Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   19   20   21   22   23   24   25   26   ...   171

46 
 
hökumətin tərkibində və parlamentdə samballı qaydada təmsil  olunurdular. 
Yalnız  millətçi  erməni  ziyalıları  fəaliyyətlərini  genişləndirib,  xalqın  xeyli 
hissəsinin  şüurunu  zəhərləməyə  müvəffəq  olduqda,  onlar  əvvəlki  mövqelərindən 
tədricən  uzaqlaşmağa,  dünənki  dostundan,  qonşusundan  yadlaşmağa  başladılar. 
Erməni  millətçilərinin  başladığı  qanlı  və  uzun  müddət  davam  edən  müharibə, 
həmin  vaxtadək  mehriban  şəraitdə  yaşayan  iki  xalqı  öz  iradələrindən  asılı 
olmayaraq üz-üzə qoydu. 
Buradan  belə  bir  yanlış  nəticə  hasil  ola  bilər  ki,  artıq  ermənilərlə 
azərbaycanlılar  barışmaz  düşmənə  çevrilmişlər.  İki  dövlətin  rəhbərliyi  arasında 
gedən danışıqlar indiyədək elə bir nəticə verməsə də, yenə də ümid verir ki, davam 
edən  bu  münaqişəyə  birdəfəlik  son  qoyulacaqdır.  Müharibənin  iyrənc  nəticələri 
aradan qaldırılsa, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa, bu iki xalq yenidən 
bir-birini  anlamağı,  bağışlamağı  və   qonşuluqda  mehriban  yaşamağı  bacarar. 
Müstəqil Azərbaycan Respublikası BMT-yə qəbul olunarkən onun ərazi bütövlüyü 
öz  təsdiqini  bir  daha  tapmışdır.  Həmin  sərhədlər  daxilində  bu  ərazi  suverenliyi 
hökmən bərpa olunmalıdır ki, haqq, ədalət qalib gəlsin, Azərbaycana dəyən böyük 
maddi və mənəvi ziyanın bir hissəsi, heç olmazsa, bu yolla kompensasiya edilsin. 
Azərbaycanlılar  sülhsevər,  dinc  xalqdır,  bu  qiymətdə  elə  bir  hiperbola 
əlaməti  də  yoxdur.  Bu  xalq  hansısa  hərb  səhnəsindəki  qələbəsi  ilə  öyünməkdən 
uzaqdır,  çinlilər  kimi  hərbə,  militarizmə  ümumiyyətlə  mənfi  münasibət  bəsləyir. 
Lakin  azərbaycanlılar  torpağa  çox  bağlı  olduqlarından,  onu  müqəddəs  hesab 
etdiklərindən,  onun  itirilmiş  hər  qarışı  üçün  ölüm-dirim  savaşına  girməyə  də 
hazırdırlar. Onlar ərazi bütövlüyünün bərpasına can atırlar, lakin buna nail olmağın 
dinc  vasitələrinə  üstünlük  verirlər  və  danışıqların  nəhayət  bir  nəticə  verəcəyinə 
ümidlərini  kəsmirlər.  Bununla  yanaşı  Azərbaycan  heç  kəsə  ərazi  iddiaları  irəli 
sürmür,  hətta  XX  əsrin  əvvəllərində  əldən  verdiyi  torpaqların  qaytarılmasını  da 
tələb etmir. 
Böyük  Danimarka  nağılçı-yazıçısı  Hans  Kristian  Andersen  dinc  həyat 
tərzinə,  sülhsevərliyinə   görə  öz  xalqını  hacıleyləklərə  bənzədirdi.  Bu  bənzətməni 
azərbaycanlılara  da  aid  etmək  olar.  Lakin  axırıncılar  torpağa  bağlı  olduqlarından 
köçəri  quşlara  bənzəmirlər,  baxmayaraq  ki,  əcdadlarının  xeyli  hissəsi  nomad, 
köçəri  olmuşdur.  Hər  il  öz  yuvasına  qayıdan  hacıleyləklər  kimi  onlar  da  yurd-
yuvasından, doğma ocağından kənara getmək istəmir, onu tərk etməyi az qala faciə 
kimi qiymətləndirirlər. Bu xalqı fərqləndirən cəhətlərdən biri şovinizm xəstəliyinə 
qarşı immunitetə malik olmasıdır, başqa etnosun nümayəndələrinə hörmətlə, bəlkə 
də  məhəbbətlə  yanaşımasıdır  və  buna  adekvat  cavab  gözləməkdə  də  heç  də  səhv 
mövqe nümayiş etdirmir. Dahi Nizami özünün məşhur poemasında qəhrəmanının 
yaşadığı  dövrün,  yeddi  böyük  xalqının  gözəllərini  vəsf  etmişdir.  Bəstəkar  Qara 
Qarayev, «Əzablı yollarla» baletini öz azadlığı uğurunda mübarizə aparan Cənubi 
Afrika  Respublikasının  zəncilərinə  həsr  etmişdi.  Fikrət  Əmirov  isə  ərəblərin 
folklor incisinə balet musiqisi yazmışdı. 
Əlbəttə,  müharibə  azərbaycanlıların  da  milli  hisslərinə  öz  təsirini 
göstərməmiş qalmamışdır, onları xeyli cilalamışdır. Lakin illuziyalardan uzaq olan, 
praqmatik bir xalq kimi o dərk edir ki, düşmənçilik əbədi xarakter daşıya bilməz, 


47 
 
əsrlər  boyu  davam  edə  bilməz.  Vaxtilə  Avropada  Yüzillik,  Otuzillik  müharibə 
aparan,  XX  əsrdə  iki  dünya  müharibəsində,  bir-birilə  döyüş  cəbhəsində  vuruşan 
xalqlar  indi   27  dövləti  birləşdirən  və  Avropa  İttifaqı  adlanan  sülh  evində 
yaşayırlar. Viktor Hüqo kimi dahilər hələ bir əsr yarım bundan əvvəl belə birliyin 
mövcudlğunu aruzlayırdı və bu arzu artıq həqiqətə çevrilmişdir. Avropa İttifaqı bir 
çox  cəhətlərinə,  atributlarına  görə  vahid  dövləti  xatırladır.  Belə  bir  vaxtda  niyə 
Qafqaz XXI əsrin əvvəlində də tüstülənən müharibə ocağı kimi qalsın? Avropada 
ən  narahat  region  sayılan  Balkanlarda  da  milli  münaqişələr,  hərbi  toqquşmalar 
böyük  dövlətlərin  müdaxiləsi  hesabına  kəsildiyi  bir  vaxtda  niyə  ərazicə  nisbətən 
kiçik  olan  Cənubi  Qafqazda  möhkəm  sülhü  bərpa  etmək  mümkün  olmasın?  Kim 
qonşu ölkəsini Troyaya, Karfagenə çevirmək istəyirsə, birinci növbədə özünə qəbir 
olmasa  da,  ən  azı  quyu  qazır.  Belə  bəd  fikirdən  və  əməldən  nə  qədər  gec  deyilsə 
çəkilinsə, həmin xalq hamıdan çox özünə xeyir vermiş olardı.  
Dünyanın Türkiyəni məhkum etməsinə fasiləsiz olaraq cəhd göstərən erməni 
millətçilərinin  canfəşanlığına  gəldikdə,  bunun  özü  də  qeyri-real  görünən  və  bir 
qədər  avantüra  xarakteri  daşıyan  məqsəddir.  Avantüradan,  düşmənçiliyi  bərpa 
etməkdən birinci növbədə bu üsula əl atanlar zərər çəkirlər. 
Mustafa  Kamal  Atatürkün  yaratdığı  Türkiyə  Cümhuriyyəti  Osmanlı 
imperiyasının  xarabalıqları  üzərində  qurulmaqla,  onun  pis  əməllərindən,  yararsız 
irslərindən  uzaqlaşdı,  dünya  dövlətləri  ailəsinə  tam  fərqli  mahiyyətdə  qəbul 
olundu. Ermənistan «genosid» iddiası ilə müasir Türkiyəni gözdən salmağa can atır 
və   demokratik  dövlətə  çevrilən  bu  ölkəni  Osmanlı  imperiyası  ilə  bir  müstəviyə 
qoymaq  məqsədini güdür. Bu millətçilərin fitnəkarlığı olub, bunu onlar öz məkrli 
məqsədlərinə  çatmağın  yollarından  biri  hesab  edirlər.  Erməni  xalqına  da  yəqin 
başqaları kimi dinc şəraitdə yaşayıb, yaratmaq, lazımdır. Məkrlə, hərbi yolla nəyə 
nail  olunursa,  gec-tez  qəsb  edilən  hər  şey  itirilir.  Napaleon  Avropada  qanlı 
müharibələr  yolu  ilə  öz  imperiyasını  yaratmaq  istəyirdi,  öz  ömrünü  uzaq  adada 
tənhalıqda  başa  vurmalı  oldu.  XX  əsrin  ikinci  yarısında  isə  onun  bu  arzusu  öz 
mahiyyətini və həyata keçmə vasitələrini dəyişərək, bir damcı da qan axıdılmadan 
öz gerçəkləşməsini tapdı. Çox istərdik ki, Qafqaz da Avropanın bu taleyini yaşamış 
olsun,  əslində  bəlkə  də  buna  məhkumdur.  Bu  nəcib  arzunun  həyata  keçirilməsini 
gecikdirməyə  çalışanlar  bu  ərazidə  yaşayan  xalqlara  xəyanətə  bərabər  bir  xidmət 
göstərmiş olurlar. 
Erməni  millətçilərini  bütöv  erməni  xalqı ilə eyniləşdirmək  düzgün deyildir. 
Heç  şübhə  yoxdur  ki,  sadə,  zəhmətkeş  erməni  digər  bəşər  övladları  kimi 
müharibəyə qətiyyən can atmır, dinc şəraitdə öz əməyi ilə firəvan yaşamaq istəyir. 
Axı ağlı başında olan hər bir adam anlayır ki, XXI əsrdə hətta fövqəl dövlət belə 
dünyada  ağalıq  etmək  kimi  sərsəm  fikirdən  uzaqlaşırsa,  çoxqütblü  dünyanın 
mövcudluğunu  qəbul  etmək  məcburiyyətində  qalırsa,  iqtisadi  cəhətdən  zəif, 
müqayisəli  şəkildə  götürdükdə  cılız  potensiala  malik  olan  Ermənistan  avanturist 
məqsədlərinin heç birinə çata bilməz, öz xülyaları ilə yaşamağa üstünlük versə də, 
onların reallaşmasına təxəyüllündə də nail ola bilməz. Bircə onu əlavə etmək lazım 
gəlir ki, bu məqamda yalnız sağlam təxəyyüldən, düşüncədən söhbət gedir. 
Rablenin  məşhur  əsərinin  qəhrəmanı  Panurq  acgöz  taciri  cəzalandırmaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə