Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

36 
 
qəddarlığı  ilə  məşhurlaşmışdı,  ona  görə  də  xalqın  nifrətin  qazanmışdı.  Şanlar 
tərəfindən taxt-tacdan devrildi.  
Şan-İn  sülaləsi  dövründə  (b.e.ə.  XVI-XI  əsrlər)  sosial  proqressə  nail 
olunmuşdu. Kənd təsərrüfatı və heyvandarlıq sürətlə inkişaf etmişdi. İpəkçilik və ipək 
parça  toxumaq  yüksək  səviyyəyə  çatmışdı.  Bürüncdən  məmulatlar  hazırlanırdı. 
Tısbağa  çanağından  olan  lövhələrdə  və  heyvan  sümüklərində,  həmçinin  bürünc 
qablarda  fal  açmaq  üçün  olan  yazılar  əmələ  gəldi.  Mənbələr  qulların  olması  barədə 
şəhadət verir. Bu dövrlərdə dəfn mərasimləri vaxtı insan qurbanı vermək adi hal idi.  
Şan  sülaləsi  devrildikdən  sonra  meydana  gələn  yeni  quldarlıq  quruluşu 
tarixçilərə Qərbi Çjou (b.e.ə. XI əsr – 770-ci illər) sülaləsi kimi tanışdır. Çjou nəslinin 
hansı  əcdadlara  malik  olduğu  məlum  deyildir.  Bu,  güman  ki,  güclü  qonşular  olan 
nomad  (köçəri)  xalqların  təzyiqindən  qorumaq  üçün  bu  xalqın  miqrasiya  etməsilə 
bağlı  olan  bir  məsələdir.  Onların  şəhəri  saraylara  və  əcdad  məbədlərinə  malik  idi, 
tökmə  torpaqdan  olan  divarlarla  əhatə  olunmuşdu.  Münbit  Uey  Ho  vadisi  lyoss 
torpaqlara  malik  olmaqla,  onlara  bu  yeni  vətəndə  əkinçiliklə  məşğul  olmağa  imkan 
vermişdi. Divarlarla qorunan şəhər tikildi və yeni şəhər formalaşdı. «Mahnılar kitabı» 
və  «Tarix  kitabı»ndaki  qeydlərdən  göründüyü  kimi  Çjou  nisbətən  inkişaf  etmiş 
cəmiyyət  idi,  burada  kənd  təsərrüfatı  irəli  getmişdi.  Çox  sayda  əkinçilik  bitkiləri 
meydana gəlmiş və istehsal xeyli artmışdı.  
Qərbi  Çjounun  mədəniyyəti  irəli  getmişdi.  Çox  sayda  yüksək  bədii  səviyyəsi 
olan  ədəbiyyat  və  incəsənət  abidələri,  həmçinin  fəlsəfə,  siyasət  və  tarix  üzrə  əsərlər 
meydana gəlmişdi. «Mahnılar kitabı» Çində ən qədim poeziya antologiyası idi. Ona 
daxil olan 305 şeirdən əksəriyyəti Qərbi Çjou dövrü ilə tarixlənir.  
Çjou sarayı Şanı əvəz etməklə Çinin ağasına çevrilmək barədəki ideyaya özünü 
inandırmışdı. Bu səlahiyyəti öz üzərinə götürmək üç nəsil ərzində baş verdi. Çjounun 
hökmranlılığını qəbul  edən  digər  dövlətlərlə  geniş  ittifaq  yaratdı.  Uen  Uan  Çjounun 
təsir zonasını Şan çarlığının şimalına qədər genişlənirdi. Çin tarixi ənənəsinə müvafiq 
olaraq  Uen  Uan  fərasətli  və  mərhəmətli  hökmdar  kimi  təsvir  olunur.  O,  Çjou 
səltənətini genişləndirmişdi. Onun oğlu U Uan isə daim qəsbkar kimi qiymətləndirilir. 
Həqiqətən  də  onun  ölümündən  sonrakı  adı  «Döyüşkən»  idi.  (Bir  qayda  olaraq  Çin 
hökmdarlarına ölümündən sonra onun həyatdakı adından tam fərqli ad verilirdi).  
Şan  hökmdarı  Tu  Hsinin  dövründə  onun  səltənəti  nomad  tayfalarına  qarşı  iri 
miqyaslı kampaniyalarda taqətdən  düşdü. Bu vaxt  U Uan ilk sınaq yürüşünü həyata 
keçirdi  və  qonşuluqdakı  Şanın  paytaxtına  gəlib  çıxdı.  Şanın  böyük  ordusu  məğlub 
oldu. Qələbədən az sonra U Uan öldü, nəhəng ərazini birləşdirməyə imkan tapmamış 


37 
 
dünyanı tərk etdi. Bu iş onun qardaşı tərəfindən həyata keçirildi. Bütövlükdə iki əsrə 
yaxın bir müddətdə Çjou Çinində stabillik və sülh hökm sürdü.  
Daxildəki  Çjou  olmayan  xalqlara  və  şimal  sərhədindəki  köçərilərə  qarşı 
müharibələr gedirdi, lakin Çin dövlətlərinin özləri arasında da kiçik mübahisələr baş 
verirdi.  Mübarizədə  birləşib  tiran  Li  Uani  taxt-tacdan  uzaqlaşmağa  məcbur  etdilər, 
onun yerinə iki nüfuzlu kübarın başçılığı altında kollektiv rəhbərlik yaratdılar. B.e.ə. 
771-ci ildə Yu Uan müdaxilə edən barbarlar tərəfindən öldürüldükdə çar sülaləsi xətti 
yenə  də  dağıldı.  Hakimiyyət  uğrunda  gedən  uzunmüddətli  mübarizə  Çan  Kyo 
(«Döyüşən dövlətlər») dövrü (b.e.ə. 481-221-ci illər) kimi tanınır.  
B.e.ə.  VIII  əsrdən  b.e.ə.221-ci  ildən  olan  yüzilliklər  birləşmiş  Çinin  ağrılı 
şəkildə  doğulmasına  şəhadət  verir.  Bu,  qanlı  müharibələr  və  həmçinin  siyasətdə, 
cəmiyyətdə və intellektual baxışda uzağa gedən dəyişikliklər dövrü idi.  
Köhnə  feodalizm  quruluşunun  yerini  tarixi  monarxiyanın  başçılığı  altında 
meydana gələn bürokratik sistemlər tuturdu. Feodalizmin tənəzzülü baş verdikdə, Çan 
Kyo  dövründə  yeni  qaydanın  təşəkkül  tapması  görünməli  idi.  Həmin  dövrdə 
urbanizasiya  prosesi  baş  verdi.  Ölkə  daxilindən  iri  və  kiçik  şəhərlərə  resurslar 
göndərilirdi.  Huan  Ho  vadisindəki  mərkəzi  düzənlikdə  ilk  salxım  tipli  şəhərlər 
meydana gəldi.  
Urbanizasiya  dövrü  həmçinin  əsl  assimilyasiya  dövrü  idi.  Çjou  olmayan  əhali 
şəhərlərə  gəlməsələr  də,  Çjou  xalqının  və  feodalizmin  təmsil  etdiyi  sivilizasiyaya 
yaxşı münasibət bəsləyirdilər. Daxildəki daim münaqişə aparan barbar əhali bir-birinə 
inteqrasiya  etməyə  məcbur  edilirdi.  Onların  torpaqları  anneksiya  edilir,  adamlar 
kütləvi  qaydada  köçürülür  və  ya  absorbsiya  edilirdi.  İri  dövlətlərin  qüdrəti,  onrların 
çinli  olmayan  qrupları  özünə  birləşdirmək  sahəsindəki  uğuruna  borclu  idi.  B.e.ə.  III 
əsrdə  Çinin  birləşməsi  zamanından  Yantszı  vadisindən  şimalda  və  düzənliyin 
cənubunda  faktiki  olaraq  çinli  olmayan  qrupların  hansısa  bir  əhəmiyyətli 
mərkəzləşməsi yox idi.  
Dövlətlər  həm  əhali,  həm  də  ərazi  cəhətdən  böyüdükcə  daxili  siyasi 
dəyişikliklər də baş  verirdi. Yeni hökmdarlar öz hakimiyyətlərinin dəstəklənməsi və 
təşkil  edilməsi  üçün  yollar  arayırdılar.  Yerli  inzibatçılıq  olduqca  ləng  təkamüldən 
keçirdi.  Yenilik  kimi  profekturalar  sistemi  meydana  gəldi.  İşğal  hesabına  meydana 
gələn  yeni  torpaqlar  da  çarın  təyin  etdiyi  məmurlar  tərəfindən  idarə  olunan 
profekturalara  çevrilirdi.  Bu,  Çan  Kyo  dövrünün  yerli  idarəçiliyinin  əsl  formasına 
çevrildi. Qulluqçulara əmək haqqı kimi nağd pulla birlikdə taxıl verilirdi.  
Hərbi  məsələlər  də  böyük  dəyişikliyə  məruz  qaldı.  Kübarlar  professional 
döyüşçülərə və muzdlu əsgərlərə yol verirdilər. Bəzi dövlətlərdə uğurlu döyüşçülərə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə