Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə7/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   2   3   4   5   6   7   8   9   10   ...   16

əsərlərinə çəkiləcək ən  yaxşı  illüstrasiyalar,  hazırlanacaq  ma-

ketlər üçün müsabiqə elan edilə bilər.

Axundzadənin həyat  və yaradıcılığına  aid  tərtib  edilmiş

maraqlı ədəbi viktorinanın da ssenariyə əlavə edilməsi məqsə-

dəuyğun  olardı.  Gecələrin  keçirilməsində proyektorlardan,  de-

korasiya,  aktyor  geyimləri,  audiovizual  materiallardan  məha-

rətlə istifadə etmək olar.

M.F.Axundzadə öz  dövrünün  ictimai  fikrinə güclü  bir

təsir  göstərmək,  müasir  tələblər  səviyyəsinə qalxaraq  örnək

olmaq, təsir və təlqin etmək qüdrətinə malik olmuşdur.

Öz  xalqının  gücünə,  müdrikliyinə inanan  və ona  bel

bağlayan M.F.Axundzadə “mənim  səpdiyim  toxum  qabil  bir

torpağa  səpilmişdir  və mən  xalqımın  xoşbəxt  gələcəyinə

xatircəməm”  demişdir.  Lakin  bu  xoşbəxt  gələcəyi  gözləməklə

deyil,  tarixin  gərdişi-dövranına  güclü  təsir  göstərməklə

sürətləndirmək üçün bir sıra ictimai, iqtisadi, siyasi problemlər

irəli  sürmüş  və qadın  məsələsini  bu  ümumi  problemlərlə üzvi

surətdə bağlamışdır.

Həmin  dövrdə realist  sənətkarı  düşündürən ən  zəruri

məsələlərdən biri də qadın azadlığı olmuşdur. M.F.Axundzadə

Şərq qadınının dözülməz vəziyyətini, ona edilən zülm və sitəmi

hamıdan  yaxşı  görür,  onların  acınacaqlı  halını  hiss  edirdi.

M.F.Axundzadənin əsərlərində köhnə ailə-məişət  tərzlərinə

qarşı mübarizə çox mühüm yer tutur. İslam dini ilə rəsmiləşən,

şəriət  qanunları  ilə möhkəmlənən  çoxarvadlılığa,  qadın  ləya-

qətini  təhqir  edən  dini  nikah  rüsumlarına,  azyaşlı  qızların ərə

verilməsi hallarına qarşı qəti üsyan edən M.F.Axundzadə xalqa

müraciətlə deyirdi:  “Ay  caamat,  qadın  tayfası  haqqında  zülm-

cəfanı layiq görməyin”.

Qadın  talesizliyinin  təcəssümü  olan çadraya  qarşı  mü-

barizə M.F.Axundzadənin diqqət mərkəzində duran məsələlər-

dən biri olmuşdur.

Şərq  qadınlarının  insani  hüquqlarının  vəhşicəsinə tapda-

landığı  bir  dövrdə M.F.Axundzadə öz  komediyalarında  Azər-




baycan qadınlarının  obrazını  yaradır.  İslamın  şəriətinə görə

bütün insani hüquqlardan məhrum olan qadını M.F.Axundzadə

səhnəyə çıxardır,  danışdırır,  güldürür,  düşündürür, kişilərlə

mübahisəyə qaldırır...  bir  sözlə o, yeniliyin  ilk  carçılarının

obrazını  yaradır,  onları  müasir  həyatın  eybəcərliklərinə qarşı

qoyur  və beləliklə, köhnəliklə yeniliyin  nümayəndələrini

üzləşdirir,  yeni  qüvvələrə rəğbət  bəsləyir,  onun  haqlı,  vaxtı

çatmış mübarizəsini alqışlayırdı.

Komediyalarındakı Tükəz,  Sona, Səkinə,  Pəri,  Zeynəb,

Nisa və Şölə obrazlarında Azərbaycan qadınlarının həyatı, ailə

məişət geriliyi, fanatizmi ifşa edilməklə yanaşı, təbiətin qadına

bəxş  etdiyi  dərin  zəka bədii  boyalarla,  real  cizgilərlə və

səciyəvi xarakterlərlə verilmişdir.

Yuxarıda  göstərilənləri  nəzərə

alaraq

kitabxanada



“M.F.Axundzadə və qadın  azadlığı” “Azərbaycan ədəbiyyatı

tarixinin  inkişafında  Axundzadənin rolu”,  “Azərbaycan

teatrının  banisi” və s. adlarda məruzə keçirmək  olar.

Məruzədə (məruzənin  adına  uyğun) Axundzadənin dövrü,

ictimai  mühiti,  ictimai  fəaliyyəti  (yeni əlifba, ədəbi-tənqidi

fikirləri) ədəbi dilin inkişafındakı rolu, realist dramaturgiyanın

xüsusiyyətləri, komediyalarında Şərq qadınının  dözülməz

vəziyyəti,  ona  edilən  zülm  və sitəmi, tənqid  və satirasının

xarakteri,

əsərlərinin  təhlili  yolu  ilə

izah  edilməlidir.

Axundzadənin realizmi,  dramaturgiya  və nəsr  sahəsindəki

yenilikləri,  dil  və ifadə xüsusiyyətləri  və ədəbi  dilin  inkişafın-

dakı  rolu  göstərilməlidir. Onun Azərbaycan mədəniyyətinin

inkişafında, inqilabi  ideyaların,  qabaqcıl  fikirlərin  təbliğində

oynadığı  böyük  rol  və özündən  sonra  gələn  dramaturqlar

nəslinin yetişməsində göstərdiyi ədəbi təsir izah edilməlidir.

M.F.Axundzadə nəinki  böyük  yazıçı,  dahi  mütəfəkkir-

filosof,  habelə dövrünün  görkəmli təbiətşünas  alimi  idi.  O,

fəlsəfə ilə yanaşı,  təbiət  elmlərini  də öyrənmiş,  özünün  mate-

rialist  baxışlarını əsaslandırmaq  üçün  onların  nailiyyətlərindən

geniş istifadə etmişdir.




M.F.Axundzadə XIX əsr  təbiətşünaslığının  nəzəri,  ümu-

miləşdirici  xarakterini mənimsəyə bilməsə də onun  nailiyyət-

ləri  ilə əsaslı  surətdə tanış  idi. Böyük  materialist  filosofumuz

qarşısına  qoyduğu  nəcib  məqsədləri  həyata  keçirməkdə bütün

həqiqi  vasitələrdən,  o  cümlədən  təbiiyyat  elmlərindən  istifadə

etmişdir.

Bir  sənətkar  və

mütəfəkkir  olmaq  etibarilə

M.F.Axundzadə müəyyən bir məktəb yaratmış, Azərbaycan və

Yaxın Şərq ictimai  fikrində materializm  və realizmə geniş  bir

yol açmış, yeni nəslin tərbiyəsində silinməz bir iz buraxmışdır.

Axundzadənin  həm  təbiətşünas,  həm  bir  filosof, həm

maarifçi və ictimai  xadim  kimi  fəaliyyətini nəzərə alaraq

kitabxanada “M.F.Axundzadəni necə görürsən?” adlı  rəsm

müsabiqəsi təşkil etmək olar. Belə rəsm müsabiqələri uşaqların

Axundzadə haqqında  biliklərinin  artmasına  imkan  yaradır.  Bu

əsərlərdə formalaşan  kiçik  təsəvvürlər  gələcək  üçün  böyük

təməl  yaradır  və cəmiyyətin  mühüm  bir  zümrəsi  olan  gənc

nəsildə Axundzadənin həyat  və fəaliyyəti  haqqında biliklərin

formalaşmasına xidmət edir.

Sonda  müsabiqədə qalib  gələn  rəsm əsərləri  və balaca

rəssamlar  mükafatlandırılmalıdır.  Münsiflər  heyəti  tərəfindən

həmçinin çəkilən rəsmlərin qaliblərinə diplomlar təqdim etmək

olar.


M.F.Axundzadə Şərqdə xalq  maarifinin  böyük  carçısı,

elm  və mədəniyyətin əsl aşiqi  olmuşdur.  O,  elmə və xəlqiliyə

əsaslanan  təhsil  prinsipini  dar,  məhdud  sxolastik  dini  təhsilə

qarşı  qoymuş, beləliklə də təlim-tərbiyəyə yeni  məna  və

məzmun  gətirmişdir.  M.F.Axundzadə cəmiyyətin  bütün  üzvü-

lərinə - qadına,  kişiyə fərq  qoyulmadan  təhsil  və tərbiyə ver-

məyin  böyük  bəşəri əhəmiyyətə malik  olduğunu  dönə-dönə

qeyd  etmişdir. 1875-ci  ildə öz  dostu  Həsən bəy  Zərdabiyə

yazdığı  məktubunda  demişdir:  “Biz  çalışmalıyıq ki,  dağdakı

çobanlardan  tutmuş hamının  savadı  olsun.  Bizim  qadınlarımız

qızlarımız da oxumağı, yazmağı bacarsınlar”. Elmə, təhsilə bu

qədər 


dəyər 

verən 


maarifçi 

haqqında 

kitabxanada



Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə