Təbliği Respublikanın kütləvi və ixtisas


M.F.Axundzadə irsinin kitabxanalarda təbliği



Yüklə 465,7 Kb.
səhifə4/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   2   3   4   5   6   7   8   9   ...   16

M.F.Axundzadə irsinin kitabxanalarda təbliği

2012-ci  ildə görkəmli  ictimai-xadim  və maarifçi  Mirzə

Fətəli  Axundzadənin  anadan  olmasının  200  illiyi  tamam  olur.

Öz  çoxcəhətli  yaradıcılığı  ilə dünya  yazıçı  və mütəfəkkirləri

sırasına  mənsub  olan  Mirzə Fətəli Axundzadə, əsərlərində

dövrün  ictimai  qayda-qanunlarına,  zülm  və özbaşınalığa,

ədalətsizlik  və qanunsuzluğa,  nadanlığa  qarşı  çıxmış,  doğma

xalqının  və ümumən  Şərq  xalqlarının  milli  intibahı,  iqtisadi-

mədəni  tərəqqisi,  zəhmətkeş  kütlələrin  azad  və xoşbəxt  həyatı

uğrunda fəal mübarizə aparmışdır. Yaradıcılığı ilə Azərbaycan

mədəniyyətinin 

inkişafı 

tarixində

parlaq 


səhifə

açan


M.F.Axundzadənin  zəngin ədəbi  irsini  dövlətimiz  hər  zaman

yüksək qiymətləndirmişdir.

Bildiyimiz kimi, M.F.Axundzadənin həyat və yaradıcılıq

tarixi  müxtəlif  illərdə qeyd  edilmişdir. Sevindirici  haldır  ki,

yazıçının  200  illik  yubileyinin  dövlət  səviyyəsində qeyd

edilməsi  diqqətdən  kənar  qalmamışdır.  Belə ki,  yazıçının  200

illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublika-

sının  Prezidenti  İlham Əliyev  13  aprel  2011-ci il  tarixində

Sərəncam  imzalamışdır. Bu əlamətdar  günlə bağlı olaraq

kitabxanaların  da  üzərinə böyük  vəzifələr  düşür. Sərəncama

əsasən kitabxanalar xidmət  etdiyi ərazidə ziyalı  təbəqəsini  də

cəlb  etməklə Mirzə Fətəli  Axundzadənin  200  illik  yubileyinə

həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər.

M.F.Axundzadəni öyrəndikcə,  bildikcə onun əzəmətinə

və qüdrətinə heyran  qalmamaq mümkün  deyil. Ruhani

təhsildən,  sxolastik  elmlərdən  və təkcə bir  il  rus  məktəbindən

başqa  heç  bir  sistemli  təhsil  almayan  bir insan,  öz  istedadına,

xarakterinə və səyinə güvənərək  mühitin  və zamanın əlverişli

cəhətlərindən  düzgün  istifadə edərək mədəniyyətin  yüksək

səviyyəsinə qalxmışdır.  O,  yalnız  öz  xalqının  deyil,  bütün

müsəlman xalqlarının nicatı üçün yol axtaran, bütün bəşəriyyəti

düşünən  bir  sənətkar,  mütəfəkkir  və xadim  kimi  tanınmışdır.




M.F.Axundzadənin ədəbi  irsini layiqincə təbliğ  etmək hər

kitabxanaçının da vəzifəsidir. Yubileylə əlaqədar tərtib edilmiş

tədbirlər  planına əsasən kitabxanalar kütləvi  tədbirlərin  müx-

təlif formalarından istifadə etməlidirlər. Kitabxananın saytında

“M.F.Axundzadə

irsi”  adlı

məlumat  bazası  yaratmaq,

kitabxanada onun həyat və yaradıcılığına dair elmi, ədəbi-bədii

gecələr, oxucu konfransları, söhbətlər, məruzələr, tematik gecə-

lər, əsərlərindən səhnəciklər, həyat və yaradıcılığına, əsərlərinə

aid  rəsm  müsabiqələri,  yazıçı  və şairlərlə, Axundzadənin

tədqiqatçıları ilə görüşlər və s. kütləvi tədbirlər keçirmək olar.

Müasir  cəmiyyətdə elm  və texnikanın  sürətlə inkişaf

etməsi,  yeni  texniki  vasitələrin  yaradılması onun  bütün

fəaliyyət  sahələrinə tətbiqini  tələb  edir.  Bu  baxımdan  müasir

kitabxanalar  da  informasiya  texnologiyaları  olmadan  lazımi

səviyyədə inkişaf  edə bilməz.  Kitabxanalara  yeni  informasiya

texnologiyalarının tətbiqi onların qarşısında çox geniş imkanlar

açır,  fondun  mühafizə edilməsi  və xidmət  işində oxucuların

tələbatlarının  ödənilməsində yaranan  problemləri  asanlaşdır-

mağa,  oxuculara  yeni  üsullarla  xidmət  etməyə imkan  verir.

Yeni  texnologiyaların  tətbiqi  ilə əlaqədar  kitabxanalar  oxucu-

lara  yeni  online  xidmət  növünü  təklif  edirlər  ki,  İnternet  bu

xidmət  növünün  həyata  keçirilməsində əvəzsiz  vasitədir.

İnternet  həm  də kitabxanaların  yeni  informasiya  resursları  ilə

zənginləşməsini təmin edir, onların informasiya ehtiyatlarından

məlumat  bazalarından  ölkədən  kənarda  da  istifadə



olunmasına  şərait  yaradır. Əgər  kitabxananın İnternetə çıxışı

varsa  onda  kitabxananın  saytında  “M.F.Axundzadə irsi”  adlı

məlumat  bazası  yaratmaq  olar. Bu  kitabxanaların  işini  təbliğ

edər,  oxucuları  maraqlandırar  və onların sayını  artırar.

M.F.Axundzadənin  yubileyi  ilə əlaqədar  tədbir  keçirmək

istəyirsinizsə tədbirə 10  gün  qalmış  kitabxananın  saytında  bu

barədə məlumat vermək lazımdır. Məlumatda tədbirin keçirilə-

cəyi yer, vaxt, iştirak edəcək qonaqlar haqqında məlumat geniş

şəkildə işıqlandırılmalıdır.  Kitabxananın  saytından  istifadə



edən hər bir oxucu bu məlumatla tanış olacaq və tədbirdə işti-

rak etmək istəyənlərin sayı artacaq.

Tədbirə hazırlıq dövründə Axundzadənin həyat və fəaliy-

yətini əks  etdirən  kitabxananın  fondunda  olan ədəbiyyata  uy-

ğun məlumat bazaları yaratmaq olar. Bu bazalar Axundzadənin

yaradıcılığı ilə maraqlanan oxuculara, ziyalılara və mütəxəssis-

lərə yaxından köməklik edə bilər.

Yaradılmış  məlumat  bazası  istifadəçinin  informasiyaya

olan tələbatını ödəyə bilən dəyərli mənbə olmalıdır.

Nümunə üçün “M.F.Axundzadə irsi” adlı  elektron

məlumat bazasının sxemini veririk:

- Bioqrafiya, xronologiya;

- Haqqında rəsmi sənədlər;

- M.F.Axundzadənin seçilmiş fikirləri;

- Xatirəsinin əbədiləşdirilməsi;

- Adını daşıyan Azərbaycan Milli Kitabxanası;

- Adına təsis edilmiş mükafatlar;

- Adını daşıyan bağ, müxtəlif mədəniyyət müəssisələrin-

də muzeylərdə, parklarda heykəlləri.

Kitabları

əski əlifba

kiril qrafikası ilə

latın qrafikası ilə

digər dillərdə (alman, fransız, ingilis, rus, fars)

Məqalələri

Haqqında

Kitablar;

Məqalələr;

Seçilmiş fikirlər.



Biblioqrafiya

- biblioqrafik vəsaitlər;




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə