir götürülmüş, İngiltərədə dustaq kimi saxlanmış, 1814-
cü ildə Kanino printsi titulunu almışdır. Onun 11 uşağı olmuşdur və 1840-cı ildə
65 yaşında vəfat etmişdir.
Napoleonun bacısı Mariya Anna, o, həm də Eliza adlanırdı, Toskana böyük
hersoginiyası titulunu almış, məşhur qardaşından bir il əvvəl, 43 yaşında ölmüşdür.
İmperatorun qardaşı Lui 1802-ci ildə Jozefinanın qızı Hortenziya de
Boharneyə evlənmiş, general rütbəsi almış, Parisin qubernatoru olmuşdur.
Napoleon tərəfindən Hollandiyanın kralı edilmiş, 1810-cu ildə devrilmişdir. Onun
üçüncü oğlu Şarl-Lui Napoleon III Napoleon adı altında Fransanın imperatoru
olmuşdur. Lui 1846-cı ildə vəfat etmişdir.
Napoleonun digər bacısı Mariya Poletta, o, həm də Polin adlanırdı, ilk dəfə
Şarl Leklerkə, sonra isə prints Kamillo Borqezeyə ərə getmiş, Quastilya
hersoginiyası olmuşdur.
367
İmperatorun digər bacısı Mariya Annonsiad, sonralar Karolina
adlandırılmışdır, 1800-cü ildə marşal Joaxim Myurata ərə getmiş, onun xeyrinə
intriqalar aparmış, Neapol kraliçası olmuş, 1815-ci ildən Triestdə Komtala Lipona
adı altında yaşamışdır.
Napoleonun ən kiçik qardaşı Jerom 1803-cü ildə Haitidə ekspedisiyada
olarkən britaniyalılardan qaçaraq Birləşmiş Ştatlarda sığınacaq tapmış,
Baltimordan olan Elizabet Pattersona evlənmiş, bu nikah Fransa dövlət şurası
tərəfindən ləğv edildikdən sonra o, Vyurtemberq printsessasına evlənmiş,
Napoleon tərəfindən Vestfaliya kralı elan edilmişdir. İmperatorun istefasından
sonra Florensiyada məskunlaşmış, 33 il sonra Fransaya qayıtmış, Fransa marşalı
rütbəsi almış, senatın sədri olmuşdur. O, ahıl yaşda 1860-cı ildə vəfat etmişdir.
Napoleon Müqəddəs Yelena adasında dəfn edilmişdir. 1840-cı ildə onun
cəsədinin qalıqları vətəndaş kral adlanan Lui-Filippin bilavasitə göstərişi ilə vətəni
Fransaya gətirilmiş və Parisdə Əlillər evində yenidən dəfn edilmişdir.
Napoleondan maddi abidələr kimi Parisdəki indiki De Qoll meydanındakı Zəfər
Tağı və Əlillər evindəki sərdabəsi qalır. Onun ən böyük mənəvi irsi isə dünyanın
müxtəlif dövlətlərinin konstitusiyalarında öz əksini tapmış Mülki Kodeksində
qalır.
Napoleon adi ölçülərə sığmayan böyük şəxsiyyətdir və hətta onun qüsurları,
ən acı məğlubiyyəti belə böyüklüyünü, şərəfini kiçildə bilmir. Napoleon zirvəsi
bəşər tarixində Avropanın Alpdakı ən uca zirvəsi olan Monblandan da yüksək
görünür. İllər, yüz illər keçsə də Napoleon şərəfinin göz qamaşdıran parıltısı bir an
da olsun öz cazibədarlığını itirmir.
Dostları ilə paylaş: |