32
burada müharibə olduqca yararsız vasitədir, düşmənçiliyi dərinləşdirmək, onun
bəhrələrini çoxaltmaqdan başqa bir yaxşı şey vəd etmir. Əgər belə olmasaydı,
imperiyalar əbədi olmasa da, minillər boyu yaşayardı. Qədimlərdən başqa ən yeni
imperiyalar iki əsrdən çox yaşaya bilmirdi, bir çox hallarda ömürləri bundan da az
olurdu. Yeni torpaqların işğalı əslində adətən hansısa eyforiya yaradır və onun
dumanı altında bir çox mühüm milli problemlər unudulur, onlar öz əhəmiyyətlərini
itirir, və diqqətdən yayınırlar. Nəticədə, özünü qalib hesab edən millət öz «Pirr
qələbələrinin» yalnız acı bəhrələrini dadmalı olur, əvvəllər görmədiyi çətinliklərlə
və həqiqi böhranla üzləşir.
Ermənistan bir tərəfdən ona gülümsənən, digər tərəfdən onunla bəlalı zarafat
edən şəraitlər hesabına Azərbaycana qarşı keçən əsrin 90-cı illərində başladığı
müharibənin ilkin mərhələsində qalib oldu, bütöv bir vilayəti və həmin Dağlıq
Qarabağa qonşu olan əlavə yeddi rayonun ərazilərini tutdu. 15 ildir ki, bu torpaqlar
ermənilərin işğalı altında qalır və bu, bir milyona yaxın insanın faciəsinə səbəb
oldu. Həmin adamlar öz doğma ocaqlarını və normal həyat şəraitlərini itirməklə
qaçqınlara, məcburi köçkünlərə çevrildilər. Bu münaqişədən yalnız Azərbaycanın
və azərbaycanlıların ziyan görmələri barədəki fikir heç cür düzgün sayıla bilməz.
Heç kəs bədbəxtliklərin və məhrumiyyətlərin mövcudluğu faktını inkar etmir.
Lakin ermənilər də heç də az zərər çəkməmişlər, baxmayaraq ki, özlərini qalib
hesab edirlər. Azərbaycanlılar Ermənistandakı, Dağlıq Qarabağdakı və digər işğal
edilmiş ərazilərdəki doğma yurdlarından qovulandan sonra, bu bədbəxtliyi Bakıda
və respublikanın digər guşələrində məskunlaşan ermənilər də yaşamalı oldular.
Əgər dəhşət və əzablarla üzləşmiş azərbaycanlı qaçqınlar və məcburi köçkünlər
vətənlərində özlərinə sığınacaq tapdıqları halda ermənilər, çox kiçik sayda istisna
nəzərə alınmasa, özlərinə Ermənistandan imdad tapmadılar, ona görə də başqa
postsovet dövlətlərinə, xüsusən, Rusiyaya üz tutdular. Beləliklə, onlar daha ağır
sərgərdanlığa düçar oldular, çünki doğma köklərindən də uzaq düşməklə, keçən
əsrin 20-ci illərində acı taleyin hökmü ilə didərgin düşmüş ermənilərin faciəli
təcrübəsini təkrar etməli oldular. Görək niyə bəzi adamlar reallığın acı sifətini
unudub, öz xalqının bədbəxtliyində ilham və qürur mənbəyi axtarır?
Ermənilər də, azərbaycanlılar da ağıllı rəyə gəlməlidirlər ki, kompromisslərə
getmək, müharibə vəziyyətinə son qoymaq zərurəti yaranmış bunun zamanı gəlib
çatmışdır. İşğal edilmiş torpaqlar azad edilməli, adamlar öz doğma yurdlarına
qayıtmalı, sonra isə düşmənçilik və ədavət hisslərinin kökünün kəsiləmisinə
girişmək lazımdır. Əlbəttə, xəstəlik çox uzağa getmişdir, yara olduqca dərindir,
lakin bu heç də o demək deyildir ki, o sağalmayacaqdır, hər iki millət onu onillər
boyu, nəsillərdən nəsillərə keçirməklə daşınmağa məhkum edilmişlər. Qətiyyən
yox, hər iki xalq sülhə, dinc həyata möhtacdır, onda qüvvələr, bütün potensial
dağıtmaq və qətllərə, qırğınlara deyil, yaradıcı fəaliyytə yönəldiləcəkdir. Əgər bu
gün qəti sülhün əldə olunduğu elan olunsa, bütöv illər lazım gələcək ki,
müharibənin bədbəxtliklərin kökü kəsilsin, dinc həyat üçün şərtlər yaradılsın. Ayrı-
ayrı müharibə qızışdıranlara belə diləklər xoş gəlməyəcəkdir, çünki onlar
müharibəni yaşayış vasitəsinə, təfəkkür obrazına çevirmişlər, bu özünə məxsus
Sodom və Qomorranı özlərinin müqəddəs yeri, sitayiş səcdəgahı hesab edirlər.
33
Ermənistan indi yol ayrıcındadır, onun liderləri müharibədən və sülhdən
ibarət olan alternativi seçmək məsələsin həll etməlidirlər. Axırıncı əsl milli
mənafelərə daha çox uyğun gəlir. Onlar dönub keçmişi seyr etsələr, gələcəyə də
boylanıb baxsalar həqiqəti dərk etməklə anlayacaqlar ki, normal həyata şərait
yaradan sülh və tərəqqiyə heç bir ağıllı alternativ yoxdur.
Yeni prezidenti nə gözləyir, o, vəziyyəti ayıq qiymətləndirməyi
bacaracaqmı, zamanın çağırışını, xalqın arzusunu rəhbər tutaraq onu dəyişdirməyə
hazır olacaqmı? Yoxsa, bədnam varisliyə riayət edərək status quo-nu saxlamağa
çalışacaqdır, bu isə adi diplomatik hiyləgərliklə maskalanmamış dildə müharibəni
davam etdirmək demək olacaqdır. Bax budur ən başlıca sual. İşğalı qoruyub
saxlamaq, konservasiya etmək istəyi dalana gətirib çıxaracaqdır, bu isə yeni
müharibə deməkdir.Çünki heç kəs digər tərəfin öz müstəqilliyini və ərazi
bütövlüyünü müdafiə etmək hüququnu onun əlindən almamışdır.
Prezident yarışında əsas mübarizəni öz aralarında indiki baş nazir Serk
Sərkisyan və keçmiş prezident Levon Ter - Petrosyan aparır. Seçkiqabağı çıxışların
və bəyanatlarına görə birinci «quzğun», ikinci isə «göyərçin» kimi görünür. Ancaq,
qeyd etmək lazımdır ki, bu yarlık özü də xüsusən axırıncı barədə tam nisbi xarakter
daşıyır, Serk Sərkisyan Azərbaycan ərazilərində vuruşmuş faktiki olaraq erməni
silahlı qüvvələrinin döyüş əməliyyatlarına başçılıq etmişdir. Ona görə də onun
işğalı qoruyub saxlamağa istiqamətlənmiş bəyanatları elə bir şübhə doğurmur.
Müharibə başlanandan o, ən yırtıcı quzğun kimi tanınmışdı və illər keçdikcə öz
tükünü dəyişmədi. Levon Ter-Petrosyana gəldikdə, o, «göyərçin» adlandırmaq
üçün zahiri görünüş yaratmağa çalışsa da, bu ada o, böyük çətinliklə layiq ola bilər.
Çünki Azərbaycana qarşı təcavüz və torpaqların işğalı Ter-Petrosyan dövründə
başlamışdır. Onun məkrini və xəyanətini də azərbaycanlılar unutmamışlar. Hələ
1992-ci il mayın 7-də Tehranda iki vuruşan ölkənin prezidentləri danışıqlar
aparanda qısa atəşkəsdən istifadə edən erməni silahlı qüvvələri xəyanətkarcasına
strateji məntəqə sayılan Şuşanı tutdular. Azərbaycanın mədəni mərkəzəlrindən
birinin işğalı böyük mənəvi zərbə olmaqla, ölkədə siyasi vəziyyətin
mürəkkəbləşməsinə, qıcqırmanın böyüməsinə səbəb oldu.Bu günki «göyərçin»
Ermənistan dövlətinə başçılıq edəndə erməni ordusunun işğalları və
ultramillətçilərin məkan zəbti planlarının geniş reallaşması baş tutdu. Həmin vaxt
Ter-Petrosyanı vicdanı heç də narahat etmirdi, o, təcavüzün birbaşa icraçılarının
qızğınlığını yatırmaq üçün nəinki heç nə etmirdi, əksinə faktiki olaraq onların
hərəkətlərini təqdir edirdi.
Dağlıq Qarabağ desantı müharibədən sonra artıq Yerevanın siyasi səhnəsinə
düşdü, bu vaxt Ter-Petrosyanın hiyləgərliyi Robert Köçəryanın və onun
hərbiləşmiş klanın gücünə və təzyiqinə davam gətirə bilmədi. Qarabağ
müharibəsinə görə o da öz «mükafatını» aldı və özünün bəslədiyi və rəqibinə
çevrilən Köçəryanın xeyrinə prezident postundan uzaqlaşdırıldı. Yeni dövlət
rəhbəri isə köhnə dostlarını unutmadı və onun daş döşədiyi siyasət yolu ilə indiki
iddiaçı Serk Sərkisyan da irəliləməyə başladı.
Ter-Petrosyan öz prezidentliyinin sonlarında utancaq qaydada sülh
müqaviləsi imzalamaq niyyətini bəyan etdi, lakin hərbi dairənin müqavimətinin
Dostları ilə paylaş: |