- 96 -
Torpaqdan istifadə ilk növbədə onun meyillik şəraitindən asılıdır. Naxçıvan MR ərazisinin
hündürlüklər üzrə meyillik dərəcəsini və sahəsini H.Əliyev və Ə.Zeynalov rayonlar üzrə aşağıdakı
kimi aparmışlar.
Rayonlar üzrə torpaqların yerləşməsinin meyillik dərəcəsi(ha,faiz)(H.Əliyev və Ə.Zeynalova
görə) (4 səh.21)
Relyef şəraitindən asılı olaraq Naxçıvan MR ərazisində dağarası çökəkliklər geniş yayılmışdır. Bu
çökəkliklər quruluşuna torpaq-bitki örtüyünə və istifadə xüsusiyyətlərinə görə bir-birindən kəskin
fərqlənirlər.
Lizbirt çökəkliyi. Bu çökəklik Naxçıvançayın ən böyük qollarından biri olan Cəhriçayın
orta axınında, dəniz səviyyəsindən 1300-1500 m yüksəkliyə malik olan arid-denudasion relyef
sahəsində, tektonik sahədə yerləşir. Bu çökəklikdə təbaşir dövrünün gilli, qumdaşılı, karbonatlı
suxurları yayılmış və eroziya nəticəsində dağılmışdır. Çökəkliyin cənub yamaclarında isə bedlend
sahələr yayılıbdır.
Lizbirt çökəkliyi Cəhriçayın qolları Lizbirtçay, Kərməçataqçay, Çanıçay və quru dərələrlə
parçalanıbdır (1 səh. 121). Bu hissədə çaylar selli olduğundan çay yataqları sel materialları ilə
zəngindir. Xüsusən ərazidən keçən İydəliçay quru dərəsi belə materiallarla daha da zəngindir.
Çökəklikdə erozion-akkumulyativ və erozion terraslar geniş yayılmışdır. Gilli karbonatlı suxurlar
çay dərələrində dik yamacların yaranmasına şərait yaradır. 2013-cü ilin yay tədqiqatları zamanı
Payız kəndi ilə Lizbirt çay dərəsi arasında yeni sürüşmə prosesi qeyd edilmişdir.
Çökəklikdə karbonatlı qara və şabalıdı dağ torpaqları yayılıbdır. Bu torpaqlarda yovşan və gəvən
geniş yayılıbdır. Bunlarla yanaşı karvanqıran, kəklikotu, nanə, çaşır, dovşanalması, yemişan, pallas
murdarçası, çay yataqlarında yulğun, qızıl söyüd və s. kollara rast gəlinir. Yazda qırxyaşarlar
(efemerlər) inkişaf edir. İyun ayından isə yay otu, xüsusən taxılkimilər inkişafa başlayır.
Çökəkliyin əksəriyyət hissəsindən kəndətrafı örüş kimi, Lizbirt zonasından isə yay otlağı kimi
istifadə edilir. Çay ətrafı düzənliklərdən taxıl, tütün, üzüm əkinçiliyində istifadə edilir. Çökəklikdə
olan torpaqlar özəlləşdirilərək xüsusi mülkiyyətə verilmişdir. İqtisadi çətinliklərlə əlaqədar olaraq
vaxtilə taxılçılıqda istifadə edilən əkin sahələrindən otlaq kimi və yaxud da çoxillik əkmələr üçün
istifadə edilir.
Lizbirt, Kərməçataq və Buzqov kəndlərində qoz ağacları yaxşı inkişaf edir. Təbii şəraiti nəzərə
alaraq bunların sahəsini artırmaq daha sərfəlidir.
Bir şeyi qeyd etmək lazımdır ki, Lizbirt dərəsində olan qoz ağacları «müqəddəs» hesab edildiyindən
onlar qorunub saxlanılır. Lizbirt çökəkliyi su anbarı yaradılması üçün əlverişlidir. Cəhricayın,
Lizbirtcayın,İydəlicayın buradan keşməsi və Naxçıvan-Buzqov avtomobil yolunun buradan keçməsi
ərazidən istifadənin səmərəliliyini artırır. Əkinə yararlı torpaqlar istifadə edilmədiyindən otlaqlara
çevrilmişdir (4 səh.30).
Badamlı çökəkliyi. Bu çökəklik Dərələyəz silsiləsinin Buzqov - Nəhcir qolu ilə və Naxçıvançayın
sağ sahilindən başlanan dağ tirələri ilə əhatə olunubdur. Çökəklik Badamlıçay, Pirçay və quru
dərələrlə parçalanmışdır. Ərazidə IV dövrün alluvial, prolüvial çöküntüləri yayılıbdır. Çay
yataqlarında və subasarlarda iri sel çöküntüləri yayılıbdır. Çökəkliyə tez-tez Küküdağın «Səfərbəy
səngəri» adalanan hissəsindən və cənub yamaclarından sellər aşınma materialları gətirir. Ərazidə
yuyulmuş dağ-çəmən bozğır torpaqları yayılıbdır. Burada taxılçılıq, üzümçülük, meyvəçilik,
bağçılıq və s. inkişaf etdirilir.
Ordubad
101520
7999
---------
8,0
13600
----------
13,4
22655
----------
22,3
16621
----------
16,3
40845
----------
40,0
Nax.MR
üzrə
525176
178800
---------------
34,0
101662
-----------
19,3
91059
----------
17,3
72149
-----------
13,8
81506
------------
15,6
- 97 -
Çökəkliyin yamaclarında terraslaşdırma aparmaqla əlavə torpaq sahələri istehsal dairəsinə daxil
edilməklə əkinçilikdə ,bağçılıqda istifadə etmək olar.
Bu çökəklikdə 172 ha sulu torpaq sahəsi var ki, bu əkin sahəsini Badamlıçay 109 ha, Pir arxı 44 ha,
və Şada arxı 19 ha su ilə təmin edir.
Son illər baş verən quraqlıqlar bu zonada su probleminin yaranmasına səbəb olmuşdur. Hətta içməli
su tapılmır. Su problemi torpaq-bitki, heyvanlar aləminə təsir etdiyi kimi ərazidə əhalinin
miqrasiyasına da təsir etmişdir (4 səh. 31).
Türkeş çökəkliyi. Bu çökəklik Badamlı çökəkliyi ilə yanaşı yerləşir. Maili düzənliyi
xatırladır. Mütləq yüksəkliyi 1400 m, şərqdə isə 1100 metrdir. Ərazi allüvial -prolüvial
çöküntülərdən ibarətdir. Tez-tez gələn sellər ərazidə yeni çöküntü qatı yaradır. Parçalanma zəif
gedibdir.
Torpaqları açıq şabalıdı dağ torpaqlarıdır. Təbii bitki örtüyü içərisində yovşan, kəklikotu, nanə,
gəvən, karvanqıran, taxılkimilər üstünlük təşkil edir. Əsasən otlaq kimi istifadə edilir.
Tirkeş çökəkliyində Tirkeş və Sələsüz kəndləri yerləşir. Vaxtilə əkinçiliyə yararlı torpaqlardan
dəmyə əkinçilikdə istifadə edilirdi. Suvarma sisteminin yaradılması ərazini suvarma suyu ilə təmin
etdiyindən tütünçülük və meyvəçilik inkişaf etdirilmişdir. Sələsüz kəndinin 110 ha, Tirkeş kəndinin
isə 162 ha əkin sahəsi mövcuddur. «Vayxır dəryaçası» istifadəyə verildikdən sonra əkin sahələrinin
bir qisminin suya olan tələbatı təmin edilmişdir. Yeni qurğular yaradılarsa əkinə yararlı torpaq
sahəlrini artırmaq olar. Torpaq islahatı aparıldıqdan sonra yem bitkilərinin əkini sürətlənmişdir.
Çökəklikdə olan əkin sahələrinin tam istifadəsi üçün «quru arx» suvarma sistemi bərpa olunmalı və
yeni nasos stansiyaları yaradılmalıdır. Bu sistem bərpa edildikdən sonra 1200-1500 ha torpaq
sahəsinin su təminatı yaxşılaşmış olar (4 səh. 31).
Şahbuz çökəkliyi. Bu erozion-tektonik çökəklik 1200-1300 m mütləq yüksəklikdə yerləşir.
Çökəklik IV dövr çöküntüləri ilə örtülüdür. Yarğan və dərələrdə orta eosenin vulkanogen - çökmə
suxurları üzə çıxıbdır.
Çökəkliyin mərkəzindən Naxçıvançay keçir. Çayın sağ sahilində çay terrasları aydın görünür.
Onların hündürlüyü 6-10 metrə çatır. Daha hündür sahələrdə isə terras qalıqları nəzərə çarpır. Bu
terras qalıqları çay yatağından 30-40 m hündürlükdə yerləşir.
Çökəklik orta dərəcədə parçalanbdır. Ərazidə açıq şabalıdı torpaqlar yayılıbdır. Bitki örtüyü keçid
yovşanlı - friqanoidlərdən ibarət olub yovşan, müxtəlif növ gəvən, kəklikotu, taxılkimilər, qərənfil,
efirli bitkilər, südləyən, itburnu və s. yayılıbdır (1 səh. 119). Çökəklikdə əsasən üzümçülük, tütün,
taxıl, yem bitkiləri becərilir. Təsərrüfatlarda götürülən məhsula görə üzümçülük fərqlənir. Ona
görədə üzümçülüyün inkişaf etdirilməsi daha sərfəlidir.
Son illər Naxçıvançayın sağ sahilində terraslarda ərik bağları salınmışdır. Rayon bundan xeyli gəlir
əldə etmişdir. Ancaq torpaq islahatı keçirildiyi müddətdə bu bağlar diqqət mərkəzindən kənarda
qaldığından suvarılma aparılmamış və ağacların əksəriyyəti qurumuşdur. Bu ərik bağları bərpa
edilməli və təcrübədən istifadə edilərək yeniləri salınmalıdır.Burada yamaclarən əksəriyyətindən
bağçılıqda istifadə edilə bilər. Problem dağ yamaclarında suvarma suyunun olmamasıdır.
Şahbuz rayonunda olan 1613 ha suvarılan torpaq sahəsinin əksəriyyəti bu çökəklikdə yerləşir. Bu
çökəklikdə 12 ha tütün, 841 ha dənli bitkilər, 134 ha yem bitkisi, 179 ha çoxillik bitki əkini sahəsi
var (4 səh.32).
Gal çökəkliyi. Bu çökəkliyin təbii xüsusiyyətləri Şahbuz çökəkliyinin xüsusiyyətlərinə
oxşardır. Erozion-tektonik mənşəli bu çökəklik üçbuçaq formalı olub şimal-qərbdə ensiz, cənub-
şərqdə isə enlidir. İlanlı dağdan başlayıb şimal-şərqdə antiklinal tirə ilə, cənub və cənub-şərqdə isə
kuestlərlə sərhədlənir. Toğluca tirəsi (1200 m) Gal çökəkliyinin mərkəzində kümbəzvari formada
yüksəlir.
Paradaş çökəkliyi. Dəniz səviyyəsindən 1200-1400 m hündürlükdə yerləşən bu düzənlik
quru dərələrlə parçalanıbdır. Ərazidə açıq şabalıdı torpaqlar yayılıbdır. Su təminatı yaxşı
olduğundan əksəriyyət hissəsi şumlanıbdır.
Təbii bitkilərdən yovşan, taxılkimilər, efemer bitkilər, dəvə tikanı, sirkan, kəvər, qanqal və s.
yayılıbdır. Çay yataqlarında sel çöküntüləri üzərində dəvəqırana nadir hallarda isə yulğuna rast
gəlinir.
Dostları ilə paylaş: |