TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

- 96 - 
Torpaqdan  istifadə  ilk  növbədə  onun  meyillik  şəraitindən  asılıdır.  Naxçıvan  MR  ərazisinin 
hündürlüklər  üzrə  meyillik  dərəcəsini  və  sahəsini  H.Əliyev  və  Ə.Zeynalov  rayonlar  üzrə  aşağıdakı 
kimi  aparmışlar.   
 
Rayonlar  üzrə  torpaqların  yerləşməsinin  meyillik  dərəcəsi(ha,faiz)(H.Əliyev  və  Ə.Zeynalova 
görə)  (4 səh.21) 
 
 
Relyef  şəraitindən  asılı  olaraq  Naxçıvan  MR  ərazisində  dağarası  çökəkliklər  geniş  yayılmışdır.  Bu 
çökəkliklər  quruluşuna  torpaq-bitki  örtüyünə  və  istifadə  xüsusiyyətlərinə    görə  bir-birindən  kəskin 
fərqlənirlər.   
Lizbirt  çökəkliyi.  Bu  çökəklik  Naxçıvançayın  ən  böyük  qollarından  biri  olan  Cəhriçayın 
orta  axınında,  dəniz  səviyyəsindən  1300-1500  m  yüksəkliyə  malik  olan  arid-denudasion  relyef 
sahəsində,  tektonik  sahədə  yerləşir.  Bu  çökəklikdə  təbaşir  dövrünün  gilli,  qumdaşılı,  karbonatlı 
suxurları  yayılmış  və  eroziya  nəticəsində  dağılmışdır.  Çökəkliyin  cənub  yamaclarında  isə  bedlend 
sahələr  yayılıbdır.   
Lizbirt  çökəkliyi  Cəhriçayın  qolları  Lizbirtçay,  Kərməçataqçay,  Çanıçay  və  quru  dərələrlə 
parçalanıbdır  (1  səh.  121).    Bu  hissədə  çaylar  selli  olduğundan  çay  yataqları  sel  materialları  ilə 
zəngindir.  Xüsusən  ərazidən  keçən İydəliçay  quru  dərəsi  belə  materiallarla  daha da zəngindir. 
Çökəklikdə  erozion-akkumulyativ  və  erozion  terraslar  geniş  yayılmışdır.  Gilli  karbonatlı  suxurlar 
çay  dərələrində  dik  yamacların  yaranmasına  şərait  yaradır.  2013-cü  ilin  yay  tədqiqatları  zamanı 
Payız  kəndi  ilə  Lizbirt  çay dərəsi  arasında  yeni  sürüşmə  prosesi  qeyd edilmişdir. 
Çökəklikdə  karbonatlı  qara  və  şabalıdı  dağ  torpaqları  yayılıbdır.  Bu  torpaqlarda  yovşan  və  gəvən 
geniş  yayılıbdır.  Bunlarla  yanaşı  karvanqıran,  kəklikotu,  nanə,  çaşır,  dovşanalması,  yemişan,  pallas 
murdarçası,  çay  yataqlarında  yulğun,  qızıl  söyüd  və  s.    kollara  rast  gəlinir.  Yazda  qırxyaşarlar 
(efemerlər)  inkişaf  edir. İyun  ayından  isə  yay  otu,  xüsusən  taxılkimilər  inkişafa  başlayır.   
Çökəkliyin  əksəriyyət  hissəsindən  kəndətrafı  örüş  kimi,  Lizbirt  zonasından  isə  yay  otlağı  kimi 
istifadə  edilir.  Çay  ətrafı  düzənliklərdən  taxıl,  tütün,  üzüm  əkinçiliyində  istifadə  edilir.  Çökəklikdə 
olan  torpaqlar  özəlləşdirilərək  xüsusi  mülkiyyətə  verilmişdir.  İqtisadi  çətinliklərlə  əlaqədar  olaraq 
vaxtilə  taxılçılıqda  istifadə  edilən  əkin  sahələrindən  otlaq  kimi  və  yaxud  da  çoxillik  əkmələr  üçün 
istifadə  edilir. 
Lizbirt,  Kərməçataq  və  Buzqov  kəndlərində  qoz  ağacları  yaxşı  inkişaf  edir.  Təbii  şəraiti  nəzərə 
alaraq  bunların  sahəsini  artırmaq  daha sərfəlidir. 
Bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  Lizbirt  dərəsində  olan  qoz  ağacları  «müqəddəs»  hesab  edildiyindən 
onlar  qorunub  saxlanılır.  Lizbirt  çökəkliyi  su  anbarı  yaradılması  üçün  əlverişlidir.  Cəhricayın, 
Lizbirtcayın,İydəlicayın  buradan  keşməsi  və  Naxçıvan-Buzqov  avtomobil  yolunun  buradan  keçməsi 
ərazidən  istifadənin  səmərəliliyini  artırır.  Əkinə  yararlı  torpaqlar  istifadə  edilmədiyindən  otlaqlara 
çevrilmişdir  (4 səh.30).  
Badamlı  çökəkliyi.    Bu  çökəklik  Dərələyəz  silsiləsinin  Buzqov  -  Nəhcir  qolu  ilə  və  Naxçıvançayın 
sağ  sahilindən  başlanan  dağ  tirələri  ilə  əhatə  olunubdur.  Çökəklik  Badamlıçay,  Pirçay  və  quru 
dərələrlə  parçalanmışdır.  Ərazidə  IV  dövrün  alluvial,  prolüvial  çöküntüləri  yayılıbdır.    Çay 
yataqlarında  və  subasarlarda  iri  sel  çöküntüləri  yayılıbdır.  Çökəkliyə  tez-tez  Küküdağın  «Səfərbəy 
səngəri»  adalanan  hissəsindən  və  cənub  yamaclarından  sellər  aşınma  materialları  gətirir.  Ərazidə 
yuyulmuş  dağ-çəmən  bozğır  torpaqları  yayılıbdır.  Burada  taxılçılıq,  üzümçülük,  meyvəçilik, 
bağçılıq  və s. inkişaf  etdirilir. 
Ordubad 
101520 
7999 
--------- 
8,0 
13600 
---------- 
13,4 
22655 
---------- 
22,3 
16621 
---------- 
16,3 
40845 
---------- 
40,0 
Nax.MR   
üzrə 
525176 
178800 
--------------- 
34,0 
101662 
----------- 
19,3 
91059 
---------- 
17,3 
72149 
----------- 
13,8 
81506 
------------ 
15,6 


- 97 - 
Çökəkliyin  yamaclarında  terraslaşdırma  aparmaqla  əlavə  torpaq  sahələri  istehsal  dairəsinə  daxil 
edilməklə  əkinçilikdə  ,bağçılıqda  istifadə  etmək  olar.   
Bu  çökəklikdə  172  ha  sulu  torpaq  sahəsi  var  ki,  bu  əkin  sahəsini  Badamlıçay  109  ha,  Pir  arxı  44  ha, 
və Şada arxı  19 ha su ilə  təmin  edir. 
Son  illər  baş  verən  quraqlıqlar  bu  zonada  su  probleminin  yaranmasına  səbəb  olmuşdur.  Hətta  içməli 
su  tapılmır.  Su  problemi  torpaq-bitki,  heyvanlar  aləminə  təsir  etdiyi  kimi  ərazidə  əhalinin 
miqrasiyasına  da təsir  etmişdir  (4 səh.  31).  
Türkeş  çökəkliyi.  Bu  çökəklik  Badamlı  çökəkliyi  ilə  yanaşı  yerləşir.  Maili  düzənliyi 
xatırladır.  Mütləq  yüksəkliyi  1400  m,    şərqdə  isə  1100  metrdir.    Ərazi  allüvial  -prolüvial 
çöküntülərdən  ibarətdir.  Tez-tez  gələn  sellər  ərazidə  yeni  çöküntü  qatı  yaradır.  Parçalanma  zəif 
gedibdir. 
Torpaqları  açıq  şabalıdı  dağ  torpaqlarıdır.  Təbii  bitki  örtüyü  içərisində  yovşan,  kəklikotu,    nanə,  
gəvən,   karvanqıran,  taxılkimilər  üstünlük  təşkil  edir.  Əsasən otlaq  kimi  istifadə  edilir. 
Tirkeş  çökəkliyində  Tirkeş  və  Sələsüz  kəndləri  yerləşir.  Vaxtilə  əkinçiliyə  yararlı  torpaqlardan  
dəmyə  əkinçilikdə  istifadə  edilirdi.  Suvarma  sisteminin  yaradılması  ərazini  suvarma  suyu  ilə  təmin 
etdiyindən  tütünçülük  və  meyvəçilik  inkişaf  etdirilmişdir.  Sələsüz  kəndinin  110  ha,  Tirkeş  kəndinin 
isə  162  ha  əkin  sahəsi  mövcuddur.  «Vayxır  dəryaçası»  istifadəyə  verildikdən  sonra  əkin  sahələrinin 
bir  qisminin  suya  olan  tələbatı  təmin  edilmişdir.  Yeni  qurğular  yaradılarsa  əkinə  yararlı  torpaq 
sahəlrini  artırmaq  olar.  Torpaq  islahatı  aparıldıqdan  sonra  yem  bitkilərinin  əkini  sürətlənmişdir. 
Çökəklikdə  olan  əkin  sahələrinin  tam  istifadəsi  üçün  «quru  arx»  suvarma    sistemi  bərpa  olunmalı  və 
yeni  nasos  stansiyaları  yaradılmalıdır.  Bu  sistem  bərpa  edildikdən  sonra  1200-1500  ha  torpaq 
sahəsinin  su təminatı  yaxşılaşmış  olar  (4 səh.  31). 
  
Şahbuz  çökəkliyi.  Bu  erozion-tektonik  çökəklik  1200-1300  m  mütləq  yüksəklikdə  yerləşir. 
Çökəklik  IV  dövr  çöküntüləri  ilə  örtülüdür.  Yarğan  və  dərələrdə  orta  eosenin  vulkanogen  -  çökmə 
suxurları  üzə  çıxıbdır.   
Çökəkliyin  mərkəzindən  Naxçıvançay  keçir.  Çayın  sağ  sahilində  çay  terrasları  aydın  görünür. 
Onların  hündürlüyü    6-10  metrə  çatır.  Daha  hündür  sahələrdə  isə  terras  qalıqları  nəzərə  çarpır.    Bu 
terras  qalıqları  çay yatağından  30-40 m hündürlükdə  yerləşir.   
Çökəklik  orta  dərəcədə  parçalanbdır.  Ərazidə  açıq  şabalıdı  torpaqlar  yayılıbdır.  Bitki  örtüyü  keçid 
yovşanlı  -  friqanoidlərdən  ibarət  olub  yovşan,  müxtəlif  növ  gəvən,  kəklikotu,  taxılkimilər,  qərənfil, 
efirli  bitkilər,  südləyən,  itburnu  və  s.  yayılıbdır  (1  səh.  119).  Çökəklikdə  əsasən  üzümçülük,  tütün, 
taxıl,  yem  bitkiləri  becərilir.  Təsərrüfatlarda  götürülən  məhsula  görə  üzümçülük  fərqlənir.  Ona 
görədə  üzümçülüyün  inkişaf  etdirilməsi  daha sərfəlidir. 
Son  illər  Naxçıvançayın  sağ  sahilində  terraslarda  ərik  bağları  salınmışdır.  Rayon  bundan  xeyli  gəlir 
əldə  etmişdir.  Ancaq  torpaq  islahatı  keçirildiyi  müddətdə  bu  bağlar  diqqət  mərkəzindən  kənarda 
qaldığından  suvarılma  aparılmamış  və  ağacların  əksəriyyəti  qurumuşdur.  Bu  ərik  bağları  bərpa 
edilməli  və  təcrübədən  istifadə  edilərək  yeniləri  salınmalıdır.Burada  yamaclarən  əksəriyyətindən 
bağçılıqda  istifadə  edilə  bilər.  Problem  dağ  yamaclarında  suvarma  suyunun  olmamasıdır.   
Şahbuz  rayonunda  olan  1613  ha  suvarılan  torpaq  sahəsinin  əksəriyyəti  bu  çökəklikdə  yerləşir.    Bu 
çökəklikdə  12  ha  tütün,  841  ha  dənli  bitkilər,  134  ha  yem  bitkisi,  179  ha  çoxillik  bitki  əkini  sahəsi 
var (4 səh.32).  
Gal  çökəkliyi.  Bu  çökəkliyin  təbii  xüsusiyyətləri  Şahbuz  çökəkliyinin  xüsusiyyətlərinə 
oxşardır.  Erozion-tektonik  mənşəli  bu  çökəklik  üçbuçaq  formalı  olub  şimal-qərbdə  ensiz,  cənub-
şərqdə  isə  enlidir.  İlanlı  dağdan  başlayıb  şimal-şərqdə  antiklinal  tirə  ilə,  cənub  və  cənub-şərqdə  isə 
kuestlərlə  sərhədlənir.  Toğluca  tirəsi  (1200  m)  Gal  çökəkliyinin  mərkəzində  kümbəzvari  formada 
yüksəlir.   
Paradaş  çökəkliyi.  Dəniz  səviyyəsindən  1200-1400  m  hündürlükdə  yerləşən  bu  düzənlik 
quru  dərələrlə  parçalanıbdır.  Ərazidə  açıq  şabalıdı  torpaqlar  yayılıbdır.  Su  təminatı  yaxşı 
olduğundan  əksəriyyət  hissəsi  şumlanıbdır.   
Təbii  bitkilərdən  yovşan,  taxılkimilər,  efemer  bitkilər,  dəvə    tikanı,  sirkan,  kəvər,  qanqal  və  s. 
yayılıbdır.  Çay  yataqlarında  sel  çöküntüləri  üzərində  dəvəqırana  nadir  hallarda  isə  yulğuna  rast 
gəlinir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə