Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

ağac tirlərinin üstü ilə 80 gəmi gətirmişdilər, türklər şəhərin birbaşa bombardman 
edilməsinə başladılar. 29 may 1453-cü ildə Konstantinopola hücum baş verdi, Mehmet 
Fateh şəhəri tutdu.  
II Mehmet Fateh 1481-ci ildə ölənə qədər 30 il ərzində Osmanlı sultanı oldu. O, yaxşı 
təhsil almışdı, beş əcnəbi dil bilirdi, Qərb mədəniyyəti ilə tanış olmaqla yanaşı, həm də 
dini fanatizmə yad idi. Onun siyasətinin mahiyyətini sultanın ləqəbi kifayət dərəcədə ifadə 
edirdi.  
O, Konstantinopolu tutduqdan sonra Osmanlı dövlətinin paytaxtını ora köçürtdü və 
şəhərin adını İstanbul etdi. Sonra o, tədricən Bizansın digər qalıqlarını, həmçinin Serbiya 
və Bosniyanı işğal etdi. Bununla yanaşı, Krımdakı varlı Genuya koloniyalarını tutdu və 
Krım xanlığını özünə tabe etdi. Cənubi İtaliyaya girib, Otranto şəhərini qarət etdi.  
II Mehmet 1476-cı ildə dərc etdirdiyi qanunlar məcəlləsi olan – Kanunname ilə 
nəhəng Osmanlı imperiyasının daxili idarəçiliyini qaydaya saldı.  
İranda isə 1502-ci ildə 15 yaşlı I İsmayıl Səfəvi taxt-taca çıxdı və Təbrizdə şahənşah 
(şahlar şahı) titulunu qəbul etdi. O, bündan əvvəl türk köçəri tayfaları olan Qızılbaşlara 
arxalanaraq Şimali Azərbaycana müdaxilə etdi, sonra isə Ağqoyunlu dövlətinin əsas 
qüvvələrini darmadağın etdi.  
İsmayıl Cənubi Azərbaycandakı Ərdəbildən idi, burada isə dini feodallar olan 
Səfəvilərin təsiri güclənmişdi. Onlar şeyx Səfi (1252-1334-cü illər) nəslindən idilər, onları 
şiə və imam Əlinin törəmələri hesab edirdilər. İsmayılın müqəddəs mənşəyi ona şahənşah 
titulunu almağa imkan verdi.  
XVI əsrin əvvəllərində Səfəvilər İrana,İraqa sahib oldular. Bağdad və Xorasan da 
onların əlində idi. 1514-cü ildə onların Zaqafqaziyanı, Kürdüstanı və Mesopotamiyanı ələ 
keçirmək üçtündə Osmanlı imperiyası ilə uzun müddətli qarşıdurması başlandı. İran hələ 
çoxdan Ərəb xilafətinə və mömin sünnülüyə qarşı şiə müxalifətinin mərkəzi idi. 
Sünnülüyü isə bu vaxt Osmanlı müdafiə edirdi və sultan Səlim Yavuz Persiyanı Türkiyədə 
şiəliyi yaymaqda ittiham edirdi və öz ölkəsində şiələrlə  qəddarcasına davranırdı.  
I İsmayıl Xətai Yeni tarixdə ilk Persiya dövlətini yaratdı və şiəliyi dövlət dininə 
çevirdi.  
Türkiyə sultanı I Səlim Yavuz (Heybətli) 1514-cü ildəki Çaldıran döyüşündə 
artilleriyadan istifadə edərək şah İsmayılın ordusunu məğlub etdi və bu qələbə ilə Osmanlı 
imperiyasının Yaxın Şərqdəki ağalıq mövqeyini təmin etdi. Sonrakı illərdə isə məmlyükları 
özünə tabe edib, Suriyanı, Hicazı və Misiri Osmanlı imperiyasının tərkibinə daxil etdi. 
Artıq imperiya müsəlman dünyasının hökmranı idi. Bu qələbə nəticəsində türklər Aralıq 
dənizindəki və Qırmızı dənizdəki mühüm ticarət mərkəzlərinə nəzarətə sahib oldular. 
Məkkə və Mədinənin – İslamın müqəddəs yerlərinin geri alınmasından sonra I Səlim 
peyğəmbər Məhəmmədin varisi kimi xəlifə titulunu qəbul etdi.  
Qalibiyyətli yürüşlər və işğallar Osmanlı imperiyasının ölçülərini iki dəfə artırdı. 
Oğlu Süleyman Qanunidən fərqli olaraq I Səlimi əsasən Avropadakı deyil, yalnız Yaxın 
Şərqləki işğallar maraqlandırırdı. İşğal edilmiş ərazilər xeyli gəlir verirdi, bu isə Osmanlı 
imperiyasını XVI əsrin ən varlı və qüdrətli dövlətinə çevirdi. Sultan Səlim dəniz 


quldurlarının xidmətindən istifadə etməyi də yaddan çıxarmırdı. Bu yolla o, Əlcəzair 
üzərində Türkiyənin suverenliyinə nail olmuşdu. Dəniz qulduru, Barabarossa ləqəbli 
Hayraddin öz qardaşı Aruc ilə birlikdə Əlcəzairi işğal etmiş və şəhəri Osmanlı 
imperiyasının sultanının tabeliyinə vermişdi. Venesiyanın tənəzzülündən sonra Əlcəzair 
Aralıq dənizində aparıcı dəniz dövlətinə və Avstriya imperiyasının Habsburqlar sülaləsinə 
ciddi təhlükəyə çevrilmişdi. İki qardaş Lesbos adasının yunanlarını müsəlmanlığı qəbul 
etməyə məcbur etmiş və Aralıq dənizinin qərb hissəsində yaxşı təchiz edilmiş dəniz 
quldurluğu donanması yaratmışdı. Barbarossa türk sultanına müraciət etmiş və Əlcəzairi 
Türkiyənin suverenliyinə vermişdi. Buna görə Sultan I Səlim Hayraddinə paşa titulunu 
vermişdi. İndi İstanbulun ən böyük prospektlərindən biri Hayraddin Paşa adını daşıyır.  
1520-ci ildə atasının ölümündən sonra hakimiyyətə gələn I Süleyman Qanuninin 
hökmranlığı Osmanlı imperiyasının ən böyük qüdrətli dövlətə çevrilməsi, mədəniyyətin 
və incəsənətin görünməmiş çiçəklənməsi dövrü idi. I Süleyman Belqradı tutdu. Macar və 
çex ordusu üzərində qələbə nəticəsində Macarıstan öz dövlət və siyasi müstəqilliyini itirdi 
və müsəlman qəsbkarlarının Avropaya gedən yolunda bu vaxt yalnız Avstriya dayanırdı. 
Bu məqsədlə Vyanaya yaxınlaşdı. Zaqafqaziyada və Yaxın Şərqdə (Persiyanın bir hissəsini, 
Ermənistanı və Mesopotamiyanı) xeyli ərazilər işğal edildi. Bu ərazilər paşaların 
idarəçiliyinə verilirdi.  
O, iri miqyaslı islahatlar həyata keçirdi, elmin, mədəniyyətin, arxitekturanın 
inkişafını dəstəkləyirdi. I Süleyman öz dövrünün ən böyük hökmdarlarından biri idi, onun 
qoyduğu qanunlar Osmanlı imperiyasının sonrakı inkişafını xeyli dərəcədə müəyyən etdi. 
Onun dövründə İstanbulda bütöv binalar kompleksinin tikintisinə başlandı, bu kompleksə 
məscidlər, sultanın mavzoleyi, dini məktəblər, mədrəsələr, xəstəxanalar, evsizlər üçün 
sığınacaqlar və hamamlar daxil idi.  
Türklərin Avropadakı işğalları, nəhayət, başa çatdı. 1699-cu ildə Müqəddəs Liqa 
(Avstriya, Venesiya, Polşa, Rusiya) ilə Osmanlı imperiyası arasında Karlovits sülhü 
imzalandı. Bununla da Mərkəzi Avropada türk  ekspansiyasına bütünlüklə son qoyuldu. 
Karlovits sülhü bağlandıqdan sonra Avstriyanın Habsburq monarxiyası Avropada ən 
nüfuzlu dövlətlərdən biri oldu. Çünki Avstriya Macarıstanın böyük hissəsini, demək olar 
ki, bütün Sloveniya və Xorvatiyanı aldı. Polşa və Rusiya da bəzi ərazilərə sahib oldular. 
Türklər Avropanın cənubi-şərqinə sıxışdırıldılar. 
Osmanlı imperiyası zəifləməyə başladıqda öz əraziləri ilə yanaşı, vassalı olan Krım 
xanlığını da itirdi. 1783-cü ildə Rusiya imperatriçəsı II Yekaterina özünün Manifesti ilə 
Krımı Rusiya imperiyasının tərkibinə daxil etdi. Bu, Krıma sahib olmaq üstündə Rusiya ilə 
Osmanlı imperiyası arasındakı uzunmüddətli rəqabətə son qoydu. Onların Küçük-
Kaynarci sülhünə görə (1774-cü il) Rusiya Krım ərazisində bir neçə qalanı almışdı. Krım bu 
vaxt Osmanlı imperiyasının vassalı omağını dayandırdı. Lakin Türkiyə bir il sonra öz 
əlaltısını Krım xanı etməyə nail oldu. Bu vaxt Rusiya hökuməti Krıma qoşun yeritdi və xan 
taxtına öz namizədini oturtdu. İki xanın tərəfdarları arasındakı mübarizə bir neçə il davam 
etdi. 1783-cü ildə II Yekaterinanın hökuməti yenidən Krıma qoşun yeritdi. Rusiyanın Krım 
uğrunda mübarizədə mövqeyi 1779-cu ildə Qara dəniz hərbi donanmasının yaradılması ilə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə