Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə49/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   45   46   47   48   49   50   51   52   ...   173

107
Ə d ə b i y y a t 
Xatirələrim /Ə.Şıxlinski; 
qeydlər və izahlar. 
Ş.Nəzirli.- Bakı: Azərnəşr
1984.- 216 s. 
Nəzirli, Ş. General Əli 
ağa Şixlinski və silah-
daşları /Ş.Nəzirli.- Bakı, 
2012.- 494 s.
Nəzirli, Ş. General Əliağa 
Şıxlinski ömrü /Ş.Nəzirli.- 
Bakı, 2005.-135 s.
Nəzirli, Ş. Rus artil-
leriyasının Allahı : 
general Əliağa Şıxlins-
ki haqqında /Ş.Nəzirli                          
//Savalan.- 2012.- 20-23 
aprel.- S.3.
Uğur. Azərbaycan Xalq 
Cümhuriyyətinin gene-
ralları: Şəmistan Nəzirli: 
“Əliağa Şıxlinski Tiflisdə 
azərbaycanlılardan ibarət 
milli korpus yaratmaqla 
Azərbaycan ordusunun 
təməl daşını qoyub”          
/Uğur //Xalq cəbhəsi.- 
2013.- 15 mart.- S.11. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.vetenim.umi.ru
www.regiment.ru
www.shixlinski.az
www.qazax.net
Hərbi xadim
Əli ağa Şıxlinski 
1865-1943
Əli ağa Hacı İsmayıl ağa oğlu Şıx-
linski  1865-ci il aprel ayının 23-də 
Yelizavetpol (Gəncə) quberniyasının 
Qazax qəzasının Qazaxlı kəndində ana-
dan olmuşdur. 1875-ci ildə Tiflisdəki 
ikiillik şəxsi gimnaziyada, 1876-cı ildə 
Tiflis hərbi gimnaziyasında, 1883-cü 
ildə Peterburqdakı Mixaylov Artilleri-
ya Məktəbində təhsil almışdır. 1886-cı 
ildə Peterburq artilleriya məktəbini əla 
qiymətlərlə bitirmiş, Qafqazdakı 39-
cu Topçu briqadasına hərbi xidmətə 
göndərilmişdi. 
1905-ci ildə Port-Artur döyüşlərində 
göstərdiyi qəhrəmanlığa görə podpol-
kovnik rütbəsini almışdır. Müharibədən 
sonra topçu zabitlər hazırlayan 
məktəbdə yüksəkixtisaslı  hərbçi kimi 
dərs deməyə başlayan  Şıxlinski 1908-
ci ildə polkovnik rütbəsi almışdı. Onun 
yazdığı, dərs vəsaiti kimi istifadə edilən 
“Səhra toplarının cəbhədə işlədilməsi” 
əsəri 1910-cu ildə çap olunmuşdu. Bun-
dan  əlavə, onun “Şıxlinski üçbucağı”, 
“Şıxlinski formulu” adlı hərbi-elmi ix-
tiraları topçu zabitlər üçün hazırlanmış 
dərsliklərə daxil edilmişdi. Bütün bu 
xidmətlərinə görə gənc hərbçiyə 1913-
cü ildə general-mayor rütbəsi veril-
mişdi. Beləcə o, çar ordusunun aparıcı 
mütəxəssislərindən birinə çevrilmişdi.
1914-cü ildə başlanan I Dünya 
müharibəsi zamanı Petroqradın artilleri-
ya müdafiəsi general Əliağa Şıxlinskiyə 
tapşırılmışdı. Sonralar Qərb cəbhəsi ar-
tilleriya qoşunlarının rəisi, 1917-ci ilin 
sentyabrından isə 10-cu ordunun ko-
mandanı təyin olunmuşdu. Elə həmin il 
ona general-leytenant rütbəsi verilmiş-
dir.
Öz xahişi ilə  İmperiya ordusundan 
tərxis olunmuş, Vətənə qayıtmış, ADR-
in hərb nazirinin müavini təyin edilmiş-
di. 1919-cu ildə Azərbaycan Demokra-
tik Cümhuriyyətinin  əmri ilə ona tam 
artilleriya generalı rütbəsi verilmişdi. 
1920-ci ildə bolşeviklər Azərbaycanı 
işğal edəndə hər ikisi - S.Mehmandarov 
və  Ə.Şıxlinski həbs olunsalar da, 
N.Nərimanovun təşəbbüsü ilə general-
lar güllələnmədən xilas olunmuşdular. 
Bir müddət Əli ağa Şıxlinski Mosk-
vada Hərbi  İnqilab Sovetinin səhra 
Qərargahında çalışmışdır. 1921-ci ilin 
yayında isə o, Azərbaycan Sovet Qo-
şunları Qərargahına göndərilmişdi. Bir 
müddət Bakı Qarnizonu Hərbi Elmi 
Cəmiyyətinin sədr müavini işləyən ge-
neral, 1924-cü ildə isə Birləşmiş Hərbi 
Komanda Heyəti Məktəbinə rəis müa-
vini təyin edilmişdi.
1928-ci ildə “Rusca-Azərbaycanca 
qısa hərbi lüğət” çap etdirən  Şıxlinski 
məhz buna görə SSRİ  Hərbi  İnqilab 
Şurasının Fəxri Fərmanı ilə təltif edil-
mişdi. 1929-cu ildə  səhhətinə görə is-
tefaya çıxan tam artileeriya generalı 
Əli ağa Şıxlinski bir çox orden və me-
dallarla (I-IV dərəcə Anna, I-III dərəcə 
müqəddəs Stanislav, II-IV dərəcə Vla-
dimir, IV dərəcə Müqəddəs Georgi 
ordenləri), o cümlədən Fransanın Fəxri 
legion ordeni ilə təltif olunmuşdur.
O, dərin zəkası ilə hərb elmində əldə 
etdiyi nailiyyətlərə görə “Artilleriyanın 
Allahı” adını qazanmışdı.
Əli ağa Şıxlinski 18 avqust 1943-cü 
ildə Bakıda vəfat etmişdir.
Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev 2014-cü il 20 
noyabr tarixində general Əliağa Şıxlins-
kinin 150 illik yubileyinin keçirilməsi 
haqqında Sərəncam imzalamışdır.
150 
illiyi
Siyasət.Hüquq.Hərbi iş
23
APREL


108
110 
illiyi
Mikayıl Rəfili 
1905-1958
APREL
25
Mədəniyyət.Maarif.Elm
Ə d ə b i y y a t
Mirzə Fətəli Axundov: 
həyatı, mühiti və yara-
dıcılığı /M.Rəfili; tərt.
ed. N.Qəhrəmanov, 
S.İsmayılova; red. 
Ş.Salmanov; AzSSR EA, 
Nizami ad. Ədəbiyyat 
İnstitutu.- Bakı: Elm, 1990.-
252 s.
Balzak, O. de Seçilmiş 
əsərləri /O.de Balzak; tərc. 
ed. M.Rəfili.-Bakı: Şərq-
Qərb, 2006.-408 s.
Hüqo, V. Paris Notr-Dam 
kilsəsi /V.Hüqo; tərc. 
M.Rəfili.- Bakı: Şərq-Qərb, 
2007.- 488 s.
Ələkbərli, N. Mikayıl Rəfili: 
həyatı və yaradıcılığı /Nazif 
Ələkbərli; elmi red. və ön 
sözün müəl.: V.Arzumanlı; 
Azərbaycan EA Milli 
Münasibətlər İnstitutu.-
Bakı: Qartal, 1998.- 100 s. 
Ədəbiyyatda əbədi sözü və 
izi qalan alim: Görkəmli 
ədəbiyyatşünas Mikayıl 
Rəfili //Azadlıq.- 2013.-    
29 aprel.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.milliqehremanlar.az
Ədəbiyyatşünas
Mikayıl Həsən oğlu Rəfili 1905-ci 
il aprel ayının 25-də Qasım İsmayılov 
rayonunun (indiki Goranboy) Borsunlu 
kəndində doğulmuşdur. 
Yelizavetpol klassik gimnaziyasın-
da təhsil almışdır. Bu dövrdə bədii ya-
radıcılığa başlamışdır. Onun “Mikayıl 
Rəfizadə” imzası ilə ilk qələm təcrübələri  
- “Mücadileyi-həyat” hekayəsi, “Elmə 
doğru”  şeiri və “Qərb mədəniyyəti” 
məqaləsi “Əfkari-mütəəllimin” jur-
nalında (1919, 2,3 nömrələrində) dərc 
olunmuşdur. 
Bakıda Azərbaycan Politexnik İnsti-
tutuna daxil olmuş, həm də Azərbaycan 
Dövlət Universitetinin Şərq dilləri 
fakültəsində  məşğələlərin dinləyicisi, 
1924-cü ildə müdavim olmuşdur. “Ma-
arif və  mədəniyyət” jurnalı redaksiya-
sında işləmişdir. 
1927-ci ildə Moskva Dövlət 
Universitetində  təhsil almışdır. Bu 
dövrdə Kremldə qanunların   Azərbaycan 
mətnlərinin redaktoru işləmişdir. 
1929-cu ildə Moskvaya I Ümumit-
tifaq proletar yazıçılarının qurultayına 
nümayəndə seçilmişdir. Azərbaycan 
Dövlət Pedaqoji İnstitutunda rus 
ədəbiyyatı kafedrasında müəllim, son-
ra dosent (1930-1935) işləmiş, eyni 
zamanda “Bakinski raboçi” qəzeti re-
daksiyasında mədəniyyət  şöbəsinin 
müdir müavini olmuşdur. SSRİ Elmlər 
Akademiyasının Azərbaycan  filialında 
elmi işçi işləmişdir (1934-1935). Sovet 
yazıçılarının I Ümumittifaq qurultayına 
nümayəndə seçilmişdir.
 1935-1936-cı illərdə SSRİ EA-nın 
(Leninqrad) aspiranturasında təhsil al-
mış, dissertasiya müdafiə etmişdir. Sonra 
“Puşkinin həyat və yaradıcılığı”, “Puş-
kin və Azərbaycan”, “M.F.Axundov” 
əsərlərini yazmışdır (1935-1937). 
M.Rəfili beş şeir kitabının müəllifidir 
və bunları 1929-1936-cı illərdə  nəşr 
etdirmişdir. “Pəncərə” adlı ilk şeirlər 
kitabı iyirimi dörd yaşında Azərnəşrdə 
işıq üzü görmüşdür. 1930-cu ildə “Li-
rik  şeirlər”, 1936-cı ildə isə rus şairi 
A.Tarkovskinin tərcüməsində  şeir və 
poemalarından ibarət “Pesni o qoro-
dax” kitabı Moskvada işıq üzü gör-
müşdür. Mikayıl Rəfilinin 150-yə yaxın 
məqaləsi və ondan artıq kitabı var. 
1938-ci ildən Azərbaycan Pe-
daqoji  İnstitutunda və Azərbaycan 
Dövlət Universitetində professor ol-
muş, Azərbaycan  ədəbiyyatı tari-
xi kursunu aparmışdır.  İkinci Dünya 
müharibəsi illərində radioda, Qızıl 
Ordu hissələrində, hərbi xəstəxanalarda 
çıxışlar etmiş, “Səbuhi” ssenarisini, 
“Şirvanşah İbrahim” pyesini yazmışdır. 
SSRİ Yazıçıları idarəsinin üzvü olmuş-
dur. 1944-cü ildə doktorluq dissertasi-
yası müdafiə etmişdir.
Xidmətlərinə görə “Şərəf nişanı” or-
deni və medallarla təltif olunmuşdur.
Mikayıl Rəfili 1958-ci il aprel ayının 
25-də vəfat etmişdir.


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə