Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

32 
larının qərbdən hücuma keçməsi Hitlerçiləri çətin vəziyyətə 
salmışdı.  Hitlerin  isə  gözləməyə  heç  vaxtı  qalmamışdı.  Bu 
söz-söhb
ətlər sözsüz ki, okeanın o tayında – ABŞ-da toplan-
mış antifaşist alimlərin də qulağına çatmış və onlar bəşəriy-
y
əti  təhlükədən  qorumaq  bəhanəsilə  Amerika  hökumətinə, 
onlara  atom 
bombası hazırlamaq imkanı verilməsini istəmiş-
l
ər.  Xeyli  tərəddüddən  sonra  Ruzvelt  hökuməti  onlara  bu 
icaz
əni  verir  və  dərhal  –  R.Opengeymer,  Hils  Bor,  Riçard 
Fermi,  Rezerford,  Teller  v
ə  başqa  görkəmli  alimlər  isə  baş-
layırlar. Artıq 1945-ci ilin fevral-mart aylarında atom bomba-
sının  20  meqotonluq  ilk  nümunələri  hazırlanmışdı.  Sınaqlar 
davam  edirdi.  Lakin  bu  vaxt  dünyada  çox 
şey  dəyişmişdi. 
Əsas  isə  o  idi  ki,  müharibə  bitmək  üzrə  idi.  Şərqdən  Sovet 
qoşunları, qərbən isə qərb dövlətləri Almaniyanı məğlub edib 
müharib
əni  qurtarmaq  üzrə  idilər.  Bunu  görən  və  hiss  edən 
h
əmin görkəmli alimlər atom bombasının istifadəsi nəticəsin-
d
ə  bəşəriyyətin  hansı  dəhşətli  bəla  ilə  üzləşəcəyini  başa 
düşdükləri  üçün  cəmi  bir  ildən  sonra  yenidən  ABŞ  höku-
m
ətinə  müraciət  edərək  hazırlanmış  atom  bombasının  məhv 
edilm
əsi və sınaqların dayandırılmasını xahiş edirdilər. Lakin 
artıq  gec  idi.  ABŞ  hərbi-sənaye  kompleksi  bu  layihəyə  50 
milyon dollardan 
artıq vəsait qoymuş, bu işlə milyonlarla işçi 
qüvv
əsi  məşğul  idi,  mühəndislər,  alimlər,  fəhlələr  işsiz  qala 
bil
ərdilər. Bu isə kapitalistlərə heç cür əlverişli ola bilməzdi. 
Dig
ər  tərəfdən  ən  vacib  məsələ, 1945-ci  ilin  əvvəlində 
müt
ərəqqi  fikirli  və  görkəmli  amerika  prezidenti  T.Ruzvelt 
ölür v
ə onun yerinə hərbi-sənaye kompleksinin nümayəndəsi 
olan vitse-prezidenti (H.Trumen) keçir v
ə beləliklə də işlərin 
dayandırılması çətinləşir. 
Başqa bir maraqlı məsələ isə kapitalist-sosialist mövqelə-
rinin 
toqquşması  oldu.  Belə  ki,  Sovet  hakimiyyəti  yaranan 
ilk günl
ərdən imperialist dövlətlər onu məhv etmək fikrində 
olur  v
ə  buna  bir  neçə  dəfə  cəhd  də  edirlər.  İkinci  dünya 


33 
müharib
əsi ərəfəsində faşist Almaniyasının qüvvətlənməsin-
d
ən və bütün Avropanı növbə ilə zəbt etməsindən qorxuya 
düşmüş  ABŞ,  İngiltərə  və  başqa  qərb  dövlətləri  SSRİ  ilə 
mütt
əfiq olmaq məcburiyyətində qalırlar. 
İmperialistlər  müttəfiqlik  etsələr  də  uzun  müddət  qərb 
t
ərəfdən 2-ci cəbhəni açmırdılar. Bu gözləməyə əsas səbəb – 
imperialist-dövl
ətlər gözləyirdilər ki, bu ölüm-dirim mühari-
b
əsində bu iki nəhəng dövlət bir-birini qücdən, əldən salsın, 
sonra  is
ə  onlar  üstünlüyü  ələ  alsınlar.  Nəticə  də  isə  əksinə 
oldu, Sovet dövl
əti möhkəmləndi, müharibədə qalib gəldi və 
sosialsit  dövl
ətləri  çoxalmağa  başladı.  Bunu  gözləməyən 
ABŞ və başqa dövlətlər hərəkətə gəldilər və dünyanı qorxut-
maq  fikrin
ə düşdülər. Beləliklə müharibənin tam bitməsinə, 
yapon ordusunun 
darmadağın edilməsinə baxmayaraq, ABŞ 
1945-ci  il  avqustun  4  v
ə  8-də  Yaponiyanın  iki  şəhəri  – 
Xirosima  v
ə  Naqasaki  üzərnə  atom  bombası  atdı. Nəticədə 
30-40  saniy
ə  içərisində  Xirosima  şəhəri  yerlə-yeksan  oldu 
v
ə 300 min əhali fəlakətlə üzləşdi. 
Bu Dünya 
xalqları və dövlətləri tərəfindən birmənalı qar-
şılanmadı. İnsanlar ABŞ-dan bu sınaqların təkrar olunmama-
sını tələb etdilər. Lakin keçən 60 il ərzində mütərəqqi dövlət 
xadiml
əri  və  insanların  səyi  nəticəsində  üçüncü  dünya 
müharib
əsinin qarşısını almaq mümkün olmuşdur. 
Doğrudur,  ikinci  Dünya  mühairbəsindən  keçən  60-65  il 
ərzində  dünyada  xeyli  irili-xırdalı  münaqişələr  olsa  da,  bir 
neç
ə  dəfə  müharibəyə  yaxınlaşılsa  da  müharibənin  qarşısı 
alına bilinmişdi. Ayrı-ayrı ölkələr arasında tərksilahla əlaqə-
dar 
çoxsaylı  müqavilələr bağlanmış,  strateji silahların azal-
dılması  haqda  müqavilələr  bağlanmış,  atom  sınaqlarının 
atmosferd
ə,  dəniz  üzərində  və  Yer  üzərində  sınaqdan 
keçirilm
əsinin qarşısı alınmışdır. Hazırda hidrogen bombası, 
lazer 
silahları  və  çoxsaylı  silah  növləri  mövcuddur.  Lakin 
b
əşəriyyət yeni müharibənin qarşısını almalıdır.  


34 
IV 
FƏSİL 
DEMOQRAFİK PROBLEMLƏRİN EKOLOJİ 
NƏTİCƏLƏRİ 
 
4.1. Qlobal demoqrafik prosesl
ərin mahiyyəti  
 
M
əlumdur ki, əhali cəmiyyətin başlıca məhsuldar qüvvə-
sidir.  Tarixi 
baxımdan  dünya  əhalisinin  sayı  çox  dinamik 
ol
muşdur.  Bir  qayda  olaraq  planetimizdə,  onun  ayrı-ayrı 
regionlarında  və  ölkələrində  də  demoqrafik  vəziyyət  bu 
dinamiklikd
ən asılı olmuşdur. 
XX 
əsrin ikinci yarısından başlayaraq milli azadlıq hərə-
kat
larının  zərbələri  altında  Afrika, Asiya  və  Latın  Amerika-
sının  əksər  dövlətləri  öz  müstəqilliklərini  əldə  etdilər.  Bax-
mayaraq  ki,  bu  müst
əqillik ilk mərhələdə bu ölkələrdə yeni-
yeni 
işçi  qüvvələrinin  yaranmasında,  əmək  ehtiyatlarının 
artmasına və s. kömək etdi, doğumun sayı yüksəyə qalxsa da, 
ölümün 
sayı xeyli azaldı və deməli təbii artım çoxaldı və s. 
Keç
ən əsrin ikinci yarısında, xüsusilə də 60-70-ci illərdə 
yuxarıda qeyd olunan regionlarda və ölkələrdən bir çoxunda 
müşahidə  olunan  «Demoqrafik  partlayışlar»  bir  tərəfdən 
yeni 
işçi  qüvvələrinin  əmələ  gəlməsini  təmin  edir,  digər 
t
ərəfdən isə insanların qida və işlə təmin olunmasını, savad-
sızlığın və xəstəliyin qarşısını almağı ləngidirdi. 
Bu  üç  regionda  yer  kür
əsinin  əhalisinin  əsas  və  böyük 
əksəriyyətinin artımı qeydə alındığı üçün, demoqrafik prob-
leml
ər də qlobal xarakter daşıyır. Həm də ki, qabaqcıl icti-
maiyy
ət belə hesab edir ki, demoqrafik siyasət əhalinin artı-
mı sürətini aşağı sala bilər. Lakin demoqrafik problemlərin 
h
əllinin əsas yolu inkişaf etməkdə olan ölkələrdə iqtisadi və 
sosial  h
əyat  şəraitinin  dəyişdirilməsidir.  Keçmiş  SSRİ-nin 
demoqrafiya il
ə məşğul olan alimləri qeyd edirdilər ki, əhali 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə