Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   112   113   114   115   116   117   118   119   120

 
350 
Napoleon  özünün  məğlub  edilməsinə  imkan  vermədi.  O,  Viktor  və  Neyin 
qüvvələrini  flanqlarda  yerləşdirdi  ki,  mümkün  hücumlardan  qorunsun  və  öz 
mühəndislərinə əmr etdi ki, qayıqlarda iki körpü tiksinlər. Bu seçilən yer Studianka 
keçidi  idi  və  general  Eblin  körpü  tikənləri  iki  gün  buzlu  suyun  içərisində  böyük 
fədakarlıqla  işlədilər.  Adamlar  və  artilleriya  nizamlı  qaydada  çayı  keçməyə 
başladı, çünki onlar düşünürdülər ki, ruslar çox da uzaqda deyillər. Bütün ordu çayı 
keçib qurtarmamışdan əvvəl düşmən körpünü top atəşinə tutdu və onu iki yerdən 
dağıtdı.  Adamların  çoxu  suya  töküldü,  bir  çoxu  başı  pozuq  qaydada  qaçmağa 
başladı,  digərləri  də  onların  arxasınca  cumdu.  Onlar  artilleriya  atəşindən 
desimatsiyaya  (hər  on  nəfərdən  birini  öldürmək  kimi  qədim  cəza  növü)  məruz 
qalırdı,  çoxları  qorxuya  düşüb  özlərini  sahilə  atırdı.  Napoleon  top  atəşləri 
başlamamışdan bir az əvvəl çayı keçmişdi, o, əmr etdi ki, özlərinin təqib edilməsini 
ləngitmək  üçün  körpülər  uçurulsun.  Sonrakı  günlər  ərzində  o,  bu  fikrə  gəldi  ki, 
onun burada olması o qədər də vacib amil deyildir və Parisdə qiyam qalxacağından 
qorxan  Myuratın  məsləhətinə  qulaq  asaraq  o,  irəliyə  tələsdi  və  ordusunu 
gözləmədən Fransaya döndü. 
Həqiqətən də Parisdə general Klod Fransua de Male dövlət çevrilişinə cəhd 
etmişdi, lakin oktyabrın 29-da o, həbs edilmiş və güllələnmişdi. Buna baxmayaraq 
belə  cəhdlər  çoxalırdı.  Hadisələrin  baş  qəhrəmanları  eyni  idi:  yakobinçilər, 
royalistlər,  Fuşe  və  Taleyran.  Napoleon  ordunu  Smorqoniyə  qədər  müşayiət 
etmişdi,  oradan  5  dekabrda  polyak  ulanlarının  və  öz  qərargahının  sədaqətli 
üzvlərinin mühafizəsi ilə Parisə yola düşmüşdü. Myuratın komandanlığı altında 35 
min  sağ  qalan  əsgər  dekabrın  8-də  Vilnyusa  gəlib  çıxdı.  15-də  onlar  nəhayət 
Kovno yaxınlığında Neman çayını bu dəfə əks istiqamətdə keçdilər. 16-da Myurat 
komandanlığı  prints  Ejenə  təhvil  verib,  öz  taxt-tacına  təhlükə  yaranan  Neapola 
yollandı.  Prints  Ejen  dünyadakı  ən  qüdrətli  ordunun  qalıqlarını  Elbaya  doğru 
apardı və orada özünün atalığından əlavə göstərişləri gözlədi. Rusiyaya girən 610 
min  nəfərlik  qoşundan  400  mini  döyüşdə,  aclıqdan  və  soyuqda  qovulmaqdan 
ölmüşdü.  100  min  nəfər  əsir  götürülmüşdü.  Böyük  Ordu  artıq  mövcud  deyildi. 
Napoleon Moskvadan qaçdıqda qar həlak olan fransız əsgərlərinə, Viktor Hüqonun 


 
351 
sözləri  ilə  deyilsə,  kəfənə  çevrilirdi.  Avropanı  dünən  lərzəyə  salan  Böyük  Ordu 
Rusiyadan qaçanda sürüyə çevrilmişdi. 
Napoleon Parisə 13 günlük yoldan sonra dekabrın 18-də gəlib çıxdı. Həmin 
gün  çar  Kutuzovu  qələbəsi  münasibəti  ilə  təbrik  etdi,  baxmayaraq  ki,  özü  onun 
taktikası ilə razılaşmamışdı. Ali komandanlığı əlinə alan çar Prussiya və Polşanın 
“azadlığına”  nail  oldu.  III  Fridrix-Vilhelm  anti-Napoleon  “səlib  yürüşünə” 
qoşulmağa dəvət edilsə də, öz naziri Steynin buna tərəfdar çıxmasına baxmayaraq, 
hələ  də  tərəddüd  edirdi.  O,  Rusiya  kolossunun  ayağa  qalxmasından  qorxurdu. 
Varşava Böyük Hersoqluğu çox gücsüzləşmişdi, ləğv edildi və onun ərazisi qalan 
Polşa  torpaqları  ilə  birlikdə  Rusiyanın  satellit  dövlətinə  çevrildi.  Elə  həmin  vaxt 
ruslar Marienburqu yenidən zəbt edib, Berlinə gəldi. Prussiya kralı öz xalqını silahı 
Napoleona  qarşı  çevirməyə  çağırdı.  Prussiyalıların  çoxu  buna  cavab  verdi  və 
intiqam hissi ilə alovlanmaqla, onlar sürətlə 100 min nəfərlik ordu yaratdılar. 
Avstriya  həmçinin  yeni  koalisiyaya  birləşməyə  dəvət  edildi,  lakin  II  Frans 
yaddan çıxara bilməzdi ki, o, Fransa imperatriçasının atası idi və qərar verməmək 
yolunu seçdi. Böyük Britaniya subsidiya təklif etdi, İsveç kralı olmuş Bernadott isə 
30  min  adam  vəd  etdi.  Bu  adamları  o,  Norveçin  işğalında  istifadə  etmək  üçün 
nəzərdə  tutmuşdu.  Fransızlar  Napoleonu  soyuq  qarşıladı.  Burada  elə  bir  ailə  yox 
idi  ki,  ən  azı  üzvlərindən  birini  itirməmiş  olsun.  Həm  də  o,  monarxiya  təsis 
etməklə burjuaziyaya xəyanət etmişdi, Burbonların taxt-tacını uzurpasiya etdiyinə 
görə  xarici  monarxların  ondan  xoşu  gəlmirdi.  Milli  qürura  bel  bağlayaraq  o, 
fransızlardan yüksək cəhd xahiş etdi, yaşı keçmiş adamları hərbi xidmətə götürdü, 
yeni  vergilər  qoydu,  onların  təlimi  və  paltarlarının  xərclərini  ödəmək  üçün 
istiqrazlar buraxdı. 1813-cü ilin aprelinin ortalarına yaxın öz sərəncamında o, təzə 
orduya malik idi. Mariya-Luizanı regent təyin etdikdən sona Napoleon 14 apreldə 
Parisi  tərk  etdi  ki,  Mayn  və  Elba  çaylarının  üzərində  öz  qoşunlarına  qoşulsun. 
Prints Ejenə sağ flanqa himayə etmək həvalə edildi, cənubdan gəlib çıxmış Bertran 
isə  sol  flanqı  qoruyurdu.  Rus-Prussiya  ordusu  ilə  ilk  toqquşma  mayın  2-də 
Luttsendə  baş  verdi.  Napoleon  öz  qoşunlarının  birinci  cərgəsində  idi,  ölüm 
təhlükəsinə  də  məhəl  qoymurdu  və  öz  qismətini  taleyin  ümidinə  bağlamışdı.  O, 


 
352 
qalib oldu. Döyüşdən sonra Saksoniya kralı I Fridrix Avqust onun yanına gəldi və 
ona  kömək  üçün  10  min  adam  göndərdi.  Sonra  Napoleon  öz  baş  qərargahını 
Drezdendə  qurdu.  Buradan  o,  cənubdan  mühasirəyə  alınmasının  qarşısını  almaq 
üçün Ejeni Milana göndərdi. 
Mayın  18-də  o,  Drezdeni  tərk  etdi  və  növbəti  toqquşma  Bauttsendə  baş 
verdi.  Qələbədən  tam  dolğunluqla  istifadə  olunmadı,  çünki  Ney,  ağır  itkilərdən 
əzab  çəkən  düşmənin  geri  çəkilməsini  dayandırmaq  üçün  vaxtında  gəlib 
çıxmamışdı. 
Napoleonun  Oderə  doğru  irəliləməsi  Metternixdən  gələn  təkliflə  əlaqədar 
olaraq kəsildi. Metternix təklif edirdi ki, o, Fransa ilə müttəfiqlər arasında vasitəçi 
ola  bilər.  Napoleon  tələ  qurulmağından  qorxurdu.  Lakin  öz  generallarının  təzyiqi 
altında  və  Avstriyanı  narazı  salmamaq  üçün  atəşkəs  elan  olunması  ilə  razılaşdı. 
Düşmənçiliyin  kəsilməsi  barədə  müqavilə  iyunun  4-də  Pleyissevitsdə  imzalandı. 
O, ailəsi ilə birlikdə istirahət etmək üçün Mayntsa qayıtdı. Müttəfiqlər öz sıralarını 
yenidən  formalaşdırdılar  və  Bernadottdan  kömək  aldılar.  Avstriya  ehtiyac 
yarandıqda  öz  ərazisini  müdafiə  etmək  bəhanəsi  ilə  ordusunu  topladı.  Britaniya 
vuruşan  tərəflərin  onun  razılığı  olmadan  Napoleonla  sülh  bağlamamasına  əmin 
olmaq  üçün  4  milyon  funt  sterlinq  pul  xərcləməyi  nəzərdə  tuturdu.  Müttəfiqlər 
qabaqcadan ərazi kompensasiyalarını təklif edirdilər. Rusiya üçün Polşadan torpaq 
verilməsi, Prussiya üçün onun torpaqlarının və köhnə sərhədlərinin bərpa edilməsi 
və  Reyn  Konfederasiyası  və  İlliriya  üzərində  Napoleon  protektorluğuna  son 
qoyulması təklif edilirdi. Aleksandr Napoleonun devrilməsini və Parisə sülhü diqtə 
etmək  istəyirdi.  Bu  istək  Moskvanın  xaraba  qoyulması  üçün  dramatik  intiqam 
hissindən irəli gəlirdi. O, belə bir layihə cızmışdı ki, fransız taxt-tacı keçmiş Fransa 
marşalı,  indi  İsveç  tacını  daşıyan  Bernadotta  verilsin.  O,  Fransa  kralı  kimi 
Rusiyanın dəstəyindən asılı olacaqdı. Metternix isə Napoleonun və onun oğlunun 
fransız  imperatoru  kimi  saxlanmasına  üstünlük  verirdi.  Bu  Mərkəzi  Avropanın 
fransızlardan  təmizlənməsindən  sonra  olmalı  idi.  Fransadakı  zəifləmiş  Bonapart 
sülaləsi  Avstriyadan  asılı  olacaqdı.  Britaniya  elan  edirdi  ki,  Fransa  Belçikadan 
çıxmalı  və  Napoleon  getməlidir.  1813-cü  ilin  noyabrında  Metternix  “Frankfurt 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə