TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

- 79 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
     
 
 
 
 
 
 FƏRİDƏ SƏFƏROVA   
  Naxçıvan Dövlət Universiteti  
UOT:  57.8 
ZƏHƏRLİ  BİTKİLƏRİNİN ARICILIĞA  TƏSİRİ 
 
 
Açar  sözlər:  Zəhərli bal, zəhərli bitki, Ranunculaceae  Adans., Aconitum L. 
 
Key words:  Toxic honey, poisonous plant, Ranunculaceae  Adans., Aconitum L.   
 
Ключевые  слова:  Токсичные  мед,    ядовитые  растение,  Ranunculaceae  Adans., 
Aconitum L. 
 
 
Azərbaycanda  arıçılıq  qədim  tarixə  malikdir.  Hələ  eramızdan  əvvəl  IX-VIII  əsrlərdə 
Zaqafqaziyada,  əhali  arıçılıqla  məşğul  olmuşlar.  X-XII  əsrlərdə  Azərbaycanda  arıçılıq  daha  da 
inkişaf  etmiş,  hətta  xarici  ölkələrə  də arıçılıq  məhsulları  (bal,  mum)  satılmışdır. 
 
Sirli  şüura  malik  olan  bu  həşərat  güllər  üzərinə  qonaraq  onların  şirəsini  özünəməxsus  şəkildə 
çəkir  və insan  üçün  ən faydalı  olan  şirəni  – balı  hazırlayır.    Təbii  bal  2  cür  olur:  gəzəngi  bal  və 
çiçək  balı.  Bal  arıları  təbiətdə  quraqlıq  vaxtı  gəlir  olmadıqda  bəzi  bitkilərin  yarpaq  və  gövdələrinin, 
yaxud  bitkilər  üzərində  olan  həşəratın  ifraz  etdiyi  şirin  şirələrdən  toplayırlar  ki,  buna  da  gəzəngi  bal 
deyilir.  Belə  balı  bir  il  saxladıqdan  sonra  onun  zərərliliyi  itir  və  yemək  üçün  yararlı  olur.  Gəzəngi 
bal  başqa  ballara  nisbətən  güclü  bakteriosid  (mikrob  öldürən)  təsirə  malikdir.  Dadına  görə  aşağı 
keyfiyyətlidir.  Gəzəngi  bal  arılar  üçün  zərərli  olduğuna  görə  o, arıların  qış  yemi  üçün  yaramır.   
 
Gəzəngi  balın  təyini:  Balın  tərkibində  gəzənginin  olduğunu  müəyyən  etmək  üçün  sınaq 
şüşəsinə  bir  qədər  bal  tökülür,  üzərinə  bir  qədər  distillə  su  əlavə  edilir  və  güclü  çalxalanıb 
qarışdırılır.  Alınmış  məhlula  özü  qədər  əhəng  suyu  əlavə  edilir  və  qaynayanadək  qızdırılır.  Əgər 
məhlul  bulanıqlaşıb  qonur  rəngli  köpüklü  çöküntü  əmələ  gəlirsə,  bu  balın  tərkibində  gəzənginin 
olduğunu  göstərir.   
 
Çiçək  balı  götürüldüyü  çiçəkdən  asılı  olaraq  müxtəlif  ola  bilər.  Bunlardan  cökə,  yonca, 
qaratikan,  akasiya,  günəbaxan,  zeytun  və  s.  çiçəklərdən  götürülən  bal  yüksək  keyfiyyətli,  şabalıd, 
dəfnə  və  s.  bitkilərin  balı  isə  aşağı  keyfiyyətli,  zəhərli  bitkilərin  nektarlarından  alınan  bal  isə  zəhərli 
və ya kefləndirici  bal  hesab olunur.    Bal  əsasən  mənşəyinə  görə  iki  böyük  qrupa  bölünür.  Bu 
qruplara  monoflor  (bir  növ  çiçəkdən:  məs.  cökə,  akasiya  və  s.)  və  poliflor  (müxtəlif  çiçəklərdən: 
məsələn  çəmənlik  çiçəklərindən  toplanmış)  bal  daxildir.  Cökə  balını  arılar  cökə  ağacının 
çiçəklərindən  toplayırlar.  Öz  ətrinə  və  yaxşı  dadına  görə  yüksək  qiymətləndirilir.  Cökə  balı  şəffaf 
yaxud  açıq  sarı  rəngdə  olur.  Akasiya  balı  olduqca  şəffaf,  ətirli  və  dadlı  olur.  Gec  xarlanan  və  yüksək 
keyfiyyətli  bal  sayılır.  Günəbaxan  balının  rəngi  tünd  sarı,  dadı  xoşagələndir.  Bu  bal  tez  xarlanır. 
Pambıq  balının  isə  rəngi  şəffaf  olmaqla  bərabər  özünə  məxsus  tamı  və  ətri  var.  Tez  xarlanır  və 
xarladıqca  rəngi  ağarır,  iri  dənəcikli  çöküntü  verir.  Arılar  şabalıd  balını  yeməli  şabalıddan  və 
atşabalıdının  çiçəklərindən  toplayır.  Atşabalıdı  çiçəklərindən  toplanan  bal  rəngsiz  –  sulu,  yeməli 
şabalıd  çiçəyindən  toplanan  bal  isə  tutqun  rəngli  –  çox  duru  və  acı  olduğuna  görə  ondan  yalnız 
şirniyyət  sənayəsində  istifadə  edilir.  Balın  rənginin,  ətrinin  və  dadının  müxtəlifliyi  onun  hansı  növ 
və  hansı  rəngdə  çiçəklərdən  toplanması  ilə  əlaqədardır.  Balın  rəngi  tam  şəffafdan  tutmuş  sarı, 
qonur,  tutqun  bənövşəyi  və s. müxtəlif  çalarlı  olur. 
 
Zəhərli  və  ya  kefləndirici  balı  arılar  dağlarda  xüsusi  efir  yağlı,  zəhərli  bitki  nüvlərindən 
toplayırlar.  Dünyada  yayılan  Rhododendron  ponticum,  Echium  plantagineum,  Coriaria  arborea, 
Brachyglottis  repanda,  Cyrilla  racemiflora,  Euphorbia  geniculata,  Aesculus  pavia,  Astragalus 
lentiginosus,  Caltha  patustris,  Allium  cepa,  Ledum  palustre,  Stachys  arvensis,  Solanum  nigrum, 
Datura  stramonium,  Aconitum  nasutum,  Papaver  somniferum,  Veratrum  album,  Ledum  palustre, 
Ranunculus  rivularis,  Astragalus  bolanderi,  Nicotiana  tabacum  və  s.bu  kimi  zəhərli  bitkilərin 
nektarından  alınan  bal  zəhərlidir.    Görünən  ağır  simptomlar  alkoqolla  zəhərlənəmə  əlamətləri  ilə 


- 80 - 
eyni  olduğu  ücün  kefləndirici  bal  adlanır.  Belə  balı  yedikdə  insana  keyfləndirici  təsir  göstərir  və 
zəhərlənmələrə  səbəb  olur.  Bəzən  temperatur  qalxır,  ürək  bulanma,  təngənəfəslik,  baş  gicəllənmə, 
zəiflik  və  hətta  şüur  itkisi  müşahidə  olunur.  Qədim  zamanlardan  bəri  insanlara  zəhərli  bal  tanışdır 
və  bu  baldan  kimyəvi  silah  kimi  istifadə  edilmişdir.  Bizim  eradan  400  il  əvvəl  Qara  Dəniz 
bölgəsində  yerli  əhali  tərəfindən  Yunan  əsgərlərinin  bal  ilə  zəhərlənməsi  tarixdən  məlumdur.  Bal 
yeyən  əskərlərin  mədə  bağırsaq  sistemi  pozulmuş,  sərxoş  olmuş  və  asanlıqla  əsir  düşmüşlər.  Bir 
qədər  acı  və  ağız  büzücü  dadı  olan  zəhərli  bal,  ancak  qaynadıldıqda  zəhərlilik  xüsusiyyətini  itirir. 
 
 
 
Naxçıvan  Muxtar  Respublikasında    aparılan  tədqiqat  zamanı  302    bitki  növünün  zəhərli 
olduğu  müəyyən  olmuşdur.  Tədqiqat  zamanı  muxtar  respublika  otlaqlarında  zəhərli  bitkilərin  5 
bitkilik  tipi,  4  yarımtip,  19  formasiya  sinfi,  39  formasiya  və  53  assosiasiyada  dominantlıq  etdiyi 
araşdırılmış,  bioekoloji  xüsusiyyətləri,  yüksəklikdən  asılı  olaraq  yayılma  qanunauyğunluqları  və 
heyvandarlığa  təsiri  öyrənilmişdir
.
  Muxtar  respublikasında    yayılan  Akonit
 
-  Aconitum  L.

Dəlibəng 
-  Datura  L.
,
  Batbat  –  Hyoscyamus  L.,
 
Mahmızçiçək  -  Delphinium  L., Ranunculus L.- Qaymaqçiçək 
bitkilərindən  götürülən  nektarda 
tanin,  uçucu  yağ,  erikolin,  terpen,  dihydroxycoumari,  akonarin  və 
arbutin  toksinləri  olduğundan  alkoloidlər  balın  tərkibinə  kecir
 
 
Aconitum  L.-  Akonit  cinsinin  Şimal  yarımkürənin  mülayim  zonalarında  yayılmış  60 
növündən  Qafqazda  6,  Azərbaycanda  3    və  o  cümlədən  Naxçıvan  MR-  də  isə  2  növünə  rast  gəlinir. 
Bu  cinsə  aid  olan  bütün  növlər  otlaqların  ən  zəhərli  bitkilərindəndir.  Onun  bütün  hissələri  yaş  və 
quru  ot  halında  zəhərlidir.  Akonitlərin  bütün  inkişaf  fazalarında  çoxlu  miqdarda  ən  zəhərli  hesab 
olunan  akonitin  tipli  alkaloidlər  vardır.  Heyvanların  bir  kiloqram  diri  çəkisinə  görə  onun  0,02  -  0,05 
mq  miqdarı  heyvanın,  3-4  mq  isə  insanın  ölməsi  üçün  kifayətdir.  Zəhərlənmə  zamanı  heyvanların 
əsəb  sistemi  və  ürəyin  fəaliyyəti  pozulur.  Bu  isə  ölümlə  nəticələnir.  Bundan  zəhərlənmiş  mal-
qaranın  ətini  də  yemək  təhlükəlidir.  Aconitium  confertiflorum  (DC)  Gayer  –  Sıxçiçək  akonit  və 
Aconitium  nasutum    Fisch.  ex  Reichenb  -  Burunlu  akonit  növləri  arılar  üçün  də  təhlükəli  hesab 
olunur,  çünki  arıların  akonitdən  hazırladığı  bal  zəhərlidir.  1926-ci  ildə  Çində  Bombus  arısı 
yuvasından  alınan  Acotinum  balının  insanları  öldürdüyü  tarixi  faktlarla  izah  olunmuşdur.  Balı  və 
çiçək  tozu  zəhərlidir.  Akonitdən  alınan  bal  diterpenoid  alkoloidləri  daşıyır, 
zonqorin  alkaloidinə  
oxşar
  zəhərli  tsiklik  birləşmə  əmələ  gətirir.  Bu isə  arının  özü  ücün  də təhlükəlidir.  (Şəkil  1.).
 
 
 
Delphinium  L.-  Mahmızçiçəyi.  Bu  cinsin  150  növü  Şimal  yarımkürəsinin  mülayim 
qurşağında  yayılmışdır.  Onlardan  Qafqazda  23,  Azərbaycanda  13    və  Naxçıvan  MR  ərazisində  isə 
12  növü  var  və  zəhərlidir.  Bunlar  10-70  sm  hündürlüyündə  çoxillik  bitkilərdir.  Çiçəkləri  göydür, 
çiçəkyanlığı  yarpaqcıqları  10-13  mm  uzunluğunda,  uzunsov-ellipsvari,  uzunsov-  neştərvari  və  ya 
tərsyumurtavaridir.  İyun-avqust  aylarında  çiçəkləyir  və  toxum  verir.  İlk  dəfə    Freyn 
mahmızçiçəyinin  (Delphinium  freynii  Conrath)  yerüstü  hissələrində  alkaloidlərin  olmasını  P.M. 
Abbbasov  və  N.M.  İsmayılov  (1955)  müəyyən  etmişlər.  Ə.M.  Quliyev  və  B.Ş.  Quliyevin 
“Azərbaycan  yaylaqlarının  zəhərli  və  zərərli  bitkiləri  və  onlarla  mübarizə  tədbirləri”  əsərində  D. 
araraticum  (N.Busch)  Grossh.  -  Arğıdağ  mahmızçiçəyi  zəhərli  bitki  kimi  göstərilmir  [1,  s.  149], 
lakin  araşdırmalar  nəticəsində  müəyyən  oldu  ki,  Naxçıvan  MR-də  subalp  çəmənliklərdə  bitən  bu 
növün  tərkibində  çiçəkləmə  dövründə  2,78%  alkaloid  olur  [2,  s.  148].  Naxçıvan  MR  florasında 
mahmızçiçəyinin  6  növü  çiçəkləmə  və  toxumlama  zamanı  bütün  orqanlarında,  xüsusilə  çiçək  və 
toxumunda  çoxlu  miqdarda  alkaloidlər  saxlayır.  Bitki  quruduqda  alkaloidlərin  miqdarı  xeyli  azalır
Delphinium  foetidum  Lomak.  -  Ağıriyli  mahmızçiçəyi  və  D.  szowitsianum  Boiss.  –  Soviç 
mahmızçiçəyinin  tərkibində,  hələ  də  dəqiq  öyrənilməyən  delfinin  alkaloidi  vardır.  Otlaqlarda  onlar 
çiçəkləmə  və  toxumlama  vaxtı  daha  zəhərli  olur,  mal-qaranın  ölümlə  nəticələnən  zəhərlənmələrinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə