Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

Məhəmməd Mədinənin valisinə çevrildi və məkkəlilərlə müharibəyə başladı. 
Həlledici mühasirə vaxtı məkkəlilər qorxudan döyüşsüz şəkildə Məhəmmədə təslim 
oldular. O, Məkkəyə gəlib, Kəbəni bütlərdən təmizlədi və bu məbəd müsəlmanların ali 
müqəddəs yerinə çevrildi. Xədicənin ölümündən sonra Məhəmməd bir neçə nikaha girdi 
(bunlar bəzən siyasi məqsədlər güdürdü), lakin onun kişi cinsindən olan övladı qalmadı.  
Sonrakı dövrlərdə peyğəmbərə və müsəlman icmasına münasibətdə ən böyük nüfuz sahibi 
Ayişə oldu. Peyğəmbərin nəslini isə onun Xədicədən olan qızı Fatimə davam etdirdi, onun 
törəmələri şərif və seyid adlanır və indiyə kimi müsəlmanlar arasında müstəsna hörmətə 
malikdirlər. 
621-ci ildə Məhəmmədin özü demişdi ki, bir dəfə gecə o, Kəbədə yatanda, qanadlı 
heyvan olan Burak onu Yerusəlimə, Moria dağına aparıb çıxardı, orada qədimdə Solomon 
(Süleyman) məbədi yerləşirdi. Həmin yerdə o, İbrahimi (Abrahamı), Müsanı (Moiseyi) və 
İsanı (İisus Xristosu) gördü və onların Allaha olan duasına rəhbərlik etdi. Moria dağından 
o, göylərə qalxdı və Allah qarşısında dayandı, Allah Məhəmmədin ardıcıllarına öz başlıca 
göstərişlərini verdi. Bu səyahət və Məhəmmədin göyə qalxması ərəb dinində «isra» və 
«mirac» adlanır. Məkkəlilər onun sözlərinə inanmayanda, peyğəmbər Yerusəlimi təsvir 
etdi. O, bu şəhərdə əvvəllər olmamışdı və oradan Məkkəyə yollanan karvanları saydı. 
İlk əvvəllərdən müsəlmanları hərbi uğurlar müşayiət etdi. Onlar çox tezliklə bütün 
Ərəbistanı fəth etdilər, sakinlərin əksəriyyəti tədricən müsəlmanlığa keçdi. Hamı 
tərəfindən təqib olunan peyğəmbər kimi başlayan Məhəmməd 632-ci ildə müsəlman 
dövlətinin hökmdarı kimi oldu.  
İslamın ilahiyyat və praktiki əsasları Quranda öz əksini tapmışdır, onlar Allahın 
Məhəmməd vasitəsilə insanlara çatdırılan birbaşa müraciəti hesab olunur.  
Dindar adamın həyatı beş ritual vəzifə ilə müəyyən olunur. Onlar Allahın 
Məhəmməd vasitəsinə göstərişləri kimi çatdırıldığı vaxtdan indiyə kimi saxlanılır və 
qüvvədədir. Bunlar inanc, namaz qılmaq, xüms və zəkat, oruc tutmaq və Məkkəyə ziyarət 
etməkdir. Onlar İslamın beş dayağı adlandırılmışdır. 
İnancı bu sözlər müəyyən edir: «Allahdan başqa Allah yoxdur və Məhəmməd onun 
peyğəmbəridir». Əgər kimsə səmimi qaydada bu ehkama inam bəsləyir və onu dilinə 
gətirirsə, o, heç bir ritual ibadətləri olmadan belə, müsəlmana çevrilir. Başqa dinlərdə isə 
digər ritual ibadətləri vacibdir. Ali ləyaqət – Allaha tabe olmaqdır. İslamın ikinci dayağı 
namazdır, namaz gündə beş dəfə qılınmalıdır. Bundan başqa, namazdan əvvəl hökmən 
ritual yuyunmanı icra etmək lazımdır, bunsuz o, ibadət sayılmır. Müsəlmanın üçüncü 
vəzifəsi ianə verməkdir. Onu dövlət yığırdı və ehtiyacı olanlara dəstək üçün istifadə 
olunurdu. Öz əmlakının bir hissəsini ianə kimi vermək müsəlmanın əmlakının onun 
özündə qalan hissəsini gözdən qoruyurdu.  
Ramazan ayında oruc tutmaq müsəlmanın dördüncü borcudur. Ramazan ayında 
Sahib ilk dəfə öz peyğəmbərinə – rəsuluna Quranı vəhy etmişdi və məhz bu ayda 
Məhəmməd məkkəlilər üzərində ilk dəfə qələbə çalmış və Məkkəyə girmişdi. Günün işıqlı 
vaxtı müsəlman oruc tutmalı, yalnız gün batandan sonra və çıxandan əvvəl yemək yeməli 
və su içməlidir.  


Dindarın axırıncı vəzifəsi Məkkəyə Həcc adlanan ziyarətdir. Hər bir müsəlman 
bunu ömründə heç olmasa bir dəfə icra etməlidir. Bu göstəriş qədim ərəb adətinə gedib 
çıxır, qədim ərəblər zülhiccə ayında bunu icra edirdilər. Həmin ayda Məkkəyə bütün islam 
dünyasından zəvvarlar gəlir, onlar ihram adlanan xüsusi geyimdə olurlar. Onlar birlikdə 
ibadətləri yerinə yetirir və bu qayda onlarda birlik və öz dinlərinin güclü olması hissini 
yaradır.  
Məhəmmədin ölümündən sonra Kiçik Ərəbistan İslam dövləti onun varislərinin 
işğal siyasəti hesabına qüdrətli imperiyaya çevrildi. Məhəmməd sağ ikən öz varisini 
adlandırmadığına görə, VIII əsrin ortalarına qədər Xəlifə titulu üstündə qızğın mübarizə 
getdi. Xəlifə peyğəmbərin valisi olmaqla, İslamın dini və siyasi rəhbəri idi. Dörd mömin 
xəlifədən birincisi Əbu Bəkr oldu, onunla İslamın «qızıl dövru» başlandı. O, İslamdan 
uzaqlaşan ərəb tayfalarına qarşı uğurla vuruşurdu və yenidən dindarları birləşdirdi. O, 
İslamı həmçinin Persiyanın və Bizansın bir hissəsinə yaydı. 634-cü ildə Əbu Bəkr isitmədən 
öləndə, Məhəmmədin müşaviri Ömər xəlifə oldu. Bu xəlifənin on illik idarəçiliyi dövründə 
İslam öz ali nüfuzuna çatdı. İslam imperiyasına Palestina, Suriya, Misir və demək olar ki, 
bütün Persiya birləşdirildi. Yerli əhalə qəsbkarları Bizans və Persiya ağalığından özlərinin 
xilaskarı kimi qarşıladı. Ərəblər tutulmuş torpaqlarda əvvəllər mövcud olan dövlət 
idarəetməsini saxladılar. Müqəddəs Kitabın əsasını təşkil etdiyi dinlərin ardıcıllıqlarına, 
başqa sözlə, iudeylərə, xristianlara, həmçinin zoroastristlərə dini ibadət azadlığı verilirdi, 
lakin onlardan xüsusi can vergisi – cizyə alınırdı. 
Ömərin ölümündən sonra o, şəxsi qisasa görə iranlı xristian tərəfindən 
öldürülmüşdü, xəlifəlik onun kürəkəni Məhəmməd Osmana keçdi. O, Əməvi nəslindən 
idi. Onun hökumranlığı dövründə Quranın kanonik mətni yaradıldı, bu mətndəki bəzi 
versiyalar əvvəllər mövcud olunmuşlardan bir çox cəhətlərə görə fərqlənirdi. Lakin Osman 
öz təbəələrinin narazılığına səbəb oldu. Çünki böyümüş xilafətin möhkəmləndirmək 
niyyəti ilə torpaqları və mühüm dövlət vəzifələrini öz qohumlarına payladı. Xristian 
kilsəsindəki nepotizm, elə bil ki, yeni yapranan dində də öz tətbiqini tapmışdı.  
Xilafətdə, beləliklə, ilk daxili çəkişmə başladı. Osman öz əleyhdarları olan 
müsəlmanlardan birinin qılıncının zərbəsi ilə həyatdan getdi. Dördüncü xəlifə Əli ibn Abu 
Talib oldu, o, Məhəmmədin qızı Fatiməyə evlənmişdi, həm də peyğəmbərin dini və 
dünyəvi irsinə sahib olmağa yalnız onun haqqı var idi. Lakin Əlinin əleyhinə xəlifənin 
Dəməşqdəki valisi və Osmanın qohumu olan Muaviyə çıxış etdi. 
Osmanın əleyhdarları arasında Məhəmmədin dul arvadı Ayişə də var idi. O, siyasi 
həyatda fəal iştirak etməyə can atırdı. Ayişə indi də Əliyə qarşı çıxış etdi. Ayişənin 
ardıcılları hətta Əlinin xəlifə Osmanın qətli ilə əlaqədə olması barədə ittiham irəli 
sürürdülər. Xilafətdə ilk vətəndaş müharibəsi başlandı. Qarışıqlıq bütün ölkəni bürüdü.  
856-cı ildə Əli «dəvə döyüşündə» Ayişənin tərəfdarlarını darmadağın etdi. Bu 
döyüş ona görə belə adlanırdı ki, Ayişə döyüş meydanına zirehli kəcavəsi olan dəvənin 
üstündə çıxmışdı. Sonrakı ili Əli Siffində Müaviəyə ilə döyüşə girdi. Müaviyə Osmanın 
əmisi oğlu idi. Qələbə artıq Əlininki idi, bu vaxt Suriya döyüşçüləri nizələrinə Quranın 
vərəqlərini keçirib, kimin haqlı olduğunu sübut etmək uçun məhkəmənin keçirilməsini 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə