TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə22/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   18   19   20   21   22   23   24   25   ...   186

49 

 

məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından 



axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün 

daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri 

Quruçay  dərəsində  ovçuluqla  da  məşğul  olmuşlar.  Quruçay  vadisi  ibtidai  insanların 

yaşaması  üçün  zəruri  olan  bütün  nemətlərə  malik  olmuşdur.  Ona  görə  də  Azıx 

mağarasının  VII-X  təbəqələrdən  aşkar  olunmuş  yeni  arxeoloji  mədəniyyətin  maddi 

mədəniyyət  qalıqlarına  Quruçayın  adı  verilmişdir.  Aparılmış  kompleks  tədqiqatlar 

zamanı  Quruçay  mədəniyyətinin  bir  neçə  inkişaf  mərhələsi  müəyyən  olunmuşdur. 

Mədəniyyətin  ilkin  mərhələsində  əmək  alətləri  olduqca  bəsit  hazırlandığı  halda, 

sonrakı  mərhələlərdə  onların  hazırlanma  texnikası  təkmilləşmiş  və  yeni-yeni  əmək 

alətləri yaranmağa başlamışdır. 

Azıx  qədim  insan  düşərgəsinin  VII-X  təbəqələrindən  aşkar  olunmuş  əmək 

alətlərinin  əksəriyyəti  mağaradan  kənarda  hazırlanmış  və  sonradan  düşərgəyə 

gətirilmişdir.  Çünki  buradan  əsasən    hazır  əmək  alətləri  tapılmışdır.  İstehsal 

tullantıları  isə  qeydə  alınmamışdır.  Deməli,  qədim  Azıx  sakinləri  mağarada 

yaşamamışdan əvvəl, Quruçay dərəsinin kənarlarında  yaşayıb fəaliyyət göstərmişlər. 

Əmək alətlərini də məhz burada hazırlamışlar. 

Azıx qədim insan düşərgəsinin VII-X  təbəqələrindən aşkar  olunmuş Quruçay 

mədəniyyətinin  əmək  alətləri  Şərqi  Afrikanın  Olduvay  mədəniyyəti  kompleksi  ilə 

yaxınlıq  təşkil  edir.  Lakin  əməki  alətlərinin  tipologiyasında  fərqli  cəhətlər  də  vardır 

ki, bu da Azıxın aşağı təbəqə materialları əsasında yeni arxeoloji mədəniyyətin aşkar 

olunmasına səbəb olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay 

mədəniyyətinin Azıxda 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona 

çatması müəyyən olunmuşdur. 

Hazırda  keçmiş  SSRİ  ərazisində  Quruçay  mədəniyyəti  ən  qədim  arxeoloji 

mədəniyyət  hesab  olunur.  Məhz  bu  mədəniyyətin  maddi  mədəniyyət  qalıqları 

əsasında ölkəmizin ərazisində ibtidai insanların 1,2 milyon il bundan əvvəl yaşamağa 

başlaması və daşdan əmək alətləri hazırlaması elmi əsaslarla sübuta yetirilmişdir. 

Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Quruçay  mədəniyyəti  dövründə 

qədim  insanların  əsasən  ovçuluq  və  yığıcılıqla  məşğul  olmaları  müəyyən  edilmişdir. 

Həmçinin  bəşər  tarixinin  Azərbaycan  ərazisində  Quruçay  mədəniyyəti  dövründən 

başlaması sübuta yetirilmişdir. 

Qədim  aĢel.  Azıx  mağarasında  Quruçay  mədəniyyəti  dövrü  özünün 

uzunmüddətli  inkişafından  sonra qədim  aşel  ilə  əvəz olunmuşdur. Azıxda qədim 

aşel düşergənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır. 

Buradan  2  mindən  artıq  daş  məmulatı  və  çoxlu  ovlanmış  heyvan  sümükləri 

tapılmışdır.  Azıx  mağarasında  qədim  Aşel  dövrü  VI  təbəqənin  materialları  ilə 

meydana  çıxmaqla  yanaşı,  yerli  çaydaşı  alətləri  Quruçay  mədəniyyəti  əsası  üzərində 

inkişafa başlamışdır. Bəşəriyyət tarixində qədim və Orta Aşel mədəniyyətləri ilk dəfə 



50 

 

olaraq  Fransanın  Sent-Aşel  düşərgəsində  müəyyən  olunmuş  və  ona  görə  də  tapıldığı 



yerin adı ilə  aşel mədəniyyəti adlandırılmışdır. 

Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları, 

kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli 

nukleuslarla  (nüvələr)  xarakterizə  olunur.  VI  təbəqədən  həmçinin  ilk  dəfə  olaraq  əl 

çapacaqları  tapılmışdır.  Əl  çapacaqlarının  meydana  çıxması  ibtidai  insanların 

həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha 

da inkişaf etdirməyə başlamışlar. 

Qədim  aşel  təbəqəsindən  tapılmış  əmək  alətləri  içərisində  əsas  yeri  çapma 

alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə 

istehsal  tullantılarının  aşkar  olunması  qədim  aşel  dövründə  düşərgədə  ibtidai 

insanların  əmək  alətləri  hazırladıqlarını  göstərir.  Məhz  VI  təbəqədən  tapılmış  əmək 

alətlərinin  texniki  və  tipoloji  xüsusiyyətlərinə  əsasən  onların  qədim  aşel  dövründə 

hazırlandıqlarını söyləmək olur. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  bəşəriyyət 

tarixində  qədim  aşel  mədəniyyəti  700-500  min  illər  arasında  mövcud  olmuş  və  200 

min ildən bir qədər artıq davam etmişdir. Bu dövrdən əmək alətlərinin təkmilləşməsi 

və  yeni-yeni  əmək  alətlərinin  meydana  çıxması  başlanır.  Azıx  düşərgəsinin  VI 

təbəqəsindən aşkar olunmuş əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq 

edir. 

VI  təbəqədən  ocaq  yerinin  qeydə  alınması  qədim  Azıx  sakinlərinin  süni  odla 



tanış olduqlarını göstərir. 

Azıx mağarasının qədim aşel təbəqəsindən tapılmış heyvanat aləminin növləri 

göstərir  ki,  bu  dövrdə  Azərbaycan  ərazisində  soyuqlaşmaya  doğru  dəyişikliklər  baş 

vermişdir.  Fauna  qalıqları  içərisində  ayrı-ayrı  çənələr,  kəllə  sümükləri  çoxluq  təşkil 

edir.  Sümük  məmulatının  təyinatı  əsasında  demək  olar  ki,  qədim  aşel  adamlarının 

ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və  nəhəng marallar tutur. Qədim aşel 

təbəqəsindən  tiraspol  kompleksi  nümayəndələrindən  Şotenzak  bizonu,  Merka 

kərgədanı və s. fauna qalıqlarının aşkar olunması təbəqənin Bakı dövrünə (mindeldən 

əvvəlki dövrə) aid olduğunu göstərir. 

Orta  AĢel.  Azıx  mağarasında  qədim  aşel  özünün  uzunmüddətli  inkişafından 

sonra  Orta  Aşellə  əvəz  olunmuşdur.  Orta  Aşel  mədəniyyəti  düşərgənin  V  təbəqə 

materiallarında  öz  əksini  tapmışdır.  Arxeoloji  qazıntılar  vasitəsilə  V  təbəqədən 

tapılmış  daş  alətlərin  əsasını  kobud  çapma  alətləri  və  əl  çapacaqları  təşkil  edir.  Bu 

təbəqədən  cəmi  289  ədəd  daş  məmulatı  qeydə  alınmışdır.  Daş  məmulatı  arasında 

müxtəlif klekton tipli alətlər də qeydə alınmışdır. 

V  təbəqənin  daş  məmulatı  texniki-tipoloji  xüsusiyyətlərinə  görə  özündən 

aşağıda  yerləşən  VI  təbəqənin  materialları  ilə  yaxınlıq  təşkil  edir.  Eyni  zamanda  V 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə