Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

38 
 
onların  mənşələrindən  asılı  olmayaraq  xüsusi  kübar  titulları  verilirdi.  Döyüş 
cəbhəsində başlıca qüvvə kimi piyada əsgərləri artıq döyüş arabaları əvəz edirdi.  
Döyüşlər  əsasən  on  minlərlə  piyada  əsgərlərdən  ibarət  qüvvə  ilə  aparılırdı, 
onlara  süvari  dəstələri  kömək  edirdi.  Çan  Kyo  dövrü  bir  neçə  min  adamdan  ibarət 
qüvvənin  iştirak  etdiyi  döyüşləri  idarə  edən  komandanlar  meydana  çıxmışdı.  Döyüş 
xətti bəzən yüz millik məsafələrə uzanırdı. Süvari vuruşması əsasən şimal dövlətləri 
arasında gedirdi.  
Kənd  təsərrüfatında  da  mühüm  dəyişikliklər  əmələ  gəldi.  Darı  şimalda  əsas 
dənli bitki hesab olunurdu. Cənubdan düyü bitkisi idxal edilmişdi. Çox müxtəliflikdə 
olan  soya  paxlası  ən  mühüm  dənli  bitkilərdən  bir  hesab  olunurdu.  Çinli  əkinçilər 
tədricən  intensiv  kənd  təsərrüfatı  qaydalarına  keçirdilər.  Üzvi  gübrələrdən  istifadə 
edilməsi  hesabına  torpaqların  münbitliyi  yaxşılaşdırılırdı.  Həmin  dövrdə  kotanla 
şumlamanın  aparılması  vurğulanırdı.  Əkinçilər  həm  də  əkin  dövriyyəsinə  riayət 
edilməsinin  qiymətini  bilirdilər.  Soya  paxlası  çox  hallarda  dövriyyənin  bir  hissəsini 
təşkil edirdi. Kotanları çox vaxt heyvan əvəzinə adamlar özləri çəkirdilər.  
İqtisadi  sferada  digər  mühüm  dəyişiklik  regionlar  arasında  ticarətin 
genişlənməsi  idi.  Ticarət  Çjou  Çininin  bütün  hissələrinə  yayılmışdı.  Böyük 
kommersiya  mərkəzləri  yaranırdı.  Yeni  şəhərlərdə  dəbdəbə  üçün  tələblər  meydana 
gəlirdi. Varlı adamlar bürüncdən və qızıldan düzəldilmiş əşyalara malik idilər.  
Feodal kübarlar dövlət daxilində hakimiyyət uğrunda mübarizənin qurbanlarına 
çevrilirdilər,  onlar  həm  də  güclü  dövlətlər  tərəfindən  məğlub  edilirdilər.  Feodal 
sistemin  tənəzzülü  ilə  əkinçilər  tədricən  ümumən  ağalarının  təbəələri  olmalarını 
dayandırıb, dövlətin təbəələrinə çevrilirdilər.  
Buna  bənzər  transformasiya  tacirlər  və  sənətkarlar  arasında  da  baş  verirdi. 
Beləliklə, feodal cəmiyyət dövlətlərin birləşməsindən əvvəlki iki əsrdə bütünlüklə öz 
formasını dəyişib, yeni formaya yiyələndi.  
Bu  böyük  siyasi  və  iqtisadi  dəyişikliklər  intellektual  qaynama  ilə  müşayiət 
olunurdu, alamlar sürətlə dəyişilən dünyaya, Konfutsinin vəsiyyət etdiyi kimi, özlərini 
uyğunlaşdırmağa çalışırdılar. Köhnə feodal qayda silkələnmişdi və bu dövrdə böyük 
müəllim  Konfutsi  sonrakı  Çin  sivilizasiyası  üçün  normaya  çevrilən  sosial 
konsepsiyasını  detallarına  qədər  işləyib  hazırlamışdı.  Sərt    feodal  vəzifələrin  yerinə 
daha  çox  ümumi  insan  əlaqələrinə  əsaslanan  münasibətlər  (  Ata  ilə  oğul  arasındakı 
münasibət  kimi)  ön  plana  çıxmışdı.  Konfutsi  öyrədirdi  ki,  bacarıq  və  mənəvi 
yüksəklik,  liderlik  üçün  hansı  nəsldə  doğulmaqdan,  mənşədən  əmələ  gələndən  artıq 
dərəcədə insana lazım olur.  


39 
 
B.e.ə.  V  əsrə  qədər  Çinə  mərkəzi  düzənlik  dövləti  olan  Uey  dövləti  ağalıq 
edirdi.  İslahatci  Şan  Yan  birinci  möhkəm  tədbir  kimi  qanunun  və  çar  dekretlərin 
hakimiyyətini  qurdu.  O,  hökmdarı  inandırdı  ki,  kübar  imtiyazları  mükafat  kimi 
dövlətə  daha  yaxşı  xidmət  edənə,  xüsusən  döyüşdə  fərqlənənlərə  verilməlidir.  Bu, 
mövcud  kübarlığı  ona  məxsus  olan  titullardan  və  imtiyazlardan  məhrum  edirdi  və 
sarayda  böyük  antoqonizm  əmələ  gətirirdi.  Ən  təsirli  islahatlardan  biri  yerli 
inzibatçılığın  standartlaşdırılması  idi.  Bu  tədbir  birləşmiş  dövləti  yaratmaq  üçün 
addım  rolunu  oynadı,  çünki  müxtəlif  yerli  hakimiyyətləri  ölkənin  strukturuna  daxil 
edirdi,  onlar  prefekturalara  çevrilməklə  birbaşa  sarayın  nəzarəti  altında  olurdu.  Bu 
sistem b.e.ə. 221-ci ildə birləşdikdən sonra bütün Çinə yayıldı. 
Şan  Yanın  digər  tədbiri  istehsalı,  xüsusən  kənd  təsərrüfatı  istehsalını 
həvəsləndirmək  idi.  Əkinçilərə  geniş  torpaq  sahələri  verilirdi.  İşçi  qüvvəsi 
çatışmadıqda  qonşu  dövlətlərdən  yararlı  adamlar  işləməyə  cəlb  edilirdi.  Bu  həm 
istehsalı  artırmağa,  həm  də  qonşu  dövlətlərdə  işçi  qüvvəsinin  azalmasına  səbəb 
olurdu. 
Şərqi  Çjou  hökmranlığı  dövrü  xronoloji  cəhətdən  iki  epoxaya  bölünür:  Bahar 
və  Payız  epoxaları  (b.e.ə.  770-476-cı  illər)  və  Vuruşan  çarlıqlar  dövrü  (475-221-ci 
illər).  Bu  mərhələ  bütövlükdə  quldarlığın  tənəzzülü  və  dağılması  illəri  idi.  Qul 
üsyanları və xalq buntları onun süqutunu sürətləndirirdilər. Bahar və Payız epoxaları 
dövründə  Çində  140-dan  artıq  dövlət  mövcud  idi.Çox  illər  davam  edən  işğal 
müharibələrindən sonra onlardan yalnız 7-si qaldı, bunlar da tarixə Vuruşan çarlıqlar 
kimi daxil oldular. 
 
 
                          İlk Çin imperiyası 
  
B.e.ə.  221-ci  ildə  Tsin  Şi  Huandi,  Tsin  sülaləsinin  ilk  imperatoru  olmaqla 
Vuruşan  çarlıqların  separatizmini  dayandırdı  və  Çin  tarixində  bu  növdən  olan  ilk 
yüksək  mərkəzləşdirilmiş  çoxmillətli  feodal  rejim  yaratdı.  Çin  tarixçisinin  yazdığı 
kimi  Şi  Huandinin  mərkəzi  hökuməti  yaratmağının  ərəfəsi  imperiyanın  meydana 
gəlməsinə  doğru  cəhdlərlə  əlamətdar  idi.  Axırıncı  dövlət  də  birləşmiş  Tsinə 
uduzduqda,  Tsin  çarı  Şi  Huandi  kimi  ilk  suveren  imperator  tituluna  iddia  etdi.  O, 
güclü və böyük enerjiyə malik hökmdar idi, özünə bir sıra bacarıqlı köməkçilər təyin 
etsə  də,  hakimiyyətin  yeganə  mənbəyi  imperatorun  şəxsən  özü  idi.  Son  dövrlərdə 
aparılan arxeoloji qazıntılar, terrakotadan düzəldilmiş 7 min əsgər heykəlinin və 600 
döyüş  arabasının  tapılmasına  şərait  yaratmışdır.  Əsgərlərin  bir  çox  zahiri  görünüş 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə