34
qarşısında acizliyini göstərdi. Ona yönələn həmlələri görüb geri çəkilməyə başladı
və bütünlüklə öz mövqeyini itirdi. O, zəif prezident idi, ona görə də seçkiqabağı
cəh-cəhləri bizi, çaşdırmamalıdır. Onun bəyanatlarının hamısı Sərkisyanla zahiri
qarşıdurmaya hesablanmışdır, mahiyyətcə onların mövqelərində elə bir fərq
yoxdur. Digər tərəfdən vəd başqa şeydir, prezident postundakı real əməllər tam
başqa xarakter daşıyır. Seçki keçirilən ölkədə bu vədlərin məcmundan cənnət
düzəltmək olar, lakin seçkidən sonra hər şey yaddan çıxır, əvvəlki vəziyyətinə
qayıdır, həmin öhdəliklər dağından bir qum dənəsi də qalmır. Onu da qeyd etmək
lazım gəlir ki, indi o, başqalarının gözünü açmaq istəyir, özü isə daim kor-koranə
hərəkət etməyə üstünlük verirdi.
Ter-Petrosyan obrazını nə qədər bəzəsələr də, onun keçən prezidentliyində
istifadə etdiyi caynaqlarını gizlətmək mümkün deyildir. Məgər çalağan dönüb bir
andaca sərçə olurmu, belə dəyişilməyə heç cür inanmaq mumkun deyildir, çünki
onun prezident karması olduqca eyibli və ikrah oyadandır. O, Qarabağ müharibəsi
hesabına özünə şöhrət qazanmaq istəyirdi, ancaq öz ölkəsinin və vətəndaşlarının
vacib problemlərin unudurdu, onlara məhəl qoymurdu. Ölkənin iqtisadiyyatı ən
aşağı nöqtəyə düşmüşdü, bütün resurslar müharibə ehtiyaclarını ödəməyə sərf
olunurdu. O, hətta erməni qaçqınlarının bir hissəsinə öz vətənlərində sığınacaq
verə bilmədi.
Sosial vəziyyətin ağırlığından adamlar yad ölkələrə mühacirət etməyə
başladı, əhalinin sayı kəskin surətdə azaldı. Onun demoqrafik problemlərlə məşğul
olmağa nə həvəsi, nə vaxtı var idi. Ona görə də Ermənistan məskunlarının
azalmasına görə olan siyahıda da aparıcı yeri tutur.
Öz opponentindən fərqli olaraq Serj Sarkisyan öz keçmişini gizlətmir.
Özünü sülhsevər, xoş niyyətlərin carçısı kimi göstərmir. Köçəryan Avropa
Şurasının Parlament Assambleyasında vuruşması ilə öyündüyü kimi, o da öz hərbi
xidmətləri ilə lovğalanmağı məqbul sayır.
Azərbaycanlıların Robert Köçəryana, Serj Sarkisyana və onların əlaltılarına
münasibəti aydın və izah ediləndir. Onlar Dağlıq Qarabağın taleyi ilə oyunun
önündə getmiş, bu siyasəti sonralar silahın köməyi ilə Azərbaycana və onun
xalqına qarşı total müharibə ilə davam etdirmişdilər. Heç cür inanmaq olmur ki,
Ter-Petrosyan da öz əvvəlki mövqeyindən imtina edib, yenidən prezident
seçildikdən sonra o saatca Azərbaycanın ərazi bütövlüyünü saxlamaq şərtilə sülh
danışıqlarına başlayacaqdır. O, nə qədər şirin səslə oxusa da, onun bəyanatlarına
heç cür inana bilmirsən. Digər
tərəfdən, onun bu ölkədə güclü mövqeləri ilə seçilən
hərbi dairələrdən asılılığını nəzərə aldıqda, güman etmək olar ki, o, heç vaxt
müstəqil addımlar atmağa cəsarət etməyəcəkdir. Onun prezidentliyə ilk gəlişi qanlı
müharibə ilə yadda qaldı, ikinci gəlişində də nəsə yaxşı bir şey gözləmək lazım
gəlmir. O, özünü elə aparır ki, elə bil, illərlə davam edən silahlı münaqişə vaxtı
letarqik yuxuda olmuşdur, ona görə də heç nəyi xatırlamır və bunu əsas
götürdükdə, guya baş verənlərin ona dəxli yoxdur. Ona görə də küləyi qovmağa
ehtiyac yoxdur, şirin vədlərə uyub həqiqətə gözü yummaq düzgün olmazdı.
Azərbaycan yalnız öz iqtisadi və siyasi qüdrəti ilə, vətəndaşlarının
vətənpərvər ruhu ilə Qarabağ probleminin ədalətli həllinə, süveren dövlətin öz