TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
1   2   3   4   5   6   7   8   9

 

 

2013 

 



 



spredlər  genişlənməyə  başlamışdır.  İEÖ-də 

faizlərin yüksəlməsi daxili tələbin zəif qalması 

fonunda  İnkişaf  Etməkdə  Olan  Ölkələrə 

(İEOÖ)  kapital axınlarının artmasına, nəticədə 

həmin 

ölkələrdə 



məzənnə 

təzyiqlərinin 

yaranmasına  səbəb olmuşdur.  

Əmtəə  bazarları.  Qlobal  tələbin  zəif  olması 

və 


iqtisadi 

artımın 


qeyri-müəyyənliyi 

səbəbindən  dünya  bazarında  əmtəə  qiymətləri 

aşağı  düşmüşdür.  Təkcə  iyun  ayında  qeyri-

enerji  əmtəələri  1.9%  ucuzlaşmışdır.  Ötən  ilə 

nəzərən  ucuzlaşma  isə  4%  təşkil  etmişdir. 

Bunun  əsas  mənbəyi  Çində  tələbin  azalması 

nəticəsində  əlvan  metallarda  baş  verən  qiymət 

enmələridir.  



İnflyasiya.  İlin  əvvəlində  müşahidə  olunan 

deflyasiya  proseslərindən  sonra  may  ayında 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 

ölkələrində 

inflyasiya 

1.5%-ə 


çatmışdır 

(apreldə  1.3%).  İEOÖ-də  isə  qarışıq  meyillər 

müşahidə  olunur.  Belə  ki,  Türkiyə,  Rusiya  və 

Hindistanda  inflyasiya  sürətlənmiş,  Çin,  CAR 

və İndoneziyada zəifləmişdir. 

BVF  ilin  sonunadək  İEÖ-də  inflyasiyanın 

1.9%-ə  çatacağını,  İEOÖ-də  isə  zəifləməkdə 

davam edəcəyini proqnozlaşdırır.    



Siyasət  qərarları.  Əsas  İEÖ  dəstəkləyici 

makroiqtisadi 

siyasət 

kursunu 


davam 

etdirmişdir.  Bu  siyasət  ortamüddətli  dövrdə 

borc dayanıqlığının təmin olunması ilə  yanaşı, 

kredit  kanalının  və  müəssisələrin  mühasibat 

balansının  yaxşılaşdırılmasına  yönəlmişdir. 

Əksər 


İEOÖ 

zəif 


iqtisadi 

aktivliyin 

dəstəklənməsi  və  kapital  axınlarının  qarşısının 

alınması 

kimi 

makroiqtisadi 



dilemma 

qarşısında 

qalmışdır. 

Bu 


dilemma 

makroprudensial 

siyasətin 

və 


struktur 

islahatlarının rolunu artırmışdır.  

2013-cü  ilin  ikinci  rübü  ərzində  49  mərkəzi 

bank  pul  siyasətində  dəyişiklik  qərarları  qəbul 

etmişdir.  42  ölkə  əsas  faiz  dərəcələrini 

(Avrozona ölkələri, İsrail, C.Koreya, Moldova, 

Belarus,  Serbiya,  Vyetnam  və  s.)  azaltmış,  7 

ölkə (Braziliya, Tunis, Bolqarıstan, İndoneziya 

və s.) isə artırmışdır.  

Vergi  siyasəti  isə  vergiqoymanın  istehsaldan 

istehlaka 

keçirilməsinə 

istiqamətlənmişdir. 

Belə  ki,  II  rübdə  bir  çox  ölkələr  (Sloveniya, 

Monteneqro,  İsrail  və  s.)  ƏDV-ni  artırmış, 

mənfəət  vergisi  dərəcəsini  isə  azaltmışlar 

(Norveç, Avstraliya, Finlandiya və s.). 

Qlobal  gözləntilər.  2013-cü  il  üçün  BVF 

B.Britaniya,  Kanada  və  Yaponiya  istisna 

olunmaqla  bütün  aparıcı  ölkələr  üzrə  iqtisadi 

artım  proqnozlarını  azaltmışdır.  2013-cü  ildə 

qlobal  iqtisadi  artım  tempinin  3.1%  olacağı 

gözlənilir. BVF ilə yanaşı İƏİT-in qlobal artım 

proqnozları da bədbindir. 

Təklifin  yüksək  olması  əmtəə  bazarlarında 

ucuzlaşmaya səbəb ola bilər. Belə ki, il ərzində 

neftin  4.7%,  qeyri-neft  əmtəələrin  1.8% 

ucuzlaşması gözlənilir.  

 

1.2.

 

Şaxələnməyə yeni metodoloji yanaşma 

Giriş.

 

İxracda  şaxələnməni  ölçmək  üçün 



ənənəvi  olaraq  Herfindahl,  Herfindahl-

Hirschman 

və 


Brown 

dekompozisiya 

indekslərindən  istifadə  olunur.  Lakin,  bu 

indekslər  şaxələnmə  anlayışını  müəyyən 

mənada təhrif edir. Belə ki, bu indekslərə görə 

ixracda  ideal  şaxələnmə  vəziyyəti  bütün 




 

 

2013 

 



 



əmtəələrin eyni həcmdə olması qəbul edilir ki, 

bu da mümkün deyil.  

Məsələn, dünyada 6-rəqəmli Harmonikləşdiril-

miş  Sistem  əsasında  xarici  ticarət  mallarının 

sayı  6000-ə  yaxındır.  Bunlardan  10  ən 

irihəcmli  məhsul  birlikdə  dünya  ticarətinin  ¼ 

hissəsini təşkil edir. 21 əsas məhsulun hər biri 

üzrə  100  mlrd.  ABŞ  dollarından  çox  ticarət 

aparıldığı halda, 103 məhsul üzrə bu rəqəm 10 

min. ABŞ dollarından azdır.  



Metodologiya.

 

Şaxələnmənin 



başlıca 

göstəricisi  ixracın  əmtəə  tərkibi  ilə  tərəfdaş 

ölkənin  idxalının  əmtəə  tərkibi  arasında 

uyğunluqdur.  Bu  uyğunluğu  qiymətləndirmək 

məqsədilə  struktur  uzlaşması  indeksindən 

istifadə  etmək  olar.  İndeks  hər-hansı  bir 

ölkədə  ixracın  əmtəə  tərkibinin  tərəfdaş 

ölkələrin  idxalı  ilə  nə  dərəcədə  üst-üstə 

düşməsini  əks  etdirir  və  aşağıdakı  kimi 

hesablanır

1

:    


??????

????????????

= ????????????????????????????????????

 

??????



????????????

 ??????


????????????

??????


?????? =1

  

??????



????????????

2

??????



?????? =1

  

??????



????????????

2

??????



?????? =1

 /

??????



2

 

Burada,  i  –  ixrac  ölkəsi  (Azərbaycan),  k  – 



tərəfdaş  ölkə,  j  –  mal  qrupları  (n  ≈6000),  x  – 

ixrac, m – isə idxaldır. 

Struktur uzlaşması indeksinin (SUİ) qiymətlər 

oblastı  [0;1]-dir.  0  heç  bir  uzlaşmanın 

olmamasını,  1  isə  uzlaşmanın  ən  yüksək 

səviyyədə  olmasını  göstərir.  Bu  indeks  bir 

qayda  olaraq  ölkələr  arasında  müqayisəlilik 

məqsədilə geniş istifadə olunur. Qiymətləndir-

mələr  göstərir  ki,  Azərbaycanın  qeyri-neft 

                                                           

1

 Bu indeks ―Stankovsky, J., &  Wolfmayr, Y., Interessante 



Absatzmärkte  und  Exportpotentiale  für  die  österreichische 

Industrie.  WIFO  Arbeitspapier,  2003‖  tərəfindən  irəli 

sürülən analoji indeksin modifikasiya olunmuş versiyasıdır. 

ixracı  ilə  MDB  və  Avropa  ölkələrinin  idxalı 

arasında  nisbətən  yüksək  struktur  uzlaşması 

mövcuddur.  

Çənub-Şərqi Asiya, Latın Amerikası və Şimali 

Amerika  bazarları  ilə  uzlaşma  səviyyəsi  isə 

nisbətən  ortaya  yaxındır.  Bu,  həmin  ölkələrə 

ixracın həcmində də öz əksini tapır. 



Meyillər.

  Hesablamalar  göstərir  ki,  əsas 

ticarət  tərəfdaşlarının  toplam  idxalı  ilə 

Azərbaycanın  qeyri-neft  ixracının  uzlaşma 

səviyyəsi  qlobal  iqtisadi  böhrandan  sonra 

yaxşılaşmaya meyillidir.  

 

0.13


0.15

0.11


0.11

0.09


0.08

0.06 0.06 0.06 0.06

0.06

0.07


SUİ-nin dinamikası

qeyri-neft ixracı ticarət tərəfdaşlarının 

toplam qeyri-neft idxalına nəzərən

mənbə: İNTRACEN statistikası əsasında hesablamalar


Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə