Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   2   3   4   5   6   7   8   9   ...   54

çox  böhran  situasiyalarından  salamat  çıxmaqdan ötrü  zəmin yarada bilmərik. 
Burada təzad yoxdur : bəli,  teatr  prosesi  bütün proseslər  kimi  üzvi  və sərbəst 
tendesiyalara    malikdir  ,amma    bu  tendesiyaları    institusional    mədəniyyətin  şərt  
və  qanunauyğunluqlarıyla    uzlaşdırmaq    mümkündür.Dünya    və  Avropa    teatr  
prosesinin  tarixi  buna  bariz nümunədir. 
Teatr  prosesinə  üzvi  hərəkət  kimi   yanaşanda   onun  bütün təzadlarını , 
böhranlarını  ,    tənəzzül  meyillərini  ,  durğunluq  məqamlarını    və  başqa  mənfi 
hallarını    prosesin  obyektiv  halları    kimi  dəyərləndirməliyik.Hər  hansı  hərəkətin 
göstəriciləri  vahid sistem içində  cəm olduğu kimi , bizim sənətşünaslıq sistemində  
də  sadaladığımız hallar prosesin  vəhdətləri kimi qəbul olunur.Bu mənada  bu  və 
ya digər  böhran situasiyası  növbəti sıçrayış üçün  təməl,  durğunluq ( staqnassiya) 
isə kəmiyyətin  keyfiyyətə keçid  mərhələsi  kimi  anlaşıla bilər. 
Teatr  prosesində  obyektiv  və subyektiv amillərin  ierarxiyası  məsələsi də 
birmənalı deyil : tarix  göstərir ki,  bəzən obyektiv şərtlər  olmayan  situasiyalarda  
subyektiv    xarakterli    hadisə  prosesin    gedişatına  güclü  təkan  verə  bilər.  Bu  “ 
hadisə”də  dediyimiz  şərt  istedadlı , bəzən  dahi  şəxsin  mövcud olmasıyla  bağlı  
olanda , proses  bütövlükdə  o  şəxsiyyətin  subyektiv , özəl inkişafına  tabe ola 
bilər ki, Azərbaycan  milli  mədəniyyətində  Füzulidən Üzeyir  Hacıbəyova qədər 
bu  tipli  “ hadisələr “ kifayət qədərdir...  
Milli  teatr  düşüncəsinin    “  oyun  fenomeni”ndən    qaynaqlanan    milli    teatr  
prosesini  instutsional  mədəniyyətdə inkişafı  yeni dövrdə  siyasi –ictimai , sosial 
–iqtisadi  və başqa  köklü proseslərə  bağlı olduğundan  araşdırma  zamanı  teatr 
prosesinin  ictimai göstəriciləri  istər- istəməz  ön  plana  çıxmalı olur.Amma  bu 
heç    də  onun    müstəqil    təbiətin    deformasiyaya    sürükləmir  :    mədəniyyət    öz-
özlüyündə    ictimai  proseslərin  çərçivəsində    mövcud    olmasına    baxmayaraq  , 
ictimai  varlıq  və şüura  güclü  təsir   göstərən  fenomenidir. 
Yuxarıda  biz  anlayışları bir –birindən  ayırmaq  iddiasını irəli  sürmüşük, 
indi  isə məntiqlə ziddiyyətə  girmədən  qeyd etmək  istəyirik  ki, yalnız  səmərəli  
sintezdən  sonra  teatr  düşüncəmiz  yeni keyfiyyətdə  məhsuldar proseslərə təkan 
verə  biləcək  :  fikrimizcə    bu  sintez    İdealın    mütəhərrik  çərçivələri  daxilində  baş 


verməlidir.”  Uzaq    proqnoz  “u  yaxınlaşdırmaq  ,  əməllərdə  gerçəkləşdirmək  
cəhdlərinin nəticəsində  nəsildən –nəsilə , həm də genetik  yollarla  ötürülən teatr  
düşüncəsi    öz  köklərinə  qayıdışdan    faydalanıb    peşəkar  teatr  prosesinin  inkişaf 
tarixində  yeni  səhifə açmağa  müyəssər  olacaq. 
Məlum  olduğu  kimi,  hər  hansı  prosesin    eniş    və  yüksəliş    nöqtələri    hələ 
prosesi  bütövlükdə    xarakterizə  etmir.  Eyni  sözləri    prosesi  izləyən  ,  araşdıran  
nəzəri açıqlamasını veerən elmi  əsərlər  haqqında  da demək  olar. Belə ki,  bizim 
monoqrafiyanın    yazılması  teatr    prosesinin    yeni  mərhələyə  can  atdığı    dövrdə 
təsadüf  etdi.Biz  əmink ki,  milli düşüncəmizin  bir çox sahələrində  olduğu kimi , 
teatr    düşüncəsində  də  tam  yeni    keyfiyyətli  dəyərlər  ,  meyarlar  ,  konsepsiyalar  
yaranacaqdır. Biz əminik ki,  xalqımızın insani , yaradıcı potensialı  üzə çıxacaq , 
mədəniyyətimizi zənginləşdirəcəkdir. 
Bu monoqrafiyanın  qənaətləri  inkişaf prosesinə  az da olsa təsir göstərərsə  
və daha dolğun , hərtərəfli , fundamental nəzəriyyənin  yaranmasına faydalı olarsa , 
öhdəmizə düşən  vəzifəni  yerinə yetirmiş olarıq. 
 
 
 
 
 
 
BİRİNCİ   FƏSİL 
 
 
           AZƏRBAYCAN  MİLLİ  TEATR  PROSESİNİN  GENEZİSİ : 
 AZƏRBAYCAN MİLLİ SƏNƏT  TƏFƏKKÜRÜNDƏ  TEATR  DÜŞÜNCƏSİ. 
 
.....Dədəm Qorqud  gəlibən şadlıq  çaldı,  
fəzi  ərənlərin başına nə gəldikin aydı verdi, 
 həm Basata alqış verdi... 


 
 
Mövzuya    birbaşa  keçməzdən  əvvəl    istifadə  etdiyimiz    terminləri  
defenssiya    etmək    yəni  hər  hansı  terminin  ortaq  mənasını    dəqiqləşdirib 
mülahizələrimizdə onların vahid şəkildə  dəyərləndirilməsi üçün şərtləşək. 
Azərbaycan    milli    teatr    prosesinin    təzahürü  olan    teatr  poetikasını 
düşünərkən    başlıca    sualdan    başlayaq  :  söhbət  Aristotel    poetikasının    milli 
modifikasiyasında  gedir, yoxsa milli sənət  təfəkkürünün  tərkib hissəsi olan  özəl 
sənət növünün  poetikasından ? Burada məntiqi olaraq  yeni sual  yaranır  : əgər biz 
uyğunlaşma  ( adoptasiya) haqqında düşünürüksə yararlı ( uyğun) olanları  seçmək  
əməliyyatını    apara  bilərik.  Bu  o  qədər    də  çətin  iş    deyil  :  milli    mentalitetin  
parametrlərini dəqiqləşdirib, onun ölçülərinə  “ yerləşməyən “ göstəriciləri  yad və 
ya  faydasız  kimi  dəyərləndirmək , elan etmək  gərək olur. 
Yox  ,  əgər  təkidlə    “  milli  teatr  poetikası  “nın    özəlliklərindən  , 
suverenliyindən    söhbət  açırıqsa  ,  burada    mütləq  ilk    çıxış    nöqtəsi    müəyyən 
olunmalıdır.bu çıxış nöqtəsinin  təyini də çox sadə  sualdan  başlanır : teatr  prosesi 
milli  sənət    təfəkkürünə    müdaxilədir,  yoxsa  özəl  genezisə    malik  olan  ,  fəqət  
müəyyən tarixi səbəblərdən nəticələrini  institusional  səviyəyə  çatdıra bilməyən  
lokal  etno-mədəni  hadisədir ? 
 Bu  suallara    cavab    verməzdən  öncə  “  teatr  düşüncəsi  “    terminini 
açıqlayaq.Məlumdur  ki,  “  teatr”  sözünün    etimologiyası    əski  Yunan  “  txeatron”  
söz  –anlayışına    bağlıdır.Mənası    “  baxmaq  ,  seyr  etmək”dir.Əski    yunan 
mədəniyyətinin    məhsulu  olan  teatr    sənətinin  kökləri    Dionis  bayramlarının 
köklərindən    qaynaqlanmasına    baxmayaraq,  əski  yunan  filosof  və  sənətçiləri  
yaratdıqları  yeni  sənət  növünü    birbaşa  institusional    mədəniyyətin  hadisəsinə 
çevirdilər. Yəni ilk əsərlərin ədəbi  əsası  ( pyes) var idi, müəyyən olunmuş janr , 
üsul, qanun  və qaydalar ( poetika) mövcud idi, icranın məqsədləri  ( ideologiya ) 
bəlli    idi,  oyun  şərtləri  (  estetika  )  müəyyən  olunmuşdu  və  başlıcası    ,  ifaçı  –
tamaşaçı  münasibətlər  sistemi    (  sosiologiya  )  iqtidar  və    cəmiyyət    tərəfindən 
qorunurdu.Yerdə qqalan sırf  psixoloji  qavrayış mexanizmləri , peşəkarlıq tələbləri  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə