2013
3
1.
QLOBAL İQTİSADİYYAT VƏ TƏHLİL BÖLMƏSI
1.1.
Qlobal proseslər, bazarlarda vəziyyət və aparılan siyasət
İqtisadi fəallıq. Cari idə
maliyyə bazarlarında
volatillik
səviyyəsinin
yüksək
olmasına
baxmayaraq, dünya iqtisadiyyatı kövrək və
qeyri-bərabər
templərlə
artmaqda
davam
etmişdir. Eyni zamanda bir çox inkişaf etmiş
ölkələrdə (İEÖ) inflyasiya templərinin artması
müşahidə olunmuşdur.
Maliyyə sektorunda bərpa prosesləri, fiskal
konsolidasiya və sərt kredit şərtlərinin davam
etməsi şəraitində 2013-cü ilin II rübündə
qlobal artım tempi sönük olmuşdur. Çində
iqtisadi artım son 20 ildə ən aşağı səviyyəyə
düşmüşdür.
Xarici ticarət. Dünya ticarətində zəifləmə
meyilləri davam edir. Yanvar-may aylarında
onun illik artım tempi cəmi 1.9% olmuşdur
(2012, 5 ay: 2.2%, 2011, 5 ay: 12%, 2010, 5
ay: 13.9%). Yığım modelindən istehlak
iqtisadiyyatı modelinə keçidlə bağlı Çində
ixracın artım tempinin kəskin zəifləməsi
müşahidə olunur. İyunda ixrac ötən ayla
müqayisədə 7.4% aşağı düşmüşdür. Bununla
belə, Beyəlxalq Valyuta Fondu (BVF) ilin
sonunadək qlobal ticarətin artım tempinin
sürətlənərək 3.1%-ə çatacağını proqnozlaşdırır.
Biznes inamı. İyunda dünya iqtisadiyyatında
konyunktur göstəriciləri zəifləmiş və 2013-cü
ilin II yarısına dair neqativ siqnallar vermişdir.
Qlobal İstehlak inamı indeksi iyun ayı ərzində
1.5 bənd azalaraq 51.4-ə düşmüşdür. Pisləşmə
əsasən xidmət sektoru hesabına baş vermişdir.
Bunlarla yanaşı, qlobal ixrac sifarişləri indeksi
(Avrozona çıxılmaqla) kəskin azalaraq 48.4-ə
düşmüşdür ki, bu da neytral artım
səviyyəsindən
(50) aşağıdır. Bu dünya
ticarətində mənfi meyllərin davam edəcəyi
ehtimalını yaradır.
Sosial vəziyyət. Qlobal maliyyə böhranının
fəal fazasından 5 il ötsə də, onun sosial-iqtisadi
fəsadları davam etməkdədir. Beynəlxalq Əmək
Təşkilatının (BƏT) hesablamalarına görə
dünya ölkələrinin 30%-də məşğulluq səviyyəsi
böhrandan əvvəlki səviyyədən yüksəkdir.
Ölkələrin 37%-də son illər məşğulluğun
bərpası prosesi getsə də, böhrandan əvvəlki
səviyyəyə çatmamışdır. Ölkələrin qalan 33%-
də isə məşğulluq səviyyəsi azalmaqda davam
edir. İxtisas uyğunsuzluğu və iqtisadi artım
tempinin
zəif
olması işsizliyin yüksək
səviyyəsini şərtləndirən əsas amillərdir.
Ən yüksək işsizlik gənclər arasındadır.
İşsizlərin 73 mln. nəfəri gənclərin payına düşür
(işsizlik səviyyəsi 12.9%). 2011-ci ildən
etibarən onların sayı 0.8 mln. nəfər artmışdır.
Hazırda dünyada işsizlərin ümumi sayı 200
mln. təşkil edir və 2015-ci ilədək BƏT onun
208 mln. nəfərə çatacağını gözləyir.
Maliyyə bazarları. Uzunmüddətli sabitləşmə
meylindən sonra may və iyun aylarında
maliyyə bazarlarında qeyri-sabitlik yenidən
artmışdır.
İEÖ-də uzunmüddətli faiz dərəcələri artmağa,
Avrozonanın periferiya ölkələrində suveren